Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarıcallı
Sarıcallı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sarıcalı kəndi Şükürbəyli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıcalı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi bəhmənlilərin bir qolu olan sarıcalıların adı ilə bağlıdır. Sancalılar cavanşir və başqa tayfalarla birlikdə Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamışdılar. XIX əsrin əvvəllərində onlar dərgahlı, əmiraslanbəyli, çəmənli, incilli, yetim adlı tirələrə bölünürdü. 1917-ci ildə Şuşa qəzasında Əmiraslanbəyli Sarıcalısı, İncirli Sarıcalısı, Tərəkəmə Sarıcalısı, Quzanlı Sarıcalısı adlı yaşayış məntəqələri də qeydə alınmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəyən çölündə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Sarımsaqlı
Sarımsaqlı (dağ)
Sarımsaxlı
Sarımsaqlı (dağ)
Sarıxanlı
Sarxanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Sarıxanlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Sərxanlı — Şərur rayonunda kənd.
Sarıcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam)Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd.Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə)Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Sarıcalı (Sarıcalı, Ağdam)
Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu. 1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi. XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarjalısı, Çəmənli Sarcalisi (yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır. Ağdam rayonundakı Sarcalı kəndinin tam adı Dərgahlı Sarcalısı (Sovet dövründə "Ağdamkənd Sarcalısı") olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Sarımsaqlı (dağ)
Sarımsaqlı — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. İstisu kurortundan qərbdə, Keçəldağ çayının (Tərtər hövzəsi) sahilində, Qarabağ yaylasındadır. Hündürlüyü 3344 m. Oronim mənşəcə dağ bitkisi olan yabanı sarımsaq (qarğa sarımsağı da adlanır) bitkisinin adından və mənsubiyyət bildirən -// şəkilçisindən ibarət olub, "sarımsaq bitən dağ" mənasındadır. Cənubi Altayda Sarımsaktı adlanan dağ silsiləsi var.
Sarımsaqlı (Çaldıran)
Sarımsaqlı (fars. سارمساقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (15 ailə).
Sarımsaxlı (Pəmbək)
Sarımsaxlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə, Pəmbək çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Sarmusaxlı formasında qeyd edilmişdir. == Toponimi == 1728-ci ildə İrəvan əyalətinin Vadi (vedi)nahiyəsində Sarı Musalı kimidir. Başqa mənbədə Sarı Musaxli kimidir. 1918-ci ildə kənddə ermənilər də yerləşmişdir. 1946-cı ildə kənd ermənicə Karaberd adlandırılmışdır. XIX əsrdə Qazax qəzasında, Cavanşir qəzasında və Quba qəzasında Sarımsaqlı dağ adları ilə mə’naca eynidir. Dağların belə adlanması zirvələrinin zahirən sarımsaq başına oxşaması ilə bağlıdır. Toponim yabanı bitki adı bildirən sarımsaq sözünə çoxluq, cəmlik bildirən -lı şəkilçisinin artırılması əsasında yaranmışdır.
Sarıxanlı (Meşkinşəhr)
Sarıxanlı (fars. ساري خانلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 492 nəfər yaşayır (108 ailə).
Sarıxanlı (İmişli)
Sarıxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Sarıxanlı bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıxanlı (Vedibasar)
Sarıxanlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14–16 km cənub-şərqdə, Araz çayının sahilində, Vedi çayından axan arxın yaxınlığında, Əliməmməd kəndinin yanında yerləşirdi. Toponim təklə türk tayfasının bir qolunu təşkil edən sarıxanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 288 nəfər, 1886-cı ildə 338 nəfər, 1897-ci ildə 358 nəfər, 1904-cü ildə 160 nəfər, 1914-cü ildə 176 nəfər, 1916-cı ildə 204 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında kəndin sakinlərini tam surətdə ermənilər tərəfindən qovmuşdur. Həmin vaxtdan kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
Sarıcalı-Quzanlı
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.
Sarıcalı (Ağcabədi)
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. == Tarixi == Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. === Tanınmışları === Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas == Xarici keçidlər == Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) == İstinadlar == Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Sarıcalı (Ağdam)
Sarıcalı (Çəmənli, Ağdam)
Sarıcalı (Sultaniyə)
Sarıcalı (fars. ساريجالو‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 451 nəfər yaşayır (115 ailə).
Sarıcalı (Takab)
Sarıcalı (fars. ساري جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Sarıcalı (Tərtər)
Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. == Həmçinin bax == Zolgəran == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Sarıcalı (Urmiya)
Sarıcalı (fars. ساريجالو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (72 ailə).
Sarıcalı (Xudafərin)
Sarıcalı (fars. ساري جالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (96 ailə).
Sarıcalı bələdiyyəsi
Sarıcalı bələdiyyəsi (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə. Sarıcalı bələdiyyəsi (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunda bələdiyyə.
Sarıcalı oymağı
Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. == Tarixi == Tarixi ədəbiyyatda bu qurumun Bəhmənli oymağından ayrılması məlumdur. XVIII yüzilin önlərində, 1727-ci ildə 9 ailədən ibarət idi. Yüzbaşının ailəsini də əlavə etsək, təxminən 10 ailə alınır. Osmanlı qaynağına görə, Sarıcalı oymağı Xaçın nahiyəsində Tərnəgird (Tərnəüd) torpağında qışlayır, başqa adı Torpaqbulaq olan Güştaş adlı yerlərində yaylayır. Bayad torpağında, Doğalan və Zəliyan adlı arxların kənarında əkinçiliklə məşğul olurdu. Qarabağda xanlıq qurmuş Pənahəli xan Sarıcalı-Cavanşir əslən Arazbarlıdır. Arazbar xanlıq dönəmində Cavanşir-Dizaq mahalı adlandı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində Pənahəli xanın atası Ibrahimxəlil ağadan danışarkən yazır: "Bu dövlət və nüfuz İbrahimxəlil ağanın əlinə keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb məşhur oldu.
Yuxarı Sarıcalı
Yuxarı Sarıcalı, Sarıcalı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Düyərli kənd inzibati ərazi dairəsi tərkibindəki Sarıcalı kəndi Yuxarı Sarıcalı kəndi adlandırılmışdır.
Saraçlı (Borçalı)
Saraçlı, Mamxuti — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Fiziki-coğrafi mövqeyi == Saraçlı kəndi dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Xrami çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində yerləşir. Saraçlı qonşu kəndlər – Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km və rayon mərkəzi Bolnisidən 22 km məsafədə, paytaxt Tiflisdən isə 60 km cənubda yerləşir. Coğrafi koordinatları 41° 22' 60" şimal enliyi, 44° 43' 1" şərq uzunluğudur. 25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur. Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir. == Tarixi == Saraçlı kəndi haqqında məlumat verən ən qədim rəsmi sənəd hələlik Gürcüstan muzeylərində üç variantı saxlanan çar "Dasturlamali"si hesab olunur. XI Georginin hakimiyyəti dönəmində (1682 - 1688-ci illər) tərtib olunmuş və sonralar əlavələr edilmiş, ərəbcə "dəstürüləməl" sözündən olub, mənası "məlumat" anlamına gələn bu sənədlərin iki variantında – Sulxan Mdivani və Aleksi Mesxişvili variantlarında kəndin adı "Saraclu – Eminis elis sopeli" ("Emin elinin Saraclu kəndi") formasında qeydə alınmışdır. O da maraqlıdır ki, gürcü dəftərdarları "sopeli" sözü ilə yerli – oturaq (binəli) kəndləri qeydə alır, köçəri kəndləri isə "oba" adlandırırdılar.
Sarıhacılı
Sarıhacılı — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündə yerləşir. == Tarixi == Sarıhacılı kənd 1993-cü il 23 iyulda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilir. == Toponomi == 1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin iyirmi yeddi oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır . Ola bilsin ki, Ağdam rayonundakı Sarıhacılı kəndi bu oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını Sarı Hacı şəxs adından götürmüşdür.
Saraclı
Saraclı (Kəleybər) — İranda kənd. Saraçlı oymağı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraçlı (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd Saraçlı (Manavqat) — Türkiyə Cümhuriyyəti Antalya ili, Manavgat ilçəsində kənd. Saraçlı (Aralıq) — Türkiyə Cümhuriyyəti İğdır ili, Aralıq ilçəsində kənd. Saraçlı (Geyvə) — Türkiyə Cümhuriyyəti Sakarya ili, Geyvə ilçəsində kənd. Saraçlı (Çərşənbə) — Türkiyə Cümhuriyyəti Samsun ili, Çərşənbə ilçəsində kənd. Saraçlı (Of) — Türkiyə Cümhuriyyəti Trabzon ili, Of ilçəsində kənd.OxşarBığlı Hüseyn Saraclı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd.