Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sükan hidrogücləndiricisi
Sükan hidrogücləndiricisi - sükan idarə mexanizminin tərkib hissəi olub, avtomobilin hidravlik sistemi vasitəsilə hərəkət zamanı avtomobilin idarə olunmasını asanlaşdırır və əksəlaqəni saxlayaraq verilmiş trayektoriya üzrə hərəkətin stabilliyini təmin edir. Sükan hidrogücləndiricisi elə quraşdırılmışdır ki, onun sıradan çıxması zamanı sükanın idarə edilməsi pozulmayır, bu halda sükan sadəcə ağır işləyir. === Quruluşu === Hidrogücləndirici özündə qapalı hidravlik sistemi təsvir edir. Buraya nasos, təzyiq tənzimləyicisi, hidravlik maye qabı, ventili və hidrosilindri idarəedən siistem daxildirlər. Avtomobilin mühərrikindən hərəkət alan nasos, mayeni lazımi səviyyədə saxlayan təzyiq tənzimləyicisi və maye qabı hidrogücləndiricidə təzyiq meyillənməsini stabilləşdirməyə xidmət edir. İkitərəfli gücləndirici hidrosilindr müasir avtomobillrdə adətən sükanın idarə sistemindəki darağa birləşdirilir və onun hərəkətinə güc verir. Ventil sükan valına bərkidilir və ona düşən momentə uyğun reaksiya verir. Sükanın dönmə hərəkətini ventilin işləməsinə çevirmək üçün çoxlu sayda üsullar mövcuddur. Bunların əksəriyyəti valda hərəkətli hissənin yerləşdirilməsinə əsaslanır. Müasir avtomobillərdə valın hərəkətli hissəsi rolunu torsion oynayır.
Surkan (Urmiya)
Surkan (fars. ‎‎‎‎سوركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 658 nəfər yaşayır (85 ailə).
Şükran günü
Şükran günü (Thanksgiving Day), ABŞ-də və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılaraq yalnız ailə və tanrıya adanan bir məna kəsb etmişdir. Hind toyuğu bugünün ənənəvi yeməyidir. == Tarixi == Plimutda Şükran günü 1621-ci ildə Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis koloniyaçının ev heyvanı ovlamağa getməsi ilə başladı. Bir gün o qədər çox heyvan tutdular ki, təxminən 50 adam olan qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə bunlar hind toyuğu idi, lakin ovlanması daha asan olan qaz və ördək olması ehtimalı daha yüksəkdir. Bu hadisədən sonra təxminən 90 nəfərlik bir yerli "Wampanoag" qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi. Qırmızıdərililər özləri ilə hədiyyə olaraq maral əti gətirmişdilər.
Şükran Şükürani
Şükran Rüfət oğlu Şükürani (4 dekabr 2001; Xətai rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şükran Şükürani 2001-ci il dekabrın 4-də Xətai rayonunda anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şükran Şükürani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şükran Şükürani oktyabrın 7-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükran Şükürani ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Suskan çayı (Çir)
Suskan çayı — Rostov vilayəti ərazisindən axan çay. Suskan çayı Çir çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Suskan çayının uzunluğu 78 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 1000 km²-dir. Çir çayının mənsəbinə 194 km qalmış ona tökülür. Mənbəyində 150 m, mənsəbində isə hündürlük 70 m təşkil edir. Əsasən təpəli çöl ərazisindən axır. Çay sistemi: Suskan → Çir → Don → Azov dənizi. == Təsviri == Suskan çayı Don cərgədindən Çebotarevski xutorundan başlanğıcını götürür.
Sekban
Sekban — (Farsca seg-ban: "köpək baxıcısı"), Yeniçəri ocağının altmış beşinci bölük üzvünə verilən ad. Sekbanlar, Osmanlı imperiyasında kəndli kökənli muzdlular idi. Sekban termini əvvəlcə nizamsız hərbi hissələrə, xüsusən də silahsız olanlara deyilirdi, lakin nəticədə nizami hərbi qüvvələrdən kənar hər hansı bir orduya da bu cürə müraciət edilə bilərdi. Sekbanlar nəinki Osmanlı dövlətinə sadiq idilər, həm də onlara kifayət qədər maaş verən hər kəsə sadiq ola bilərdilər. Sekban təşkilatı, Murad Hüdavəndigar dövründə sultanın ovçusu olaraq mövcud idi. 1451-ci ildə Fateh Sultan Mehmed dövrünə qədər müstəqil bir təşkilat olan Sekban ocağı, Yeniçərlərin itaətsizliyi səbəbi ilə,onların üsyan meylini pozmaq üçün Fatihin əmri ilə Yeniçəri ocağına paylandılar. O zaman onların sayı altı-yeddi min idi. Beş yüz sekban da ov xidmətinə görə saxlanıldı. Yavuz Sultan Səlimin hakimiyyəti dövründə bütün sekbanlar bölüyə çevrildi və yeniçəri mərkəzinin altmış beşinci bölüyünü təşkil etdi. Piyada və süvari sekbanlar, padşahla ova çıxır, ov itlərini böyüdür və sekban təndirində çalışırdılar.
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir. İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Ajda Pekkan
Ajda Pekkan (12 fevral 1946[…], İstanbul) — Türkiyəli pop müğənni və aktrisa. Türkiyədə, Türk pop musiqisinin "Superstar"ı olaraq tanınır. == Həyatı == Əsl adı Ayşe Ajda Pekkandır. Türk hərbi zabit və bir evdar qadın ailəsində anadan olmuşdur. Uşaqlığı Şakir dəniz bazasında keçib. Uşaqlığı Gölcük, Kocaelində keçmişdir. O, İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib. Uşaqlıqdan müğənni olmaq arzusunda idi. Sənətinə 1965-ci ildə Türkiyədə başladı. 1970-ci illərdə Avropada tanınmağa başladı.
Şükran Saleh ibn Adi
Şükran Saleh ibn Adi (güm. 590-cı illər, güm. Efiopiya – güm. 650-ci illər, güm. Bəsrə, ərəb. شقران صالح بن عدي‎) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabəsi. Bədr döyüşünün şahidi və Məhəmməd peyğəmbərin vəfatından sonra dəfn mərasimində iştirak edənlərdən biri olmuşdur. Saleh ibn Adi adı ilə deyil, Şükran ləqəbi ilə tanınır. == Bioqrafiya == Şükran Həbəş köləsi olmuşdur. Onun Həbəşistandan (Efiopiya) Ərəbistan yarımadasına nə vaxt və necə gəldiyi məlum deyil.
Süskən
Süskənd — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Süskənd kəndi Fıstıqlı, Çinarlı və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. == Toponimikası == Süskənd oyk, mür. Qax r-nunun Qum i.ə.v.-də kənd. Qum çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XVIII əsrin ikinci yarısında, İlisu sultanı Xanbaba bəy dövründə Əmircanlı kəndinə məxsus sahədə salınmışdır. Oykonim yaxınlıqda axan Süs çayının adı ilə bağlıdır. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Süskənd kəndində milli tərkibi muğallardan ibarət 20 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. == Tarixi == Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.
Sokka
Sokka — "Avatar: Aanq haqqında əfsanə" cizgi serialının və "Sonuncu hava maqı" filminin əsas personajlarından biri.
Ammonius Sakkas
Ammónius Sákkas (yunanca Ἀμμώνιος Σακκᾶς, latınca Ammonius Saccas; 175—242, İsgəndəriyyə) — yunan filosofu, Plotinin və Origenin müəllimi. Neoplatonizmin yaradıcısı sayılır. == Həyatı və fəlsəfəsi == O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur. Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar. Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər.
Armudu stəkan
Armudu stəkan — Azərbaycanda çay dəstgahının tərkib hissəsi Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsa da, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.
Dekkan sultanlıqları
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad. Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar. 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur. Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
Dülkan (Sərdəşt)
Dülkan (fars. دولكان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (64 ailə).
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Hündürlük sükanı
Hündürlük sükanı — eninə ox ətrafında fırlanmanı həyata keçirən təyyarənin aerodinamik idarəetmə orqanıdır. Hündürlük sükanı uçan təyyarənin tanqajının dəyişməsinə səbəb olan hərəkətli idarə olunan səthdir. Aerodinamik sxemdən asılı olaraq hündürlük sükanı təyyarənin müxtəlif yerlərində quraşdırıla bilər. Normal sxemə görə, hündürlük sükanları stabilizatorların arxa kənarlarında yerləşən quyruq lələki elementləridir. Səsdən surətli təyyarələrin əksəriyyətində yüksəklik hündürlük sükanların funksiyasını tam dövriyyəli stabilizatorlar yerinə yetirir. "Ördək" sxemi hündürlük sükanların qabaqda yerləşməsini nəzərdə tutur; "quyruqsuz" sxemi isə, hündürlük sükanlarının elevonlarla dəyişdirilməsini nəzərdə tutur. Təyyarənin tangajla idarə edilməsi pilot tərəfindən sükan çarxını özünə götürməklə və ya özündən geri qaytarmaqla həyata keçirilir. Hündürlük sükanları bu zaman müvafiq olaraq yuxarı və ya aşağı sapdırılır, kabrirləşdirici və ya şığıyıcı an yaradır, və təyyarənin burnu yuxarı qalxır və ya aşağı düşür.
Komedi Dükkanı
Komedi Dükkanı — Tolga Çevik'in, Fırat Doğu Parlak'ın iştirakıyla yaradılmış bədahətən əyləncəli komedik tamaşa. İlk dəfə TV8 kanalında yayımlanan proqram sonradan TRT1 kanalına keçmiş . Uzun müddət sonraysa Star TV-də yayımlanmışdır. Proqramın əsas karakterləri Arkadaşım (Tolqa Çevik), Rejissor - Yönetmen (Fırat Parlak) və Minik - Müzisyen (Özer Atik)-dir. Sonralarsa, proqram bağlanmış və hal hazırda Kanal D kanalında "Arkadaşım Hoşgeldin" adıyla yayımlanır.
Memmedli Sübhan
Sübhan Səbuhi oğlu Məmmədli (12 avqust 1994, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Evli idi. == Hərbi xidməti == Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir.
Seikan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir. Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. == İstinadlar == == Xarici keçidlər == The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
Serkan Çayoğlu
Serkan Çayoğlu (31 may 1987, Almaniya Federativ Respublikası) — türk model və aktyor. == Həyatı == Serkan Çayoğlu təhsilini Almaniyada universitetin İqtisadiyyat bölməsində tamamlamışdır. Əvvəllər modellik etməyi düşünsə də, bir müddət sonra aktyorluğa yönəlmiş və Ümid Çıraq, Dolunay Soysərt kimi adlardan peşəkar aktyorluq təhsili almışdır. İlk olaraq 2012-ci ildə "Kuzey-Güney" teserialının mövsüm finalında Mərvə Boluğurun İtaliyadan gələn yoldaşını canlandırmış, sonra "Zeytun təpəsi" teleserialında oynamışdır. Handə Yenərin "Ya Ya Ya" klipinə də çəkilmişdir. 2014-cü ildə başlayan "Gilas mövsümü" teleserialında Ayaz Dinçər rolunu canlandırmışdır. Teleserial 2015-ci ildə başa çatmışdır. Aktyor daha sonra "Həyatımın eşqi" teleserialında Dəmir Cərrahoğlu rolunu oynamışdır.
Seykan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir. Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. == İstinadlar == == Xarici keçidlər == The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
Sübhan Abdurahmanlı
Sübhan Mahir oğlu Abdurahmanlı (18 oktyabr 1992; Bakı, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Abdurahmanlı 1992-ci il oktyabrın 18-də Bakı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Sübhan Abdurahmanlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Abdurahmanlı oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Sübhan Bəkirov
Sübhan Kamal oğlu Bəkirov (4 avqust 1964, Ürkməzli, Qazax rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral (2022). == Həyatı == Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Ailəlidir. Üç övladı var. == Təhsili == Ali Hərbi-Mühəndis: 1985–1990 == Hərbi xidməti == 1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. 1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub. 2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Sübhan Əzizov
Sübhan Məmməd oğlu Əzizov (17 yanvar 1999; Dayıkənd, Salyan rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Əzizov 1999-cu il yanvarın 17-də Salyan rayonunun Dayıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin tələbəsi idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Sübhan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Laçının, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sübhan Əzizov noyabrın 6-də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Noyabrın 7-də Salyan rayonunun Dayıkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Lukian
Samsatlı Lukian (q.yun. Λουκιανὸς ὁ Σαμοσατεύς, lat. Lucianus Samosatensis; təq. 120 – təq. 180, Afina, Axeya) — qədim yunan yazıçısı. == Fəaliyyəti == Satirik yazılarda Lukian ictimai, dini və fəlsəfi mövhumatı, həmçinin müasir ictimaiyyətin digər çətinliklərini tənqid etmişdir. Bundan əlavə, onun "Doğru tarix" adlı əsəri, xüsusilə Ay və Veneraya səyahət ilə, elmi fantastikanın yaranmasına təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Lucian of Samosata Project - Library/Texts, Articles, Timeline, Maps, and Themes A.M. Harmon, Introduction to Lucian of Samosata of Samosata tərəfindən əsərlər Qutenberq layihəsində Əsərləri və ya müəllifi olduğu işlər: Lukian İnternet arxivində Lukian tərəfindən əsərlər LibriVox-da (açıq audi-kitablar) Dickinson College Commentaries: True Histories Alexander the False Prophet - the successful travelling prophet of Asclepius and his oracular serpent god Works of Lucian of Samostata at sacred-texts.com The Syrian Goddess, at sacred-texts.com Macrobii and Lucius (The Ass), at attalus.org Contents – Harvard University Press P. P. Fuentes González, art. Lucien de Samosate, DPhA IV, 2005, 131-160.
Sudcan
Sudcan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Laran bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,415 nəfər və 1,214 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Sufyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Sukkur
Sukkur—Pakistanın Sind əyalətində, İndus çayının qərbində şəhər.Sukkur Sind əyalətinin Kəraçi və Heydərabad (Pakistan) şəhərlərindən sonra ən böyük 3-cü, Pakistanın isə,14-cü böyük şəhəridir. == Etimologiya == Sukkurun Ərəb sözü olub, şəkkər (şəkər) olduğu ehtimalları var.Həmçinin digər ehtimallara görə Sukkur "sukh" sözünün təhrif olunmuş forması olub, sindi dilində "rahat" mənası verdiyi söylənilir..
Suklen
Suklen (fr. Souclin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01411. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 40 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 261 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi cəhətdən, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu 61,9%). 119 fəal sakindən 113 nəfər (63 kişi və 50 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) işlədi.
Sulpan
Sulpan (Auırqazı)
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. == Mənası == Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Şurtan
Aşağı Şurtan
Abidə Sultan
Abidə Sultan (1618, Konstantinopol – 1648, Konstantinopol) — I Əhmədin qızıdır. Anasının bətnində ikən atası vəfat etmişdir. 1632-ci ildə Sədrəzəm Dabanıyasdı Mehmed Paşa ilə evləndirildi. Bu evlilik paşanın vəfatına qədər davam etdi. Mehmed Paşanın vəfatından 36 il sonra vəfat etdi.
Abram Surkin
Abram Surkin — Azərbaycanın Əməkdar memarı. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Abram Surkinə həsr edilmişdir.
Adilə Sultan
Adilə Sultan (23 may 1826, Konstantinopol – 12 fevral 1899, Konstantinopol) — 30. Osmanlı sultanı II Mahmudun qızı. == Həyatı == 23 may 1826 tarixində İstanbulda dünyaya gələn Adilə Sultanın anası Zərnigar Sultandır. Adil ləqəbi ilə şeirlər yazan atası II Mahmud yeni dünya gələn qızına öz ləqəbinə uyğun ad qoydu. Hələ 4 yaşındaykən anası vəfat etmiş, sonrakı illərdə atasının bir digər xanımı olan Nevfidan Sultanın himayəsində böyümüşdür. 13 yaşında isə atası vəfat etmiş, təhsil və tərbiyəsi ilə böyük qardaşı Sultan Əbdülməcid maraqlanmışdır. 28 aprel 1845 tarixində gələcəkdə sədrəzəmliyə qədər yüksələn Mehmed Əli Paşa ilə nikahlandı və ertəsi ilin fevral ayında bir həftə davam edən möhtəşəm bir toy mərasimi ilə evləndi. Adilə Sultanın toy mərasimi XIX əsrdə Osmanlı sarayında yaşanan ən maraqlı hadisələrdən biri oldu. Belə ki, Osmanlı tarixində ilk dəfə möhtəşəm hava balonları uçuruldu. Hal-hazırda Memar Sənan Universitetinin yerləşdiyi Beyoğlu səmtindəki Neşətabad Sarayı, evləndikdən sonra Adilə Sultana hədiyyə edildi.
Aişə Sultan
Aişə Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı Aişə Sultan — 12. Osmanlı sultanı III Muradın qızı Aişə Sultan — 14. Osmanlı sultanı I Əhmədin qızı Aişə Sultan — 22. Osmanlı sultanı II Mustafanın qızı Aişə Sultan — 23. Osmanlı sultanı III Əhmədin qızı Aişə Sultan — 34.
Alaxan Sultan
Alaxan Sultan, Alya xan Sultan Abil oğlu (uyğ. Alahan Sultan) — İli bölgəsindəki 1864-cü il Uyğur üsyanının liderlərindən biri və hazırda ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunda, tarixi Şərqi Türkistan ərazisində mövcud olan dövlət olan İli sultanlığının hökmdarı. == Həyatı == Alaxan Sultan Külçədə, Uyğur məmurların ailəsində anadan olub. İli bölgəsində 1864-cü il uyğurlar və dunqanların üsyanının fəal iştirakçısı olub. Əbdürəsul bəy və Sadır Pəlvanla birlikdə üsyanın əsas təşkilatçılarından sayılırdı. 1865-ci ildə dövlətin hökmdarı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra müxtəlif uyğur qrupları arasında qarşıdurma başladı. Bu qarşıdurmalar dunqanlarla münasibətdə daha ağır formada baş qaldırmışdı. 2 fevral 1865-ci ildə Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Bir sıra sui-qəsdlər və qətllər nəticəsində Molla Şövkət Axund hakimiyyətə gəlir. 1866-cı ilin yayında İli diyarı ərazisi üsyançıların əlinə keçir.Əvvəllər Çin hökumətinə qarşı birlikdə mübarizə aparan uyğurlarla dunqanlar arasında döyüşlər baş verir.
Aliyə Sultan
Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, Konstantinopol) — 33. Osmanlı sultanı V Muradın qızı. == Həyatı == Aliyə Sultan 24 avqust 1880-ci ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Uşaqlıq illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Aliyə Sultanın sağlamlığı olduqca həssas idi. 1903-cü ildə tutulduğu soyuqdəymənin ardından səhhəti bir daha düzəlmədi. Sahilsarayı olan Çırağan sarayının rütubətli divarları arasında getdikcə zəifləyən Aliyə Sultan, əmisi Sultan Əbdülhəmidə yazılan xahiş məktubunun ardından Ulduz sarayına aparıldı. Burada bir müddət müalicə olunsa da, çox keçmədən 19 sentyabr 1903-cü ildə burada vəfat etdi. Cənazəsi atasının bibisi Adilə Sultanın Əyyubsultandakı türbəsinə dəfn edildi. == Mənbə == Adra, Jamil (2005).