Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sanatoriya
Sanatoriya (lat. sano "sağaldıram, şəfa verirəm") — sağalma və ya xəstəliklərin profilaktikası üçün iqlim, mineral su, şəfaverici palçıq, dəniz vannası, idman, fizioterapiya və dietik yeməklərdən istifadə edilən sağlamlıq-profilaktik müəssisələri. Sanatoriyalar təşkil olunacaq necə kurortlarda, həm də onlardan kənar, əlverişli iqlimlə, landşaftla yerlərdə (şəhərətrafı zonalar) və sanitardır – gigiyenik şərait (şərtlər) (yerli sanatoriyalar). İşləyənlər üçün sənaye müəssisələrinə yaxın sanatoriyalar təşkil olunacaq – profilaktorilər.
Kurort
Kurort (alm. Kurort‎: kur — müalicə və ort — yer, məkan) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir. == Növləri == === Balneoterapia === Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) qəbul edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur. Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur. === Palçıq === Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbbi mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur.
Kurort gölü
Kurort və ya Dördüncü göl — Kabara-Balkariya Respublikasında, Nalçik şəhərində süni göl. XX əsrin ortalarında Nalçik şəhər parkında süni olaraq yaradılan dört göldən dördüncüsü.. == Coğrafi mövqeyi == Kurort gölü Nalçik şəhərinin cənub hissəsində, Dolinsk kurort rayonu ərazisində yerləşir. Gölün dəniz səviyyəsindən hündürlüyü 577 metrdir. Göl cənubdan və şərqdən Meşəli silsiləsi ilə əhatələnib. == Xarakteriskası == Kurort gölü 1960-cı ildə süni şəkildə yaradılıb. Göl ümumən Böyük Kizilovka dağının şimal ətəklərində yerləşir. Göl Nalçik dağ çayının suyu ilə doldurulur. Çayın gölün cənub-şərqindən axır. Gölün maksimal dərinliyi ilin fəsillərindən asılı olaraq dəyişilir.
Turizm sənayеsi müəssisələri
Turizm sənayesi müəssisələri— turistlərə xidmətlə məşğul olan, amma turizmə birbaşa aidiyyəti olmayan və iqtisadiyyatın başqa sahələrinə şamil edilən firmalardır. Turist korporasiyaları bir qayda olaraq müxtəlif istiqamətli çoxlu sayda turist firmalarını özündə birləşdirir. Korporasiyalar, firmaların ümumi fəaliyyətdə işgüzar iştirakı şərti ilə, könüllülük əsasında xırda turist firmalarının — turoperatorların və turagentlərin birləşdirilməsi yolu ilə yaradılır. Korporasiyalar turist xidməti göstərməkdən əlavə, öz fəaliyyətlərini əsasən turizmlə əlaqəli sahələr istiqamətində də genişləndirirlər: onlar nəqliyyat müəssisələrinin, mağazalar şəbəkəsinin və ictimai-iaşə təşkilatlarının, turist ləvazimatı istehsal edən müəssisələrin, bankların, sığorta cəmiyyətlərinin və s. sahiblərinə çevrilirlər. Yerləşdirmə və turistlərə xidmət üzrə iri mərkəzlərdir. Yerləşdirmə xidməti ilə yanaşı təklif edilən xidmətlər əsasən, qidalanmanın, mehmanxanada yaşayanlar üçün nəqliyyat biletlərinin alınması və əyləncə proqramlarının təşkili, taksi sifarişi və avtonəqliyyatın kirayə edilməsi, simpozium və toplantılar keçirilməsi üçün yer (zal) ayrılması, ticarət, mədəni-sağlamlıq və əyləncə xidmətlərindən və s. ibarətdir. Mehmanxana biznesində iflasa uğramamaq üçün yollar axtarmaq məcburiyyəti qarşısında qalan, pərakəndə halda fəaliyyət göstərən mehmanxanalar birləşirlər. Belə birliklərin yaradılması aşağıdakı şərtlər əsasında həyata keçirilir: Hər bir iştirakçının maliyyə müstəqilliyinin saxlanılması şərti ilə "könüllü mehmanxana şəbəkəsi" kimi yaradılan birliklər şəklində.
Azərbaycan ali təhsil müəssisələri
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası
Şuşa Kurort və İstirahət Mərkəzidir (1937)
Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. Film saxlanılmayıb.
Şuşa kurort və istirahət mərkəzidir (film, 1937)
Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. Film saxlanılmayıb.
İstisu kurortu
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.
Səhənd xizək kurortu
Səhənd xizək kurortu — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında və Səhənd dağının şimal yamaclarında yerləşir.
Zaxoda kurorta hücum
Zaxoda kurorta hücum — 20 iyul 2022-ci ildə İraqda, Kürdüstan regionun Zaxo rayonundakı Barax turizm kurortuna hücum. Hücum zamanı kurort ərazisinə dörd və ya beş artilleriya zərbəsi endirilmişdir. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İraq hökuməti iddia etmişdir ki, hücumun arxasında Türkiyə dayanıb. Türkiyə hökuməti bunu inkar edərək hücuma görə PKK-nı günahlandırmışdır. Hücum nəticəsində ikisi uşaq daxil olmaqla ən azı doqquz mülki şəxs həlak olub və ən azı 23 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı iraqlı ərəb turistlərdir. İraq hökuməti və Birləşmiş Millətlər Təşkilatı həm hücumu qınamış, həm də baş verənlərlə bağlı tədqiqat aparılmasına göstəriş vermişdir. Həm Kürdüstan regionu, həm də İraq federal rəsmiləri, o cümlədən İraqın Baş naziri Mustafa Əl-Kazımı hücuma görə Türkiyə Silahlı Qüvvələrini günahlandırmışdır. Nazirlər Kabineti xarici işlər nazirinə Türkiyənin İraqdakı səfirini çağırmağı və Türkiyədəki iraqlı həmkarından məsləhətləşmələr üçün Bağdada gəlməsini tələb etməyi tapşırmışdır.
Brezovisa xizək kurortu
Brezovisa xizək kurortu və ya Brezovisa xizək mərkəzi — dağ kurortu və Şar dağlarının yamaclarında yerləşən Kosovonun ən böyük qış turizm mərkəzi. Xizəksürmə və snoubord üçün nəzərdə tutulmuşdur. Yay aylarında ekoturizm imkanlarına yürüyüş, dağ velosipedi, golf və digər açıq havada istirahət fəaliyyətləri daxildir. Gəzinti yolları yaxınlıqdakı Livad gölünə aparır. == Tarixi == Brezovisa xizək kurortu 1954-cü ildə yaradılıb. Xizək kurortu Şar dağları Milli Parkının şimal və şimal-qərb yamaclarında yerləşir. Kurortun beş kanadından birincisi 1979-cu ildə quraşdırılıb. Kurortun şimal və şimal-şərq yamaclarında yerləşən 16 kilometr uzunluğunda xizək enişləri var. Kurort 1980 və 1990-cı illərdə bir sıra beynəlxalq xizək yarışlarına ev sahibliyi edib, o vaxtdan bəri turizm məkanına çevrilmişdi. Brezovica 1984-cü ildə Sarayevoda keçirilən Qış Olimpiya Oyunları üçün alternativ xizək meydançası kimi xidmət göstərib, 1980-1990-cı illərdə Beynəlxalq Xizək Federasiyasının bir sıra tədbirlərinə ev sahibliyi etsə də, kurort iyirmi ildən artıqdır ki, əhəmiyyətli infrastruktur sərmayəsi almayıb.
Fanaqoriya
Fanaqoriya (yun. Φαναγόρεια) — Rusiyanın Krasnodar diyarının Sennaya qəsəbəsi yaxınlığında, Taman yarımadasında yerləşən qədim şəhər. == Tarixi == Şəhərin əsası təqribən e.ə. 543 ildə Əhəməni hökmdarı II Kirin İoniyanı işğalı zamanı Teos şəhərini tərk etmiş əhali tərəfindən qoyulmuş, onların başçısı Fanaqorun adı ilə adlandırılmışdır. E.ə. V əsrin sonlarından Bospor dövlətinin tərkibində ikinci paytaxt, "Asiya" hissəsinin əsas şəhəri idi. Çiçəklənməsi e.ə. IV əsrə təsadüf edir. E.ə. IV–I əsrlərdə burada sikkə zərb edilirdi.
Anatomiya
Anatomiya — orqanizmin orqanlarının, toxumalarının, hüceyrələrinin quruluşunu və formasını öyrənən elm. Anatomiya sözü yunanca "anatemno" sözündəndir və mənası "yarıram" deməkdir. Heyvanlar ilə əlaqədar Heyvan anatomiyası (zootomy) bitkilərlə əlaqədar Bitki anatomiyası (phytonomy) deyilir ki, iki alt budağa bölünür. Bu bilik budaqlarından biri insan anatomiyasıdır ki, insanın orqanlarının necə düzülməsini və onların insan həyatındakı funksiyasını öyrənir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Təşrihül-bədən (تشریهول-بده‌ن) adlandırılmışdır. Anatomiyanın qolları bunlardır: Bitkilərin anatomiyası Heyvanların anatomiyası İnsanın anatomiyası.
Müəssislər Məclisi
Müəssislər məclisi — konstitusiya hazırlayacaq və qəbul edəcək, yaxud yeni dövlət quruluşu təsis edəcək səlahiyyətə malik məclis. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü. 1960-cı ilin dekabrında Müəssislər Məclisinin statusu haqqında qanun qəbul edildi. Qanuna görə Müəssislər Məclisi Milli Birlik Komitəsinin (MBK) üzvləri və təmsilçilər palatasından ibarət oldu. MBK-nın qanunvericilik funksiyaları Müəssislər Məclisinə verildi. Bununla yanaşı, seçkilər və təmsilçilər palatasına üzvlərin təyin edilməsi MBK-nın səlahiyyətinə daxil idi və heç bir qanun da MBK tərəfindən bəyənilməsə, qəbul oluna bilməzdi. 6 yanvar 1960-cı ildə isə Müəssislər Məclisi işə başladı. Onun tərkibinə 295 deputat seçilmiş və təyin olunmuşdu.
Fanaqoriya adası
Fanaqoriya adası — Zed adaları arxipelaq qrupunun ən böyük üçüncü adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarındakı Livinqston adasında, Zed qrupunun şimal sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 700 m, eni 500 m, səthinin sahəsi isə 20 hektardır. Ada qonşu adalar olan Esperanto adasından 70 m və Lesidren adasından isə 130 m məsafədə yerləşmişdir. Ada Vilyams zirvəsindən 2.1 km şimalda yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Böyük Bolqar xanlığının şəhərlərindən biri olan Fanaqoriyanın adını daşıyır. == Yerləşməsi == Fanaqoriya adası 62°26′03″ c. e.
Naftalan sanatoriyası
Naftalan kurortu Bakıdan 338 kilometr qərbdə yerləşir. Naftalan kurortu Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 220 – 250 metr yüksəklikdə qərar tutmuşdur. Kurortun iqlimi mülayim – tropikdir. Orta illik temperatur müsbət +14 dərəcə Selsidir. Yağıntılar az miqdarda olub, ildə 100 – 250 millimetr təşkil edir. Az küləklidir. Küləklər əsasən musson xarakterli şimal – qərb küləkləridir. Kurort insan əli ilə salınmış, əsasən şam ağaclarından ibarət meşə parkda yerləşmişdir. Bunun nəticəsində kurortun havası təmizdir. "Naftalan Sanatoriyası" – nın tərkibində 3050 yerlik sanatoriya kompleksi tikilsə də , bunun 2000 – dən çox yerində məcburi köçkünlər yerləşmişdir Şəfa mənbəyi kimi Naftalan nefti Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir.
İstisu sanatoriyası
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.
Aurora
Aurora – ABŞ-də şəhər.
Dumort
Şarl Jozef Bartelemi Dümortye — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. == Həyatı == Şarl Jozef Bartelemi Dümortye əvvəlcə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. == Çap olunmuş əsərləri == Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus. J. Casterman aîné, Tournay, 1830 Sylloge Jungermannidearum Europae indigenarum, earum genera et species systematice complectens.
Dumort.
Şarl Jozef Bartelemi Dümortye — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. == Həyatı == Şarl Jozef Bartelemi Dümortye əvvəlcə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. == Çap olunmuş əsərləri == Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus. J. Casterman aîné, Tournay, 1830 Sylloge Jungermannidearum Europae indigenarum, earum genera et species systematice complectens.
Furore
Furore (it. Furore) — İtaliyanın cənubunda, Amalfi sahilində yerləşən kənd. == Coğrafiyası == Kənddən Aralıq dənizinə əla mənzərə açılır. Lakin dənizdən baxanda nəinki kənd, heç oraya aparan yol da görünmür. Bu səbəbdən də Furore "Olmayan kənd" kimi tanınıb. Kəndin bələdiyyə başçısı bu səbəbdən Furoredəki bütün evləri əlvan boyamağı tapşırıb. Həmin vaxtdan furorelilər əlvan evlərdə yaşayırlar. == Ərazisi == Ərazisi 1.73 km²-dir. == Əhalisi == Əhalinin dinamikası: Hazırda əhalisi 850 nəfərdir.
Kursor
Kursor (lat. cursor) - displey ekranında klaviaturadan daxil edilən növbəti işarənin əks etdiriləcəyi mövqeyi göstərən işıqlanan simvol.Kursor mətn kursoru və maus kursoru fərqləndirilir. Mətn kursoru ekranda sayrışan simvoldur (adətən şaquli xətt). Bu simvol ekrana növbəti simvolun daxil ediləcəyi yeri göstərir. Maus kursoru mausun ekranda hərəkətini və onun köməyi ilə aparılan əməliyyatları əks etdirən qrafik nişandır (çox vaxt ox şəklində olur). == Növləri == Blokşəkilli kursor – ekranda piksellə ölçülən eni və hündürlüyü mətn rejimində olan simvol oyuğunun ölçülərinə uyğun gələn kursor. Mətn emalı proqramlarında istifadə olunur. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Anatoliya moruğu
Tac (anatomiya)
Tac — başın üstü və ya bütün başdır. Tac dedikdə başın üst hissəsi və həmçinin bütün baş nəzərdə tutulur. İnsan anatomiyasında başın üst hissəsi üçün ing. "Calvaria", "skull cap", "skullcap" və ya "roof of the cranial cavity" terminləri istifadə olunur. Quş anatomiyasında tac başın üstü, xüsusilə də, alın zonasıdır. Ardıcıl olaraq ənsə sümüyü və yanaşı olaraq ing. temples-ın hər iki tərəfinə uzanır. Başın yuxarı hissəsi, bəzək, tacı və oksiput da daxil olmaqla, bəzən pileum adlanır. Balina anatomiyasında tac başın fəvvarə dəliklərinin olduğu qabarıq hissəsidir.
Uşaqlıq (anatomiya)
Uşaqlıq (lat. uterus, yunanca metra, delphus, hystera) — tək və əzələvi üzvlərdən olub kiçik çanaqda, düz bağırsağın önündə, sidikliyin arxasında yerləşmişdir. Yuxarıda uşaqlıq boruları ilə və aşağıda uşaqlıq yolu ilə birləşir. Uşaqlığım vəzifəsi döllənmiş yumurtanı daxilində müəyyən vaxt bəsləməkdən ibarətdir; döl yetişdikdən sonra uşaqlıq yığılaraq onu xaricə çıxarır. Bu prosesə doğuş deyilir. Uşaqlıq öndən arxaya yastılaşmış armuda bənzəyir; girdə enli ucu sərbəst olaraq yuxarıya və önə dar, ucu aşağı və arxaya çevrilmişdir. Yuxarı çox hissəsi uşaqlıq cismi – lat. corpus uteri və aşağı az hissəsi uşaqlıq boynu – lat. cervix uteri adlanır. Uşaqlıq cisminin uşaqlıq borularının başlanan yerindən yuxarı olan hissəsi uşaqlıq dibi – lat.
Vətər (anatomiya)
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Müqayisəli anatomiya
Müqayisəli anatomiya — müxtəlif növlərin anatomiyasındakı oxşar və fərqli cəhətləri öyrənir. O, təkamül biologiyası və filogenetika (növlərin təkamülü) ilə sıx bağlıdır. Müqayisəli anatomiya elm kimi klassik dövrdə başlamış və quşların və insanların skeletləri arasındakı oxşarlıqları qeyd edən Pierr Belonun işi ilə erkən müasir dövrə qədər davam edir. Müqayisəli anatomiya ümumi yaranışı sübut etmişdir və heyvanların təsnifatına kömək etdi. Cərrahi və ya tibbi prosedurdan ayrı olan ilk xüsusi anatomik tədqiqat Alkmeon (Krotonalı) ilə əlaqələndirilir. Leonardo da Vinci, ayı da daxil olmaqla müxtəlif heyvanların əllərini müqayisə etmək üçün anatomik traktat üçün qeydlər etmişdir. 1517-ci ildə doğulmuş fransız təbiətşünası Pierr Belon delfin embrionlarını araşdırıb və quş skeletlərini insan skeletləri ilə müqayisə edib. Onun tədqiqatları müasir müqayisəli anatomiyaya gətirib çıxardı. Təxminən eyni vaxtda Andreas də özünəməxsus addımlar atırdı. Flamand əsilli gənc anatomist, yunan həkimi Qalenin anatomik biliklərini sistematik şəkildə araşdırır və düzəldirdi.
Lümen (anatomiya)
Lümen (lat. lümenin - "açılış") — biologiyada arteriya və ya bağırsaq kimi boruvari orqanların daxili boşluğu. == Yeri == Damarın daxili hissəsi, məsələn, qan axdığı arteriya, damar və ya kapilyardakı mərkəzi boşluq. Mədə-bağırsaq traktının daxili hissəsi. Ağciyərlərdə bronxial yollar. Böyrək borularının daxili hissəsi və sidik yollarının toplayıcı kanalları. Qadın cinsiyyət orqanlarının yolları. Vaginanın yolundan başlayaraq, uşaqlıq yolunda 2 lüminə bölünür, hər ikisi uşaqlıq borusu ilə davam edir. == Hüceyrə biologiyasında == Hüceyrə biologiyasında lümen tilakoid, endoplazmatik retikulum, Qolci kompleksi, lizosom, mitoxondri və mikrotubullar da daxil olmaqla bir neçə orqanoid, hüceyrə komponentləri və ya strukturların içərisində olan membranla məhdudlaşan boşluqdur. == Translüminal prosedurlar == Mədə, vagina, sidik kisəsi və yoğun bağırsağın lüminasında təbii açılışlar vasitəsilə transluminal endoskopik cərrahiyyə.
Bağ (anatomiya)
Bağ — sümükləri digər sümüklərlə birləşdirən lifli birləşdirici toxuma. O, həmçinin articular bağ və ya lifli bağ kimi tanınır. Bədəndəki digər bağlara aşağıdakılar daxildir: Abdominal bağ: peritonun və ya digər membranların bir qatı. Dölün qalıq bağı: dölün boru quruluşunun qalıqları. Periodontal bağ: dişi ətrafdakı alveol sümüyə bağlayan bağlar qrupu. Bağlar vətər və fasyaya bənzəyir, çünki hamısı birləşdirici toxumadan ibarətdir. Aralarındakı fərqlər qurduqları əlaqələr: bağlar bir sümüyü digər sümüyə bağlayır vətərlər əzələləri sümüyə bağlayır fasyalar əzələləri digər əzələlərə bağlayır. Bunların hamısı insan bədəninin skelet sistemində olur. Bağlar adətən təbii yolla bərpa oluna bilməz. Lakin yetkinlərdə periodontal bağa bitişik, periodontal bağın bərpasında iştirak edən periodontal bağ kök hüceyrələridir.
Yumurta (anatomiya)
Yumurta və ya yumurta hüceyrə — döllənmə və ya partenogenez nəticəsində yeni bir orqanizm kimi inkişaf edən dişi reproduktiv hüceyrə. Yumurtaların ölçüsü çox fərqli ola bilər: siçan yumurtasının diametri təxminən 0,06 mm olduğu halda, Afrika dəvəquşusu yumurtasının diametri 15,5 sm-ə çata bilər. Yumurtalar ümumiyyətlə sferik və ya oval şəklindədir, lakin onlar da uzanır, məsələn həşəratlarda, miksin və ya mul balığı. Oologiya — heyvanların, əsasən də quşların yumurtalarının öyrənilməsinə həsr olunmuş zoologiya şöbəsidir.
Kürtport
Kürtport- Azərbaycan Respublikası Goranboy rayonu ərazisində dağ. == Toponimikası == Murovdağ silsiləsinin şimal yamacındadır. Dağın Hündürlüyü 2190 m. Oronim türk dillərində, o cümlədən Azərbaycan dilinin dialektlərində "qar, qar yığını" mənalarında işlənən kürt və pərt/port (parıldayan, işıldayan) sözlərindən düzəlib, "qarı parıldayan dağ" mənasındadır. == Həmçinin bax == Goranboy rayonu Qaratikanlı (dağ) == İstinadlar == == Xarici keçid == http://goranboy-ih.