Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səyadulla Kərimli
Kərimli Səyadulla Xudaverdi oğlu — yazıçı-publisist, tənqidçi. == Həyatı == Səyadulla Kərimli 1948-ci il iyulun 1-də Yardımlı rayonunun Zenqaran kəndində anadan olmuşdur. Orta təhsilini 1966-cı ildə Yardımlıdakı M.F. Axundov adına 1 saylı orta məktəbdə bitirmişdir. 1967-1969-cu illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbində müəllimlikdən başlamışdır. 1976-1977-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. 1977-ci ildə Bakı şəhərinə köçmüş, bir il Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1978-1981-ci illərdə "Azərnəşr"də redaktor, böyük redaktor, 1982-1990-cı illərdə "Zəka" jurnalında məsul katib, 1991-2005-ci illərdə "Zəka" jurnalında baş redaktor, 2006-2008-ci illərdə "Respublika" qəzetində redaktor, 2008-2009-cu illərdə isə "Lider" TV-nin Dublyaj redaksiyasında redaktor vəzifələrində çalışmışdır. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında həmişə mühüm fəaliyyəti olub. Fəxri adlara, fəxri fərmanlara, müxtəlif mükafatlara layiq görülüb.
Səyadulla Əhmədov
Səyadulla Rasim oğlu Əhmədov (29 dekabr 1998; Cəfərxanlı, Cəlilabad, Azərbaycan — 2 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyədulla Əhmədov 29 dekabr,1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub. == Hərbi xidmətləri == Səyadulla Əhmədov 2017–2019-cu ildə Naxçıvanda BMP atıcısı kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səyadulla Əhmədov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. Səyadulla Əhmədov oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Cəlilabadda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sayadulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehriban Yadulla
Mehriban Yadulla — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, BDU-nun “İqtisadiyyat” kafedrasının dosenti. == Bioqrafiya == 1970-ci il 13 yanvar tarixində Bakı şəhərində (Azərbaycan Respublikası) anadan olmuşdur. 1986-ci ildə Bakı şəhəri 54 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» fakültəsinin "Maliyyə" ixtisasını əla qiymətlərlə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetində 08.00.01- “İqtisadi nəzəriyyə” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1990-cı ildən Bakı Dövlət universitetində çalışır. 2003-cü ildən iqtisad elmləri namizədidir - «Azərbaycanda əmək bazarının təşəkkülü və fəaliyyətinin tənzimlənməsi problemləri» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2013-cü ildə Dosent elmi adını alıb. 2012/2013-cü tədris ilində 5307.01 – “İqtisadi nəzəriyyə” elmlər doktoru proqramı üzrə qiyabi doktoranturaya qəbul olunub. “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin Elmi Şurasının qərarı ilə dissertasiya mövzusu “Milli iqtisadiyyatın səmərəliliyinin xarici ticarət problemləri” (30 aprel 2013 -cü il tarixli 8 saylı protokol) kimi təsdiq edilmişdir.
Yadulla Həsənli
Yadulla Həmdulla oğlu Həsənli (7 mart 1959, Saatlı) — İqtisad elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri. İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru. == Həyatı == 1959-cu il, martın 7-də Azərbaycanın Saatlı rayonunda anadan olmuşdur. Ailəlidir, bir oğlu var. === Təhsili və Elmi dərəcə və Elmi Adları === 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tətbiqi-riyaziyyat və Kibernetika fakültəsini bitirib. 1983–1987-ci illərdə Azərbaycan Ellər Akademiyasının Kibernetika İnstitunda aspiranturada oxuyub və 1989-cu ildə "Kənd təsərrüfatı müəsssisələrinin fəaliyyətinin modelləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 2007-ci ildə "Azərbaycanın sosial-iqtisadi inkişafının modelləşirilməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. == Elmi Fəaliyyət == === Tədqiqat Sahəsi === Ekonometrika, iqtisadi-riyazi modelləşdirmə === Əsas elmi nailiyyətləri === Qarşılıqlı borc problemini tədqiq edərək məsələnin həllinin iqtisasdi-riyazi üsulunu ("Kredit təkanı" və "İmtina təkanı") yaratmış və onun həlli alqoritmlərini vermişdir. Habelə C. M. Keyns nəzəriyyəsi əsasında borc ləğvinin multiplikaroru anlayışı daxil edərək onun Azərbaycan iqtisadiyyatı timsalında qiyməti hesablanaraq təhlil edilmişdir; K. Marksın təkrar istehsal sxemi modifikasiya edilərək Təbii sərvətlərlə zəngin olan ölkələrin iqtisadi inkişaf dinamikası araşdırmış və inkişaf xüsusiyyətləri müəyyənləşdirmişdir. Əsaslandırılmışdır ki, ölkələrin qeyri-tarazlı inkişaf meyli (maliyyə böhranı və s.) təbii sərvətlərin istismarı nəticəsində artıq dəyər və ya artıq pulun əldə olunması ilə əlaqədardır; Azərbaycanın sosial və iqtisadi inkişafının makroekonometrik modelini işləmiş və əsas makroiqtisadi göstəricilər proqnozlaşdırılmışdır; Azərbaycan iqtisadiyyatının bazar münasibətləri şəratində "Xərclər-Buraxılış" modelini işləmiş və müvafiq təhlillər aparmışdır; Çapdan çıxmış elmi əsərləri: 121 elmi əsər, o cümlədən 1 dərslik, 2 dərs vəsaiti, 3 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 25 === Əsas elmi əsərlərin adları === Assessment of mutual economic relations the countries of the world on the basis of input-output table// EcoMod2012 International Conference on Economic Modeling Seville, Spain, July 4–6, 2012.
Yadulla Məftun Amini
Yadullah Məftun Amini (fars. یدالله مفتون امینی‎; 12 iyun 1926, Sayınqala, Qərbi Azərbaycan ostanı – 1 dekabr 2022, Tehran) — azərbaycanlı şair. == Həyatı == Yadulla Amini 1926-cı ildə Qərbi Azərbaycan ostanının Şahindej şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Təbriz şəhərində almışdır. Ali təhsilini almaq üçün Tehrana yollanmış və burada Tehran Universitetində hüquq təhsili almışdır. == Ədəbi fəaliyyəti == Məftun ləqəbi ilə şeirlər yazan Yadulla Amini ilk dövrlərdə farsca klassib üslubda şeirlər yazmışdır. 1980-ci illərdən etibarən Yadulla Amini ritmik olmayan və müasir üslublu şerlər yazmışdır. Fars dili ilə yanaşı azərbaycanca da şeirlər yazan Yadulla Amininin bu dildə ilk şeirlər toplusu Aşıqlı karvan adlanır.
Beydulla Musayev
Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Beydulla Musayev 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində toxucu ailəsində anadan olub. İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətə başlayıb. "Dağıstan füqərası" qəzetində və "Yeni yol" jurnalında çalışdığı illərdə (1926–1939) ilk hekayələri mətbuatda dərc olunub. Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik edib. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" (1933), Aleksandr Dümanın "Üç müşketyor" (1949), Covanni Bokkaççonun, "Dekameron" (1966), Artur Konan Doylun "Baskervillərin iti" (1980), Viktor Hüqonun "Səfillər" (1988), Rafaello Covanyolinin "Spartak" (1970) və s.
Seyfulla Bədəlov
Seyfulla Hacı Əbdül oğlu Bədəlov (31 dekabr 1907 – 24 noyabr 1978) — Azərbaycan kinooperatoru, kinorejissor. == Həyatı == 31 dekabr 1907-ci ildə doğulub. Operator Seyfulla Bədəlov İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. 24 noyabr 1978-ci ildə vəfat edib. == Fəaliyyəti == Azərbaycan kinosunun ilk kinooperatorlarındandır. 1929-cu ildən kinoda çalışmışdır. Kinostudiya ilə yanaşı 1963-cü ildən Azərbaycan televiziyasında da filmlər çəkmişdir. Operator kimi 100-ə yaxın film, bir o qədər də kinojurnallar üçün süjetlər çəkmişdir. Rejissor kimi isə 25-dən çox yaxın film çəkmişdir. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == Operator kimi Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) (qısametrajlı sənədli film) İnqilab tribunu (film, 1934) (qısametrajlı sənədli film) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) (qısametrajlı sənədli film) Azərbaycan günü (film, 1935) (qısametrajlı sənədli film) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) (qısametrajlı sənədli film) Cəfər Cabbarlının dəfni (film, 1935) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) (qısametrajlı sənədli film) Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) Yüksək məhsul uğrunda (film, 1936) (qısametrajlı sənədli film) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) (qısametrajlı sənədli film) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) (qısametrajlı sənədli film) Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film) Yaşasın Azərbaycan artistləri (film, 1938) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Sovqat (film, 1942) (qısametrajlı bədii film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Bakı neftçiləri (film, 1944) (qısametrajlı sənədli film) Xəzər dənizçiləri (film, 1944) (qısametrajlı sənədli film) Məktuba cavab (film, 1944) (qısametrajlı sənədli film) Şəfa nəğməsi (film, 1944) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film) İran Azərbaycanının paytaxtında (film, 1945) (qısametrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film) Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film) Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949) (qısametrajlı sənədli film) Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) Bakıya xoş gəlmisiniz (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Daha iki nəfər (film, 1965) (qısametrajlı bədii film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Yun şal (film, 1965) (qısametrajlı bədii film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Quzu (film, 1967) (qısametrajlı bədii film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Səhhət (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (sənədli serial)(6-cı seriya) Bakı arxipelaqı (film, 1971) (qısametrajlı sənədli film) Konsert proqramı (film, 1971) (I) (qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1971) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1972) (tammetrajlı sənədli film) Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film) Günəşlə dolu dünya (film, 1973) (qısametrajlı sənədli film) Cəsurlar kəndi (film, 1974) (qısametrajlı sənədli film) Xalq istedadları (film, 1974) (qısametrajlı sənədli film) Üç monoloq (film, 1974) (qısametrajlı sənədli film) Yeddinci horizont (film, 1974) (qısametrajlı sənədli film) Şəki (film, 1977) (qısametrajlı sənədli film) Rejissor kimi Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film) Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) Mahnıya həsr olunmuş həyat (film, 1969) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Ürək dostluğu (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Ssenari müəllifi kimi Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография.
Seyfulla Mustafayev
Seyfulla Fuad oğlu Mustafayev (18 noyabr 1962) — ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidenti. == Həyatı == Seyfulla Mustafayev 1962-ci ildə anadan olub. Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti — ANS) 26 noyabr 1991-ci ildə 2 nəfər gənc jurnalist: Vahid və Seyfulla Mustafayev qardaşları tərəfindən yaradılıb. ANS Şirkətlər Qrupuna aid olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV — 1991), ANS ÇM Yayım və Media Şirkətinin — 1994, ANS-Kommers Şirkətinin — 1995 və ANS-PRESS NƏŞRİYYAT EVİ-nin — 2001, habelə ANS-in əhatə dairəsinə daxil olan digər şirkətlərin təsisçilərindəndir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) 1997–1998-ci illərdə Baş Prodüseri və 2002–2004-cü illərdə Baş Direktoru olub. 2001-ci ildən ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidentidir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Şurasının üzvüdür. Çingiz Mustafayevin qardaşıdır. Vahid Naxışın qardaşıdır. Fuad Mustafayevin oğludur.
Seyfulla Qasımov
Seyfulla Şamil oğlu Qasımov (azərb. Qasımov Seyfulla Şamil oğlu‎) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil almışdır. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışmışdır. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışmışdır. 2004-cü ildə Eldar Mahmudov tərəfindən əsassız olaraq işdən azad edilmişdir. === Vəfatı === 2010-cu il 12 dekabrda ürək tutmasından vəfat etmişdir.
Seyfulla Qurbanov
Seyfulla Hüseyn oğlu Qurbanov — Azərbaycan alimi, texnika elmləri namizədi. == Həyatı == Seyfulla Qurbanov 1931-ci ildə Naxçıvan MSSR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi bitirmiş və Azərbaycan Sənaye institutunun neft və qaz yataqları istismarı fakültəsinə daxil olmuşdur. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyası nəznindəki neft ekspedisiyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildən Akademiya nəznində olan neft və qaz yataqları istismarı institutunun hidromexanika labaratoriyasında kiçik elmi işçi, sonra isə mühəndis vəzifəsində çalışmışdır. Bu illər ərzində neçə-neçə elmi əsərləri çap olunmuşdur. 1964-1966-cı illər Azərbaycan Sənaye institunun materiallar müqaviməti kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1966-1969-cu illər ərzində Azərbaycan neft və qaz yataqları istismarı institutunda çalışmışdır. 1970-ci ildən Odessa gəmi mühəndisləri institutunun Bakı filialında materiallar müqaviməti kafedrasında dosent kimi çalışmış və VODQEO elmi tədqiqat institutunda da elmi fəaliyyətini davam etdirmişdir. 1996-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dəniz Akademiyasında dərs demişdir.
Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938). == Həyatı == Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir. == Mükafatları == "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur. == Əsərləri == === Kitabları === "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977) == Mənbə == Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016.
Seyfulla Əkbərov
Seyfulla Əkbərov — Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru. == Həyatı == Seyfulla Əkbərov 1914 cü ildə Göyçayda anadan olub. 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunda təhsil alıb. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə şəhərində rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində çalışıb. S.Əkbərov 1948-ci ildə Moskva Ümumittifaq Hüquq institutunu bitirib. 1951-1963-cü illərdə Respublika Prokuroru vəzifəsində işləyib. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 sentiyabr 1959-cu il tarixli Fərmanı ilə ona II dərəcəli Dövlət Ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi verilib.
Seyfulla Əzimov
Seyfulla Səttar oğlu Əzimov (1970, Yuxarı Daşarx, İliç rayonu) — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator. == Həyatı == Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib. == Fəaliyyəti == Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur. Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Zeydulla Ağayev
Zeydulla Abdulla oğlu Ağayev (d. 2 mart 1945-ci il, Masallı rayonu - ö. 17 fevral 2014-cü il, Bakı) — Azərbaycan filoloq alimi, tərcüməçi, filologiya elmləri doktoru, professor. == Həyatı == Zeydulla Ağayev 2 mart 1945-ci ildə Masallı rayonunda anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin institutda başlayıb, ali məktəbin "Bilik" qəzetinin redaktoru olub. Zeydulla Ağayev həm öz orijinal nəsr əsərləri, həm də ingilis dilindən etdiyi tərcümələri ilə tanınıb. Azərbaycan oxucusu onun tərcüməsində Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin və başqalarının roman, povest və hekayələri ilə tanış olub. Zeydulla Ağayevin 1990-cı ildə nəşr etdirdiyi müasir Amerika yazıçısı Artur Heylinin "Aeroport" romanı milli ədəbiyyatımız tarixində birbaşa ingilis dilindən tərcümə edilmiş ilk romandır. Zeydulla Ağayev "Müasir Azərbaycan nəsri"ni ingiliscəyə çevirmiş ilk bədii tərcümə sənətkarlarından biri idi.
Şeyxulla Çanbarisov
Şeyxulla Habibulloviç Çanbarisov (9 may 1916 – 4 oktyabr 1996, Ufa) — başqırd elm xadimi, tarix elmlər doktoru, siyasətçi, hərbçi, professor. Ufa Rektorları Şurasının başçısı və Sovet İttifaqı Kommunist Partiyasının Ufadakı yerli təşkilatının lideri olan Çanbarisov Ufanın millət vəkilliyini də etmişdir. == Həyatı == Şeyxulla Çanbarisov 22 may 1916-cı ildə Büzdek bölgəsinə bağlı Büzdek kəndində kasıb ailədə dünyaya gəlmişdir. Kənd şurası başqanlığı edən atası müxtəlif Sovet vəzifələrini icra etsə də, spirtli içki qəbul etdiyi üçün ailəvi və siyasi problemlər yaşadı. Böyümə illərində anasının Şeyxullaya təsiri böyük olmuşdur. 1929-cu ildə ibtidai məktəbi bitirmişdir. Ardından Novo-Kulevo kəndində toplu əkinçilik məktəbinə girdi və 1932-ci ildə məzun oldu. 1920-ci ildə Komsomola qatıldı və Komsomolun yerli orqanının katibi seçildi. Məzun olduqdan sonra Komsomol Bysdyak bölgə komitəsinə təhsil nümayəndəsi olaraq təyin edildi və eyni zamanda bölgə komitəsi katibi olaraq çalışdı. Şeyxulla Çanbarisov 4 oktyabr 1996-cı ildə Ufada həyatını itirmişdir.
Seyfulla Əsədullayev
Seyfulla Əsədullayev (19 iyun 1924, Ərçivan – 28 iyul 2011, Bakı) — ədəbiyyatşünas. == Həyatı == Seyfulla Əsədullayev 1924-cü ildə anadan olmuşdur. 1942–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1947–1949-cu illərdə Bakı Slavyan Universitetində təhsil almışdır. 1951-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1956–1959-cu illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində Filologiya fakültəsinin Rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1959–1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışmışdır. 1959-cu ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə professor elmi adı almışdır. 1966-cı ildən BDU-da kafedra müdiri vəzifəsində işləmişdir (Rus ədəbiyyatı tarixi kafedrası (1967–1984); Müasir rus ədəbiyyatı kafedrası (1984–2011).
Baba Şeydullah (Qürvə)
Baba Şeydullah (fars. باباشيداله‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 501 nəfər yaşayır (113 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Seyfulla mirzə Qovanlı-Qacar
Seyfulla mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (6 mart 1864, Şuşa və ya Tiflis – 29 iyul 1926, Bakı) — Çar ordusunun polkovniki. == Həyatı == Bəhmən mirzənin oğlu Seyfulla mirzə 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Tiflis ədadiyə məktəbinin tam kursunu bitirmişdi. 1886-cı il avqustun 30-da isə Tiflisdəki birinci dərəcəli yunkerlər məktəbini qurtaran podporuçik Seyfulla mirzə 152-ci Vlаdiqаfqаz alayında hərbi xidmətə başlamışdı. Rusiyanın müxtəlif şəhərlərində, süvari diviziyalarındakı əla xidmətinə görə həmişə fərqlənmişdi. Birinci Cahan Müharibəsi illərində Qərb cəbhəsində batalyon və alay кomandiri olmuşdur. Ivanoqorod şəhəri uğrunda gedən döyüşlərdə yaralanmışdı.1916-cı ildə polkovnik rütbəsi almışdı. Azərbaycan Demokratik Respublikası dönəmində milli orduda zabit olmuşdu. Sovet dönəmində , 1920-ci ildən 1921-ci ilədək konvoy nizami hissəsinin rəisi vəzifəsini icra etmişdi. Keçmişinə görə işdən çıxarmışdılar.