Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi.
Sürtkü materialları
Sürtkü materialları — neftin distillə edilməsi nəticəsində alınan məhsullardır. Sürtkü materialları müxtəlif funksiyaları, məsələn, enerjinin ötürülməsi və yeyilməyə qarşı mühafizısini yerinə yetirməlidirlər. Əksər hallarda sürtkü materiallarının işləmə müddətini baza yağının oksidləşməsi məhdudlaşdırır. Sürtkü materillarının oksidləşməsinin əsas əlamətləri – baza yağının rənginin dəyişilməsi və xarakterik yanma qoxusunun əmələ gəlməsi, sonrakı mərhələlərdə isə yağın kinematik özlülüyünün kifayyət qədər artmasıdır. Lakin antioksidantların istifadəsi bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər. Sürtkü materiallarının oksidləşməsini 2 prosesə bölmək olar: sürtkü materialının molekulalarının oksigenlə reaksiyası nəticəsində gedən oksidləşmə və yüksək temperaturlarda olan termiki parçalanma (krekinq). Oksidləşmə prosesi sürtkü materialının istismar müddətinə təsir edən ən əsas proseslərdən biridir. Oksidləşmə prosesi nəticəsində alınan məhsullar: alkilhidroperoksidlər (ROOH) , dialkilperoksidlər (ROOR"), spirtlər (ROH) aldehidlər (RCHO), ketonlar (RR"C=O), karbon turşuları (RCOOH), mürəkkəb efirlər (RCOOR") və s. Polikondensləşmənin nəticəsində yüksək molekulalı oksidləşmə məhsulları əmələ gəlir ki, bu da oksidləşmiş yağın özlülüyünün artmasına səbəb olur. Bu məhsulların sonrakı polimerləşməsi və polikondensləşməsi nəticəsində yağda həll olunmayan polimerlər yaranırr və qurum və lak kimi çöküntülərə çevrilirlər.
Energetik sürtkü yağları
Sürtkü yağlarında köpüklənmə
Sürtkü yağlarında köpüklənmə aqreqatların iş prosesində yağın fəal qarışması, çalxalanması və sıçraması, bu səbəbdən ona hava, yanacağın buxarı və işlənmiş qaz qarışaraq yağın kimyəvi tərkibinin dəyişməsidir . Yuyucu, özlülü, siyrilmə və korroziyaya qarşı aşqarlar yağların köpüklənməsini fəallaşdırır. Yağın tərkibində suyun olması, temperaturun yüksəlməsi və yağın sıxlığının azalması da köpüklənməyə meyli artırır. Köpüyün mövcudluğu sürtünən səthlərdə yeyilmənin qarşısını alan sərhəd örtüyünün əmələ gəlməsini pisləşdirməklə sürtünməyə səbəb olur. Köpüyün əmələ gəlməsi yağın özlülüyü, tərkibindəki aşqar və istismar şəraitindən asılıdır. Köpükləndirilmiş yağ asanlıqla yağ nasosunda yağın töküldüyü çıxıntılar vasitəsilə itkiləri artırır və yağın azalmasına səbəb olur. Suyun və səthi aktiv maddə rolunu oynayan qatranların yağda mövcudluğu köpüklənmə prosesini intensivləşdirir. Köpüklənmənin qarşısını almaq üçün yağlara aşqarlar – polisiloksan əlavə edilir. Onların təsir mexanizmi onunla nəticələnir ki, ən incə nazik pərdənin yağ-hava sərhədində yaranmasına imkan yaradaraq yağa qazların qarışmasına mane olur. Köpüklənməyə qarşı motor və transmissiya yağlarında ən çox istifadə edilən və 0,002–0,005% miqdarında ПМС-200A aşqarıdır.
Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Surtsey
Surtsey (isl. Surtsey) — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordinatlarında yerləşən ada İslandiyanın ən cənub torpaq parçasıdır. Ada yaradan sualtı vulkan püskürməsindən 1 həftə əvvəl Reykyavikdə bir müşahidəçi kiçik tərpəntilər qeydə allr. İki gün öncə isə dənizin temperaturunun qalxdığl məlum oldu. Həmçinin İslandiyanın 80 km uzaqlığında olan Vik ada-kəndindəin sakinləri hidrogen-sulfat qoxusu almışdılar. 14 noyabr 1963-cü ildə yerli vaxtla 07:15-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman gördü. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşündü və buna görə gəmini ora sürdü. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşıldı.
Şuriken
Şuriken ( hərfi tərcümədə “əldə gizlədilmiş ülgüc”) – üzərində gizli şəkildə daşınılan yapon atma silahıdır. Əsasən, gündəlik əşyalardan: iynə, mismar, ulduzlar, bıçaq, sikkə və s.-dən hazırlanaraq tiyə formasındadır. Şurikenlərin xarici görünüşü yaponların mistisizmə marağını özündə əks etdirir. Çox vaxt silahın üz hissəsinə onu hazırlayan usta tərəfindən müxtəlif işarələr qoyulurdu. Belə olan halda onlar bununla öz tərəflərinə axirət güc qüvvələrinin cəlb edildiyinə inanırlar. Qaydaya uyğun olaraq, döyüşçünün arsenalında şurikenlər əlavə (köməkçi) silah sayılırdı, katana adlanan qılınca və ya yari adlanan nizəyə bərkidilirdi. Buna baxmayaraq, çox vaxt döyüşlərdə həlledici taktiki rolu elə şurikenlər oynayırdı. Şuriken-dzyuçu - şurikenlərdən istifadə sənəti yaqyu-ryu, katori-sinto-ryu, itto-ryu, kukisin-ryu, tokakure-ryu kimi bir çox məktəblərdə ikinci dərəcəli vərdiş kimi istifadə olunurdu.. Şurikenlərin bo-şuriken və syaken (syakenlər arasında xira-şuriken, semban-şuriken, tepan-şuriken) adlanan iki əsas növü vardır. Bo-şuriken – dəmir və ya poladdan hazırlanan dördbucaqlı, dairəvi və ya səkkizbucaqlı formasında hazırlanan atma metal silahdır.
Surakə ibn Əmr
Surakə ibn Əmr (ərəb. سراقة بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslam sərkərdəsi, Qafqazdakı fəth müharibələrinin iştirakçısı. Zu-n-Nun (ərəb. زو النون‎) və Zu-n-Nur (ərəb. ذو النور‎) kimi də tanınır. Surakə ibn Əmr 640-cı ildə Xəlifə Ömər ibn Xəttab tərəfindən Bab əl-Əbvab (Dərbənd) və Əl-Babın (Ermənistan) fəthinə məsul təyin edildi, onun avanqardına Əbdürrəhman ibn Rəbiə komandanlıq edirdi. Daha sonra isə rəhbərlik Rəbiəyə keçmişdir. O, həmçinin Bab əl-Əbvabın fars valisi Şəhrvarazla müqavilə bağladıqdan sonra digər fəthlərə dəstələr göndərir. Surakə ibn Əmr ordusunda fəaliyyət göstərməyə razı olan hər kəsİ cizyədən azad edir, həmçinin Tiflis və Azərbaycan fəth edilir. 651-ci ildə dağlıq ərazilər uğrunda gedən müharibə zamanı o dünyasını dəyişir və Əbdürrəhman ibn Rəbiə onun yerinə canişini təyin edilir.