Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kim Çon-Rye
Kim Çon-Rye (d. 21 iyun 1966) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Çon-Rye Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Çon-Rye Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Ryez
Ryez (fr. Riez, oks. Riés) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Ryez kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04166. 2008-ci ildə əhalinin sayı 1760 nəfər təşkil edirdi. 2007-ci ildə 1009 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 683 nəfər iqtisadi fəal, 326 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə bu 68.9%) olmuşdur. Fəal olan 683 nəfərdən 539 nəfər (288 kişi və 251 qadın), 144 nəfər işsizdir (61 kişi və 83 qadın).
Melaleuca ryeae
Melaleuca ryeae (lat. Melaleuca ryeae) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Aye-aye
Əlayaqlılar (lat. Daubentoniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Rey
Rey (İran) — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
İye
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
RTE
Re:Re:
Re:Re: – Yaponiyanın Asian Kung-Fu Generation musiqi qrupunun "Sol-fa" albomuna daxil olan sinql. 2016-cı ildə qrup albomu və mahnını yenidən yazmış və 16 mart 2016-cı ildə buraxmışdır. Mahnının 2016-cı il versiyası "Erased" animesinin açılış mahnısı olmuşdur. Sinql üçün hazırlanan musiqili videonun rejissoru Kazuyoşi Okudur. Video qrupun köhnə musiqi videoları ilə canlı performanslarının qarışığından ibarətdir. Videonun sonunda bütün görüntü birləşir və ortaya "Re:Re:" sözü ortaya çıxır. Bütün sözlər Masafumi Qoto tərəfindən yazılmışdır..
Eddison Rey
Eddison Rey İsterlinq (ing. Addison Rae Easterling; 6 oktyabr 2000, Lafayette[d], Luiziana) — ABŞ aktrisası, fotomodeli, rəqqasəsi və müğənnisi.
Epye-Ryü
Epye-Rü (fr. Épiais-Rhus) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 3 636 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimal-qərbdə, Serji bələdiyyəsinin 9 km şimalında yerləşir.
Gilbert Ryle
Gilbert Ryle (1900-1976) müasir İngilis filosofudur. Dil fəlsəfəsi ənənəsi içində iştirak etməklə birlikdə, Aristoteldən təsirlənib, Edmund Husserl və Meinong ilə də maraqlanan Ryleinn ən əhəmiyyətli iki kitabı Zehin Anlayışı və Qərarsızlıqdır. == Əsərləri == === Kitabları === 1949, The Concept of Mind, London: Hutchinson. (Zihin Kavramı) 1954, Dilemmas, Cambridge: Cambridge University Press. (İkilemler) 1966, Plato's Progress, Cambridge: Cambridge University Press. (Platon'un Gelişimi) 1971a, Collected Papers, vol. 1, London: Hutchinson. (Toplu Eserler 1) 1971b, Collected Papers, volume 2, London: Hutchinson. (Toplu Eserler 2) 1979, On Thinking, ed. K. Kolenda, Oxford: Blackwell.
II Eye
II Eye (e. ə. XIV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr, Teben) — Misir fironu.
Qodzyu-ryu
Qodzyu-ryu (Yaponca:剛柔流 - Gōjū-Ryū) — Karatenin növlərindən biridir. 1920-ci illərdə Tedzyun Miyaqi uzun müddət Çində məşq etdikdən sonra yeni döyüş sənətinin əsasını qoymuşdur. Qodzyu-ryu müasir idman yarışmalarındakı karatedən fərqli olaraq daha yüksək daxili enerji və döyüş effektliyinə malikdir. Qodzyu-ryuda 13 kata vardır. Kata Qoqen Yamaquti tərəfindən təkmilləşdirilmişdir. Bu döyüş növü çətin və yumşaq texnikanın kombinasiyasıdır.
RFE/RL
Azadlıq Radiosu (ing. Radio Free Europe/Radio Liberty; RFE/RL) — ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, "məlumatların sərbəst yayımı ya hökumət orqanları tərəfindən qadağan edilir, ya da tam inkişaf etməmişdir" dediyi Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrində xəbərlər, məlumatlar və təhlillər yayımlayan və hesabat verən media təşkilatı. Azadlıq Radiosu ABŞ federal hökumətinin bütün beynəlxalq yayım xidmətlərinə nəzarət edən müstəqil dövlət agentliyi olan Qlobal Media Agentliyi tərəfindən idarə olunan özəl, qeyri-kommersiya 501(c) (3) korporasiyasıdır. Ceremi Bransten RFE-nin baş redaktoru vəzifəsini icra edir. Azadlıq Radiosu 27 dildə 23 ölkədə yayımlanır. Təşkilatın baş ofisi 1995-ci ildən Praqada yerləşir və bütün yayım bölgələrindəki ölkələrdə 500-dən çox əsas işçi və 1300 strinqer və frilanserdən ibarət 21 yerli büroya malikdir. Bundan əlavə, Vaşinqtondakı baş qərargahında və korporativ ofisində 680 işçisi var. Soyuq müharibə dövründə Azad Avropa Radiosu sovet peyk dövlətlərinə, o cümlədən Baltikyanı dövlətlərə yayımlanırdı. Azad Avropa Radiosu 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə tərəfindən antikommunist təbliğat mənbəyi kimi, Azadlıq Radiosu isə iki il sonra təsis edilib. İki təşkilat 1976-cı ildə birləşdi.
Rey Bredberi
Rey Duqlas Bredberi (22 avqust 1920[…], Uokiqan[d], İllinoys[…] – 5 iyun 2012[…], Los-Anceles, Kaliforniya) — amerikalı yazıçı və ssenarist. 20–21-ci əsrlərdə Amerikanın ən çox tanınan yazıçılarından biri olmuşdur. Əsərləri əsasən fantastika janrındadır. Bredberiyə indiki şöhrətini qazandıran onun Fahrenheit 451 (1953) romanı və Mars Xronikaları (1950) və Şəkilli Adam (1951) adlı hekayə toplularıdır. O, əsasən fantastika janrında yazırdı, ancaq müəllifin həmçinin başqa janrlarda yazılmış — Zəncirotu Şərabı (1957) , Yaşıl Kölgələr, Ağ Balina (1992) kimi əsərləri də mövcuddur. Əsərlərinin bir çoxu filmə çəkilmişdir. Bredberi 22 avqust,192-ci il tarixində Uokiqan,İllinoysda dünyaya gəlmişdir. Anası Ester Bredberi (1888–1966) isveçrıli immiqrant, atası Leonard Bredberi (1890–1957) isə ingilis idi. Bredberi uşaqlıq illərini geniş bir ailənin əhatəsində, Uokiqanda keçirmişdir. Bu illər gələcəkdə onun yazıçılıq karyerasında böyük rol oynadı.
Rey Dolbi
Rey Dolbi (ing. Ray Milton Dolby; 18 yanvar 1933, Portlend[…] – 12 sentyabr 2013, San-Fransisko, Kaliforniya) — səs texnologiyaları sahəsində yenilikləri ilə yaddaşlarda qalıb. O, həcmli səs texnologiyalarının yaradıcısı kimi tarixə düşə bilib. Onun texnologiyası sayəsində kino sənayesi yeni bir mərhələyə qədəm qoymuşdur. Reyin ixtiraları kinematoqrafiya və şou-biznes sənayesinə, həm də musiqiçilərin və kinematoqrafçıların yaradıcılığına böyük təsir göstərmişdir. Faktiki olaraq onun məhsulları yalnız elm və texnikanın nailiyyəti olmadı, həm də bədii ifadəliliyin vasitəsi oldu. Rey öz ixtiralarına ABŞ-nin 50-dən çox patentini almışdır. Rey Dolbi 18 yanvar 1933-cü ildə Oreqon ştatının Portlend şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi bitdikdən sonra balaca Rey audioyazı ilə məşğul olan “Ampex” şirkətində natamam iş vaxtında çalışır. Firma həmin dövrdə bu fəaliyyət növü ilə məşğul olan ilk şirkət idi.
Rey Hino
Seylor Mars (セーラーマーズ, Sērā Māzu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur. Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının Fobos və Deymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.
Rey Hiquçi
Rey Hiquçi (d. 28 yanvar 1996) — Yaponiyanı təmsil edən sərbəst güləşçi. Rey Hiquçi 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı. Rey Hiquçi 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə Koreya Xalq Demokratik Respublikası güləşçisi Yang Kyong-İli 12:2, ikinci görüşdə Belarus güləşçisi Əsədulla Laçinaunu 10:0, üçüncü görüşdə Kuba nümayəndəsi Yovlis Bonneni 8:4, dördüncü görüşdə isə İranlı Həsən Rəhimini 10:5 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Rey Hiquçi Gürcüstan güləşçisi Vladimir Xinçeqaşviliya gərgin görüşün yekununda 3:4 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Rey Kavakubo
Rey Kavakubo (川久保 玲, 11 oktyabr 1942[…], Tokio[d]) – Yaponiya dəb dizayneri. "Comme des Garçons" və "Dover Street Market" brendlərinin qurucusudur. Görkəmli dizayn töhfələrinə görə Nyu-Yorkda yerləşən Metropoliten muzeyində onun dizaynlarına həsr olunmuş sərgi baş tutmuşdur. Rey Kavakubo 11 oktyabr 1942-ci ildə Tokioda doğulmuşdur. Ailənin ən böyük övladı və yeganə qız övladı idi. Atası Keyo Universitetində administrator işləyirdi. Buna görə də Kavakubo 1960-cı ildə Keyo Universitetində təsviri incəsənət və ədəbiyyat təhsili almağa başlamışdır. 1964-cü ildə məzun olduqdan sonra "Asahi Kasei" parça şirkətinin reklam departamentində işləməyə başlamış, 1967-ci ildə frilans stilist olmuşdur. 1969-cu ildə "Comme des Garçons" leyblı altında öz paltarlarını dizayn etməyə başlamışdır. 1969-cu ildə Tokioda "Comme des Garçons" adlı şirkətini qurmuşdur.
Rey Kərimoğlu
Rey Kərimoğlu (Qasımov) (09.07.1967, Şıxbabalı, Ağdam rayonu) — Qarabağ qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü. Rey Kərim oğlu Qasımov 9 may 1967-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində, sadə bir Türk ailəsində anadan olub. 1984-cü ildə həmin kənddə orta məktəbi bitirib. 1985-87-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. Əvvəlcə Ağdam Kənd Təsərrüfatı Texnikumunun İnşaat, sonra isə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib. Ailəlidir. Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Qarabağ müharibəsinin şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin həlak olduğu gün Ağdamdan Əsgəran istiqamətində təşkil olunmuş yürüşdə iştirak edib. Mühəribənin ilk dövründə gecələr ermənilərlə həmsərhəd kəndlərimizdə könüllü müdafiə dəstələrində ov tüfəngi ilə keşik çəkib. Qarabağda komendat saatını həyata keçirən Sovet ordusunun rəhbərlərinin birtərəfli şəkildə erməniləri himayə etmələrinin əleyhinə təşkil edilən aksiyalarda iştirak edib. 1991-ci ildən Erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda rəsmi şəkildə iştirak etmək üçün könüllü olaraq Azərbaycanın Milli Qəhrəmanı, mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin tərkibində Milli Ordu sıralarına qoşulub.
Rey Məmmədbəyli
Rey Məmmədbəyli — Azərbaycanlı futbolçu. Belçika futbol çempionatının super liqasında çıxış edən "Sent-Trüyden" futbol klubunun oyunçusu. Rey Məmmədbəyli 6 yaşından İslam Kərimovun rəhbərliyi altında futbol oynamağa başlamış, sonralar Vaqif Paşayevin nəzarətində məşq etmişdir. Valideynlərinin işi ilə əlaqədar Belçikaya köçməli olmuşdur. Oradakı futbol məktəblərindən birinə yazılmışdır. Əvvəlcə "Herent"in sıralarına qoşulmuş, sonradan "Löven"ə keçmişdir. 2008/2009 mövsümündə isə "Sent-Trüden"lə müqavilə bağlamışdır. "Sent-Trüden"in heyətində Belçika çempionatının ikinci dəstəsində son 3 turda oynamaq şansı qazanmış və 2 qol vurmuşdur. Atası Elgiz Məmmədov da peşəkar futbolçu olmuş, Kəpəz, Qarabağ, Neftçi klublarında çıxış etmişdir. Belçika çempionatının ikinci dəstəsində çıxış etdiyi 36 oyunda 32 qol vurmuşdur.
Rey Robson
Rey Robson (ing. Ray Robson, 25 oktyabr 1994, Quam) ABŞ şahmatçısı, qrosmeyster (2010). 16 iyul 2009-сü ildə gənclər arasında ən gənc ABŞ Çempionu olmuşdur. Dünya Kubokunda iştirak etsə də, uğur əldə edə bilməmişdir. 2014 Millionaire Chess turnirinin finalında Uesli So tərəfindən məğlub edilmişdir. Ray Robson. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Ray Robson. 365chess.com (ing.) Ray Robson. fide.com (ing.) Ray Robson. chessgames.com (ing.) Ray Robson.
Rey Tomlinson
Rey Tomlinson (ing. Raymond Samuel Tomlinson; d. 17 yanvar 1941, Amsterdam, Nyu-York, ABŞ) — ABŞ ixtiraçısı, @ işarəsinin banisi. Rey Tomlinson 17 yanvar 1941-ci ildə Nyu-York ştatının Amsterdam şəhərində anadan olmuşdur. Orta təhsilini Broadalbin Mərkəzi Məktəbində başa vurduqdan sonra Renselir Politexnik İnstitutuna daxil olub. Burada elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1965-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirib və "Bolt, Beranek and Newman" (BBN) şirkətində işləməyə başlayıb. 1968-ci ildə şirkət müasir internetin sələfi olan "ARPANET" şəbəkəsinin yaradılması işi ilə bağlı hökumət sifarişini alır. ABŞ-nin Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi (ARPA) bu işlərdə koordinator rolunu oynayırdı. 1969-cu ilin yanvar ayının 2-də "ARPANET" adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edilir.
Rey Yuri
Raymond Klarens Yuri (ing. Ray Ewry) — səkkiz Olimpiya və iki növbədənkənar Yay Olimpiya Oyunları qızılına malik ABŞ-lı yüngül atletika idmançısıdır. Bu nəticələrlə o, bütün zamanların ən uğurlu olimpiyadaçıları arasında özünəməxsus yer tutur. Ayrı-ayrı növlər üzrə yarışlarda qazandığı səkkiz Olimpiya qızılı ilə yalnız 18 Olimpiya qızılına malik olan Maykl Felps-dən geri qalır. Yuri ABŞ-nin İndiana ştatının Lafayette şəhərində qüsurlu uşaq kimi anadan olub. Qısa müddət ərzində, o, əlil arabasından istifadə edib və onun, ömürlük iflic ola biləcəyindən qorxurdular. Lakin Yuri öz fiziki məşqlərini etdi və xəstəliyə qalib gəlməyi bacardı. Yuri Perdyu Universitetinə gedib və Siqma Nu cəmiyyətinin üzvü olub. Perdyuda mühəndislik diplomu aldıqdan sonra o, Nyu-York İdman Klubunun üzvlüyünə yazılıb. Orada Yuri hal-hazırda mövcud olmayan yerindən uzununa, hündürlüyə və üç təkanla tullanma yarışlarında ixtisaslaşmışdı.
Rey burnu
Rey burnu (ing. Cape Ray) — Kanadanın Nyufaundlend adasının cənub-qərb qutaracağında yerləşən burun. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. Burunun qarşı tərəfimndə Niort burnu yerləşir (Keyp-Breton adası ucqar şərq nöqtəsi).
Ayə
Ayə (ərəb. آية‎‎‎ – əlamət, işarə) — Quranda mətnin bölündüyü kiçik həcmli parçalar. Ayələr daha böyük parça olan surələrin tərkib hissələri kimi çıxış edir. Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır. Qurandakı ayələrin sayı mübahisəlidir. Nafiyə görə onların sayı 6235, Şeybəyə görə 6236, kufəlilərə görə 6236, misirlilərə görə 6236, müfəssir Zəməxşəriyə görə isə ayələrin 6236-dır.
İyə