Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarri Şendlinq
Qarri Şendlinq (ing. Garry Shandling; 29 noyabr 1949[…], Çikaqo, İllinoys – 24 mart 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı. 29 noyabr 1949-cu ildə doğulub. 24 mart 2016-cı ildə vəfat edib.
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
Sterling (yüngül pulemyot)
Sterling, Böyük Britaniya istehsalı olan yüngül pulemyotdur. Silah, 1944-cü ildə Sten pulemyotunun yerini alması üçün dizayn edilib və 1953-cü ildə istehsalına başlanılmışdır. 1994-cü ildə yerini L85A1 piyada silahına buraxıb.
Ceyms Sterlinq
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. == Həyatı == II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Eduard Şperlinq
Eduard Şperlinq (alm. Eduard Sperling‎; 29 noyabr 1902, Dortmund, Prussiya – 25 fevral 1985, Dortmund, Şimali Reyn-Vestfaliya) — alman Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu. == Həyatı == 1902-ci ildə Hamm şəhərində anadan olmuşdur. Öncə boksla məşğul olurdu, amma sonra güləşə keçdi. 1925—1928-ci illərdə Nürnberqdə yaşayanda məşhur Karl Döppelin rəhbərliyi altında məşq edirdi. 1926-cı ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya və Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında gümüş medalı qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930-cu ildə Avropa çempionatında 4-cü yeri tutdu.
Funt-sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Funt sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Milton Sperlinq
Milton Sperlinq (ing. Milton Sperling) — Amerika kino prodüseri. Milton Sperlinq Nyu-York şəhər kollecini bitirdikdən sonra kino sahəsinə üz tutur və Paramountda klerk kimi çalışmağa başlayır. 1931-ci ildə məşhur Warner Bros. kino şirkətində Deril F. Zanuk və Hel Uallisin yanında katib işləyir. Bir qədər sonra Sperlinq, Edvard Smollun yanında assistent kimi müstəqil filmlərdə çalışır. Zanuk 20th Century Fox-da Milton Sperlinqi işə götürür. 20th Century Fox-da olan səmərəli fəaliyyəti zamanı Milton 1936-cı ildə Harri Uornerin (ing. Harry Warner) qızı Betti Uornerlə tanış olur. Onlar 1939-cu ildə ailə həyatı qururlar.
Oskar Şmerlinq
Oskar İvanoviç Şmerlinq (rus. Оскар Иванович Шмерлинг; 1 (13) iyul 1863[…], Stavropol, Stavropol quberniyası[d], Rusiya imperiyası – 2 yanvar 1938[…], Tbilisi, Gürcüstan SSR, SSRİ) — alman mənşəli rus və gürcü rəssamı, karikaturaçı, "Molla Nəsrəddin" jurnalının əməkdaşı. Oskar Şmerlinq 1863-cü ildə Stavropolda hərbi qulluqçu ailəsində anadan olub. Tbilisi realnı məktəbində oxuyub. 1880–1881-ci illərdə özünün müstəqil "Ağcaqanad" (gürc. კოღო) jurnalını çıxarır, lakin bu jurnal maddi imkanlar baxımından yetərli olmur. Həmin illərdə "Falanj" (gürc. ფალანგა) jurnalına qoşulur, lakin karikatura barəsində təcrübəli olmadığı üçün 1884-cü ildə peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. 1889-cu ildə akademiyanı gümüş medalla bitirir. Oranı bitiridikdən sonra 1 il ərzində Qarabağda atasının evində, Xankəndində yaşayır və Şuşada təşkil olunmuş teatr tamaşalarına teatr truppası yığır.
Rahim Sterlinq
Rahim Şakil Sterlinq (ing. Raheem Shaquille Sterling; 8 dekabr 1994, Kinqston, Yamayka) — ingilis futbolçu, "Çelsi" futbol klubunun və İngiltərə milli futbol komandasının futbolçusu. Sterlinq "Liverpul"a transferindən öncə yeddi il ərzində "Kuinz Park Reyncers"in futbol məktəbində oynamışdır. Sterlinq 2010-cu ilin fevral ayında "Liverpul" ilə razılığa gəlmişdir. 1 avqust 2010-cu ildə "Borussiya Münhenqladbax"la dostluq oyununda ilk dəfə forma geyinmişdir. "Liverpul" forması ilə ilk qolunu isə "Hibernian"a vurmuşdur. 14 iyul 2015-ci ildə 49 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transfer olunmuşdur. Sterlinq əslən Yamaykalı olduğu üçün millinin U-17 yığmasında, həmçinin İngiltərənin U-17 yığmasında oynaya bilir.
Rene Şmerlinq
Rene Oskarovna Şmerlinq(gürc. რენე შმერლინგი; 5 (18) dekabr 1901, Tiflis – 18 fevral 1967, Tbilisi) — orta əsrlər, Bizans və Gürcüstan incəsənətinə dair əsərləri ilə tanınan alman əsilli gürcü sənətşünas. Şmerlinq 1901-ci ildə Tbilisi şəhərində anadan olub. Rəssam və qrafik rəssamı Oskar Şmerlinqin qızı idi. 1929-cu ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirdi. Şmerlinq Gürcüstan Dövlət Muzeyində işləyirdi. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının Gürcüstan İncəsənət Tarixi İnstitutunun (indiki Gürcüstan Sənəti Tarixinin Araşdırılması və Abidələrin Mühafizəsi Milli Mərkəzi) qurucularından biri idi. 1967-ci ildə ölənə qədər orada böyük elmi işçi vəzifəsində çalışdı . Əsərləri gürcü paleoqrafiyası, memarlıq, dəmirçilik, işıqlı əlyazmalar və digər orta əsrlər və Bizans sənətləri ilə əlaqədardır. 1950-ci illərdə bu bölgələrin erkən xristian memarlığını öyrənmək üçün Svaneti və Dağıstan ekspedisiyalarına rəhbərlik etdi.
Fridrix Şellinq
Fridrix Şellinq (alm. Friedrich Wilhelm Joseph Schelling‎; 27 yanvar 1775[…], Leonberq, Ştutqart[d] – 20 avqust 1854[…]) — alman idealist filosof. Yohann Qotlib Fixte tərəfindən irəli sürülən fundamental qavrayış və idealist düşüncə tərzi fikirlərini qəbul etməklə birlikdə, insan iradəsinə zidd hadisələrin baş verməsi fikrinə qarşı çıxmışdır. Kklassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir.
Maks Şmelinq
Maksimilian Adolf Otto Ziqfrid Maks Şmellinq (Almanca tələffüz: [ˈʃmeːlɪŋ]; 28 sentyabr 1905[…] – 2 fevral 2005[…])– 1930-1932-ci illər aralığında ağır çəki üzrə boks yarışında dünya çempionu olmuş alman boksçu. Onun 1936 və 1938-ci illərdə amerikalı qaradərili boksçu Co Luislə olan qarşıdurması ümumdünya mədəni hadisələrdən birinə çevrilmişdir. 1924-cü ildə peşəkar karyerasına başlayan Şmelinq 1928-ci ildə ABŞ-a səfər etmişdir. Onun Conni Risko üzərində doqquzuncu raunddakı texniki nokautu sensasiyaya səbəb olmuşdur. O, 1930-cu ildə rəqibi Cek Şarkinin diskvalifikasiyası nəticəsində ağırçəki üzrə olan boks yarışlarında dünya çempionu olmuşdur. Maks 1931-ci ildə Yunq Striblinqə texniki nokautla qalib gələrək tacını uğurla qoruya bilmişdir. 1932-ci ildə Şarki ilə revanş zamanı Maks 15-ci raunda verilən ziddiyyətli qərar səbəbindən məğlub olaraq dünya tacını itirmişdir. 1933-cü ildə Nyu-Yorkda yəhudi əsilli boksçu Maks Bayerlə baş tutmuş döyüşdə Maks nokauta düşmüş, oyunun hakimi görüşü məcburi olaraq 10-cu raundda saxlamalı olmuşdur. 1933-cü ildən başlayaraq Şmelinq Almaniyada “Ziqfrid” adlandırılmış və nasist propaqandası tərəfindən “Nasist marionet”inə çevrilmişdir. O, ideal ari irqi sahibinin təcəssümünə çevrilmişdir.
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən) . Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
Tomas Şellinq
Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis. Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib. Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı.
Paula Selinq
Paula Selinq (rum. Paula Seling) — 25 dekabr 1978-ci ildə anadan olmuş Rumıniyalı məşhur müğənni. Paula Selinq Ovidiu Çerneutsyanu ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub. Selinq 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil etmək üçün Rumıniyanın Milli Finalına qatılacağını bildirsə də, daha sonra mahnısının hazır olmadığı üçün seçimlərə qatılmayıb. Lakin müğənni növbəti illərdə Avroviziyaya yenidən qayıtmaq niyyətində olduğunu açıqlayıb. Paula Selinq Avroviziya 2012-nin final mərhələsində Rumıniyanın səslərini açıqladı. 1 mart 2014-cü ildə Paula Selinq və Ovidiu Çerneutsyanunun "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi.
Səədli mahalı
Səədli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Səədli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. İrəvan xanlığının ən kiçik mahalı sayılan Səədli xanlığın "Səədli" qədim türk tayfalarından birinin adıdır. Azərbaycan, Türkiyə, Gürcüstan ərazisində onlarca "Səədli" adlı yaşayış məntəqələri var. Bütün bu yaşayış məntəqələri eyni adlı türk tayfasının qərb qurtaracağında yerləşirdi. Arpaçay mahalı iki hissəyə ayıraraq Araz çayına qovuşurdu. Səədli mahalı şimadan Talın, qərbdən Osmanlı dövləti, cənubdan Dərəkənd - Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. İ.Şopen Səədli mahalına məxsus 14 kənd qeydə almışdır və bu kəndlərdən 5-nin artıq dağıldığını, qeyd edir [95, 444, 513, 575-576]. Məhz buna görə də C.Bornoutyan, əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi Xeyribəyli olmaqla 9 kəndi əhatə etdiyini qeyd edir.
Səədli oymağı
Səədli oymağı və ya Saatlı oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri və əsas oymağı. Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır: "Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd (səədli tayfasının yaşadığı yer) İrəvanın yaxınlığında yerləşir." "Naxçıvan və Çuxusəd tərəfə yolandılar". Bu cümlə "Aləmara"da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o, Naxçıvan və Qarabağın sərhəddində bir vilayət olub. Yuxarıdakı cümlə də bunu təsdiq edir. "Çuxur" türkcə çala və quyu mənasındadır, ancaq "səəd"in nə demək olduğunu bilmədik". Əllamə Qəzvini "Səəd" adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sümər onu "Səudlu" tayfası ilə əlaqələndirir və yazır: "Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla Qaraqoyunlu yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (ehtimal ki, qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud əvvəllərində) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səəd"in adından götürmüşdür. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu eli arasında qohumluq əlaqəsi olmuşdur. Çünki, iranlı müəlliflər Səədin övladlarını qaraqoyunluların zadəganları kimi qələmə almışlar.
Miracle (Paula Selinq və Ovi mahnısı)
Miracle (azərb. Möcüzə‎) — Rumıniyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954)
"Milyon funt sterlinq dəyərində bank bileti" (ing. The Million Pound Note) — rejissor Ronald Nimin filmi. 1903-cü ildə amerikalı Henri Adams bədbəxt vəziyyətdə Britaniyaya gəlib çıxır. Cibində qara qəpiyi belə olmayan bu adam təsadüfən Monpelye qardaşları ilə tanış olur. Qardaşlar ona bir zərfdə pul verirlər. Zərfdən 1 milyon funt-sterlinq dəyərində bank bileti çıxır. Bu biletin onda olmasının sayəsində Henri Londonun yüksək təbəqəli adamlarının əhatəsinə düşür...