Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rondo
Rondo (fr. rondeau "dairə" " dairəvi hərəkət") — bir mövzunun müxtəlif epizodlarla növbələşərək dəfələrlə təkrar olunmasına əsaslanan musiqi forması. == Haqqında == Mövzu 3 dəfədən az olmayaraq əsas tonallıqda səslənir. Epizodlar isə çox zaman başqa tonallıqda . Təkrar edilən mövzu – refren - ən azı üç dəfə keçməlidir, epizodların sayı ikidən az olmamalıdır. Rondo formasının sxemi belədir: A B A C A == Etimalogiyası == Rondonun mənşəyi xalq mahnıları ilə bağlıdır. Qədim rondo 17- 18 -ci əsr fransız klavesin musiqisində inkişaf etmışdir. 17- 18-cıi əsr klassik musiqi ( Haydn, Bethoven, Motsart) rondonun quruluşunu dəyişdirmışdi. Bəzi instrumental əsərlər simfoniya və sonataların finalı, romanslar, ariyalar rondo formasına yazılır. == Rondo-sonata == Rondo-sonata forması Özündə sonata və rondo əlamətlərini qovuşduran musiqi forması: sonata formasında olduğu kimi ekspozisiya və repriza hissələrinə malikdir; rondodakı kimi, əsas mövzu– refren əsas tonallıqda üç dəfə keçirilir.
Brunello Rondi
Brunello Rondi (italyanca: Brunello Rondi; 26 noyabr 1924 – 7 noyabr 1989, Roma) - İtaliya ssenaristidir.
Ronda Börn
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Epidendrum rondoniense
Epidendrum rondoniense (lat. Epidendrum rondoniense) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
Mikania rondonensis
Mikania rondonensis (lat. Mikania rondonensis) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Ronda Dent
Ronda Paige Dent (18 avqust 1978) — Kanadalı aktrisa.
Ronda Rauzi
Ronda Cin Rauzi (1 fevral 1987, Santa-Monika, Kaliforniya) — Amerikanı UFC-də təmsil edən qadın idmançı == Həyatı == 1987-ci ildə Riverside, Kaliforniyada doğulub. Cüdo və boksla məşğul olan Ronda bir neçə yarışlarda yaxşı nəticələr əldə edib. 2010-cu ildən MMA-da debüt edən Ronda demək olarki heç bir döyüşündə məğlubiyyət nə olduğun bilməyib.
Ronda Rousey
Ronda Cin Rauzi (1 fevral 1987, Santa-Monika, Kaliforniya) — Amerikanı UFC-də təmsil edən qadın idmançı == Həyatı == 1987-ci ildə Riverside, Kaliforniyada doğulub. Cüdo və boksla məşğul olan Ronda bir neçə yarışlarda yaxşı nəticələr əldə edib. 2010-cu ildən MMA-da debüt edən Ronda demək olarki heç bir döyüşündə məğlubiyyət nə olduğun bilməyib.
Rondavel
Rondavel, rondavelle — Afrikanın cənubununda yerləşən banta xalqlarının (camaatların) ənənəvi yumru evi. == Rondavelin inşaası == Rondavel adətən yumru formaya malikdir və ənənəvi olaraq təbiətdə əlçatan materiallardan hazırlanır. Divarları adətən daşdan hazırlanır. Sement məhlulu qumdan ibarət ola bilər. Torpaqlar və ya peyinin qarışığından da istifadə edilir. Rondavelya damının əsas elementləri: yumru meşə materialından tikir və ya uzunluğuna görə kəsilmiş ağacların budaqlarından şüvüllərdirlər. Dam qamışla örtülür və tirlərlə ot kanatlarıyla möhkəmləndirilirdi. Damın istehsalı konstruksiyasının çətinliyindən asılı olaraq 1-2 günə baş verirdi.
Rondel (poeziya)
Rondel (fr. rondel) — XIV əsr fransız lirik poeziyasında yaranan, sonradan ingilis və rumın ədəbiyyatında da istifadə edilən şeir növü. Rondel rondo mətn-musiqi formasının bir növü olub 3 bənddə birləşdirilmiş 13 və ya 14 sətirdən ibarət şeirdir. İki dörd sətirlik bəndi müşayiət edən bir beşlik (13 sətir) və ya altılıq (14 sətir) bənddən ibarətdir. Birinci bəndin ilk iki sətri nəqarətdir və ikinci və üçüncü bəndlərin son iki sətrində təkrarlanır. Bəzən üçüncü bəndin sonuncu sətrində birinci bəndin yalnız birinci sətri təkrarlanır.
Rondeletia
Rondeletia (lat. Rondeletia) — boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Rondeletia:The Plant List saytında takson barədə məlumat.
Rondeletia adamsii
Rondeletia adamsii (lat. Rondeletia adamsii) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia amplexicaulis
Rondeletia amplexicaulis (lat. Rondeletia amplexicaulis) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia brachyphylla
Rondeletia brachyphylla (lat. Rondeletia brachyphylla) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia cincta
Rondeletia cincta (lat. Rondeletia cincta) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia clarendonensis
Rondeletia clarendonensis (lat. Rondeletia clarendonensis) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü. Yamayka üçün endemik növdür.
Rondeletia dolphinensis
Rondeletia dolphinensis (lat. Rondeletia dolphinensis) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia elegans
Rondeletia elegans (lat. Rondeletia elegans) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia galeottii
Rondeletia galeottii (lat. Rondeletia galeottii) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia glauca
Rondeletia glauca (lat. Rondeletia glauca) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia harrisii
Rondeletia harrisii (lat. Rondeletia harrisii) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia hirsuta
Rondeletia hirsuta (lat. Rondeletia hirsuta) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia hirta
Rondeletia hirta (lat. Rondeletia hirta) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondeletia odorata
Rondeletia odorata (lat. Rondeletia odorata) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rondoniya
Rondoniya (port. Rondônia) — Braziliyanın qərbində yerləşən ştat. Akri ştatı ilə qərbdən, Amazonasla şimaldan və şərqdən Matu-Qrosu ştatları ilə sərhədlənir. Üstəlik Boliviya ilə sərhədə malikdir (Abuna və Quapore çayları). İnzibati mərkəzi Portu-Velyu şəhəridir. Ştat marşal Kandidu Rondonun şərəfinə adlandırılmışdır. O, dəfələrlə Braziliyanın sərhəd bölgələrinə təşkil edilən ekspedisiyaların rəhbəri olmuşdur. == Coğrafiyası == Ərazisinin böyük qismi (80 %) Amzon meşələri ilə örtülüdür. Meşələrin bir qismi (1970-ci illərdə) qırılmışdır. == Tarixi == Çağdaş ştatın ərazisi Amazomas və Matu-Qrosu ştatlarından 1943-cü ildə ayrılması nəticəsində formalaşmışdır.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Rind
Rind (erm. Ռինդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Rona
Rona (fr. Rhône, oks. Ròse, Rôno) və yaxud Rodan (lat. Rhodanus, Rodan, it. Rodano) — İsveçrə və Fransada çay. Uzunluğu — 812 km (onlardan 545-i Fransa ərazisindədir), hövzəsi — 98 000 km². Orta su sərfi - 1780 m³ / s. == Ümumi məlumat == İlk növbədə, Rona cənubi-qərbə doğru yönəlir, Cenevrənin yuxarı hissəsinə axır, cənubdan dönərək, Rona dağlarından keçərək, Aralıq dənizinə çatır. Lyonda ən böyük qolu olan Saone çayı ilə birləşən Rona, cənuba doğru dənizə yönəlir. Axması hələ də sürətli olduğundan nəqliyyat üçün əlverişli deyil.
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Alliqator-Pond
Alliqator-Pond (ing. Alligator Pond) — Yamaykanın Kornuoll qraflığında yerləşən balıqçı kəndi. == Ümumi məlumat == Kənd Yamaykanın cənubunda yerləşən eyni adlı buxtada yerləşir. Təxmini olaraq dəniz sahili boyunca 2 km məsafədə uzanır. Alliqator-Pond kəndinin əhalisi əsasən balıqçılardan ibarətdir: kişilər balıq ovu, qadınlar isə onu satmaqla məşğul olur. Burada açlq səma altında kafe, barlar fəaliyyət göstərir. Burada ən məşhur restoran Little Ochie 1989-cu ildən fəaliyyət göstərir. 2006-cı il məlumatına görə restoranda eyni anda 400 nəfər sərbəst şəkildə yerləşə bili. Kəndin adı ondan bir qədər aralıda görünən təpələrlə bağlıdır. Beləki bu təpələr alliqatorların belini xatırlatdığından irəli gəlir.
Ayn Rand
Ayn Rand (ilk adı: Alisa Zinovyevna Rosenbaum; 2 fevral 1905[…], Sankt-Peterburq – 6 mart 1982[…], Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı) — qurduğu obyektivizm fəlsəfəsi və yazdığı "Yaşamaq istəyirəm" (We the Living), "Mən" (Anthem), "Həyatın Qaynağı" (The Fountainhead) və "Atlas silkələndi" (Atlas Shrugged) kitabları və obyektizm fəlsəfəsiylə tanınan yazar. Fəlsəfəsi və kitabları öz fərdiyyətçilik, şüurlu eqoizm və kapitalizm məfhumlarını vurğulayır. Dövlətin azad bir cəmiyyətdə qanuni, amma minimal bir rola sahib olduğuna inanan Rand qatı bir minarxistdir. Liberteryenler və Amerikalı mühafizəkarlar arasında əhəmiyyətli bir təsiri olmuşdur. Romanları özünə xas meydana gətirdiyi bir qəhrəmanın təqdimatını mərkəz alır, Qəhrəman öz qabiliyyəti xüsusiliyi və müstəqilliyi üzündən cəmiyyətlə zidd düşür, amma bu qarşıdurmalar onun səhvləri üzündən deyil, şüurlu davrandığı və ürəkdən gələn bir şəkildə öz mənfəətinə görə çalışdığı üçün olur. Rand'a görə rasional düşünən ağıllar üçün qarşıdurma söz mövzusu deyil. Qəhrəman yenə də idealları istiqamətində davam edir. Rand bu qəhrəmanı ideal insan olaraq görür və ədəbiyyatının bu tip insanlar üçün bir təqdimat yeri olmasını məqsəd hesab edir. Ona görə, İnsan yerlərini və hərəkətlərini məntiqdən istifadə edərək seçməlidir, Fərdlərin özlərini başqaları üçün fəda etmədən və eynisini başqalarından gözləmədən öz məqsədləri üçün yaşamağa haqları var, Kimsənin bir başqasının hüquqlarına güc istifadə edərək təcavüz etməyə ya da güc istifadə edərək ona öz fikirlərini təlqin etməyə haqqı yoxdur. == Bioqrafiyası == === Gənclik illəri === Ayn Rand Rusiyada Sankt-Peterburqda anadan olmuşdur.
Ceyms Bond
Ceyms Bond, həmçinin Agent 007 — Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı. Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazmışlar. Əvvəllər bu personaj kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Şon Konneri (1962–1967; 1971) Corc Leyzenbi (1969) Rocer Mur (1973–1985) Timoti Dalton (1987–1989) Pirs Brosnan (1995–2002) Deniel Kreyq (2006-) == Ceyms Bond haqqında filmlər == == Xarici keçidlər == Ceyms Bond əslində kim idi?
Ebbi-Roud
Ebbi-Roud (ing. Abbey Road) — Londonun Kamden və Vestminister hissələrində yerləşən gur küçələrdən biri, B507 şossesinin bir hissəsidir. Küçənin cənub-şərq hissəsində Ebbi-Roud 3 ünvanında məşhur "Ebbi-Roud" səsyazma studiyası yerləşir. Burada The Beatles və digər qruplar öz mahnılarını yazdırırdılar. The Beatles son albomunu da məhz Abbey-Road adlandırmışdır. Bu albomun üz qabığında qrupun üzvləri, yoldan təsadüfən keçən piyada təsvir olunmuşdur. Bundan sonra küçənin adı The Beatles-la assosiasiya olunmağa başladı və turistlərin kütləvi ziyarət yerinə çevrildi, orada yerləşən piyada keçidi isə fotoçəkilişlər üçün ən populyar yerə çevrildi. Küçənin adı yaılan dəmir lövhə bu yaxınlarda yığışdırılmışdır, belə ki onu tez-tez oğurlayır və ya müxtəlif yazılarla korlayırdılrar. Hal-hazırda bu lövhə yüksəkdən vurulmuşdur. Hər üç aydan bir icra orqanları tərəfindən keçidin yanında yerləşən binanın divarını rəngləməli olur.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Lambda-zond
Lambda-zond — sensorların rolu avtomobildə yanaçağı və çıxış qazlarının düzgün formada təmin etməsidir. Yəniki yanma kamerasında yanmanın düzgün baş verməsini təmin edir. Sensorların tərkibi Dioksid Zirkonniyalı keramikadır. (ZrO2) Bu bütün oksiqen sensorlarına keçərlidir. Oksigen sensorunun əsas iş prinsipi yanma kamerasından çıxan qazların miqdarını ölçməkdir. Bu sensorlar mühərriyin çıxışında və daha sonra katalizator çıxışında yerləşdirilir. İş prinsipnə görə ilk sensorlar mühərriyin yanmasını təmin edir. Katalizatordan sonrakılar isə zərərli qazların nə dərəcədə katalizator filterindən keçdiyini təmin etməkdir. Keyfiyyətsiz yanacaq daha çox zərərli qazlar verərək həmin sensorları tez bir zamanda sıradan çıxardır. BMW mühərikləri keyfiyyətli yanacağa həssas olduğundan dolayı keyfiyyətsiz yanacaq istifadə olunduqda tez sıradan çıxır.
Maykl Bond
Maykl Bond(ing. Sir Michael Bond, 13 yanvar 1926 - 27 iyun 2017)—ingilis yazıçısı, ssenaristi. == Həyatı == Maykl Bond 13 yanvar 1926-cı ildə Böyük Britaniyanın cənub-şərqində, Nyuberidə, Berkşir qəsəbəsində anadan olmuşdur. "Ayı balası Paddinqton" haqqında məşhur kitablar seriyasının müəllifidir. M.Bond 1945-ci ildə yazıçılığa başlayır. 1958-ci ildə artıq bir çox pyeslərin və hekayələrin müəllifi olan yazıçı, Paddinqton haqqında ilk hekayəsini nəĢr etdirir. BBC-də çalışan M.Bond 1965-ci ildə artıq bu balaca ayı haqqında hekayələr seriyasını dərc etdirir. Bundan sonra radiodan işdən çıxan yazıçı özünü bütünlüklə yaradıcılığa həsr edir. Yazıçı 1997-ci ildə Britaniya imperiyası ordeni ilə təltif edilmişdir. Hal-hazırda Londonda yaşayır.
Myth & Roid
Myth & Roid (ミス アンド ロイド) – Yaponiya musiqi qrupu. Media Factory nəşriyyatı ilə əməkdaşlıq edir. Qrup dörd nəfərdən ibarətdir: Tom-H@ck (Tom Oşima), hotaru və KIHOW. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." adlı sinql ilə debüt etmişdir. Qrupun mahnıları "Overlord", "BBK/BRNK", "Saga of Tanya the Evil" və "Re:Zero -Starting Life in Another World-" kimi animelərdə səsləndirilmişdir. == Adı == Qrupun rəsmi saytına görə qrupun adı iki hissədən ibarətdir: "myth" keçmişi, "android" isə gələcəyi simvolizə edir. Qrupun fikrincə bu iki aspekt "yeni dünya"nın yaradılmasında kömək edəcək. == Tarix == Qrup 2015-ci ildə buraxdığı "L.L.L." ("Leashed Luminous Love") adlı sinql ilə debüt etmişdir. Bu mahnı "Overlord" animesinin bağlanış mahnısı olmuşdur. Sinql Oricon-un həftəlik çartlarında 29-cu yerə qədər yüksəlmişdir və iTunes-in Yaponiya yüklənmə reytinqlərində 3-cü yerə qədər çatmışdır.Qrupun ikinci sinqlı "Anger/Anger" 24 fevral 2016-cı ildə buraxılmışdır. Sinql "BBK/BRNK" animesinin bağlanış mahnısı olmuşdur və Oricon-un həftəlik çartlarında 82-ci yeri tutmuşdur.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Orçard Roud
Orçard Roud (çin. 乌节路, ing. Orchard Road, «meyvəli bağa gedən yol») — Sinqapurda küçə, ticarət və əyləncə mərkəzi, şəhərin əsas görməli yerlərindən biri. Çox vaxt küçəni və ətraf əraziləri «Orçard» («meyvəli bağ») adlandırırlar. == Ümumi məlumat == Orçard Roud Stemford Roud, Benkulen strit, Fort Kaninq Roud küçələrinin kəsışmə yerindən başlayır və 2,2 km şimal-qərbə doğru uzanır. 1974-cü ildən küçədə hərəkət bir tərəflidir. Küçə yüksək inkişaf etmiş yeraltı infrastruktura malikdir. Küçə boyu piyada keçidləri, qonşu küçələrlə və ticarət mərkəzləri ilə əlaqələndirici tunellər var. == Adı == Küçənin adı tərcümədə "Meyvələ bağa gedən yol" mənasını verir. XIX əsrdə bu yol muskat qozu, qara istiot və digər meyvələrin olduğu plantasiyaya aparırdı.
Road&Traffic
Road and Traffic — Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan biznes platforma. == Məqsəd == Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll seçimlərini təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək imkanı yaradır. == Tarix == === 2014 === Road&Traffic 2014 sərgisində Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri nümayiş etdirilib. === 2018 === "Road & Traffic 2018" sərgisində yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü baş tutmuş, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirilmişdir. === 2022 === Road&Traffic 2022 sərgisində Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər.
Rona-Alplar
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Rona (departament)
Rona (fr. Rhône) — Fransanın cənubi şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. 2015-ci ildə daxilində yerləşən Lyon şəhəri digər kommunlardan ayrılaraq inzibati mərkəzə çevrilidi. Hal-hazırda departamentin inzibati mərkəzi Lyon şəhəridir. == Coğrafiyası == Departamentin sahəsi 2,715 km²-dir. Ərazidən Rona və Sona çayı keçir. Buraya 1 rayon 13 kanton və 228 kommun daxildir. == Əhalisi == Rona departamentin ərazisinin əhalisi 471,026 nəfərdir. 2011-ci ildəki siyahıyaalınmasına görə isə Lyon şəhərində əhalisin sayı 491,268 nəfər idi. Ayrılmış ərazilər daxil olmaqla 1 yanvar 2012-ci il tarixində əhalinin sayı 1,762,866 nəfər olmuşdur.
Rona Nişliu
Rona Nişliu — Albaniya müğənnisi. == Həyatı == Kosovoda anadan olmuşdur. Avroviziya 2012 Mahnı Müsabiqəsində Albaniyanı birinci yarımfinalda, 22 may 2012-də "Suus" adlı mahnı ilə təmsil etmişdir. == Mahnıları == Suus (2012) Eja Zonja Vdoke Shenja Veriu Flakaresha A ka arsy (Ft.
Roni Blekli
Roni Blekli (ing. Ronee Blakley, 24 avqust 1945, Aydaho, ABŞ) — ABŞ aktrisası, rejissoru, prodüseri, ssenaristi və müğənnisidir. == Həyatı == Roni Blekli 1945-ci ildə ABŞ-nin Aydaho şəhərində Don Blekli və Kerolun ailəsində dünyay gəlmişdi. Onun atası mühəndis olmuşdur. Orta təhsili bitirdikdən sonra Stanford Universitetinin Culyard məktəbində təhsil almışdır.Bu məktəbdə mədəniyyət haqqında öyrənmişdir. 1970-ci illərdə bir sıra albomlar çıxarmışdır. 1975-ci ildə çəkilən qara komediya "Neşvill" filminə görə Oskar, Qızıl Qlobus mükafatı, Qremmi mükafatı və BAFTA mükafatına layiq görülmüşdür. Bu film onun ilk rol aldığı film olmuşdur. 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilən Qarağac küçəsində qarabasma filmində Marc Tompson rolunda oynamışdır. Bu film də ona böyük uğur gətirmişdir.
Ronq adası
Ronq adası (khm. កោះរ៉ុង) — Siam körfəzində yerləşən Kambocaya məxsus olan ada. Ada turizm şəhəri olan Sianuvildən 25 km aralıda qərarlaşır. Adanın mənası kambocadan tərcümədə mağara və ya tunel məbasını verir. Bununla belə bəzi yerli əhalinin nümayəndələri Ronq isminin tarixi qəhrəmanın adı olmasını deyirlər. Qədim kxmer dilində isə Ronq sözü saxlanc yeri mənasınl verir. Ronq adası inzibati cəhətdən Preasianuk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 78 km² təşkil edir. 61 km sahil xəttinin 43 kilometri çimərlikdir. Son zamanlar adanı xaricilər daha tez-tez ziyarət edir.
Ronq çayı
Rong çayı (çin. 融江, Róng Jiāng) — Çinin Quansi əyalətindəki çay. Çay Sanjianq və Ronqşui şəhərlərindən keçir. Lonqşenq qəsəbəsi ətrafındakı çay vadisinində çaydakı ənənəvi taxta evlərdə yaşayan çjuanlar məskunlaşmışdır.