Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Santa Mariya della Salute kilsəsi
Santa Mariya della Salute (it. Basilica di Santa Maria della Salute) Venesiyada Grand-kanalının sahilində, Dojlar sarayının qarşısında yerləşən patriarx roma-katolik məbədi. Məbəd şəhərin 100000 sakininin tələfinə səbəb olmuş taun epidemiyasının sona yetməsi münasibətilə 1630-1631-ci illərdə barokko stilində inşa edilmişdir. Tikilinin memarı Baltazar Lonqenadır. Kilsənin əzəmətli bazilikası səkkizguşəli olub, üstü yarım sferik kümbəzlə örtülmüşdür. Qurbangah üzərində sonralar bir qədər kiçik daha bir kümbəz əlavə olaraq tikilmişdir. Əsas kümbəz on beş tağ üzərində formalaşır. Kümbəz tağlarının arasında müvafiq cüt pəncərələr yerləşir. Məbədin girişi zəfər tağı formasındadır. Binanın fasadı iblisə həmlə edən mələk Mikayılın, Vəftizçi Yəhyanın, Bakirə Məryəmin heykəlləri ilə bəzədilmişdir.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Salut (kənd)
Salut — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qunasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Sal tayfasının adından (bax: Sallı) və türk dillərində cəm bildirən "t" şəkilçi-sindən ibarətdir. == Toponimi == Toponim qədim türk mənşəli hun tayfasından olan sal etnoniminə, türk dilində cəmlik bildirən -ut şəkilçisnin artırılması ilə düzəlib, "sallar tayfasına mənsub yaşayış yeri, kənd" mənasını verir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Салут // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели.
Rafute
Rafute (ラフテー) – Yaponiyanın Okinava mətbəxinə aid donuz qabırğasından hazırlanan yemək. Rafute dərisi soyulmamış donuz qabırğasının soya sousunda və qəhvəyi şəkərdə pörtlədilməsi ilə hazırlanır. Yaponiya inancına görə ömrü uzadan yeməkdir. Rafute Okinava Krallıq Mətbəxinin yeməklərindən biri olmuşdur. Havay adalarında rafute "şoyu donuz əti" adı ilə tanınır. və boşqablarda qəlyanaltı kimi servis edilir. Rafuteni Havay adalarına 1900-cü illərin əvvəlində Okinava immiqrantları gətirmişdilər. Etnik okinavalılar Havay adalarının paytaxtı Honolulu şəhərində bir çox restoran işlətmişdilər.
Salfet
Salfet (fr. serviette) — yemək zamanı istifadə olunan süfrə aksesuarı == Tarixi == Salfetlərdən istifadə hələ orta əsrlərdə mövcud idi. İnsanlar yemək zamanı salfet kimi işlətdikləri dəsmalları sol çiyinlərinə asırdılar. Kağız salfetlərdən istifadə olunması XIX əsrin ortalarına təsadüf edir. Süfrədə ipək əl dəsmalları ilə yanaşı, kağız dəsmallarda olmalıdır. Bir neçə sadə hərəkətlə adi salfetlərə çox görkəm vermək olar ki, bu da süfrəni daha maraqlı göstərir.
Salpae
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Sarule
Sarule (sardin: Sarùle) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 52,72 km²-dir. Kommunanın əhalisi 1,696, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 32 nəfərdir. == Qonşu kommunalar == Sarule kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Mamoiada, Ollolai, Olzai, Orani və Ottana.
Siluet
Siluet (fr. silhouette), yalnız bir haşiyə, kölgə olaraq bir şeyin vahid rəng kimi görünməsi, kölgəsi. Siluet termini əsasən müəyyən yüksəkliklərə malik şəhərlərin, dağların, coğrafi elementlərin panoramik görüntüsü üçün istifadə olunur. Adı, Étienne de Silhouette (1709–1767) adlı fransız siyasətçisinin adından gəlir. Bəzilərinə görə malikanəsinə dəvət etdiyi sanballı qonaqların siluetlərini asmaqla texnikanın dəb halına düşməsinə səbəb olduğu üçün, bəzilərinin fikrincə, bu şəxsin ölkə idarəçiliyin tətbiq etdiyi məhdud iqtisadi siyasətlərinə görə, daha sonralar daha ucuza başa gələn şəkillərə onu adi verilmişdir.
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. == Növləri == Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır;Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. == Salatlar haqqında maraqlı məlumatlar == Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. == Etimologiyası == “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. == Coğrafiyası == Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. == Əhalisi == Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. === Şəhidləri === 1.
Amblyseius saltus
Bahar salatı
== Lazım olan ərzaqlar == Turp (ağ və qırmızı) – 100 q yumurta -1/2 ədəd xiyar – 40 q yerkökü – 40 q yaşıl kahı – 10 q duz - == Hazırlanma qaydası == Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır, dairəvi kəsilmiş xiyar, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd səpilir. Ortasına gül formasında kəsilmiş turp qoyulur.
Fransız salatı
Fransız salatı — xörək növü. == Tərkibi == 3-4 ədəd kartof 3 ədəd kök Çuğundur Bir qədər ağ kələm 1 ədəd baş soğan 500 qr mal əti Sirkə Soya sosu Qara və qırmızı istiot,duz == Hazırlanması == Əti xırda-xırda doğrayıb,az yağda tavada qızardırıq. Paralel olaraq kartofdan başqa (kartof sulanmasın deyə) bütün tərəvəzləri rəndədən keçiririk. Rəndələnmiş tərəvəzlərə qızardılmış əti əlavə edirik. Sonra kartofun qabığını soyub,onu da rəndələyirik və tavada qırmızı rəng alana qədər qızardırıq. Qızardılmış kartofu da Tərəvəzlər və ətin üzərinə əlavə edirik. 5% - li sirkə, soya sosu və ədviyyatları qarışdırıb salatın üzərində gəzdiririk. Salatımız hazırdır.
Kapreze salatı
Kapreze salatı (it. insalata caprese və ya sadəcə kapreze) — dilimlənmiş təzə mozzarella, pomidor və şirin reyhandan hazırlanmış, duz və zeytun yağı ilə ədavanlandırılmış sadə İtalyan salatı. Restoranlarda adətən boşqaba düzülür. Pizza Marqarita kimi, İtaliya bayrağının rənglərini: yaşıl, ağ və qırmızı rəngi özündə birləşdirir. İtaliyada adətən kontorno (qarnir) deyil, antipasto (başlanğıc) kimi verilir və günün istənilən vaxtında yeyilə bilər. Kapreze salatı kapreze yeməyinin bir formasıdır; o, həmçinin kapreze pizza, makaron və ya sendviç kimi də verilə bilər. Salatın adı İtaliyanın Kapri adasının şərəfinə qoyulub. Onun adının mənşəyi ilə bağlı iki ümumi hekayə vardır. Onun İtaliya bayrağına bir hörmətlə və ya "XX əsrdə kral ailəsinin və önəmli siyasətçilərinin tətil zamanı yemək zövqlərinin dəyişik olması ilə" bağlı olduğu güman edilir. == Növləri == Kapreze salatının növləri sırasına zeytun yağı əvəzinə italyan sousu, pesto və ya əlavə olaraq balzam sirkəsi işlədilən növləri də daxildir.
Karlos Sarate
Karlos Zareyt (ing. Carlos Zarate Santa; 23 may 1951) — Meksikalı boksçu. Karlos keçirtdiyi 70 döyüşün 63 döyüşünü nakautla qalib olmuşdur. Cəmi 4 dəfə məğlubiyyətə uğrayıb. Dünyada ən peşəkar boksçularından biridir. O, WBC çempionatında yüngül çəki üzrə 28 dekabr, 1976-cı ildə Norveçdə qalib gəlmişdir. WBC döyüşü 8 may 1976-cı ildə başlamış və 3 iyun 1979-cu ilə qədər davam etmişdir. O, Lup Pindora qalib gəlmiş lakin, finalda Con Ovenə uduzan Karlos son saniyələrdə vurduğu zərbələr nəticəsində hesab dəyişmiş və qalib olmuşdur. Zareyt 100 idmançı arasında, 1999-ci ildə Askeytid Press tərəfindən 20-ci əsrin 1 saylı idmançısı (Raben Alviz yanaşı) kimi seçilib.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kobb salatı
Kobb salatı — dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanan ABŞ mətbəxinin salatı. Yeməyə bəzən qara zeytun əlavə edilir. == Tarixi == Salatın necə yaranmasını izah edən müxtəlif hekayələr mövcuddur. Deyilənə görə, 1930-cu illərdə Hollivudda Qəhvəyi Derbi restoranında bu yeməyin yeyildiyi deyilir. Çünki həmin gün bu restoranda imza günü idi. Bu yeməyə görə restoran sahibi Robert Houard Kobb mükafata layiq görülmüşdür. Hekayələr əsasında məlum olub ki, salat Kobb və ya onun şefi Paul C. Posti tərəfindən yaranıb. Əfsanəyə görə, Kobb gecə yarısına qədər yatmayıb və mətbəxdə bəzi inqredintlər ilə qarışdırdıb. Sonda Fransız sousu ilə qarışdırılıb. Başqa əfsanələrə görə, Robert Kreis başqa restoranda icraçı şefi işləmişdir.
Lu Salome
Lu Andreyas Salome (rus. Луиза Густавовна Саломе; 12 fevral 1861[…], Sankt-Peterburq – 5 fevral 1937, Göttingen) — rus əsilli psixoanalitik və yazıçı. Onun fərqli intellektual maraqları Nitşe, Freyd, Rilke də daxil olmaqla görkəmli qərb mütəfəkkirləri ilə dostluğuna səbəb olmuşdur. == İlk illər == Lu Salome Sankt Peterburqda müharibə generalının ailəsində dünyaya göz açıb. Salome valideynlərinin tək qızı, beş qardaşın bir bacısı olub. Sonradan ona nasistlər tərəfindən " fin yəhudisi" deyilsə də, onun valideynləri əslində Fransız protestantı və şimali alman mənşəli olublar. Təhsil axtarışında olan Salome 17 yaşında 25 yaşlı holland pastoru Hendrix Qilyotdan fəlsəfə, ilahiyyat, dinlər və alman, fransız ədəbiyyatını öyrəndi. Qilyot Salomeyə o qədər vurulur ki, öz arvadından boşanıb onunla ailə qurmağı planlaşdırır. Salome universitet təhsili almaq üçün anası ilə birgə Zürixə köçür. Bu səfərin onun fiziki durumu üçün də xeyirli olacağını düşünürdülər; həmin vaxtlar Salome qan öskürürdü.
Malaq salatı
Malaq salatı- (ispan dilkində ensalada malaquena) tipik andalus mətbəxinin (xörəyidir)yeməyidir. Bu salat bütün İspaniyada çox məşhurdur və onu tez-tez ilin yay aylarında hazırlayırlar. Malaq salatı reseptinin variantları olduqca çoxdur, amma əsas inqrediyentləri bişmiş kartof, portaxalın yumşaq hissəsi, coğan, yaşıl zeytun ibakalyau. Sallatın sosusu müxtəlif ola bilər.
Manqal salatı
Manqal salaltı - Əsasən türklərin istifadə etdiyi və sevdiyi salatdir. Bu salat adətən kabab bişiriləndə yeyilir.
Mara Zalite
Mara Zalite (latış. Māra Zālīte‎ d. 18 fevral 1952, Krasnoyarsk) — Latviya şairəsi, dramaturq və ictimai xadim. Latviya Elmlər Akademiyasının fəxri üzvü (1998). == Bioqrafiyası == Mara Zalite 18 fevral 1952-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Krasnoyarsk diyarında, sürgün olunmuş ailədə anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Latviyaya qayıtmışdır. Zemqale məktəbində oxumuşdur. Latviya Dövlət Universitetinin Filologiya fakültəsini bitirib (1975). Latviya Yazıçılar Birliyində referent vəzifəsində çalışmışdır. SSR (1974-1979) və Liesma jurnallarında ədəbi məsləhətçisi (1977-1990), Karoqs jurnalının baş redaktor (1989-2000), Latviya Müəlliflər Birliyinin prezidenti, Dövlət Dil Komissiyasının sədri ( 2002-2004), Latviya Milli Kitabxanasının İdarə Heyətinin üzvü, Müəllif Hüquqları üzrə Məşvərət Şurasının üzvü və Latviya Respublikası Nazirlər Kabineti yanında Milli Mədəniyyət Şurasının üzvü olmuşdur.
Manute Bol
Manute Bol (16 oktyabr 1962 – 19 iyun 2010) — Sudan basketbolçusu. == Həyatı və karyerası == Manute Bol 1962-ci ildə Sudanın cənubunda anadan olub. Manute Bol 1985–1994-cü illərdə NBA-da çıxış edib. George Mureşan gələnədək, o, NBA tarixinin ən ucaboy basketbolçusu sayılıb. Rumıniyalı George Mureşan kimi, 231 sm boya malik Manute Bol 10 mövsüm ərzində "Vaşinqton Bullits", "Qolden Steyt Uorriors", "Filadelfiya 76" və "Mayami Hit" klublarında çıxış edib. Oyunçu karyerasını başa vurduqdan sonra isə o, Sudanın xeyriyyə və hüquq – müdafiə təşkilatında çalışıb. Manute Bol böyrək xəstəliyindən müalicə olunmaq üçün 2010-cu ilin may ayında Sudandan ABŞ-yə qayıdıb. Lakin sabiq basketbolçunun həyatını xilas etmək mümkün olmayıb. 2010-cu ilin iyun ayında Kanzas ştatının Şarlottsvill şəhər xəstəxanasında 48 yaşında vəfat edib.
Mimoza salatı
Mimoza salatı — pendir, yumurta, konservləşdirilmiş balıq, soğan və mayonez kimi inqredientlərdən hazırlanan salat. == Ərzaqlar == 450 qram dərisiz və sümüksüz toyuğun döş əti 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün) 1/2 stəkan xırda doğranmış qoz ləpəsi 3 ədəd orta boy kartof 2 ədəd yumurta 3 ədəd orta boy yerkökü zövqə görə duz 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar) rəndələnmiş Holland pendiriQeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın. Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin. == Hazırlanma qaydası == 1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin. 2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun.
Miçiqan salatı
Miçiqan salatı (ing. Michigan salad) — Miçiqanda, Detroytda və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növü. Qurudulmuş albalı, mavi pendir və salamura sousu ilə hazırlanır. Bəzi reseptlərdə mavi pendir əlavə edilməz, müxtəlif meyvələr əlavə olunar.
Faludə
Faludə — Soyuq desertdir. Qarğıdalı nişastasından hazırlanan nazik vermişel əriştə, gülab və şəkərdən hazırlanmış yarı-dondurulmuş şərbət ilə qarışdırılır. Bəzən limon suyu və yer fıstığı ilə yeyilir.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).
Malunə (Urmiya)
Malunə (fars. ملونه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 574 nəfər yaşayır (80 ailə).