1. Bir şeyin (adətən pərdənin, paltarın və s.-nin) kənarları boyunca tikilən çox sıx, sallanan sap telləri. Xalçanın saçaqlarını düzəltmək. Şalın saçaqları. Pərdəyə saçaq tikmək.
– Libasın əlvandır, çarqat narıncı; Saçaqlar yaraşır qıraqlarından.
[Sona] …başından sıyrılıb çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı.
2. bot. Bəzi bitkilərdə uzun nazik tellər. Qarğıdalı saçağı.
– [Hurizadın] …tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər.
[Səməndərin] gözünə ancaq söyüdün soyuq saçaqları göründü.
3. məc. Şüa.
Günün saçaqları yayılır düzə; Çünki təslim olur gecə gündüzə.
Günəşin enerji ilə dolu qızıl saçaqlarının təsiri altında yarpaqlarda bütün canlıların həyatının əsasını təşkil edən qidalar, üzvi maddələr hazırlanmağa başlayır.