Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saman
Saman və ya Sahman— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,777 nəfər və 3,961 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) == Tərcümeyi-halı == Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Bahman Golbarnezhad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bahman Qobadi
Bahman Qobadi (Kürd: بەهمەن قوبادی / Bəhmən Qubadî, Fars: بهمن قبادی Bahman Qobadī, 1 fevral 1969, Banə) — İranlı film rejissoru. == Həyatı == 1969-cu ildə İranın-Kürd Banə şəhərində doğulan Bahman Qobadi, təhsili əsnasında bir radioda çalışdı. Daha sonra Senendec'də gənc bir həvəskar olaraq film rejissorları qrupuna qatıldı və onlarla qısa metrajlı filmlər çəkməyə başladı. Daha sonra kino təhsili almaq üçün paytaxta gedən sənətçi təhsilini yarıda buraxdı. 1995–1999 illəri arasında bir çox milli və beynəlxalq yarışlarda mükafat qazanan, 10 qısa filmə rejissorluq edən sənətçinin istehsalları arasında Clermont-Ferrand Festivalında Jüri Xüsusi Mükafatını qazanan "Yaşam şifrəsi" filmi də var. 1999-cu ildə, Abbas Kiyarüsteminin "Külək bizi aparacaq" filminin çəkilişlərində baş assistent olaraq işləyən rejissor, Samira Makhmalbaf'ın "Qara taxta" adlı filmində baş rollardan birini oynamağı boynuna götürdü. Qubadi, "Sərxoş atlar zamanı" filmi ilə 2000-ci il Kann Film Festivalında "Qızıl Kamera Mükafatı", "Gənc Film Mükafatı" və "FIPRESCI Mükafatı" na layiq görüldü. 2004-cü ildə Amerika-İraq müharibəsindəki uşaqların həyatlarından təsirlənərək "Turtles Can Fly" adlı filmin ssenarisini yazdı və rejissorluğunu etdi.
Bahman Qrup
Bahman — İranın iki böyük avtomaşın istihsal edən fabriklərindən biri.
I Salman
I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210). == Haqqında == Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur. (Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər). I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi.
Mixail Salman
Mixail Salman (ivr. ‏מיכאיל סלמאן‏‎) — Azərbaycanda doğulmuş yəhudi əsilli şair. Azərbaycan Yazıçılar İttifaqının və İsrail Yazıçılar Birliyinin üzvüdür. Şair 1990-cı ildən İsraildə yaşayır. == Həyatı == Mixail Salman 1950-ci ildə Bakı şəhərində anadan olub. Milliyyətcə yəhudidir.O yaradıcılığa erkən yaşlarından başlayıb. Müxtəlif qəzet və jurnallarda, o cümlədən “Ədəbi Azərbaycan”da çap olunub. Öz təbirincə desək, “həyatımın çox hissəsi, ən gözəl xatirələrim, ümidlərim Bakı ilə bağlıdır – uşaqlıq, gənclik, yetkinlik, ilk məhəbbət şəhəri... Bəlkə də poeziyam böyük ölçüdə vətənə daha yaxın olmaq istəyi ilə bağlıdır".Salman 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-cı ildə İsrailə köç edib.
Salman Baxşıyev
Salman Baxşıyev (tam adı: Baxşıyev Salman Babaxan oğlu) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1949-cu il martın 1-də Lənkəranda anadan olub. 4 uşağı atasız qaldı. Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işləyib. Yanvarın 26-da, hadisə olan günü qardaşı Əliqismətlə bir yerdə olub. Əliqismətin dedikləri: — Biz XC-nin üzvləri Bakıda günahsız yerə öldürülənlərin xəbərini eşidəndə şəhərdən çıxdıq ki, hərbçilər bizi də qırmasın. Biz meşədə qərar tutmuşduq. Yanvarın 26-da saat .14 dəqiqədə vertolyotlar başımızın üstündə fırlanmağa başladı və vertolyotlardan desant atmağa başladılar. Güllələr yağış kimi yağırdı.
Salman Bayramov
Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır. Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin"). == Mükafatları == Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Nə gözəldir bu dünya... (film, 1999) Ovsunçu (film, 2002) Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) Dayanacaq (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Səhərə inan...
Salman Dadaşov
Salman Yusif oğlu Dadaşov (20 iyun 1922 – 20 sentyabr 1986) — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Salman Dadaşov 20 iyun 1922-ci ildə anadan olmuşdur. 1942-ci ildə Azəf Zeynallı adına Musiqi məktəbini, 1951-ci ildə ADİİ-ni (indiki ADMİU), 1954-cü ildə isə LDTK və Kİ-ni bitirmişdir. Əmək fəaliyyətinə 1939-cu ildə başlayaraq müxtəlif mədəniyyət qurumlarında çalışıb.Ailədə üç qardaş olublar. Qardaşlardan böyüyü olan Salman Dadaşov əvvəllər aktyor kimi çalışıb. Bəzi filmlərdə çəkilib. "Onun böyük ürəyi" filmində Oqtay rolunu ifa edib. Uzun müddət Sumqayıt teatrının rəhbəri olub.Aktyor Məlik Dadaşovun qardaşı və Rəfael Dadaşovun əmisidir.
Salman Farsi
Salman Farsi (ərəb. سلمان الفارسي‎, fars. سلمان فارسی‎; 568, Kazeroun, Sasanilər İmperiyası – 657, Ktesifon) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.
Salman Hüseynov
Salman Hüseynov (tam adı: Salman Hüseyn oğlu Hüseynov; d. 4 aprel 1901 — İsfahan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Salman Hüseynov 1917-ci ildə Tiflisdəki İ.M.Maçaidze gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Almaniyanın Firtsburq İnstitutuna göndərilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanh tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Salman Musayev
Salman Musa oğlu Musayev (1958, Hamamlı, Dmanisi rayonu) — Qafqaz müsəlmanlarının XI Müftisi. == Həyatı == 1958-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində doğulub. 1982-ci ildə Daşkənd İslam Universitetini bitirib. 1984-1985-ci illərdə Liviya «İslama dəvət» Universitetinin ilahiyyat fakültəsində təhsil alıb. 1986-cı ildən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti vəzifəsindədir. 2002-ci ildə Gürcüstan Respublikasının «Şərəf» Ordeni ilə təltif olunub. Müfti Hacı Salman Musa oğlu Musayev 1958-ci ildə Gürcüstanın Dumanisi rayonunun Hamamlı kəndində fəhlə aləsində anadan olub. Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, Daşkənd İslam İnistutunu və Liviyadakı İslam Çağırışı Universitetini bitirib. Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referant vəzifəsini icra edib. Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini təyin edilir, 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə həmin idarəyə müfti vəzifəsinə seçilir.
Salman Mümtaz
Salman Mümtaz (azərb. Salman Məmmədəmin oğlu Əsgərov‎; 20 may 1884, Nuxa – 6 sentyabr 1941, Oryol) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932). Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi.Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir.
Salman Nərimanov
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — ictimai-siyasi və dövlət xadimi, yazıçı, puplisist Nəriman Nərimanovun böyük qardaşı. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. 7 yaşında ikən atası onu Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyur. Üç il burada "Quran"dan və Sədinin "Gülüstan" kitabından dərs keçib, ruhani idarəsinin açdığı məktəbə qəbul olur. Bu məktəbin ona əsaslı bilik verə bilməyəcəyini dərk edib, təhsildən uzaqlaşır. Bu barədə "Səyahətnamə" əsərində yazır: "Bəsirət gözümü açıb nəzərimdə əməllərini riya gördüm və təkfür aləminə düşdüm". Salman Nərimanov ədəbiyyat həvəskarı olduğundan ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafiz, Mollayi-Rumi, Füzuli və M. F. Axundovun əsərləri ilə yaxından tanış olur. Çox keçmədən S. Nərimanov özü də "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmiş, öz puplisistikası və bədii əsərləri ilə bacarıqlı bir mühərrir kimi də tanınmışdır.
Salman Qaraçöplü
Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır. Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin"). == Mükafatları == Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Nə gözəldir bu dünya... (film, 1999) Ovsunçu (film, 2002) Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) Dayanacaq (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Səhərə inan...
Salman Qəmbərov
Salman Hüseyn oğlu Qəmbərov (d. 18 aprel 1959, Bakı) — Azərbaycan caz bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Bəstəkar 1959-cu il aprelin 18-də anadan olub. == Əsərləri == Simfoniya (1990); Simli kvartet üçün Dilogiya (1991); Skripka və piano üçün "Buta" instrumental Fantaziyası (1992); Səs, nağara və piano üçün "Şərq ya Qərb" Süitası (2000). Teatr tamaşalarına musiqi: "Ailəvi week-end" (1993) və "Otello" (1998) "Lətif" səssiz bədii filminə musiqi (2001). == Mükafatları == 16 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Salman Raduyev
Salman Raduyev (13 fevral 1967, Qudermes, Çeçen-İnquş MSSR – 14 dekabr 2002) — İçkeriya hərbi lideri, Birinci Çeçenistan müharibəsinin və İkinci Çeçenistan müharibəsinin ilkin mərhələsində ən məşhur çeçen səhra komandirlərindən biri, Çeçen ordusunun briqada generalı (1997-ci ilə qədər), Çeçen İçkeriya Respublikasının silahlı qüvvələrinin Şimal-Şərq Cəbhəsinin komandiri (1994-cü ilin noyabrı — 1996-cı ilin iyunu), Rusiya Federasiyası ərazisində bir sıra səs-küylü terror aktlarının təşkilatçısı. O, ögey əmisi oğlu Cövhər Dudayevin qızı ilə evlənmişdi. Rusiyada terrorçu elan edilmiş, 2000-ci ildə həbs edilərək və terrorçuluqda təqsirli bilinmişdir. "Belıy lebed" koloniyasında (Solikamsk) vəfat etmişdir. == Bioqrafiyası == 13 fevral 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qudermes şəhərində anadan olmuşdur. O, 4 saylı şəhər orta məktəbdə oxumuş, öz ifadəsinə görə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra 1985-ci ilin martından doğma Qudermesdə şəhər icra hakimiyyətinin tikinti briqadasında suvaqçı işləyir. SSRİ Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olarkən Sovet İttifaqı Kommunist Partiyası (iyul 1987) sıralarına daxil olmuşdur. Raduyev ehtiyata buraxıldıqdan sonra 24 saylı Peşə texnikumunda qaz qaynağı ustası kimi qəbul olunur; müəssisədə eyni vaxtda Çeçen-İnquş respublika komsomol komitəsinin üzvü olur. Komsomol işində o, özünü müsbət tərəfdən göstərmişdir.
Salman Rüşdi
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. == Həyatı == Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. == Yaradıcılığı == İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Salman Rüşdü
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. == Həyatı == Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. == Yaradıcılığı == İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Salman Savəci
Salman Savəci və ya Səlman Savəci (fars. خواجه جمال‌الدین سلمان بن خواجه علاءالدین‌محمد‎) (təx. 1300-1377) — İran şairi. == Həyatı == Səlman Savəci 1300-cü ildə Təbrizdə anadan olmuşdur. Onun atası Xacə Əlaəddin Məhəmməd hələ 1258-ci ildən Yaxın Şərqdə hökmran olan Hülakü xanlarının sarayında işləmişdir. Əvvəl Qazan xanın (1295-1304) və sonra Əbu Səidin (1316-1335) vaxtında Təbriz sarayının vəqf idarəsində mühasib olmuş və sarayda xüsusi hörmət sahibi olmuşdur. Salman Savəcinin həyatı, müasirləri və bədii irsi barədə ilkin məlumata XV əsrin məşhur təzkirəçisi Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra"sında (1487-ci ildə tamamlanmışdır) rast gəlinir. Təzkirə müəllifi, şübhəsiz ki, S.Savəci yaradıcılığı ilə yaxından tanış olduğundan onu "böyük şairlərdən" hesab etmiş, "şeir və şairlikdə öz dövrünün başçısı" adlandırmışdır. S.Savəci ilə Dövlətşah Səmərqəndinin yaşadıqları dövr yaxın olduğundan, təzkirə müəllifinin şair haqqında verdiyi məlumat xüsusi qiymətə malikdir. Buna görə də Salman haqqında sonralar fikir söyləyən müəlliflər Dövlətşahın əsərinə adlarını çəkdiyimiz müəlliflərə nisbətən bir qədər genişdir.
Salman Vilayətoğlu
Salman Vilayətoğlu (azərb. Salmanov Salman Vilayət oğlu‎; 14 fevral 1962, Əzizli, Basarkeçər rayonu – 30 aprel 2009, Bakı) — publisist, jurnalist, psixoanalitik, "Dövran" qəzetinin baş redaktoru, "İntellekt" Araşdırmalar Mərkəzini İctimai Birliyinin direktoru. == Həyatı == Salman Vilayətoğlu 1962-ci il fevral ayının 14-də Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. 15 yaşında orta məktəbi, 20 yaşında (1982-ci ildə) isə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1982–1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Ural Hərbi Dairəsindəki qapalı müəssisələrindən biri olan "Xrompik" İB-nin konstruktor bürosunda çalışıb, 1983–1985-ci illərdə Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarına məxsus hərbi hissələrdən birinin kəşfiyyat vzvoduna rəhbərlik edib, hərbi hissə komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib. 1986-cı ildə Bakı Ali Partiya Məktəbində "İdeoloji kadrlar" kursunun müdavimi olub. == Yaradıcılığı == Mətbuatda ilk yazısı 1978-ci ildə çap olunub. 1985-ci ildən 1989-cu ilin yanvar ayınadək İrəvanda, Ermənistan SSR Ali Sovetinin və Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetində şöbə müdiri işləyib. 1989-cu ilin yanvarında deportasiya nəticəsində Bakı şəhərinə köçüb, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışıb. O, Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından biridir.
Salman Xan
Salman Xan (ing. Salman Khan; 27 dekabr 1965, İndore, Madhya-Pradeş) — məşhur Hindistan aktyoru və teleaparıcısı. == Ailəsi == Atası — Səlim Xan, anası — Salma Xan, ögey anası — Helen, bacıları — Alvira və Arpita, qardaşları — Arbaaz və Soheyl. == Filmoqrafiya == Radhe (film, 2021) Bajrangi qardaş (film, 2015) Zərbə / Kick (film,2014) Uzun qələbə! / Jai ho! (film,2014) Parisdə məhəbbət (film, 2013) Cəsur Veer (2008) (pre production) Main Aur Mrs. Khanna (announced) Yuvraj (2008) (under production) Heroes (2008) (post production) Wanted Dead And Alive (2008) (post production) Amar Akbar Anthony Remake (2008) (unconfirmed) Hello (2008) (under production) London Dreams (2008) (on hold) God Tussi Great Ho (2008) (under production) Om Şanti Om (film, 2007) / Om Shanti Om Saawariya (2007) .... Imaan Marigold: An Adventure in India (2007) .... Prem Partner (2007) .... Prem Salaam-E-Ishq (2007) ....
Salman Zeynalov
Salman Zeynalov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Salman Əyyub oğlu Zeynalov 26 mart 1965-ci ildə Laçın rayonunun Yuxarı Fərəcan kəndində anadan olub. 1979-cu ildə Fərəcan kənd orta məktəbini bitirib. Məktəbi bitirdikdən sonra hərbi komissarlıq tərəfindən Qazax rayonuna sürücülük kursuna göndərilib.Sonra 1983-cü ildə ordu sıralarına çağrılıb.Amur vilayətində hərbi xidmətdə olub. 1985-ci il iyul ayında hərbi xidmətdən tərxis olunub,Sumqayıt şəhərinə gəlib. Şəhərin 1 saylı trestində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1992-ci ilin avqust ayında Salman könüllü olaraq 850 saylı batalyona yazılıb. Suarası, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Xanallar, Səfiyan, Türklər və Güləbird kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin kəndlərin işğalından sonra Laçın rayon DİŞ-nin polis batalyonuna işə qəbul olunub. Bir müddətdən sonra polis bataliyonunun tərkibində əvvəl Goranboy, sonra isə Beyləqan istiqamətində gedən mövqe döyüşlərində iştirak edib.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri == Həyatı == Sayman Aruz ( Saman Həsənzadə) aprel 19, 1979-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", “Dənizləri yelləndirən faciə” adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Şahmar
Şahmar (Culfa)
Şahmat
Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir. Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks elətdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur. The object of the game is to checkmate the opponent's king, whereby the king is under immediate attack (in "check") and there is no way to remove it from attack on the next move.
At (şahmat)
At — Şahmat fiquru Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir.
Azərbaycanda şahmat
Azərbaycanda şahmat — intellektual idman növü tarixən geniş yayılmışdır. Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir. == Tarixi == Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur. Xaqani Şirvani (XI əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahilər öz şeirlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, çox dərin fikirlər söyləmişlər. Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynamış və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd etmişdir. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir. Orta əsr təzkirələrində hər hansı bir dahi şəxsiyyətin poeziya, xəttatlıq, yaxud rəssamlıq sahəsində ustalığı qeyd olunarkən eyni zamanda onun şahmatçılıq bacarığından da danışılır. Görkəmli Azərbaycan miniatürçüsü və şairi Sadıq bəy Əfşarın "Məcmə-ül-xəvas" adlı təzkirəsində bildirilir ki, onun ustadı istedadlı rəssam Müzəffər Əli böyük və kiçik şahmat taxtalarında adi və gözübaqlı şəkildə ustalıqla oynayırmış.
Cinah (şahmat)
Cinah — Şahmat termini Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır.
Debüt (şahmat)
Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir. Debüt üç növə bölünür: açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1... e5); yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1... e5 gedişindən başqa istənilən gedişi edə bilərlər); bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər). == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 9.
Dəyirman (şahmat)
Dəyirman — Şahmat termini Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı.
Dəyişmə (şahmat)
Dəyişmə — Şahmat termini. Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir.
Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki. == Həyatı == Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. 1964–65-ci illərdə hərbi xidmətdə olub. Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR. Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır.
Fil (şahmat)
Fil — Şahmat fiquru. Fil ancaq diaqonal xanalarla hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə).
Götürmə (şahmat)
Götürmə — Şahmat termini. Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur.
Gözübağlı şahmat
Gözübağlı şahmat (ing. Blindfold chess) - şahmatın bir növüdür. Burada oyunçular fiqurların vəziyyətini görə bilmir və onlara toxunmaq ixtiyarları yoxdur. Bu oyunçuları fiqurların vəziyyətinin zehni modelini qurmağa məcbur edir. Gedişləri şahmat işarələri sistemi ilə oyunçular bir-birlərinə çatdırırlar. Gözübağlı şahmat əsrlər boyu möcüzə hesab edilirdi, amma indi bəzi insanlar gözübağlı bir neçə oyunu sinxron izləyə bilir. Sinxron gözübağlı oyunda vasitəçi, adətən, oyunçular arasında gedişləri xəbər verir. == Erkən tarixi == "Gözübağlı şahmat" şahmat tarixində olduqca erkən oynanılıb. İlk gözübağlı şahmatı Orta Şərqdə Sa'id ibn Jubayr (665-714) oynamışdır. Avropada gözübağlı şahmat oynamaq usta oyunçunun zəif rəqiblə qarşılaşanda üstünlüyü kimi, ya da super bacarıqlarını nümayiş etdirmək kimi məşhurlaşıb.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
Holoqrafik şahmat
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Hücum (şahmat)
Hücum — Şahmat termini Şahmat görüşlərində hücumetmə, məqsədə çatma üsuludur. Hücum obyektləri müxtəlif ola bilər. Lakin əsas məqsəd rəqibin şahı üzərinə hücuma keçməkdir. Əgər hücuma qarşı hücum edilirsə, bu, əks-hücum adlanırr.
Həmlə (şahmat)
Həmlə — Şahmat termini Konkret məqsədə nail olmaq üçün bir və ya bir neçə gediş həmlə adlanır.
Keyfiyyət (şahmat)
Keyfiyyət — Şahmat termini Spesifik şahmat terminidir. Keyfiyyətin udulması – yüngül fiqurun əvəzinə topun udulmasıdır.
Kombinasiya (şahmat)
Kombinasiya — Şahmat termini Bu və ya digər məqsədə çatmaq üçün nəzəri elementlərin uyğunlaşaraq xüsusi mövqedən istifadə olunması.
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.