Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zülüm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Gülüm-gülüm piri
Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur.
Fəxri Müslüm
Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015) == Həyatı == Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir. == İş fəaliyyəti == Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır. == Pedaqoji fəaliyyəti == Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır.
Muğancıq Müslüm
Muğancıq Müslüm — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir.Yaşayış məntəqəsi Müslüm adlı şəxsin başçılığı ilə muğanlı tayvasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır.Oykonim "Müslümə məxsus muğanlılar" və ya "Müslümə məxsus muğanlılardan bir barça" mənasindadır. == Əhalisi == Əhalisi 888 nəfərdir.(2009 - cu il) Naxçıvanda Şərur rayonunun Muğancıq kəndi üç tayfadan (Çölməkçi, İrzalı, Məşədiməmmədli) ibarət olmuşdur.
Müslüm Eldarov
Müslüm Ömər oğlu Eldarov (1956, Bakı – 2003) — Heykəltəraş, rəngkar, qrafik ustası. Londonda Azərbaycan Mədəniyyət Mərkəzi və onun tərkibində "Humay" qalerayasının (1997) təsisçisi. == Həyatı == Müslüm Eldarov 1956-cı ildə Bakı şəhərində anadan olub. 1971–1975-ci ilərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almış, 1975–1981-ci illərdə Rusiya Rəssamlıq Akademiyasında(Sankt-Peterburq şəhərində) təhsilini davam etdirmişdir. 1982–1986-cı illərdə SSRİ xalq rəssamı, heykəltaraş M. K. Anikuşinın aspiranturasında oxumuşdur. Bundan əlavə, Müslüm 80-ci illərin ortalarında vüsət almış yaradıcı gənclərin geniş hərəkatının ən parlaq nümayəndələrindən idi. O, Azərbaycan ziyaları üçün yeni ideya mənbəyinə çevrilimiş, 1986-cı ildə açılmış Azərbaycanda ilk qeyri-formal mədəniyyət təşkilatının – Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak etmiş və sonralar rəhbərlərindən biri olmuşdur. Müslüm Eldarov nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda milli mədəniyyətimizin tanınmasında böyük işlər görmüşdür. 1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində "Humay" qalerayasını (1997) təsis etmişdir. Müslüm Eldarov Avrasiya məkanında enerji sahəsinə həsr olunmuş ən sanballı nəşrlərdən hesab olunan Beynəlxalq regional "Caspian" jurnalının (1995) nəşrinə başlamışdır.
Müslüm Gürsəs
Müslüm Gürsəs (türk. Müslüm Gürses; 7 may 1953, Halfeti[d], Şanlıurfa ili – 3 mart 2013, İstanbul, Türkiyə) — Türkiyəli musiqiçi. == Həyatı == === Uşaqlığı === 5 İyul 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində kərpic bir evdə dünyaya gelmişdir.Anasının adı Əminədir.Atası Mehmet Ağbaş rəncbərlik edər, türkü söyləməyi sevər, bağlama çalardı. Ağbaş cütlüyünün Müslümdən sonra Əhməd adında bir oğlan, Zeyno adında bir qız uşaqları oldu. Müslüm Gürsəsin uşaqlığının ilk illəri Şanlıurfada keçib. Gürsəs üç yaşında ikən iqtisadi səbəblərdən ötrü ailəsi ilə Adanaya köçüb. === Sənətdə ilk illəri === Müslüm Gürsəs müğənniliyə 1965-ci ildə, kiçik yaşda Adanada bir çay baxçasında musiqilər söyləyərək başladı, eyni zamanda Xalq evinə də getdi. Dərzi köməkçiliyi edirdi, o illərdə bir restoranda səhnəyə çıxdı. Ayrıca ibtidadi məktəbdən məzun olduqdan sonra 14 yaşında ikən, 1967-ci ildə Adana Ailə Çay Baxçasında hazırlanmış yarışmaya qatıldı və birinci oldu. Səsiylə uşaq yaşlarında diqqət çəkən Gürsəs özü ilə edilmiş bir reportajda o zamanla bağlı bunları söyləmişdir: Soyadını da orada işləyərkən “Gürsəs“ olaraq dəyişdirdilər.
Müslüm Hacimətov
Müslüm Məmməd oğlu Hacımətov - Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ-nin Əlaçı neftçisi fəxri adı, Azərbaycan Republikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır. == Həyatı == Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini və Bakı şəhərində 1li sənət məktəbini bitirmişdir. 1951—1968-ci illərdə Gürganeft trestinin Qazma İdarəsində (indiki Neft Daşları DQİİ) qazmaçı köməkçisi, qazmaçı-buruq ustası işləmişdir. 1968—1971-ci illərdə Suriya Ərəb Respublikasında buruq ustası, 1971—1978-ci illərdə Neft Daşlan DQİİ-də buruq ustası, 1978—1981-ci illərdə İraq Ərəb Respublikasında buruq ustası, 1981—1996-cı illərdə Neft Daşları DQİİ-də və 1996-2004-cü illərdə Bayıl limanı Qİİ-də buruq ustası işləmişdir. Müslüm Hacımətov qiyabi olaraq 1961-ci ildə fərqlənmə diplomu ilə Bakı neft texnikumunu, 1976-cı ildə Azərbaycab Dövlət Neft və Sənaye Universitetini (indiki ADNA) bitirmişdir. Dünyada ilk dəniz şəhərinin, Neft Daşlarının bünövrəsini qoyanlardan, onun ilk fatehlərindən biri olan məşhur buruq ustası Müslüm Hacımətovun sinəsi tarixdir, ensiklopediyadır, dəniz şəhərinin 55 illik tarixi onun yaddaşındadır. == Əmək fəaliyyətyi == 1951-ci ildə Neft Daşlarına ilk gələn cəsurlar arasında 1 saylı sənət məktəbinin məzunu Müslüm Məmməd oğlu Hacımətov da var idi. O, ilk əmək fəaliyyətinə Neft Daşlarında yeddinci dərəcəli qazmaçı kimi başlamışdı.
Müslüm Hacımətov
Müslüm Məmməd oğlu Hacımətov - Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ-nin Əlaçı neftçisi fəxri adı, Azərbaycan Republikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır. == Həyatı == Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini və Bakı şəhərində 1li sənət məktəbini bitirmişdir. 1951—1968-ci illərdə Gürganeft trestinin Qazma İdarəsində (indiki Neft Daşları DQİİ) qazmaçı köməkçisi, qazmaçı-buruq ustası işləmişdir. 1968—1971-ci illərdə Suriya Ərəb Respublikasında buruq ustası, 1971—1978-ci illərdə Neft Daşlan DQİİ-də buruq ustası, 1978—1981-ci illərdə İraq Ərəb Respublikasında buruq ustası, 1981—1996-cı illərdə Neft Daşları DQİİ-də və 1996-2004-cü illərdə Bayıl limanı Qİİ-də buruq ustası işləmişdir. Müslüm Hacımətov qiyabi olaraq 1961-ci ildə fərqlənmə diplomu ilə Bakı neft texnikumunu, 1976-cı ildə Azərbaycab Dövlət Neft və Sənaye Universitetini (indiki ADNA) bitirmişdir. Dünyada ilk dəniz şəhərinin, Neft Daşlarının bünövrəsini qoyanlardan, onun ilk fatehlərindən biri olan məşhur buruq ustası Müslüm Hacımətovun sinəsi tarixdir, ensiklopediyadır, dəniz şəhərinin 55 illik tarixi onun yaddaşındadır. == Əmək fəaliyyətyi == 1951-ci ildə Neft Daşlarına ilk gələn cəsurlar arasında 1 saylı sənət məktəbinin məzunu Müslüm Məmməd oğlu Hacımətov da var idi. O, ilk əmək fəaliyyətinə Neft Daşlarında yeddinci dərəcəli qazmaçı kimi başlamışdı.
Müslüm Maqomayev
Müslüm Maqomayev (bəstəkar) — Azərbaycan bəstəkarı, müğənni Müslüm Maqomayevin babası. Müslüm Maqomayev (müğənni) — müğənni, bəstəkar Müslüm Maqomayevin nəvəsi.
Müslüm Məmmədov
Müslüm Məmmədov (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Müslüm Oğuz
Müslüm Oğuz— Müslüm Oğuz –Türkiyə yazıçısı, publisisti və ictimai xadimi,Türkiyə Yazarlar Birliyinin və və İLESAM-ın üzvü. == Həyatı və fəaliyyəti == Müslüm Oğuz 1951-cı ildə Türkiyə Cümhuriyyətinin Iğdır qəzasının Araz çayı sahilindəki Hakmehmet kəndində anadan olmuşdur. Atası Hacı Bəhram xırda ticarətlə məşğul olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, Iğdır liseyini (1968), daha sonra İstanbul Univer¬sitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünü bitirmişdir (1974). İznik (1976-1979), Babaeski (1979-1982) və Qarsda (1982-1987) tarix müəllim kimi fəaliyyət göstərmişdir. Bir müddət Qars Milli Təhsil şöbəsinin müdiri, Qars Xalq Təhsili başqanı (1984) vəzifəsini icra etmişdir. Qars (1987) və Manisa (1989) şəhərlərində Kültür ve Turizm müdiri vəzifələrində çalışmışdır. 2003-cü ilin sentyabr ayından təqaüdə çıxmışdır. === Yaradıcılığı === Yaradıcılığa universitet illərində başlayan yazarın şeir, hekayə və məqalələri Türkiyənin “Hergün”, “Bursa Hakimiyet”, “Tohum”, “Yeni Nesil, “Doğuş Edebiyat”, “Hüryurt” “İlimiz” “Nilüfer” (Elazığ), “Yeşil Iğdır” kimi dərgi və qəzetlərində yayınlanmışdır. Elmi araşdırmaları içərisində 1920-1921-ci illərdə Türkiyədə köç və köçmən məsələləri ilə bağlı yazılar xüsusi yer tutur.
Müslüm Vəliyev
Müslüm Vəliağa oğlu Vəliyev (3 iyul 2001; Şüvəlan, Bakı, Azərbaycan — 28 sentyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Müslüm Vəliyev 3 iyul 2001-ci ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Müslüm Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Qala qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Müslüm İbrahimov
İbrahimov Müslüm Azad oğlu — dosent, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvü. == Həyatı == 1974-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Baki şəhəri orta məktəbini, 1997-ci ildə K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetini və orada 2000-ci ildə aspiranturanı biritmişdir. Iqtisad elmləri namizədidir. Aspiranturada təhsil alan zaman Azərbaycan Respublikasının səfirin təhsil məsələləri üzrə müşavirin köməkcisi kimi fəaliyyət göstərib. 2001-ci ildə Baki şəhər Icra Hakimiyyətinin "Bakimühəndistikinti" 32 nömrəli trestin direktorun iqtisadi məsələlər üzrə müavini işləmişdir. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutunun böyük elmi işcisi sonra isə 2003-cü ildə Azərbaycan Milli Elmər Akademiyasının şöbə və sektor müdürləri vəzifələrinə kecirilən seckilərlə əlaqədar olaraq "Sənaye və investisiya siyasəti" şöbəsinin müdiri, "Beynəlxalq iqtisadi münasibərlər" kafedrasının baş müəllimidir və eyni zamanda Universitetin Elmi-Metodiki şuranın və Elmi Seminarın üzvü secilmişdir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvüdür. Elmi-tədqiqat maraqları: milli iqtisadiyyatla beynəlxalq iqtisadiyyatın dialektikası, aqrar-sənaye kompleksinin problemlərinin araşdırılması, stoxastik iqtisadi-riyazi modellərin iqtisadi münasibətlər sferasında tədbiqi problemləri və sair. 50-dən cox elmi məqalələr və məruzənin tezislərin o cümlədən Rusiya Federasiyasında cap olunmuş iki monoqrafiyasının müəllifidir.
Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed‎; ərəb. صالح مسلم محمد‎‎, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur. == Həyatı == === İlk illəri === Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır. Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur. O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir.
Gülüm-gülüm yaşayış yeri
Gülüm-gülüm yаşаyış yеri — Hаqqındа əfsаnələr dоlаşаn bu аbidə Оrdubаd rаyоnunun Nəsirvаz kəndindən cənub-qərbdə dаğın ətəyində yеrləşir. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrində iri dаşlаrdаn hörülmüş müdаfiə divаrlаrının və yаşаyış binаlаrının qаlıqlаrı аşkаr оlunmuşdur. Müdаfiə divаrlаrı yаnlаrdа iri qаyа pаrçаlаrındаn hörülərək, оnlаrın аrаsı kiçik həcmli dаşlаrlа dоldurulmuşdur. Bəzi yеrlərdə müdаfiə divаrlаrının uzunluğu 35 m-ə çаtır. Divаrın еni müхtəlifdir. Оnun qаlınlığı 1,2-1,5 m аrаsındаdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаdа inşа оlunmuş yаşаyış binаlаrın qаlıqlаrı vаr. Оnlаrın böyük bir qismi dаğ uçqununun аltındа qаlаrаq dаğılmışdır. Аrаşdırmаlаr göstərir ki, yаşаyış yеrindən uzun müddət istifаdə оlunmuş, Оrtа əsrlərdə isə bаğ yеrinə çеvrilmişdir. Dеyilənə görə, burаdа аğаnın bаğı оlmuş və о bаğdа hər mеyvədən оlmuşdur.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Tüklü albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Tüklü böyürtkən
Tüklü böyürtkən (lat. Rubus tomentosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Avopada, Orta Balkan yarımadasında, Kiçik Asiyada və İranda geniş yayılmışdır. == Botaniki təsviri == Birillik, budaqları qövsvarı əyilmiş, tilli, üzəri yatıq keçətüklü, az halda tüksüz, müxtəlif formalı tikanlı koldur. Çiçək oxu düz yönəlmiş, çökək, az tikanlıdır. Çiçək qrupu sıx, uzunsov, çoxçiçəkli salxımdır. Kasayarpağı kül rəngli boz keçətüklü, aşağıya yönəlmişdir. Meyvəsi uzunsov şar formalı, bir qədər qurudur. İyun-avqust aylarında çiçəkləyir və meyvə verir. == Ekologiyası == Çay kənarlarında rütubətli yerlərdə bitir.
Tüklü gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü gəvən
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Tüklü herniyar
Tüklü herniyar (lat. Herniaria hirsuta) — herniyar cinsinə aid bitki növü.
Tüklü külbaba
Tüklü külbaba - (lat. Leontodon hispidus) == Qısa morfoloji təsviri == Çoxillik, 14-40 sm hündürlükdə, gövdəsi, adətən tək, düz və ya qalxan, yarpaqsız, çılpaq, bəzən 1-2 xırda yarpaqlı bitkidir. Kökyanı yarpaqları çoxsaylı, bəzən azacıq tüklü, uzunsov və ya lansetvari, oyuqdişli və ya oyuqdilimli olaraq, arxaya burulmuş üçkünc hissələrə bölünmüşdür. Səbətləri çiçəkləyənə qədər əyilmiş vəziyyətdə olur. Sarğısı 10-15 (17) mm uzunda, uzunsovdur. Yarpaqcıqları tünd yaşıl, xaricdəkilər qısa lansetvari, daxildəkilər xətt - lansetvari, küt və ya iti uclu, hamısı pırpızlaşmış codtüklüdür. Dilcikləri sarı, sarğıdan1,5- 2 dəfə uzundur. Toxumcaları mixəyi, 5–8 mm uzunda, dar silindirvari, şırımlı, zəif qırışlıdır. Kəkili toxumcadan bir az uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından alp qurşağına kimi yayılmışdır.
Tüklü kərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü mamont
Tüklü mamont (lat. Mammuthus primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin mamont cinsinə aid heyvan növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir. Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir.
Tüklü maralça
Tüklü maralça (lat. Epicometis hirta Poda.) Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Sərtqanadlılar (Coleoptera) dəsətəsinin lövhəbığlar fəsiləsindən olub, qırmızımtıl ayaqları və qanadüstü oval formada olan qara rəngli böcəkdir. Bədəni və qanadüstü bozumtul pulcuqlarla örtülmüşdür. Bığcıqları gözlərlə yan-yana olub oxlov şəklindədir. Bədənin uzunluğu 9-12 mm-dir. Yaşlı fərdləri Naxçıvan MR-in meyvə bağlarında geniş yayılaraq meyvə ağaclarının tumurcuq və çiçəklərinə ciddi zərər verirlər. Xüsusilə ərik, şaftalı və heyvanın tumurcuq və çiçəklərinə 30-35 % zərər yetirir ki, bu da məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. == Həyat tərzi == Böcək imaqo mərhələsində torpaqda qışlayır. Yazın əvvəllərində (martın axırı, aprelin əvvəlləri) qış yerlərindən çıxan böcəklər, bəzək bitkilərinin təzəcə əmələ gəlmiş tumurcuqları və sonra təzəcə açılmış çiçəkləri ilə qidalanırlar. Abşeronda az hallarda yenicə açılmış yarpaqlarla da qidalanmaları müşahidə edilmişdir.
Tulum
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Robert Ludlum
Robert Ludlum (25 may 1927[…], Nyu-York, Nyu-York ştatı – 12 mart 2001[…], Neypls[d], Florida) — Amerika yazıçısıdır. Onun 29 kitabı 210 milyon nüsxədən çox nəşr olunub və 32 müxtəlif dilə tərcümə olunub. 2001-ci ildə vəfat edən müəllifin geridə müqavilə müəllifləri tərəfindən nəşr edilməli olan çoxlu əlyazmaları və kobud qaralamaları qoyub getdiyi iddia edilir. Ümumiyyətlə, onun yazdığı kitab növləri məxfi xidmətin qəhrəmanları və casuslar üzərində qurulmuşdur. Bu, müəllifin davamlı populyarlığının sübutudur. 2001-ci ildə ölümündən sonra Ludlum Fondu yazıçının ən məşhur əsərlərindən olan Bourne seriyasını davam etdirməyə qərar verdi və onun yaxın dostlarından Erik Van Lustbader hələ də bu seriyanı davam etdirir. İndiyə qədər 7 davam kitabından yəni Bourne Legancy, Bourne Betrayel, Bourne Imperative, Bourne Dominion, Bourne Objective, Bourne Deception, Bourne Sanction kitabından 4-ü türk dilinə tərcümə edilmişdir.