Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).
Sığın
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Işılay Sayqın
Işılay Sayqın (türk. Işılay Saygın; 4 aprel 1947, Buca, İzmir ili – 27 iyul 2019, İzmir) — Türk memar, siyasətçi və nazir. == Bioqrafiyası == Osman Nuri Sayqın və həyat yoldaşı Fatmanın ailəsində, İzmir ilinin Buca bələdiyəsində anadan olmuşdur. Egey Universitetinin Memarlıq fakültəsini bitirmişdir. 1973-cü ildən siyasətlə məşğul olur. Bu zaman Ədalət Partiyasına qatılır. İki müddət ərzində rayon başçısı vəzifəsini icra etmişdir. 1980-ci il çevrilişindən sonra vəzifəsini itirir. 1980-1983-cü illərdə memar işləmişdir. 1983-cü ildə Milliyyətçi Demokratik Partiyaya qatılır, elə həmin il Türkiyə parlamentinə üzv seçilir.
Sayqın Soysal
Sayqın Soysal (türk. Saygın Soysal; 21 may 1982, Ankara)— Türk kino aktyoru. == Həyatı == Sayqın Soysal 21 may 1982-ci ildə Ankara şəhərində anadan olub. Hacettepe Universitetini bitirib. Aktyordur. Bir çox film və seriallarda çəkilib.
Sıpsık (Baltas)
Sıpsık (başq. Сыпсыҡ, rus. Чипчиково) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tuşqır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 17 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 81 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (95%) üstünlük təşkil edir.
Qiaqin
Qiaqin (adıq Джаджэ) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibinə daxil olan kənd. Qiaqin rayonunun və Qiaqin kənd sovetliyinin mərkəzidir. == Coğrafi yerləşməsi == Kənd Qiaqin rayonunun qərb hissəsində, Qiaqin çayının hər iki sahilində yerləşir. Maykopdan 28 km şimalda və Beloreçensk şəhərindən 20 km şimal-şərqdə yerləşir. Kəndin cənub kənarında Şimali Qafqaz dəmiryolunun Qiaqin dəmiryol stansiyası yerləşir. Kəndin sahəsi 32.63 km²-dir ki, bu da kənd ərazisinin sovetliyin 13,07% -ni təşkil etməsi deməkdir. Zakuban düzündə, düzənlikdən respublikanın dağətəyi zonasına keçən ərazidə yerləşir. Bölgənin relyefi, cənub-şərqdən şimal-qərbə ümumi bir yamacda olan, təpəli və təpəli yüksəklikləri olan piedmont dalğalı düzənliklər ilə təmsil olunur. Çay vadiləri dərin yarğanlar və çökəkliklər ilə kəsilir. Orta hündürlüklər dəniz səviyyəsindən təxminən 130 metr yüksəklikdədir.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. == Mənşəyi və yayılması == Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Sipsik
Sipsik — Estoniya uşaq ədəbiyyatı yazıçısı Eno Raud kitabında karakter və Estoniyanın simvollarından olan bez gəlincik. İlk dəfə "Sipsik" ​​(1962) kitabında göründü. Sipsikin mavi və ağ zolaqlı kostyumu, qara saçı, böyük gözləri və gülər üzü var. Sipsik Estoniya uşaq ədəbiyyatı karakter lərinin ən görkəmli simalarından biridir.
Sitrin
Sitrin — sarı rəngli kvars, qiymətli daş. == Sitrinin min bir sirri == Sitrin termini mineral aləmə 1747-ci ildə Valerius tərəfindən daxil edilib. Sitrin limon rəngli mineraldır. Sitrin-işıq rəmzi, əhval ruhiyyənin simvoludur. Bu şəffaf daş sizə çox eleqant görkəm verər və hər geyim növü ilə sizi iştirak etdiyiniz hər hansı bir ziyafətin şahanəsi edər. Sitrin soyuq brilliantdan fərqli olaraq insana bir sakitlik və əminlik bəxş edir. Sitrin daşın bir çox qəribə xüsusiyyətləri, möcüzələri də var: Gəlin ən əsasını xatırladaq. Qədim Romada natiqlər ən hörmətli, izzətli insanlar sayılırdı. Onlara orator deyirdilər. Nitqində defekt olan insanlar ağızlarına xırdaca daşı götürüb uzun müddət dəniz kənarında məşq edərdilər.
Qırğın
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Qıtqın yaşayış yeri
Qıtqın yaşayış yeri — Naxçıvan Muxtar Respublikasında arxeoloji abidədir == Tarixi coğrafi yerləşməsi == Əlincə çayın sol sahilində, Culfa bölgəsinin Xanağa kəndindən şərqdə yerləşir. Sahəsi 17600 kv.m-dir. == Mədəni təbəqə == Abidənin bəzi sahələrində qalınlığ 1 m-ə çatan mədəni təbəqənin üzəri açılmışdır. Yaşayış yerinin tikililəri əsasən çaydaşı, bişmiş kərpicdən hörülmüşdür. Toplanmış yerüstü arxeoloji materiallar əsasən şirli və şirsiz saxsı qab qırıqlarından ibarətdir. == Tarixi dövrləşdirilməsi == Arxeoloji material Qıtqın yaşayış yerinin IX–XVIII əsrlərdə fəaliyyətdə olduğunu sənədləşdirir. == Mənbə == Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,"Şərq-Qərb", 2008, 632 s.
Satqın ürək (hekayə)
Satqın ürək (ing. The Tell-Tale Heart) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1843-ci ildə The Pioneer nəşriyyatında nəşr edilmişdir.
Sığır
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Sigil
Sigil və ya Sigilla (lat. sigillum - möhür sözündən) — magiya gücünə malik simvol (və ya bir neçə konkret simvol və ya həndəsi fiqurun kombinasiyası. Sigillər, ruh və ya demonların çağırılması, idarə edilməsi üçün maqlar, əlkimyaçılar və digər "orta əsr alimləri" tərəfindən aktiv istifadə olunurdu. Buna görə də, sigillər, adlar və magiya formulaları kimi, qrimuarlarda böyük rol oynayırdı. Ən məşhur sigillər, orta əsrlərə aid magiya və əlkimya kitablarında (əsasən demonologiyaya aid kitablarda) təqdim olunmuşdur: "Solomonun kiçik açarı", "Moiseyin, VI və VII kitablarının möhürləri", "Ağ və Qara Magiya sigilləri" və sair. Ən məşhur sigil Pentaqrammadır. Həmçinin, sigillər müxtəlif cəmiyyətlərin emblemi kimi də istifadə edilirdi.
Mixail Şepkin
Mixail Semyonoviç Şepkin (6 (17) noyabr 1788 və ya 1788 – 11 (23) avqust 1863 və ya 1863, Yalta, Tavriya quberniyası[d]) — aktyor, Rus aktyorluq məktəbinin banilərindən biri == Ədəbiyyat == Алперс Б. В. Театр Мочалова и Щепкина. М., 1979 Гриц Т. С. М. С. Щепкин. Летопись жизни и творчества. М., 1966 Дерман А. Б. Московского Малого театра актер Щепкин, М., 1951 Земенков Б. С. М. С. Щепкин в Москве, М., 1966 Имберх М. А. Выкуп артиста М. С. Щепкина из крепостной зависимости. 1818 г. // Русская старина, 1875. — Т. 13. — № 5. — С. 152–154. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine Михаил Семенович Щепкин.
Mənazilül-aşiqin
Mənazilül-aşiqin – Seyid Yəhya Bakuviyə aid olan bu əsər 1797 beytdən ibarətdir. Əsərdə təsəvvüf yolunun saliklərini gözləyən çətin və uzun yolun qət edilməsi üçün lazım olan rəhbər və mənzillər açıqlanır. Həmin mənzillər 40 ədəd olub bunlardır: niyyət, inabət, tövbə, iradə, cəhd, müraqəbə, səbir, zikr və fikir, nəfsə müxalifət, riza ,müvafəkat, təslimiyyət, təvəkkül, zöhd, ibadət, vəra, ixlas, sidq, xövf, rəca ,fəna, bəqa, eynəl-yəqin, mərifət, vəlayət, şövq, məhəbbət, vəhdət, qürbət, vüsal, kəşf,hüzur, təcrid, təfrid, inbisat, təhəyyür, nəhayə, təsəvvüf, qürbətin qürbəti. Bu əsərin Nuruosmaniyyədəki nüsxəsi “Çehel mənazilü həft iqlim” adı altında qeyd edilmişdir.
Nikolay Şulgin
Nikolay Matveyeviç Şulgin (rus. Николай Матвеевич Шульгин; 1886 – yanvar 1942, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti (1934). == Həyatı == Nikolay Matveyeviç Şulgin 1886-cı ildə anadan olmuşdur. Moskva Universitetini və teatr məktəbində Vladimir Davıdovun sinfini bitirdikdən sonra 1910-cu ildə peşəkar teatr səhnəsinə çıxmışdır. İctimai fəaliyyət də göstərərək 1918-ci ildə Novoçerkasskda incəsənət işçiləri ittifaqının birinci sədri seçilmişdir. Nikolay Şulgin 1936-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Onun "Torpaq" pyesində Storejev obrazı, eləcə də Vaqif, Kreçinski, Arbenin və başqa obrazları özünəməxsusluğu ilə fərqlənmişdir. 1934-cü ildə Nikolay Şulginə "RSFSR əməkdar artisti", 23 aprel 1940-cı ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adları verilmişdir. 1939-cu ildə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir. Nikolay Şulgin 1942-ci ilin yanvar ayında Bakıda vəfat etmişdir.
Nitqin tempi
Nitqin tempi (ing. Speech tempo, rus. Темп речи) – nitqin elementlərinin (səslər, hecalar, sözlər) tələffüz edilməsi sürətidir. Prosodik elementlərə aiddir, intonasiyanın komponentlərindən biridir. Normal nitq tempi – test frazasının orta müddəti 2.4 saniyəyə bərabər olduqda nitqin tələffüz sürətidir. Sürətli nitq tempi – test frazasının orta müddəti 1.5-1.6 san olduqda nitqin tələffüz sürətidir. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Qafqaz sığını
Qafqaz sığını (lat. Alces alces caucasicus) — Sığın növünə aid yarımnöv.. Əsasən Qafqaz dağları, Şərqi Avropada və Kiçik Asiya yayılmışdı. Nəsli kəsilmişdir. Hazırda isə isə sığınlar Baltikyanı ölkələrdə və Skandinaviya yarımadası kimi ərazilərdə yayılıb. Qafqaz sığının izlərinə Şərqi Avropa və Qərbi sibirdə rast gəlinir. Artıq bu yarımnövün tamamən nəslinin kəsilməsi XIX əsrə təsadüf edir. == Mənbə == Nəslikəsilmiş Qafqaz sığını. Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine (ing.) == İstinadlar == == Xarici keçidlər == Caucasian Moose – Extinct Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine.
Qiaqin rayonu
Qiaqin rayonu (adıq Джаджэ район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qiaqin qəsəbəsidir. == Coğrafiyası == Rayonu Adıgey Respublikasının mərkəz hissəsində, Zakuban düzənliyinin ətəklərində yerləşir. Rayonun ümumi sahəsi 796.63 km²-dir. Burada 5 kənd inzibati vahidliyinə 30 yaşayış məntəqəsi daxildir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Şovqenovski rayonu, şərqdə Koşexabl və Mostov rayonları, cənubda Maykop rayonu və Maykop şəhər dairəsi, qərbdə Krasnodar diyarının Belorechenski rayonu. Respublikanın dağətəyi zonasında yerləşir. Ərazisi təpəlidir, şüaları və çökəklikləri var. Rayonda orta hündürlük dəniz səviyyəsindən təxminən 180 metr yüksəkdir. Torpaq örtüyü qaratorpaqdır.
Siccin (film)
Siccin - rejissor Alper Mestçi ssenari müəllifi Ersan Özer olan Türkiyə istehsalı qorxu filmidir.Türkiyə ərazisində 26 sentyabr 2014 tarixində ekrana girən film ilk həftədə 89 min 203 dəfə izlənmişdir.
Siffin savaşı
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunmur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. == Döyüşə gedən yol == Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
Sistin Madonna
Sikstin Madonnası (it. Madonna Sistina) — Rafael Santinin əsəri. İtalyan intibahının ən məşhur əsərlərindən biri. Drezden qalereyasında saxlanılır. == Yaranma tarixi == Ölçülərinə görə çox nəhəng olan bu əsər Roma Papası II Yulinin sifarişi ilə Pyaçenzada yerləşən Müqəddəs Sikst kilsəsi üçün 1513–1514-cü illərdə yaradılıb. II Yuli bu əsəri fransız qoşunlarının İtaliyadan qovulmasının və Pyaçenzanın Papa vilayəti elan olunmasının şərəfinə sifariş etmişdir. Portretdə əlində körpə olan Madonna, Papa Sikst, Müqəddəs Barbara və 2 mələk təsvir olunub.
Sitxin küknarı
Sitxin küknarı (lat. Picea sitchensis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Şimali Amerikanın qərb hissəsində, Alyaskadan Kaliforniyaya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerikanın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir.
Vadim Şulgin
Vadim Şulqin — Azərbaycan memarı. == Həyatı == == Layihələri == Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib. Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Vadim Şulqin
Vadim Şulqin — Azərbaycan memarı. == Həyatı == == Layihələri == Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib. Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Virgin Interactive
Virgin Interactive — Birləşmiş Krallıq videooyun şirkəti, yayımçısı və istehsalçısı. Şirkət 1981-ci ildə "Virgin Games Ltd," kimi təsis edilmiş və 1987-ci ildə "Virgin Group"un bir hissəsi olan "Mastertronic" markasının satın alınması ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. 1994-cü ildə şirkət "Virgin Interactive" adlandırılmışdır. "Virgin Interactive" şirkəti "IBM PC", "Amiga", "ZX Spectrum", "Amstrad CPC", "C64", "Sega Master System", "Sega Mega Drive", "Sega Game Gear", "Super Nintendo Entertainment System" və "Sony PlayStation" kimi videooyun platformaları üçün oyun yayımlamışdır. Şirkət öz oyunlarının istehsalından daha çox başqalarının işlərinin yayımı ilə məşğul olsa da, öz oyunlarından bəziləri populyar olmuşdur. 2002-ci ilin may ayında şirkətin İspaniya filialı olan "Virgin Interactive España" Tim Çeyni tərəfindən satın alınmış və "Titus Software"in bir hissəsi olmuşdur.