Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səbir
Səbir - xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səbir (Lənkəran)
Səbir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səbir kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Tarixi == “Səbir” sözünün mənası müqəddəs “Quranda” Allahın “birinci” adı deməkdir. Əvvəllər bağ olan bu kənddə sırf azərbaycanlılar yaşayan “səbir edən” qəbilə yaşamışdı. 1900-cu illərdən sonra kəndin məscidi və dəyirmanı fəaliyyətdə olub.Çünki kənd camaatı taxılçılıq, maldarlı, bostançılıq və əkinçiliklə məşğul olublar. 1932-ci ildə “Səbir” kəndində yaradılan kolxoza “Bolşevik kolxozu” adı verilmişdi. Kəndin özünün dəyirmanı,xirmanı, 500 hektardan çox taxıl-əkin sahəsi, barıt anbarı və indiyə qədər yerdən 1 m-yə qədər kürsüsü toxunulmaz qalan Məscidi olub-qalmaqdadır və ocaq-pir kimi qorunur. Lənkərançayın bir qolu məhz bu kənddən keçib Xəzər dənizinə axirdı.Ona görə də çəltikçilik və çay sahələri salinib. Bu illərdə Lənkəranda məhz “Səbir” kəndində şəkər qamışı və şəkər çuğunduru əkilib-istehsal olunurdu. Ona görə də bu kolxoza “Şəkər bağı” adı verilib ki, 2000-ci illərdə “Leninçi” qəzetində öz əksini tapıb.
Səbir (dəqiqləşdirmə)
Səbir Səbir (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd.
Səbir qalası
Dözüm qalası (nid. Fort Lijdzaamheid) — Qananın Apam qəsəbəsində yerləşən niderland qalasıdır. == Tarix == Qala ilk dəfə 1697-ci ildə, Hollandiya ilə müqavilə bağlamış və britaniyalılar ilə müqavilə bağlayan Fante və Aqona krallıqları arasında yerləşən Akron kralının xahişi ilə ticarət lojası olaraq inşa edilmişdir. Niderland Qərbi Hindistan şirkətinin rəhbərləri bu təkliflə yalnız minimum xərclərlə tikiləcəyi şərtilə razılaşdılar. Akron bundan məmnun deyildi və niderlandları tez-tez əgər istehkamları genişləndirməsələr qovulacaqları ilə hədələyirdi. Nəticədə binanı bitirmək üçün beş il gərək oldu və buna görə də tikiliyə Fort Lijdzaamheid ("səbir qalası") adını verdilər.Loja 1721-ci ilə qədər şimaldan Apam limanına, cənubdan dağlıq yarımadaya, şərq və qərbdən isə Qvineya körfəzi sahilinə komandanlıq görünüşü təqdim edən bir müdafiə istehkamına çevrildi. 1782-ci ilin əvvəlində kapitan Tomas Şirley 50 toplu Leander gəmisi və şlyup tipli Alliqator gəmisi ilə Hollandiyanın Qızıl sahilinə üz tutdu. Hollandiya bu dövrdə Britaniya ilə müharibədə idi və Şirley Səbir qlası da daxil olmaqla ərazidəki niderland qalalarını ələ keçirdi. == Quruluşu == Qalanın orijinal quruluşu kiçik iki mərtəbəli daş loja idi. Qala 1701-1721 illəri arasında Niderlandiya tərəfindən şimal-qərbdə və cənub-şərqdə bir yerləşən bir yarım-bazaya çevrildi.
Aram Açıqbaşyan
Aram Açıqbaşyan (erm. Արամ Աչըքպաշյան, türk. Aram Açıkbaşyan; gerçək adı: Qriqor Qarabedyan, erm. Գրիգոր Կարապետյան; 1867, Ərəbgir[d] – 15 iyun 1915, Konstantinopol) — Osmanlı ermənilərindən olan hüquqşünas, siyasətçi, təşkilatçı, fədai, terrorçu, Sosial Demokrat Hnçak partiyasının üzvü. == Həyatı == Aram Açıqbaşyan 1867-ci ildə Osmanlı imperiyasının Mamurətül-əziz vilayətində yerləşən Ərəbgir kəndində anadan olmuşdur. O, ali təhsilini 1886-cı ildən Konstantiniyyə Darülfünunun hüquq fakültəsində almışdır. Açıqbaşyan 1889-cu ildə Boyacıyan Hampartsum Murad Əfəndinin tövsiyəsi ilə Sosial Demokrat Hnçak partiyasının üzvləri ilə dostluq əlaqəsi qurmuşdur. O, 27 iyul 1890-cı ildə Qumqapı nümayişlərinin təşkilatçısı olmuşdur. 1894-cü ildən etibarən Anadaoludakı erməni fədailər hərəkatının təşkilatçısı olmağa başlamış və 1903-cü ildə Sosial Demokrat Hnçak partiyasının mərkəz komitəsinin üzvü olmuşdur. Açıqbaşyanın 1985-ci ildə gerçəkləşən Şəbinqarahisar üsyanında əhəmiyyətli bir rolu var idi.
Aram Kostandyan
Aram Kostandyan (22 yanvar 1894, Şuşa – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri. Aram Kostandyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Aram Mp3
Aram Sarqsyan (erm. Արամ Սարգսյան; 5 aprel 1984, İrəvan) — erməni müğənni, bəstəkar, teleaparıcı, aktyordur.
Aram Sarkisyan
Aram Qasparoviç Sarkisyan (erm. Արամ Գասպարի Սարգսյան; 14 avqust 1949, İrəvan) — Ermənistan siyasətçisi, rus dili və rus ədəbiyyatı müəllimi, kommunizm və sosial-demokratiya aktivisti. == Bioqrafiya == Aram Qasparoviç Sarkisyan 14 avqust 1949-cu il tarixində SSRİ-nin respublikalarından biri olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, 1967–1972-ci illərdə İrəvan Dövlət Dil Universitetində, daha sonra isə Moskva Yüksək Komsomol Məktəbində təhsil almışdır. Gənclik dövründə bir çox zavod və fabriklərdə işləmişdir. 1970–1980-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasında "Komsomolskaya pravda" və "Pravda" qəzetlərinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1971–1972-ci illərdə "Komsomolets" qəzetinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1990-cı ildə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi olaraq fəaliyyət göstərmişdir. 14 may 1991-ci il tarixindən 7 sentyabr 1991-ci il tarixinə qədər Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. 1992–1995-ci illərdə "Azdarar" qəzetinin ümumi nəşriyyat direktoru olaraq fəaliyyət göstərmişdir.
Aram Xaçaturyan
Aram İliç Xaçaturyan (24 may (6 iyun) 1903, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası[…] və ya Kocori, Tiflis quberniyası, Rusiya imperiyası – 1 may 1978[…], Moskva, RSFSR, SSRİ[…]) — erməni mənşəli bəstəkar; Azərbaycan SSR xalq artisti (1973), SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1950). Ermənistan SSR Dövlət himninin müəllifidir (1944).
Aram Yergenyan
Aram Yergenyan (erm. Արամ Երկանեան; 20 may 1900, Ərzurum, Ərzurum vilayəti – 2 avqust 1934, Kordova) — Daşnaksütun təşkilatının rəhbərlərindən biri, Fətəli Xan Xoyskinin qatili. Sözdə erməni soyqırımında rol aldığı iddia edilən türk ziyalısı Bahattin Şakir və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyskini intiqam məqsədilə qətl etmişdir. Ermənistan Respublikası tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Aram Yergenyan 20 may 1900-cü ildə Türkiyənin Ərzurum şəhərində Sarkis Yergenyan və Mariyam Soghoyan Yergenyanın ailədə üçüncü oğulu olaraq dünyaya gəlmişdir. Sözdə erməni soyqırımına şahid olan Yergenyan ailəsi daha sonradan Cənubi Qafqazda yaşayıblar. Aram Yergenyan 1917-ci ildə könüllü olaraq Baş-Abaran müharibəsində General Dro üçün savaşmışdır. 1918-ci ildə Ermənistanın Osmanlı üzərində qalibiyyətindən sonra "Nemezis" əməliyyatını keçirənlərdən biri olmuşdur. Erməni inqilabçı federalistləri təşkilatına üzv olmuşdur. Aram Yerganyan, Almaniyada etdiyi hərəkat sonrasında, əvvəl Avstriyaya və daha sonra Buxarestə getdi.
Aram Şah
Aram Şah (XII əsr – may 1211) — 1210–1211-ci illərdə iqtidarda olmuş sultan, Müəzzilər dövlətinin ikinci hökmdarı.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. == Həyatı == Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lоri qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sоnra, 1744-cü ildə Dizağın məliyi оlur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq еtməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat еtmişdir. == Ailəsi == Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.
Aram dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Aram Torqomyan
Aram Torqomyan — polkovnik.
Tək səbir (qəzet)
Tək səbir — ictimai-siyasi, satirik və yumorlu qəzet. == Tarixi == "Şirvan" xeyriyyə cəmiyyəti tərəfindən 1992-ci ildə təsis edilmişdir. Ayda iki dəfə nəşr olunur. "Molla Nəsrəddin" jurnalının bu günkü xələflərindən biridir. Naşiri və redaktoru İsgəndər Etibardır. == Mövzusu == Qəzetin ilk sayındakı proqram səciyyəli yazıda deyilir: "...bu günün ictimai-siyasi hadisələrini onların (C.Məmmədquluzadə, M.Ə.Sabir - red.) ruhuna sədaqətlə şərh etməyə, gülməlilərə gülməyə, ağlamalılara ağlamağa çalışacağıq". Qəzetin adı M.Ə.Sabirin ilk dəfə "Molla Nəsrəddin" jurnalında (1908, N3) imzasız çap olunmuş "Səbir", sonrakı nəşrlərə "Tək səbir" adı ilə daxil edilmiş şeirindən götürülmüşdür. == Həmçinin bax == Təzə həyat (qəzet) == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.
Aram küçəsi (İrəvan)
Aram küçəsi (erm. Արամի փողոց) — İrəvan şəhərinin mərkəzi hisdəsində yerləşən küçə. Küçə Birinci Ermənistan Respublikasının siyasi liderlərindən biri olmuş Aram Manukyanın şərəfinə adlandırılmışdır. O, 1918–1919-cu illərdə ölkənin daxili işlər, əmək və təhsil naziri vəzihələrini daşımışdır. == Maraqlı faktlar == Aram küçəsi Xancyan küçəsindən başlayır. Bu başlanğın İrəvanın ən böyü bazarı olan Vernisajın önündən baş verir. Küçənin sonucu isə Ermənusysnın baş poçt idarəsi qarşısında bitir. Ermənistan Rusiya imperiyası tərkibində olduğu zaman küçə Çarskaya adını daşıyırdı. İrəvanın ən qədim küçələrindən biridir. Üstəlik sovetlər dönəmindən öncəyə aid barmaqla sayııacaq küçəsində biridir.
Məlik Aram Məlikyeqanlı
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. == Həyatı == Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lоri qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sоnra, 1744-cü ildə Dizağın məliyi оlur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq еtməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat еtmişdir. == Ailəsi == Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.
Sultan Aram şah
Aram Şah (XII əsr – may 1211) — 1210–1211-ci illərdə iqtidarda olmuş sultan, Müəzzilər dövlətinin ikinci hökmdarı.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Video RAM (VRAM)
Video RAM (VRAM) – videoadapterdə, yaxud videokontrollerdə: video-görüntüləri monitora çıxartmaq üçün onların həm yazıldığı, həm də oxunduğu dinamik operativ yaddaş qurğusu. == Video-yaddaş == Video-yaddaş – videokartda, yaxud video altsistemində yerləşən və ekrana çıxarılan görüntünün götürüldüyü yaddaş. Bəzi hallarda video-yaddaşa yalnız displeyin aparat vasitələri müraciət edə bilər, ancaq çox zaman həm videoprosessorun, həm də mərkəzi prosessorun video-yaddaşa çıxışı olur və görüntülər video-yaddaşı yeniləyən mərkəzi prosessorun işinin nəticəsi kimi alınır. Video-yaddaşı oxuma və ora yazma zamanı video-qurğular prosessora nisbətən üstunlüyə malikdir, buna görə də video-yaddaşın tərkibinin yenilənməsi operativ yaddaşa müraciətə nisbətən yavaş baş verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bəbir
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Qəbir
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Hüseynov Sabir Həbibov —Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidiSabir Məmmədli — Sabir Məmmədov — Azərbaycanın xalq artisti, aktyor. Sabir MirzəyevSabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Səlbir
Səlbir — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. Qəbələnin Səlbir hissəsi, şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə, onun ən mühüm və qədim hissəsini təşkil etmişdir. Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır. Topoqrafik quruluşuna görə Qərb-Şərq tərəfi hündür, mərkəz və Şimal-Qərb hissələri isə çökəkdir. Səlbirdə şəhərin qala divarları yaxşı qalmamışdır. Lakin torpaq altında qalan bürc və divar qalıqları açıq-aşkar bilinir. Arxeoloji tədqiqatlara və yerüstü müşahidələrə əsasən Səlbirdə qala divarının ümumi uzunluğu Şimal tərəfdə təxminən 410 m, Qərbdə 448 m, Şərqdə 357 m, perimetri isə 1425 m-dir. Burada 10 bürc yeri müəyyənləşdirilmişdir. Səlbirdə iki böyük və bir kiçik darvaza yeri vardır.
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — Dik duruşa, nisbətən inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Dəmir adam
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi".Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür."Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi).Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir. O, yazır ki, "Serir olaraq bu ölkəni VII-VIII əsrlərin ərəb müəllifləri adlandırıb. Adın mənşəyi aydın deyil: onu İran padşahının qızıl taxtı əfsanəsi ilə əlaqələndirilər (VII əsrin əvvəlləri), güya taxtı özlərindən öncə Dağıstan dağları kimi təhlükəsiz yerə yollayıblar ki, orada ona əyləşsinlər. Lakin padişah öldürüldü.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şəbih
Şəbih — meydan tamaşalarının bir növüdür. "Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkdir. Şəbih həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər. == Tarixi == XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də "Əhli-beyt"ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir.
Dəmir adam (dəqiqləşdirmə)
Dəmir adam
Dəmir adam (personaj)
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Dəmir adam 2
Dəmir adam 2 (ing. Iron Man 2) – Marvel Studios tərəfindən istehsal olunmuş, Marvel Comics personajı Dəmir adam komikslərinə əsaslanan 2010-cu il ABŞ superqəhrəmanlıq filmi. 2008-ci il istehsalı "Dəmir adam" filminə sikveldir, Marvel Kinematoqrafiya Kainatının isə 3-cü filmidir. Con Favronun rejissorluğu və Castin Terunun ssenaristliyi ilə istehsal olunmuş filmin əsas rollarını Robert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk və Samuel Lorey Cekson canlandırırlar. "Dəmir adam" filmindəki hadisələrdən 6 ay sonra Toni Stark ABŞ hökumətinin Dəmir adam texnologiyasını almaq cəhdləri ilə, eləcə də, sinəsində ark reaktorunun səbəb olduğu sağlamlıq problemi ilə üzləşir. Eyni zamanda, rus alim İvan Vanko Stark ailəsindən qisas almaq üçün eyni texnologiyanı hazırlayır və silahlar istehsal edir, Starkın rəqibi Castin Hammerə qoşulur. 2008-ci ilin mayında "Dəmir adam" filminin uğurlu buraxılışından sonra Marvel Studios dərhal sikvel anons etmiş və üzərində işləməyə başlamışdır. Həmin ilin iyulunda Tero ssenarini yazmaq, Favro isə yenə rejissorluq etməklə vəzifələndirilmişdir. Dauni, Peltrou və Cekson əvvəlki filmdəki rollarını yenidən canlandırsalar da, Çidl Terrens Hovardı Ceyms Rods rolunda əvəz etmişdir. 2009-cu ilin ilk aylarında Rurk, Rokuell və Yohansson da filmin aktyor heyətinə qatılmış, həmin ilin aprel-iyul aylarında çəkilişlər baş tutmuşdur.
Dəmir adam 3
Dəmir adam 3 (ing. Iron Man 3) — Amerika istehsalı olan Marvel Kinematoqrafiya Kainatının yeddinci filmi.
Dəmir adam (film, 2008)
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "Dəmir adam" filmi Marvel Kinematoqrafiya Kainatının ilk filmidir. Filmin rejissoru Con Favro, ssenaristləri Mark Ferqu, Havk Ostbi, Art Markum və Mett Holloveydır. Filmin baş rollarında Robert Dauni, Terrens Hovard, Ceff Brices, Şon Toub və Qvinet Peltrou çıxış edir. Filmdə məşhur iş adamı və mühəndis Toni Starkın Dəmir adam zirehini hazırlaması və Dəmir adam adını alaraq superqəhrəman olmasından bəhs olunur. Filmin çəkilməsi məsələsi 1990-cı ildən başlayaraq müxtəlif vaxtlarda Universal Pictures, 20th Century Fox və New Line Cinema tərəfindən gündəmə gətirilib. 2006-cı ildə Marvel Studios Dəmir adam haqqında filmin çəkilməsi hüquqlarına sahib olub. Marvel Studios filmin istehsalı ilə məşğul olub, Paramount Pictures1 isə filmin distribütori olub. Filmin rejissoru Con Favro seçilib.
Dəmir adam (film musiqisi)
“Iron Man: Original Motion Picture Soundtrack” 2008-ci ildə çıxarılmış “Dəmir adam” filminin musiqi albomudur. Albom 6 may 2008-ci ildə çıxarılmışdır. Film musiqisi Ramin Cavadi tərəfindən bəstələnmişdir.
Şeir
Şeir (ərəb. شعر‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir.Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Azərbaycan şeirində bəndlərdə misraların sayı bir çox hallarda dörddən çox (məsələn, Səməd Vurğunun "Azərbaycan" şeirində bəndlər beşmisralıdır) və ya dörddən az da ola bilər (məsələn, Mikayıl Müşfiqdə üçmisralı bəndlər). == Şeir sözünün mənası == Şeiriyyət ərəbcə incəlik, ahəngdarlıq, gözəllik deməkdir.