Ronald Qriqor Süni
Ronald Qriqor Süni (erm. Ռոնալդ Գրիգոր Սյունի; ing. Ronald Grigor Suny; 25 sentyabr 1940, Filadelfiya, Pensilvaniya) — erməni əsilli ABŞ tarixçisi, Miçiqan Universitetinin siyasi və sosial tarix üzrə professoru, Çikaqo universitetinin politologiya üzrə fəxri professoru, "The Cambridge History of Russia"nın baş redaktorudur. O, hal-hazırda Ayzenberq Tarixi Araşdırmalar İnstitutunun direktorudur.
1940-cı ilin sentyabrın 25-i ABŞ-də anadan olub, Ronald əslən Gədəbəydən olan erməni bəstəkarı Qriqor Mirzoyan Süninin (1876–1939) nəvəsidir.
Süni Svartmor Kollecini bitirib, 1968-ci ildə Kolumbiya Universitetində doktorantura disertasiyasını müdafiə edib. Tarixçi kimi onun maraq dairəsinə Sovetlər İttifaqı və post-sovet Rusiya, milliyətçilik və etnik münaqişələr, Cənubi Qafqaz daxildir.
Qriqor Süni Çikaqo universitetində Aleks Manukyan "Yeni erməni tarixi" fakultəsinin ilk rəhbəri olub, (1981–1995) burada o, "erməni araşdırmaları" proqramını təsis edib və ona rəhbərlik edib.
Ermənistanda bir sıra tarixçi və publisist, xüsusilə tarixçi Armen Ayvazyan aparıcı qərb ermənişunaslarını o cümlədən də Ronald Sünini ABŞ hökumətinin tapşırığı ilə Ermənistanın tarixini saxtalaşdırmaqda ittiham edir.
1997-ci ildə Ermənistandakı Amerika Universitendəki çıxışından sonra Ronald Süni bəzi milliyətçi mövqeyə malik erməni tarixçisi və KİV-i tərəfindən "erməni vətənpərvərliyinin" olmamasında və keçmişdə İrəvanda müsəlman əhalinin ermənilərdən çox olması haqda qeyri-dəqiq mənbələrdən istifadə etməkdə ittiham olundu.