SANATORİYA

I
сущ. санаторий (лечебнопрофилактическое учреждение). Mədəbağırsaq xəstəlikləri sanatoriyası санаторий по желудочно-кишечным болезням, uşaq sanatoriyası детский санаторий, sanatoriyaya putyovka путёвка в санаторий
II
прил. санаторный, санаторский. Sanatoriya müalicəsi санаторное лечение, sanatoriya həkimi санаторный врач, sanatoriya rejimi санаторный режим, sanatoriya mətbəxi санаторская кухня
SANATMAQ
SANBAL
OBASTAN VİKİ
Sanatoriya
Sanatoriya (lat. sano "sağaldıram, şəfa verirəm") — sağalma və ya xəstəliklərin profilaktikası üçün iqlim, mineral su, şəfaverici palçıq, dəniz vannası, idman, fizioterapiya və dietik yeməklərdən istifadə edilən sağlamlıq-profilaktik müəssisələri. Sanatoriyalar təşkil olunacaq necə kurortlarda, həm də onlardan kənar, əlverişli iqlimlə, landşaftla yerlərdə (şəhərətrafı zonalar) və sanitardır – gigiyenik şərait (şərtlər) (yerli sanatoriyalar). İşləyənlər üçün sənaye müəssisələrinə yaxın sanatoriyalar təşkil olunacaq – profilaktorilər.
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Gülüş sanatoriyası (film, 1989)
== Məzmun == Gülüş hər dərdin dərmanıdır. Televiziya operettasında xəstəlikləri gülüşlə müalicə edən sanatoriya işçilərinin başlarına gələn gülməli əhvalatlardan bəhs edilir.
Naftalan sanatoriyası
Naftalan kurortu Bakıdan 338 kilometr qərbdə yerləşir. Naftalan kurortu Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 220 – 250 metr yüksəklikdə qərar tutmuşdur. Kurortun iqlimi mülayim – tropikdir. Orta illik temperatur müsbət +14 dərəcə Selsidir. Yağıntılar az miqdarda olub, ildə 100 – 250 millimetr təşkil edir. Az küləklidir. Küləklər əsasən musson xarakterli şimal – qərb küləkləridir. Kurort insan əli ilə salınmış, əsasən şam ağaclarından ibarət meşə parkda yerləşmişdir. Bunun nəticəsində kurortun havası təmizdir. "Naftalan Sanatoriyası" – nın tərkibində 3050 yerlik sanatoriya kompleksi tikilsə də , bunun 2000 – dən çox yerində məcburi köçkünlər yerləşmişdir Şəfa mənbəyi kimi Naftalan nefti Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir.
İstisu sanatoriyası
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.

Digər lüğətlərdə