Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2–5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Çürütmə
Çürütmə Təbrizin ən dadlı və əski ənənəvi şiriniyyatlarından biridir ki onun hazırlanma qaydası Eris kimindir, ancaq Erisdən daha bərk və quru olmalıdır.Eramızda Çürütmənin az hazırlamasına görə Təbrizin az tapılan və bahalı şiriniyyatlarından biri sayılır.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Əl sürütməsi
Əl sürütməsi — insan qüvvəsi ilə hərəkətə gətirilən ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Azərbaycanın dağlıq, dağətəyi, meşəkənarı kəndlərində bu bəsit nəqliyyat növü daha çox yayılmışdı. Əl sürütməsini düzəltmək üçün nisbətən iri ağac budaqlarının kiçik şaxlarını kəsərək bir yerə yığıb şələ bağlayır, üzərinə ot, odun, kol, dərz, saman və s. qoyaraq əllə sürüyürdülər. Zaman kecdikcə daşınan yüklərin çoxluğu və ağırlığı nəzərə alınmaqla, əl sürütməsi qoşqu heyvanları vasitəsilə sürütmə ilə əvəz olunmuşdur.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Sürüşmə (1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşmə gərginliyi
Sürüşmə gərginliyi və ya kəsmə gərginliyi: Ümumi simvol: τ BS-də vahidi: paskal Digər kəmiyyətlərdən alınması: τ =F/A Kəsmə gərginliyi (çox vaxt τ ( yunanca : tau ) ilə işarələnir) material kəsiyi ilə paralel gərginliyin tərkib hissəsidir. O, materialın kəsişməsinə paralel qüvvə vektorunun komponenti olan kəsmə qüvvəsindən yaranır. Normal gərginlik, əksinə, təsir etdiyi materialın kəsişməsinə perpendikulyar olan qüvvə vektor komponentindən yaranır. == Ümumi kəsmə gərginliyi == Orta kəsmə gərginliyini τ və ya vahid sahəyə düşən qüvvəni hesablamaq üçün düstur: τ =F/A burada: F = tətbiq olunan qüvvə;A = en kəsiyi sahəsi. İştirak edilən sahə, tətbiq olunan qüvvə vektoruna paralel olan maddi üzə, yəni qüvvəyə perpendikulyar səthin normal vektoru ilə uyğun gəlir.
Sürüşmə (film, 1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.