Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır.
== Oynanış ==
Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.