Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2–5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Sürtük
Sürtük — Azərbaycan dilində şəxslərə qarşı istifadə edilən alçaldıcı ifadə, slenq. Bu ifadə azərbaycancada əsasən qadınlara qarşı cinsi mənada istifadə olunur. Bununla yanaşı, "sırtıq", "həyasız" və "abırsız" kimi mənaları da ifadə edir. Kişilər üçün "kişi qəhbəsi" ifadəsindən də istifadə olunur. Qadınlara qarşı təhqir olaraq istifadə olunan ifadədən çox vaxt onların cəmiyyətdə alçaldılmaları, pis hiss etmələri və peşmançılıq hissi keçirmələri üçün istifadə olunur. İfadə türk dilində də eyni mənaya gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gəzi parkı etirazları zamanı bu ifadədən şəxslərə qarşı istifadə etmişdir. Hüquqçu, təqaüdçü məhkəmə hakimi və Türkiyə Hakimlər Birliyinin İdarə Heyətinin keçmiş üzvü İbrahim Fikri Talman bunun açıq-aşkar təhqir olduğunu bildirmiş və qeyd etmişdir ki, o, hətta bu ifadəyə görə məhkəməyə belə verilə və buna görə qadınlar tərəfindən ona qarşı təzminat işi də açıla bilər. İngilis dilində qarşılığı "slut" olan bu ifadə həmin dildə də eyni mənalarda istifadə olunur.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Levçay sürmə yatağı
Surtsey
Surtsey (isl. Surtsey) — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordinatlarında yerləşən ada İslandiyanın ən cənub torpaq parçasıdır. Ada yaradan sualtı vulkan püskürməsindən 1 həftə əvvəl Reykyavikdə bir müşahidəçi kiçik tərpəntilər qeydə allr. İki gün öncə isə dənizin temperaturunun qalxdığl məlum oldu. Həmçinin İslandiyanın 80 km uzaqlığında olan Vik ada-kəndindəin sakinləri hidrogen-sulfat qoxusu almışdılar. 14 noyabr 1963-cü ildə yerli vaxtla 07:15-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman gördü. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşündü və buna görə gəmini ora sürdü. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşıldı.
Surməq
Surməq-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,116 nəfər və 917 ailədən ibarət idi.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377 ailədən ibarət idi.
Draqutin Surbek
Draqutin Surbek (8 avqust 1946 — 15 iyul 2018) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. Draqutin Surbek Xorvatiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.