Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sadaa
Sadiq
Sadiq — ad.
Saçaq
Saçaq — bəzi əşyaların (adətən pərdənin, paltarın, xovlu və xovsuz xalçaların aşağı və həm də yuxarısından sallanan iplər) kənarları boyunca tikilən çox sıx, sallanan ip telləri. Saçağı əslində əriş yığımı təşkil edir. Azərbaycan xalçalarında başlarında qotaz sallanan saçaqlar da düzəldilir. Saçaqlar həmin ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur.
Adaq
Katolikos Sahaq
Katolikos Sahaq — Albanların XXXX katolikosu. == Katolikosluğu == Katolikos V Davuddan sonra taxta çıxıb və on səkkiz il taxtda oturub. Böyük Kolmank yepiskopluğundan seçilib. Onun dövründə xalkedonçuluğa meyl başlamışdı. Sünik mitropoliti Yaqub tərəfindən başladılan Erməni Qriqorian Kilsəsindən ayrılma hərəkatını Sahaq da dəstəkləyirdi.
Mirzə Sadıq
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Qurbanəliyev sadıq
Sadal (Çaldıran)
Sadal (fars. ميدان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 949 nəfər yaşayır (208 ailə).
Saday Abbasov
Saday Həmid oğlu Abbasov — fizika riyaziyyat elmləri namizədi (1984), dosent (2005–2012). == Həyatı == Saday Həmid oğlu Abbasov 1955-ci il iyunun 19-da Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olub. 1962–1972-ci illərdə Salyan şəhəri 4 saylı məktəbdə oxuyub. 1972–1977-ci illərdə BDU-nun (köhnə ADU-nun) fizika fakültəsində təhsil alıb. 1977–1978-ci illərdə Azərbaycan EA-nın "Kaspi" EM-də mühəndis işləyib. 1978-ci ildən BDU-da çalışan Saday Abbasov Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasında mühəndis (1978–1979) işləmişdir. 1979–1994-cü illərdə isə BDU-nun Fizika fakültəsinin Molekulyar biofizika kafedrasında və ETL-da kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonrakı illərdə BDU-nun Fizika fakültəsində baş müəllim (1994–1996), böyük elmi işçi (1996–2005), 2005-ci ildən ömrünün sonuna qədər (6 may 2012) isə "Optika və molekulyar fizika" kafedrasında dosent vəzifəsində çalışmışdır. 1984-cü ildə "Heksadeka-Valinomisin molekulunun və onun bir neçə üzvü ionlarla qeyri-valent komplekslərinin nəzəri konformasiya analizi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Molekulyar fizika və Biomolekulların fizikası Saday Abbasovun tədqiqat sahəsi idi.
Saday Budaqlı
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. == Həyatı == Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. == Fəaliyyəti == 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.
Saday Məmmədəliyev
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Saday Əliyev
== Həyatı == Saday Əliyev 1948-ci il iyulun 1-də Hacıqabul rayonunun Navahı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. 1966-cı ildə Nizami adına Navahı kənd orta məktəbinin 11-ci sinfini qızıl medalla bitirmişdir. Elə həmin il N. Nərimanov adına Azərbaycan Tibb Universtetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1972-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. == Fəaliyyəti == Saday Əliyev 1972–1974-cü illərdə Almaniyadakı Sovet Qoşun qruplarının tərkibində hərbi həkim, 1974–1978-ci illərdə Bakı şəhəri, Qaradağ rayonunun 23 saylı birləşmiş xəstəxanasında cərrah işləmişdir. Lakin, Saday Əliyev həkim işləməklə yanaşı, elmin sirlərinə yiyələnmək arzusu ilə yaşayırdı. Bu istəklə o,1978-ci ildə ATU-nun "Cərrahiyyə" ixtisası üzrə kliniki ordinaturasına daxil olmuş,1980-ci ildə oranı bitirdikdən sonra I hospital cərahiyyə kafedrasında baş laborant vəzifəsində saxlanmışdır. 1988-ci ilədək I cərrahi xəstəliklər kafedrasının assisenti, 1996–2006-cı illərdə dosent vəzifələrində işləmişdir. 1988-ci ildə "Yüksək risk qrupundan olan xəstəliklərdə öd daşı xəstəliyinin müasir operativ müalicəsinin təhlili" mövzusunda namizədlik dissertasiyasını, 2001-ci ildə isə "Çənbər bağırsağın şiş mənşəli obturasion keçməzliyinin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Saday Ağalar oğlu Əliyev 2006-cı ildə ATU-nun Elmi şurasının qərarı ilə I cərrahi xəstəliklər kafedrasının professoru seçilmişdir. O, Tibb Universitetinin Elmi şurasının üzvü, Doktorluq Dissertasiya Şurasının Elmi katibidir.
Sadeq Xalxali
Məhəmməd Sadeq Xalxali (fars. صادق خلخالی‎; 27 iyul 1926-cı il, Qivi, Xalxal, Ərdəbil ostanı — 26 noyabr 2003-cü il, Tehran) — İranın dini lideri və teokratik siyasətçisi, ayətullah və hakim, İslam inqilabının lideri Ayətullah Xomeyninin yaxın silahdaşı. 1979–1980-ci illərdə — İslam İnqilab Məhkəməsinin sədri. İslam respublikasının teokratik rejiminin əleyhdarlarına qarşı dövlət terroru siyasəti yürüdürdü. O, şəxsən yüzlərlə adama ölüm hökmünü çıxararaq, "adam asan hakim" ləqəbini qazanıb. Korrupsiya ittihamı ilə istefaya göndərilmişdir. 1983–1991-ci illərdə — Ekspertlər Şurasının üzvü olmuşdur. 1989-cu ildə Seyyid Əli Hüseyni Xameneini İranın Ali Rəhbəri vəzifəsinə namizədliyi təklifini vermişdir. == Xomeyni hərəkatında == Sadeq Xalxalinin doğulduğu yerə gəlincə, bu barədə məlumatlarda uyğunsuzluq mövcuddur. Belə ki, onun rəsmi tərcümeyi-halına görə, o, İranın şimalında — Xalxal şəhərinin yaxınlığındakı Qivi kəndində (Xalxal şəhristanı, Ərdəbil ostanı) anadan olmuşdur.
Sadiq Azayev
Sadiq Ağabalayev
Sadiq Baxışov
Sadiq Bağırzadə
Sadiq Feyziyev
Sadiq Hidayət
Sadiq Hidayət (Farsca صادق هدایت) (17 fevral 1903 Tehran — 9 aprel 1951 Paris) — İran yazıçısı. == Həyatı == Şahlıq İranının nüfuzlu bir ailəsinə mənsub olan Sadiq Hidayət 17 fevral 1903-cü ildə Tehranda dünyaya gözlərini açır. İbtidai təhsilini Tehranda Mədrəsəyi — Elmiyyədə tamamladıqdan sonra orta təhsilini yenə Tehranda yerləşən və bir missioner məktəbi olan Saint Luis Fransız Kollecində davam etdirir. Burda Fransız dili və ədəbiyyatı ilə ciddi bir şəkildə maraqlanan Hidayət, 1925-ci ildə mühəndislik təhsili almaq üçün Belçikaya gedir. Belçikada axtardığını tapa bilmir və ədəbiyyat təhsili almaq məqsədilə Parisə yola düşür. Yazı həyatına burda başlayan Hidayət ilk əsərlərini Parisdə qələmə alır. Bir ara böhrana girərək Paris yaxınlarında intihar etmək məqsədilə özünü dənizə atsa da, bir qayıqçının köməkliyi ilə xilas olur. İlk intihar cəhdi uğursuzluqla nəticələnir. 1930-cu ildə Tehrana qayıdan Hidayət, ailəsinin nüfuzundan faydalanmaq istəmir və öz imkanları ilə iş tapmağa çalışır. İran Milli Bankında işə başlayır.
Sadiq Həsənov
Sadiq Həsənov — Azərbaycanlı idmançı və aktyor. Sumqayıt Dövlət Universitetininin tarix fakültəsinin məzunudur. S.Həsənov bakalavrı bitirdikdən sonra magistr təhsilini Çinin Pekin İdman Universitetində dövlət hesabına bitirib. Sonradan həmin universitetdə doktorantura təhsilinə başlayıb və təhsilini davam etdirib. S.Həsənov uzun illər idmanın bir neçə - kiqboks, tayboks, taekvondo, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub. O, mütəmadi olaraq, Çində ölkəmizi bu idman növləri üzrə layiqincə təmsil edib. S.Həsənov həmçinin peşəkar fitneslə də məşğul olub və Çinin müxtəlif şəhərlərində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. İdmançı həmçinin bu ölkədə müxtəlif döyüş səhnələrindən bəhs olunan filmlərə çəkilib. == Həyat və fəaliyyəti == Sadiq Həsənağa oğlu Həsənov 1985-ci il aprelin 10-da Cəlilabad rayonunun Günəşli kəndində müəllim ailəsində anadan olub. Orta məktəb illərində daha çox idman, tarix və ingilis dili dərslərinə böyük maraq göstərib.
Sadiq Muradov
== Siyahı ==
Sadiq Məmmədov
Sadiq Nəcəfli
Sadiq Qurbanov
Sadiq Qurbanov (12 iyul 1972, Əlikli, İliç rayonu) — texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır.
Şahdağ
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. == Adının yaranması == Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.