QEYRƏT
QEYRƏTLƏNMƏ
OBASTAN VİKİ
"Qeyrət" nəşriyyatı
Qeyrət (nəşriyyat)
Qeyrət Partiyası
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Ələkbər bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır.
Qeyrət mətbəəsi
"Qeyrət" mətbəəsi — Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadənin maddi köməkliyi ilə Tiflisdə "Şərqi-Rus" qəzetinin bazasında yaratdıqları mətbəə-nəşriyyatı (1905–11). 1905-ci ilin yanvarında "Şərqi-rus" qəzeti borca düşüb bağlandı və M. Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxarmaq qərarına gəldi. Bu elə bir dövr idi ki, ölkəni başdan başa birinci rus inqilabının dalğaları bürümüş, hər yerə yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmışdı. Belə bir dövrdə "Şərqi-rus"un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Cəlil Məmmədquluzadənin birgə fəaliyyətinin yeni dövrünə yol açdı, onlar məhz "Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu" (Ömər Faiq) olan "Molla Nəsrəddin" kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini onun ətrafına toplayıb, mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki məndə var" cavabını vermişdi. Ziyalılar mətbəənin maddi tərəfini öz üzərinə götürəcək 3-cü adam axtarışına çıxdılar. Ömər Faiq yazırdı ki, 3-cü adamı qabaqca ziyalılar arasında axtarmağa çalışsaq da, tapa bilmədik. Çünki ziyalılarda pul, pullarda ziya yox idi.
Qeyrət (mətbəə)

Qeyrət Partiyası (1905)
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Ələkbər bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır.

Digər lüğətlərdə