Sarıcallı

SarıcallıAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd.[1] Sarıcallı (həmçinin, Sarıcalı və Sarıcally) Azərbaycanın Cəbrayıl rayonunun Şükürbəyli inzibati vahidinə daxil olan bir kənddir və Göyana düzündə,[2] Cəbrayıl şəhərindən 12 km cənubda yerləşir.

Sarıcallı
39°17′44″ şm. e. 47°05′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 250 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sarıcallı xəritədə
Sarıcallı
Sarıcallı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sarıcallı kəndi Şükürbəyli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıcallı kənd Soveti yaradılmışdır.[3] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

Yaşayış məntəqəsi bəhmənlilərin bir qolu olan sarıcalıların adı ilə bağlıdır. Sarıcalılar cavanşir və başqa tayfalarla birlikdə Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamışdılar. XIX əsrin əvvəllərində onlar dərgahlı, əmiraslanbəyli, çəmənli, incilli, yetim adlı tirələrə bölünürdü. 1917-ci ildə Şuşa qəzasında Əmiraslanbəyli Sarıcalısı, İncirli Sarıcalısı, Tərəkəmə Sarıcalısı, Quzanlı Sarıcalısı adlı yaşayış məntəqələri də qeydə alınmışdı.[5]

Rusiya İmperiyası dövründə Sarıcallı kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.

Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində idi. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan qüvvələri tərəfindən işğal edilmişdir.[6]

5 oktyabr 2020-ci il tarixində, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Sarıcallı kəndini azad edərək nəzarətə götürdüyünü elan etmişdir.[7][8][9]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəyən çölündə yerləşir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Soltanlı kənd dairəsinin Sarıcallı kəndində 73 evvar idi və burada 326 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı.[10]

1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Sarıcallı kəndində 398 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[11]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (az.). II. Baku: Şərq-Qərb. 2007. 175–176. ISBN 978-9952-34-156-0. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  3. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  4. "Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi". qafqazinfo.az (az.). 5 oktyabr 2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  5. Sarıcallı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  6. "Cəbrayıl rayonunun Sarıcallı kəndi". Azerbaijan State News Agency. 2023-01-31. İstifadə tarixi: 2023-12-11.
  7. "Füzuli şəhərinin erməni işğalından azad olunmasından iki il keçir". Azerbaijan State News Agency. 2022-10-17. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  8. "Сегодня годовщина освобождения от оккупации трех сел Джебраильского района (Видео)". www.kaspiy.az (rus). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  9. "Prezident Əliyev: "Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri azad edilib"". Voice of America (az.). 2020-10-05. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  10. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Tiflis. 1893. 237. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  11. Kavkazskiy kalendar. Tiflis. 1911. 200.