Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Arpalıq
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Darılıq
Darılıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan bir qrup ailənin Danlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dan əkilən yer" mənasındadır. Fitotoponimdir. Qax rayonunun Güllük kəndində də Darılıq sahəsi adlı yer qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi olub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Molla Səfi əfəndi oğlu idi. Onun vəfatından sonra oğlu Həmzə bəy mahala başçılıq etdi.
Satraplıq
Satrapiya İran sivilizasiyasında ölkə torpaqlarının ayrıldığı inzibati vahidlərə (dövlətlərə) verilən ad və ya farsların valilik təyinatları da adlandıra biləcəyimiz sistemdir. Fars imperiyası mütləqiyyətlə idarə olunurdu. Fars hökmdarının səlahiyyətləri qeyri-məhdud idi və onun tələbləri qanun idi. Ölkə satraplıq adlanan əyalətlərə bölünür. Satrapları fars zadəganları arasından seçilən satrap adlanan şəxslər idarə edirdilər. I Darius tərəfindən hazırlanmış sistem. Eramızdan əvvəl 340-cı ildə istifadə edilmişdir. Farslar Ege dənizindən tutmuş Hindistana qədər torpaqlarını idarə etmək üçün bu satraplıqları qurmuşdular. İsgəndərin işğalından sonra bu sistem yox oldu. Fars zadəganları satrap kimi xidmət edirdilər.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Karlıq
Eşitmə itkisi — eşitmə itkisi və ya karlıq , səsləri qəbul etmə qabiliyyətindəki tam ya da qismi bir azalmanı ifadə edir. Bir çox bioloji və ekoloji səbəblərə bağlı olaraq inkişaf edən eşitmə itkisi , səs qəbul etmə bacarığına sahib bütün canlılarda ortaya çıxa bilər. Səslərin tezliyini ifadə etmək üçün Hertz vahidi istifadə edilir. Qüsursuz bir insan qulağı 20-20.000 Hz arasındakı səsləri eşidir. Məsələn insan səsinin tezliyi 500–5000 Hz arasındadır. Səslərin şiddəti isə desibel ilə göstərilir. 80 dB üzərində ki səslərə uzun müddət məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. 130 dB və üzərindəki səslər qulaqlarda fiziki ziyana səbəb ola bilər. [1] 80 dB'ye nümunə olaraq iş maşınlarının çıxardığı səs-küy , 130 dB-ə nümunə olaraq reaktiv təyyarəsi mühərriki nümunə verilə bilər. == Səbəbləri == İnsanlarda eşitmə itkisinin başlıca səbəbləri bunlardır : Keçiricilik Qabiliyyəti problemləri Tıxanmış xarici qulaq kanalı (qulaq kiri vs.
Narlıq
Narlıq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Sarmıq
Sarmıq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Hündürlüyü 2295 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) cənub-qərb istiqamətdə ayrılan Yamacyurd qolunda zirvə. Keçili kəndindən 1,5 m şimal-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları keçir.
Varlıq
Varlıq — fəlsəfi kateqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos, təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür. Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, "Varlıq" hərəkət etmir, dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki, varlıq bölünməz kiçicik hissəciklərdən — atomlardan və boşluqdan ibarətdir.
Yarlıq
Yarlıq (türk-monqolca — sərəncam, əmr) —Yerli feodallar torpaqdan istifadə etmək üçün aldıqları sənəd. xanların verdiyi yazılı fərman. Yarlıqlar, əsasən, toxunulmazlıq və imtiyazlar haqqında fərmanlar idi. Payıza hökmdarın adından mandat kimi verilən üstü imzalı lövhəcik. Yol buraxılışı kimi istifadə olunan payızanın sahibi onun vasitəsilə özünə lazım olan hər şeyi ala bilərdi. Tapşırığın vacibliyindən asılı olaraq, payıza qızıldan, gümüşdən, çuqundan, bürüncdən və taxtadan ola bilərdi. Yarlıqların aşağıdakı növləri vardır. Etiket, malların üstünə yapışdırılan və onların adını, çəkisini, növünü, qiymətini və s. göstərən kağız; Malın üstünə yapışdırılan və onun adını, miqdarını, hansı müəssisə və ya firmada buraxıldığını bildirən etiket. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Albaniya (satraplıq)
Azərbaycan Sasanilər dövründə — III–IV əsrlərdə Azərbaycanda feodal münasibətlər yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatenada bu dövrdə də zərdüştlüyə sitayiş olunurdu. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531–579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Ut, Qarabağ, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi.
Arpalıq (Şot)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Arpalıq (Şövt)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Atropatena (satraplıq)
Atropatena (Pəhləvi dili: Ādurbādāgān/Āδarbāyagān) — e․ə․IV əsrdə yaranmış qədim Azərbaycan dövləti․ Paytaxtı Qazaka idi․ == Midiya satraplığı == Makedoniyalı İsgəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti (e.ə.336-e.ə.330-cu illər) dövründə Atropat Midiya satrapı idi. Bu əyalətə Azərbaycanın dövlət xadimi Atropat başçılıq edirdi. Mənbələrdə bu ada ilk dəfə e.ə.331-ci ildə təsadüf edilir. Eyni zamanda Atropatın Midiya ordusuna ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var. Atropat yeganə Əhəməni satrapı idi ki, İsgəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu dövlətlərin idarəsini də ona tapşırdı. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqil siyasət yürüdən bir dövlətə çevrildi. == Sasanilər dövləti == III əsrin əvvəllərində Fars vilayətinin hakimi Ərdəşir Parfiyanın şimalına doğru hərəkət etdi. Sonuncu Parfiya Hökmdarı V Arbatannın ordusu ilə farslar arasında 224-cü ilin aprelində Suzian gölü yaxınlığında həlledici döyüş oldu. Parfiyanın paytaxtı Ktesifon ələ keçirildi.
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).
Hel (varlıq)
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri. Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur. Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Saplaq pemfiqi
Saplaq pemfiqi (lat. Pemphigus bursarius L., 1758)- Əsas yem bitkisi olan qovaq üzərində yaşayırlar. Qanadlı binəçə. Bədəni girdə, şişkin, şəffaf olub tüksüzdür. Vəzli qrup 6 cərgəlidir. Ayaq, alın, bığcıq və gözləri tutqundur. Alın yastı olub 4 ədəd qısa tükcüyə malikdir. Bığcıqları 4 buğumlu olmaqla, III və IV bir-birinə bərabərdir. Gözləri sadədir. Xortumcuq orta şanağın arxasına keçir.
Sardlı Meliton
Sardlı Meliton (yun. Μελίτων Σάρδεων; təq. 100 – təq. 180, Sardı[d], Manisa vilayəti) — Sard şəhərinin yepiskopu, xristian ilahiyyatçısı. O, pravoslav kilsəsində 1 apreldə (Yuli təqviminə görə), katolik kilsəsində 1 apreldə ehtiramla yad edilir. Onun həyatının sadəcə bəzi təfərrüatları məlumdur. Təxminən 194-cü ildə Efesli Polikratın Papa Viktora yazdığı məktubda qeyd edilmişdir ki, Melito xədim idi və Asiya kilsəsində böyük səlahiyyətlilərdən idi. İsanın təbiətlərinin ikiliyini öyrədən II əsr yazıçılarından biri kimi onun adı İppolitin "Labirint" əsərində də çəkilir. İyeronim Melito haqqında bəhs edərkən Tertulliandan sitat gətirərək qeyd etmişdir ki, Meliton bir çox möminlər tərəfindən peyğəmbər kimi qiymətləndirilmişdir.
Sarılı Xəştab
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Saraçlı (Aralıq)
Saraçlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Saraçlu, 1928-ci il qeydlərində Pirço kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq qəsəbə mərkəzindən 4 km məsafədədir.
Şadlıq
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Şahlıq
Şahlıq — Azərbaycan Respublikasının Ucar rayonunun Əlikənd inzibati ərazi vahidində kənd.Şirvan düzündədir. Əhalisinin sayı 975 nəfərdir. Yaşayış məntəqəsi XIX əsrin sonla­rında Şaxlıq adlı yerdə salınmışdır. Azərbaycan dilinin dialektlərində şaxlıq “xırda meşəlik”, “kolluq” mənasındadır.
Şamlıq
Bala Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Ermənistanda şəhər.
Asplenium sarelii
Sarel sümürgəsi (lat. Asplenium sarelii) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Dadaş Şaraplı
Dadaş Kamil oğlu Şaraplı (Məmmədov) (8 sentyabr 1903, Bakı – 1959, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1938). == Həyatı == Dadaş Şaraplı 8 sentyabr 1903-cü ildə Bakıda anadan olub. O, gənc yaşlarından müxtəlif teatr truppalarında çıxıb edib. 1921-ci ildə yeni yaranmış Azad Tənqid və Təbliğ Teatrının kollektivinə qəbul olunub. Dadaş Şaraplı 1922-ci ilin axırlarında Azərbaycan Dram Teatrının aktyor truppasına götülüb. Burada işləyərkən o, 1934–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil alıb. O, iki ilə yaxın, 1938–1940-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və yenidən Azərbaycan Dram Teatrına qayıdıb. 1940-cı illərdə qısa müddət yaradıcılığını sirk səhnəsində davam etdirib və Azərbaycan Dövlət Filarmoniyasında konferansye olaraq intermediyalarda çıxış edib. Dadaş Şaraplı 1959-cu ildə Bakıda vəfat edib.
Emma Şapplin
Emma Shapplin — == Həyatı == Emma Shapplin əsil adı Marie-Ange Chapelain 19 may 1974 -cü ildə Parisin cənub rayonlarından birində anadan olmuşdur, Fransız saprano səsə malik xanım müğənnidir. Onun atası polis, anası isə katibə olmuşdur. Ailənin 3-cü uşağıdır. Uşaqlığının ilk illərində oğlan uşaqları kimi geyinməyi və davranmağı xoşlayırdı. Futbola və ağaclara çıxmaq kimi qız uşaqlarına xas olmayan xüsusiyyətləri var idi. Musiqi və müğənnilik ilk illərdə onun üçün uzaq kəlmələr idi. 14 yaşında onun həyatı bir dostunun onu öz musiqi müəllimi ilə tanış etməsilə dəyişmişdir. 70 yaşı olan bu müəllim dostu ilə Marie-Ange Chapelain-ə də musiqi dərsi verməyə başladı. Əvvəl-əvvəl bu dərslər ona darıxdırıcı gəlsə də, daha sonra onda musiqiyə bağlılıq yaranmağa başladı. Bütün boş vaxtlarında öz səsini məşq etdirən gənc sənətkar müəlliminin köməyilə yaxşı soprano səsə malik oldu.
Şarples epoksidləşməsi
Şarples epoksidləşməsi — Şarples epoksidləşməsi (çox vaxt Şarples asimmetrik epoksidləşməsi üçün SAE kimi qısaldılır [1]) sintetik üzvi kimyada reaksiyanın adıdır. Katalitik asimmetrik reaksiyalar qrupuna aiddir. Prokiral birləşmələrdən başlayaraq məhsulun yalnız bir enantiomeri seçici şəkildə əmələ gələ bilər; bu enantio- və diasteroselektiv reaksiyadır. Reaksiya allil spirtlərindən 2,3-epoksi spirtləri verir. Bu məhsullar həm epoksi, həm də spirt qruplarını ehtiva edir və bir çox digər maddələrin sintezi üçün başlanğıc material kimi xidmət edə bilər. (Qeyd: Barry Sharpless 2001-ci ildə William S. Knowles və Ryoji Noyori ilə paylaşdığı asimmetrik oksidləşmə reaksiyalarına dair tədqiqatlarına görə Kimya üzrə Nobel Mükafatını aldı.) Şarples epoksidləşməsi: Məhsulun mütləq konfiqurasiyası epoksidləşmənin hücum tərəfini təyin edən dietil tartratın (DET) konfiqurasiyasından asılıdır (Si/Re — prokirallığa bax). Adetən, Şarples epoksidləşməsi [2] dixlorometanda −78 °C-də aparılır. Substrat birli və ya ikili allil spirtidir. Oksidləşdirici maddə hidroperoksiddir, ən çox tret-butil hidroperoksiddir. Stereoselektivliyi induksiya edən kompleks katalitik miqdarda tetraizopropil ortotitanat (titan (IV) izopropoksid, 5–10 mol %) və enantiomerik təmiz dietil tartratın (dietil tartrat [DET], 6–12 mol %) əlavə edilməsi ilə əmələ gəlir.
Şarpvil qətliamı
Şarpvil qətliamı — 1960-cı ildə Cənubi Afrikadakı rejim tərəfindən törədilən soyqırımı.