kurqan-muzey
kurortçu
OBASTAN VİKİ
Kurort
Kurort (alm. Kurort‎: kur — müalicə və ort — yer, məkan) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir. == Növləri == === Balneoterapia === Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) qəbul edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur. Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur. === Palçıq === Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbbi mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur.
Kurort gölü
Kurort və ya Dördüncü göl — Kabara-Balkariya Respublikasında, Nalçik şəhərində süni göl. XX əsrin ortalarında Nalçik şəhər parkında süni olaraq yaradılan dört göldən dördüncüsü.. == Coğrafi mövqeyi == Kurort gölü Nalçik şəhərinin cənub hissəsində, Dolinsk kurort rayonu ərazisində yerləşir. Gölün dəniz səviyyəsindən hündürlüyü 577 metrdir. Göl cənubdan və şərqdən Meşəli silsiləsi ilə əhatələnib. == Xarakteriskası == Kurort gölü 1960-cı ildə süni şəkildə yaradılıb. Göl ümumən Böyük Kizilovka dağının şimal ətəklərində yerləşir. Göl Nalçik dağ çayının suyu ilə doldurulur. Çayın gölün cənub-şərqindən axır. Gölün maksimal dərinliyi ilin fəsillərindən asılı olaraq dəyişilir.
Şuşa Kurort və İstirahət Mərkəzidir (1937)
== Məzmun == Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. == Film haqqında == Film saxlanılmayıb.
Şuşa kurort və istirahət mərkəzidir (film, 1937)
== Məzmun == Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. == Film haqqında == Film saxlanılmayıb.
Azərbaycanın kurortlarında (film, 1961)
Azərbaycanın kurortlarında qısametrajlı sənədli filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə nadir müalicə əhəmiyyətli sanatoriya və pansionatlardan danışılır. == Məzmun == Azərbaycanı kurortlar ölkəsi adlandırırlar. Bu respublikada nadir müalicə ocaqları mövcuddur. Filmdə nadir müalicə əhəmiyyətli sanatoriya və pansionatlardan danışılır.
Səhənd xizək kurortu
Səhənd xizək kurortu — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında və Səhənd dağının şimal yamaclarında yerləşir.
Zaxoda kurorta hücum
Zaxoda kurorta hücum — 20 iyul 2022-ci ildə İraqda, Kürdüstan regionun Zaxo rayonundakı Barax turizm kurortuna hücum. Hücum zamanı kurort ərazisinə dörd və ya beş artilleriya zərbəsi endirilmişdir. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İraq hökuməti iddia etmişdir ki, hücumun arxasında Türkiyə dayanıb. Türkiyə hökuməti bunu inkar edərək hücuma görə PKK-nı günahlandırmışdır. Hücum nəticəsində ikisi uşaq daxil olmaqla ən azı doqquz mülki şəxs həlak olub və ən azı 23 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı iraqlı ərəb turistlərdir. == Nəticə == İraq hökuməti və Birləşmiş Millətlər Təşkilatı həm hücumu qınamış, həm də baş verənlərlə bağlı tədqiqat aparılmasına göstəriş vermişdir. Həm Kürdüstan regionu, həm də İraq federal rəsmiləri, o cümlədən İraqın Baş naziri Mustafa Əl-Kazımı hücuma görə Türkiyə Silahlı Qüvvələrini günahlandırmışdır. Nazirlər Kabineti xarici işlər nazirinə Türkiyənin İraqdakı səfirini çağırmağı və Türkiyədəki iraqlı həmkarından məsləhətləşmələr üçün Bağdada gəlməsini tələb etməyi tapşırmışdır.
İstisu kurortu
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. == Haqqında == İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.
Brezovisa xizək kurortu
Brezovisa xizək kurortu və ya Brezovisa xizək mərkəzi — dağ kurortu və Şar dağlarının yamaclarında yerləşən Kosovonun ən böyük qış turizm mərkəzi. Xizəksürmə və snoubord üçün nəzərdə tutulmuşdur. Yay aylarında ekoturizm imkanlarına yürüyüş, dağ velosipedi, golf və digər açıq havada istirahət fəaliyyətləri daxildir. Gəzinti yolları yaxınlıqdakı Livad gölünə aparır. == Tarixi == Brezovisa xizək kurortu 1954-cü ildə yaradılıb. Xizək kurortu Şar dağları Milli Parkının şimal və şimal-qərb yamaclarında yerləşir. Kurortun beş kanadından birincisi 1979-cu ildə quraşdırılıb. Kurortun şimal və şimal-şərq yamaclarında yerləşən 16 kilometr uzunluğunda xizək enişləri var. Kurort 1980 və 1990-cı illərdə bir sıra beynəlxalq xizək yarışlarına ev sahibliyi edib, o vaxtdan bəri turizm məkanına çevrilmişdi. Brezovica 1984-cü ildə Sarayevoda keçirilən Qış Olimpiya Oyunları üçün alternativ xizək meydançası kimi xidmət göstərib, 1980-1990-cı illərdə Beynəlxalq Xizək Federasiyasının bir sıra tədbirlərinə ev sahibliyi etsə də, kurort iyirmi ildən artıqdır ki, əhəmiyyətli infrastruktur sərmayəsi almayıb.

Digər lüğətlərdə