Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). 15 noyabr 1956-cı ildə doğulub. Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Sarıgah
Sarıgah — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Toponim qədim türk dilində «iri, nəhəng, uca, hündür, yüksək, dik» mənasında işlənən sarı sözü ilə «qayalıqda, dağda təbii və ya süni oyuq, mağara» mənasında işlənən kah // kaha sözünün birləşməsindən əmələ gəlib «böyük mağara yanında salınan kənd» mənasını ifadə edir. Deməli, toponimin ikinci komponenti gah kah sözünün fonetik variantıdır və sözdə k~g səs əvəzlənməsi baş vermişdir. Bu hadisə Azərbaycan dili üçün qanunauyğun haldır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10.V.1951-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sangyuğ qoyulmuşdur.
Sarıyal
Böyük Sarıyal Kiçik Sarıyal Sarıyal — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 1821 m. Sarıyal — Xanlar rayonunda dağ. Hündürlüyü 1640 m.
Sarışgöl
Sarışgöl — Azərbaycan Respublikasının Xocalı rayonununda göl. Şirin sulu axarlı göldü. Zardaxaç kəndi yaxınlığında, 1400 m. yüksəklikdə yerləşir. Hidronim sarışln (rəng) və göl sözlərindən düzəlib, “suyu sarı rəngə çalan göl” mənasındadır.
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Birmeyvəli sarıkol
== Təbii yayılması: == Aralıq dənizi sahilində, Şimali Amerikada, Cənubi Afrikada və İspaniyada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 4 m-ə çatan, uzun sallanan budaqlara malik olan kol və ya alçaqboylu ağacdır. Çiçəklərinin ləçəkləri ağ rəngli olub, mərkəzi bənövşəyi-qırmızımtıl, incə və ətirli, gümüşü rəngli yarpaqların fonunda olduqca dekorativ görünür. Paxlaları uzunsov, hər iki tərəfi iti, toxumları açıq-darçını rəngdədir. Kök pöhrələri və toxumla çoxaldılır. == Ekologiyası: == Torpağa az tələbkar, quraqlığa davamlıdır, lakin, kütləvi çiçəkləməsi üçün vaxtaşırı suvarma tələb olunur. Şaxtaya davamsızdır, qış aylarında bitkinin kök boğazına qədər yerüstü hissəsi donur, lakin, yazda güclü pöhrə verərək bərpa olunur. == Azərbaycanda yayılması: == Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir. == İstifadəsi: == Dekorativ bitki kimi yaşıllıqlarda istifadə oluna bilər. == Məlumat mənbələri == Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh.
Böyük Sarıyal
Böyük Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur. == Toponimi == Toponim fərqləndirici əlamət bildirən "böyük" sözü ilə qədim türk dilində "düzənlik, düz, çöl, sahə" mənasında işlənən sara və "dağın döşü, dağın yamacı", "dağ keçidi, təpə", müasir Azərbaycan ədəbi dilində "hündür bir yerin təpəsi", "dikdir", "yoxuşun başı" mənasında işlənən yal sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Medz Sariar (Böyük Sarıyal) qoyulmuşdur. Azərbaycan dilində rəng bildirən sarı və yal (dağın yalı) sözlərindən ibarətdir.
Kiçik Sarıyal
Kiçik Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni mənbələrində Sarıyar kimi qeyd edilir. Toponim qədim türk dilində "iri, nəhəng, uca, hündür, yüksək, dik" mənasında işlənən sarı sözü ilə "hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı" mənasında işlənən yal sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimdəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828–1832-ci illərdə Türkiyədən köçürülmüşdür.
Qaragül qoyunu
Qaragül qoyunu — qabayunlu qoyun cinsi. Əsasən dərisindən və südündən istifadə edilir.. Qaragül qoyunu əsasən Türkmənistan və İranda saxlanılır. Qaraqul xəzinə müxtəlif cins qoyun qurularının dərilərinə aid edilir və bunlar da özlərinin ilkin tük örtüyünün burulma quruluşuna görə fərqlənirlər. Qaraqul xəzi aşağıdakı kimi fərqlənir: təmizcinsli qara rəngli qaraqul; təmizcinsli rəngli qaraqul; təmizcinsli boz rəngli qaraqul; metis (quyruqlu) qara rəngli qaraqul; metis (quyruqlu) rəngli qaraqul; metis cinsdən olan qara rəngli qaraqul; metis müxtəlif cinsdən olan rəngli qaraqul; Doğulmayan, qaraqul cinsli quzu dərisi qaragülçə Bunlar yaş fərqinə görə (hətta bir aya qədər günlərin sayına görə) və tük örtüyünün inkişaf dərəcəsinə görə üç yerə ayrılır: qolyak-lütcə (cox zəif tük örtüyü olan) Muar-cox qısa parlaq, iynəyəbənzər dalğavari tük örtüklü (qaragülçə ölü) Klyam zahılığın axırıncı mərhələsindəki embrion dərisi və doğulmuş 1–2 günlük quzu dərisi; tük örtüyü müardan çoxdur və burulma təzə başlayır(buna qaragül-qaragülçəsi deyilir) Sumuşka- doğlmuş, 2–4 günlük quzu dərisi: Yaxobob-doğuluş 1-aya qədər qaraqul cinsli quzu dərisi. Merluşka:-30 günlük quzu dərisi (qara palıdı və ağ rəngli) Qaragül xəzi müxtəlif qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli təmiz cinsli qaragül dərisi, qara və əlvan rəngli müxtəlif cinslərin (zərif yunlu qoyunlardan başqa) qarışığından olan qaragül dəri saf və qarışıq cinsli qaragülçə (doğulmamış quzu), təbii və boyanmış krım dərisi, təbii və boyanmış güllü dəri, Rusiya və səhra müarının dərisi , güllü və safcinsli yaxobab dərisi bu qrupa daxildir. Bunlardan başqa sənayedə şiraz, Xorason, Əfqan, Tehran, Qərbi Cin və Monqolustan quzu dəriləri də emalı edilir. Qaraqul quzu dərisi qoyunların tükü yaşına görə çox dəyişilir. Dəriyə qiymət verilməsində bu halın çox böyük əhəmiyyəti vardır.
Sarıbel duker
Sarıbel duker (lat. Cephalophus silvicultor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Sarıgöz göyərçin
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Sarıgöz pinqvin
Sarıgöz pinqvin, və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır. Bu vcanlıların bədən quruluşu daha çox Kəkilli pinqvinlərə bənzəyir. İri fərdlərin boyu 70–75 sm, çəkisi 6–7 kq olur. Orta ömür müddəti 10–12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. , Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur. Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər. Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər.
Sarıgüni (Bostanabad)
Sarıgüni (fars. ساري گوني‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (10 ailə).
Səripul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i dəricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Sarıgilə daş sarmaşığı
Sarığilə daş sarmaşığı Avropada,Asiyada,Şimali Amerikada bitir. Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur. Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir. Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir. Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur. Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Arıquş
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.
Sarısulu (Əhər)
Sarılar (fars. ساري سولي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 572 nəfər yaşayır (109 ailə).
Tarıqulu Əmiraslanov
Tarıqulu Əmiraslanov (Tam adı:Tarıqulu Sadıq oğlu Əmiraslanov; d.1946; Azərbaycan, Qusar — ö.1993) — Geologiya-mineralogiya elmləri doktoru, professor. Tarıqulu Əmiraslanov 1946-cı ildə Azərbaycanın Qusar rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini fərqlənmə ilə bitirdikdən sonra təhsilini davam etdirmək üçün "Geoloji kəşfiyyat üsulları" kafedrasının aspiranturasında saxlanılır 1973-cü ildə "Naxçıvan vilayətinin geoloji quruluşununu geofiziki üsullarla tədqiqatları kompleksində qravimetrik kəşfiyyat" mövzusunda namizədlik dissertasiyanı müdafiə etmişdir. "Geofiziki kəşfiyyat üsulları" kafedrasında kiçik və böyük elmi işçi, dosent və professorvəzifələrində işləmişdir. 1988-ci ildə "Geofiziki sahələrin kompleks analizi əsasında mürəkkəb quruluşlu neftli-qazlı vilayətlərin qravimasiya anomaliyalarının interpretasiyası (Azərbaycan və onun akvatoriyası timsalında)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmi tədqiqatları Azərbaycanın mezozoy çöküntülərindən ibarət mürəkkəb quruluşlu vilayətlərinin tektonikasının bir sıra məsələlərinin həlli üçün qravimaqnit kəşfiyyatın nəticələrinin emalı və interpretasiyası proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlıdır. Əmiraslanov T. S. Azərbaycanın yeksək dəqiqli planalma materiallarının interpretasiyası üsullarını təkmilləşdirmişdir. O, çox sayda elmi məqalə və dərs vəsaitlərinin müəllifidir.
Sarıağıl (Mahnişan)
Sarıağıl (fars. ساري اغل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (29 ailə).
Sarıqoli dili
Sarıqoli (tujik ziv) — Çində danışılan Şərqi İran dilidir.
Kəkilli arıquş
Qaraca arıquş
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Sarqal (Qürvə)
Sarqal (fars. سرقل‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 150 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.