Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevilay İmamoğlu
Sevilay İmamoğlu (7 oktyabr 1984, Lüləburqaz, Kırklareli ili) — Türkiyəni təmsil edən həndbolçu. Sevilay İmamoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Sevilay İmamoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Sevilay Öztürk
Sevilay Öztürk (28 noyabr 2003, Qəhrəmanmaraş) ― türk para-üzgüçü. O, üzgüçülüyün sərbəst, arxası üstə və kəpənək stilləri üzrə S5 kateqoriyasında mübarizə aparır.
Sevilay Çelenk Özen
Sevilay Çelenk Özen (1977, Elazığ ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Sevilay Çelenk Özen 1967-ci ildə Elazığ ilinin Maden ilçəsində anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb. 1995-1997-ci illərdə Ankara Universitetində müəllim olaraq çalışıb. 6 yanvar 2016-cı ildə Sülh naminə müəllimlərin bəyannaməsinə imza atan 1128 müəllimdən biri olub. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə tutduğu vəzifədən azad edilib. Səbəb olaraq KK/KCK silahlı terror qrupunun təbliğatını apardığı iddiası göstərilib. 2019-cu ildə bəraət alıb, amma Fövqəladə Hallar Komissiyasının qərarı ilə vəzifəsinə bərpa olunmayıb. Radio və Televiziya Ali Şurası (RTÜK) və TRT-də aparılan araşdırmalarda şərhçi və məsləhətçi olaraq çalışıb.
Sevilya
Sevilya (isp. Sevilla), tarixi adı İşbiliyə (ərəb. إشبيلية‎) — İspaniyada şəhər. Ərazisi 140 km², əhalisinin sayı 703.021 nəfərdir. Sevilyanın həm gerbində, həm də bayrağında "NO8DO" yazısı yazılmışdır. Əslində isə ortadakı simvol "8" rəqəmi deyil, "yun kələfi"dir. İspanca "yun kələfi" "madeja"dır. Alınan söz birləşməsi "no madeja do" — "no me ha dejado" kimi səslənir və mənası "sən məni tərk etmədin" deməkdir. Əfsanəyə görə, bu şüarı şəhərə XII əsrdə kral X Müdrik Alfonso verib. Belə ki, onun oğlu ona qarşı qiyam qaldırmağa cəhd etmiş, lakin xalqın krala olan sədaqəti nəticəsində uğursuz olmuşdur.
Nervon (Sevilya)
Nervon (isp. Nervión) — Sevilya şəhər bələdiyyəsinin inzibati on bir rayonundan biri.
Sevilya FK
Sevilya FK (isp. Sevilla Fútbol Club S.A.D.) — İspaniyanın eyniadlı şəhərini təmsil edən peşəkar futbol klubu. Sevilya klubu 25 yanvar 1890-cı ildə yaranmışdır . Klubun rəngləri — qırmızı-ağ. La Liqa-da mübarizə aparan klub 2013/14 mövsümündə 5-ci yerdə qərarlaşmışdır. Sevilya klubu 14 oktyabr 1905-ci ildə yaranmışdır. 1905-ci ildə yaranmasına baxmayaraq, Sevilyanın keçirdiyi ilk rəsmi oyun 1908-ci ildə Rekreativoya qarşı olmuşdur. Sevilya 1945/46 mövsümündə İspaniya çempionatının qalibi oldu. 1958-ci ildə Sevilyanın ikinci klubu — Sevilya Atletiko klubu yarandı. Həmçinin 1958-ci ildə Sevilya hal-hazırda ev oyunlarını keçirdiyi Ramon Sançes Pisxuan Stadionunda oynamağa başlamışdır.
Sevilya bərbəri
Sevilya bərbəri (it. Il Barbiere di Siviglia) — Coakkino Rossininin 2 pərdəli Pyer Bomarşenin eyniadlı pyesi əsasında Sezare Sterbini librettosunda opera. Komik janrda olan bu operanın ilk premyerası 20 fevral, 1816-cı ildə Romada Arcintina teatrında oynanılmışdır (it. Almaviva, ossia l’inutile precauzione). Rossininin əsəri belə adlanırmasına səbəb ondan əvvəl Covanni Paizellonun belə bir süjetə müraciət etmiş olması idi. Bundan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları bu mövzuda opera yazmışdılar. Rossini hələ 1816 cı ildə Arcintina teatrı qarşısında karnaval ərafəsində bir opera yazmaq üçün öhdəlik götürür. Lakin senzura operanın bəstəkarın özü tərəfindən yazmış olduğu liberettoya izin vermir. Karnavala az vaxt qaldığından mövcud liberettolardan birinə müraciət edir. Beləliklə də "Sevilyalı bərbər" ideyası ortaya çıxmış olur.
Sevilya alkazarı
Sevilya alkazarı (ispan: Reales Alcázares de Sevilla və ya Real Alcázar de Sevilla) İspaniyanın Sevilya şəhərində yerləşən orijinal olaraq Mavr əsilli müsəlman krallar üçün tikilmiş olan kral sarayıdır. Bu saray, İspaniya və Pireney yarımadasında hələ də mövcud olan Müdəccən memarlıq üslubuna malik olan ən gözəl və təsir edici bina hesab olunur. Sarayın yuxarı mərtəbələri hələ də kral ailəsi tərəfindən istifadə olunur və Patrimonio Nacional adlı milli təşkilat tərəfindən idarə olunur. Dünyada hələ də istifadə edilən ən qədim kral sarayı olan Sevilya alkazarı, Sevilya kafedralı və Qərbi Hind adaları baş arxivi ilə birlikdə 1987-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrsi elan edilmişdir. 1962-ci ildə Alkazar Ərəbistanlı Lourens filmindəki bir səhnə üçün istifadə edilmişdir. 2005-ci ildə sarayın Patio de las Doncellas hissəsi Cənnət krallığı filmindəki bir səhnə üçün istifadə edilmişdir. Game of Thrones serialının 5-ci mövsümün bəzi səhnələri bu sarayda və eyni zamanda da Sevilya şəhərinin digər yerlərində çəkilmişdir.
Sevilya Olimpiya Stadionu
Sevilya Olimpiya Stadionu və ya Estadio La Cartuja de Sevilla — rəsmi olaraq Estadio La Cartuja de Sevilla kimi tanınan, İspaniyanın Sevilya şəhərində yerləşən çox məqsədli bir stadion. Əsasən futbol üçün istifadə olunur və ümumiyyətlə arenala Cartuja olaraq adlandırılır. 1999 Yüngül Atletika üzrə Dünya Çempionatı üçün 1999-cu ildə tamamlandı. 60.000 oturacaq tutumu olan Sevilya Olimpiya Stadionu, İspaniyanın ən böyük 6-cı və Əndəlüsün 2-ci ən böyük stadionudur. 2003 UEFA Kubok Finalında Seltik FK və Portu FK arasında oyun keçirildi. Stadion, Sevilyanın 2004 Yay Olimpiya Oyunlarına və 2008 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün təkliflərinə daxil olanlardan biri idi. Son təklif uğursuzluğa düçar olduqdan sonra, həm Real Betis FK, həm də Sevilya FK öz stadionlarından istifadə etdiyi üçün stadion Seviliyanın əsas futbol komandalarından heç biri tərəfindən istifadə edilməmiş qaldı. İspaniya milli futbol komandası vaxtaşırı stadiondan ev oyunları üçün istifadə edir, sonuncu dəfə 2021-ci ildə oynayır. Stadion əvvəllər İspaniya Kral Kuboku Finalına ev sahibliyi edirdi. Royal İspan Tennis Federasiyası 2004 və 2011-ci illərdə Davis Kubokunun finalına ev sahibliyi etmək üçün onu iki dəfə seçib.
İncəsənət Muzeyi (Sevilya)
İncəsənət Muzeyi Sevilya şəhərində (isp. Museo de Bellas Artes de Sevilla) — Sevilya şəhərində yerləşən incəsənət muzeyi . Muzeyin hal-hazırda yerləşdiyi bina, əslində, Fernando III dövründə Pyotr Nolasko tərəfindən təsis edilmiş Merced Kalsada de la Asunon ordeni monastırına aiddir. 22 noyabr 1248-ci ildə şəhərin alınmasından sonra kral monastırın tikintisi üçün torpaq sahəsi ayırdı. Bina mudexar üslubunda memar Juan de Oviedo tərəfindən inşa edilmiş, 1668-ci ildə tikinti tamamlanmışdır. 1810-cu ildə Fransanın işğalı zamanı binanın yanması nəticəsində böyük ziyan dəymişdir. 16 sentyabr 1835-ci ildə bərpa və yenidənqurmadan sonra binada muzey açıldı. 1868-1869-cu illərdə bina yenidən qurulub. Bütün düzəlişlərdən sonra, binanın fasadı klassik xüsusiyyətlərə malikdir. Muzeyin ilk kolleksiyası yaxın kilsə və monastırlar olan rəsm və heykəltəraşlıq əsərləri təşkil edir, belə işləri barokko üslubunda yazılmış Sevilya sənətçisi, üstünlük təşkil edir, burada dini incəsənət təmsil edilib.
Təsviri sənət muzeyi (Sevilya)

Sevil
Sevil (ad) — qadın adı. Əsərlər Sevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera. Filmlər Sevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film. Digər Sevil (ansambl) — musiqi qrupu.
Perilay (heykəltəraş)
Perilay (q.yun. Περίλαος; e. ə. I minillik, Qədim Afina – e. ə. VI əsr) — qədim yunan heykəltaraşı, əfsanəyə görə, Falaris öküzünün yaradıcısı. Ovid və Böyük Plini kimi Roma yazıçıları onu Perill adlandırırlar. Siciliyalı Diodorun məlumatına görə, Perilay, Aqrigent vətəndaşı olmuşdur, lakin İoann Tsets onu afinalı adlandırmışdır. Diodor, Böyük Plini, Pindar və bir neçə başqa müəllifin nəql etdiyi əfsanəyə görə, o, tiran Falaris üçün "öz həmvətənlərini edam etmək" məqsədilə mis öküz düzəltmiş və onun ilk qurbanı olmuşdur. Lippold G. Perilaos 9) // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft.
Revilya-Xixedo
Revilya-Xixedo (isp. Islas Revillagigedo) — Sakit okeanda yerləşən və inzibati cəhətdən Meksikanın Kolima ştatı ərazisinə daxildir. Arxipelaqın ən iri adaları Sokorro, San-Benedikto, Roka-Partida və Klarion adalarıdır. Arxipelaq vulkan məşəllidir. Onun sahəsi 169 km² təşkil edir.
Sesilya Nevil
Sesilya Nevil (ing. Cecily Neville) (d. 3 may 1415 - ö. 31 may 1495) — 3. York hersoqu Yorklu Riçard xanımı, İngiltərə kralları olan IV Eduard və III Riçardın anasıdır. Durham bölgəsindəki Rabi qalasında dünyaya gəlmiş, bu səbəblə "Rabinin Gülü" olaraq adlandırılmışdır. Əri olan Yorklu Riçard York sülaləsinin İngiltərə taxtındakı ən güclü namizədi və 1460-cı ildəki vəfatına qədər Gül müharibəsinin önəmli obrazlarından idi. Ərinin vəfatının ardından mübarizəni davam etdirən oğlu Eduard 1461-ci ildə VI Henrinin taxtdan endirilməsi ilə krallığı əlinə aldı. Beləcə, Sesilya Nevil İngiltərə kraliçası olmaq yerinə dul York hersoqinası olaraq qaldı.
Sevilla FC
Sevilya FK (isp. Sevilla Fútbol Club S.A.D.) — İspaniyanın eyniadlı şəhərini təmsil edən peşəkar futbol klubu. Sevilya klubu 25 yanvar 1890-cı ildə yaranmışdır . Klubun rəngləri — qırmızı-ağ. La Liqa-da mübarizə aparan klub 2013/14 mövsümündə 5-ci yerdə qərarlaşmışdır. Sevilya klubu 14 oktyabr 1905-ci ildə yaranmışdır. 1905-ci ildə yaranmasına baxmayaraq, Sevilyanın keçirdiyi ilk rəsmi oyun 1908-ci ildə Rekreativoya qarşı olmuşdur. Sevilya 1945/46 mövsümündə İspaniya çempionatının qalibi oldu. 1958-ci ildə Sevilyanın ikinci klubu — Sevilya Atletiko klubu yarandı. Həmçinin 1958-ci ildə Sevilya hal-hazırda ev oyunlarını keçirdiyi Ramon Sançes Pisxuan Stadionunda oynamağa başlamışdır.
Yorklu Sesilya
Yorklu Sesilya (ing. Cecily of York; 20 mart 1469, Vestminster sarayı, Böyük London regionu[d] – 24 avqust 1507, Sandaun[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı. Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 14 yaşlı Anna mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacılarıyla birlikdə əmisinin himayəsində saraya göndərildi. Kiçik bacıları Brijit və Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. Çox keçmədən III Riçardın bu qızlardan Elizabet və ya Sesilya ilə evlənəcəyi şayələri yayıldı. Ancaq III Riçard Sesilyanı əsilzadə olmayan öz tərəfdarlarından Ralf Skropla evləndirdi. III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi.
Sevilin Bacıları (1971)
Film Sevil Qazıyevanın işini davam etdirən mexanizator qızlara həsr olunmuşdur.
Satılay
Satılay — türk və altay mifologiyasında fəsad tanrıçası. Ruh xəstəliklərinə və intiharlara səbəb olur. Çarəsiz, ümidsiz insanları intihar etmələri üçün aldadır. Pisliklərə səbəb olur. Uzun və dağınıq saçları vardır. Görünüşü diksindiricidir. Çılpaq ayaqları ilə səssizcə gəzər. Göndərdiyi pis ruhların müsəllət olduğu kəslər özünü bilməzliyə düşərlər. Ağıllarını doğru istifadə edə bilməzlər. (Sat) kökündən törəmişdir.
Sevil (ansambl)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil (dəqiqləşdirmə)
Sevil (ad) — qadın adı. Əsərlər Sevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera. Filmlər Sevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film. Digər Sevil (ansambl) — musiqi qrupu.
Sevil (kvartet)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil (opera)
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962-ci ilin nəşrində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli, 1982-ci ilin nəşrində 3 pərdəli, 1987-ci ilin nəşrində 3 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır. Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.
Sevil (pyes)
Sevil — 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyes. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir. Bir çox qadın şəhərdəki teatrda tamaşanı izlədikdən sonra hicab geyinməkdən imtina etmişdir. Pyesin sonrakı uyğunlaşdırmaları orijinal əsər ilə müqayisədə insanlara daha az təsir göstərmişdir. 1929-cu ildə bu əsərin eyniadlı filmi çəkilmişdir. Film bütövlükdə Mərkəzi Asiya və Qafqaz regionlarında insanlara nümayiş etdirilmişdir. Əsərdə hadisələr 1918-1919-cu illərdə Bakıda cərəyan edir. Əsərin əsas obrazları olan cütlük - Sevil və Balaş kəndli icmasına məxsus ailələrdə böyüyüb boya-başa çatmışdır. Sevil özünü evinə və ailəsinə həsr etmiş bir qadın ikən, Balaş cəmiyyətdə müəyyən mövqe tutmuşdur və həyat yoldaşı Sevili, hətta onun ən sadə davranışlarına görə belə alçaldaraq təhqir edir. Onların Gündüz adında bir oğlu da vardır.
Sevil Bünyatova
Sevil Bünyatova (5 oktyabr 1989) — Azərbaycanı təmsil edən qılıncoynadan. Sevil Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevinc Bünyatova da qılıncoynadandır. Sevil Bünyatova 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün dördündə qalib gələn Sevil Bünyatova "F" qrupunu 2-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevil Bünyatova əvvəlcə təsnifat mərhələsində Polşa nümayəndəsi Maqdalena Pasternaya 15:4, sonra isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Mariya Ridela 15:10 və 1/4 final mərhələsində Yunanıstan nümayəndəsi Vassili Vuqiuya 15:12 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Fransa nümayəndəsi Marqu Rifissa 15:10 hesabı ilə qalib gələn Sevil Bünyatova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Angelina Vator oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə 14:15 hesabı ilə məğlub olan Sevil Bünyatova I Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Sevil Gültən
Nuriyeva Sevil Məmməd qızı (Sevil Gültən) — azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Məmməd Nuriyev traktorçu, anası Gülasta Nuriyeva kolxozçu olub. 1978-ci ildə Ş.Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib, Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib. Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib.
Aşağı Təvilan
Aşağı Təvilan (fars. طویلان سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 927 nəfər yaşayır (284 ailə).
Səvinas (Soyuqbulaq)
Səvinas (fars. سويناس‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (62 ailə).
Yuxarı Təvilan
Yuxarı Təvilan (fars. طویلان علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (121 ailə).
Şevilyi-Larü
Şevilyi-Larü (fr. Chevilly-Larue) — Fransada yerləşən kommuna, Parisin cənub şəhərətrafı. Paris şəhərinin mərkəzindən 9,3 km aralıqda yerləşir. Şevilyi-Larü kommunası Fransanın şimal hissəsində, İl-de-Frans regiounun Val-de-Marn departamentində və Parisin cənub-qərbində yerləşir. Sahəsi — 4,22 km². Kommuna iki kəndin inzibati birliyindən formalaşmışdır — Şevilyi və Larü. Fransa–Prussiya müharibəsi zamanı, 1870-ci ildə burada böyük bir döyüş yaşanmışdır, onun nəticəsində şəhər ağır şəkildə ziyan gördü və vətəndaş əhalisi arasında çoxlu sayda itki oldu. Kommuna 1920-ci illərdə mövcud adını aldı.
Şeviyar (Fransa)
Şeviyar (fr. Chevillard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01101. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 60 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Şəvilə (Sulduz)
Şərifəddin (fars. شاوله‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (129 ailə).