Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Habbo
Habbo, yaxud Habbo Hotel — kütləvi çoxoyunçulu onlayn oyun konsepsiyası ilə fəaliyyət göstərən sosial virtual icma. == Saytlar == Hal-hazırda 9 dünya dili üçün nəzərdə tutulmuş Habbo saytları ("hotelləri") fəaliyyət göstərir. Əvvəllər saytlar ölkələrə görə bölünsə də, sonralar eyni dili danışan ölkələr üçün nəzərdə tutulan hotellər birləşdirilmiş və sayt bölgüsü dillərə görə aparılmışdır. Bu günə qədər bir neçə hotel, əsasən, aşağı göstəricilərindən ötürü bağlanmışdır.
Corc Stabbs
Corc Stabbs (ing. George Stubbs, 24 avqust 1724[…], Liverpul – 10 iyul 1806[…], London) — ingilis rəssam və alim-bioloqudur. == Həyatı, təhsili və elmi fəaliyyəti == Rəssam və alim 1724-cü il 25 avqust dabbaq (dəriçi) və dəri taciri ailəsində anadan olmuşdur. Gənclikdə atasının təsərrüfarında çalışmışdır. 1741-ci ildə atasının ölümündən sonra müəyyən bir dövr Lankaşirdə qrafika təhsili alır, lakin bir müddətdən sonra bu təhsilini bitirir və sonralar öz-özünə öyrənməklə yaradıcılığını davam etdirir. 1745–1751-ci illər arası York mərkəzi hospitalında anatomiyanı öyrənir və araşdırır. 1754-cü ildə İtaliyaya səyahət edir. 1756–1759-cu illər intervalında Xorkstou və Linkolnşirdə yaşayır, burada həyat, vərdişlər və atların yetişdirilməsini öyrənir. 1759-cu ildə Londona köçür və orada öz "Atların anatomiyası" əsəri üzərində əsaslı şəkildə işləyir və bu 1766-cı ildə ictimaiyyətə təqdim edilir. Rəssamın bu kitaba etdiyi illüstrasiyaların orijinalları hal-hazırda Kral İncəsənət Akademiyasının arxivində saxlanılır.
Serjant Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Tommy Shelby
Tommy Shelby və ya Thomas Shelby BBC-nin Peaky Blinders seriyasındakı qondarma obrazı. İrlandiyalı aktyor Cillian Murphy serialda rol alan Tommy Shelby obrazını canlandırır. Rejissor Steven Knight, Tommy Shelby rolu üçün Murphy'yi seçdi. Xarakter Birminghamda yaşayan bir Roman ailəsindən olan Bir Dünya Müharibəsi qazisidir. 1919-cu ildə Shelby ilə tanış olduq və hekayə əsasən Qreys ilə romantikası və Müfəttiş Campbell ilə ziddiyyəti ətrafında cərəyan edir. Beş il sonra Grace ilə evlənir, lakin Qreys qısa müddət sonra toylarında öldürülür. Shelby'nin Alfie Solomons ilə münasibətləri Peaky Blinders-dəki bir çox hekayənin əsas elementlərindən biridir. Serialın baş qəhrəmanıdır. Başlanğıcda, Peaky Blinders adlı dəstənin lideri, qrupun ən böyüyü və qardaşı Arthur Shelby, sonrakı hissələrdə zirvədəki blinderin lideri olur, thomas shelby və dəstəsi isə mərc işi ilə məşğul olan bir ailədir. ilk mövsümdə, dəstə sonrakı mövsümlərdə Thomas'ın təsirli hərəkətləri ilə nəhəng bir imperiya quracaq.
Çavuş Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Edvin Habbl
Edvin Pauell Habbl (ing. Edwin Powell Hubble; 20 noyabr 1889[…], Marşfild[d], Missuri – 28 sentyabr 1953[…], San Marino[d], Kaliforniya) — amerikalı astronom. O, kainat haqqında anlayışı əsaslı şəkildə dəyişdirərək, təkcə bizim (Süd yolu) yox, digər qalaktikaların da mövcudluğunu təsdiqlədi. O, həmçinin uzaq qalaktikaların işıq spektrində müşahidə edilən Dopler effektinin (bu halda "qırmızıya sürüşmə" adlanır) miqyasının Yerdən müəyyən qalaktikaya qədər olan məsafəyə mütənasib olaraq artması fikrini də nəzərdən keçirdi. Bu mütənasib əlaqə Habbl qanunu kimi tanındı (iki il əvvəl eyni kəşfi belçikalı alim Jorj Lemetr də etmişdir). == Həyatı == Amerikan astronomu Edvin Habbl XX əsr elminin klassiklərindən sayılır. O, özündən sonra bizim üçün möhtəşəm irs qoyub gedib ki, bunu da onun adı ilə, Habbl qanunu adlandırırlar. Edvin Habbl qalaktikaların yeni təsnifatını, zaman keçdikcə onların genişləndiyini müşahidə etmişdir. Bu, böyük partlayış nəzəriyyəsinin ən böyük sübutu hesab olunur. Məşhur Habbl teleskopu alimin şərəfinə adlandırılmışdır.
Habbl ardıcıllığı
Xabbl ardıcıllığı — 1936-cı ildə Edvin Xabbl tərəfindən təklif olunmuş qalaktikaların təsnifatı. İndiyədək daha ətraflı təsnifatlanma variantlarının olmasına baxmayaraq, Xabbl təsnifatı hələ də aktuallığını qoruyub saxlamışdır.
Habbl qanunu
Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir. == Qanun == İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir. υ = H ⋅ D {\displaystyle \upsilon =H\cdot D} Burada D {\displaystyle D} - qalaktikalar arasındakı məsafə, υ {\displaystyle \upsilon } - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, H {\displaystyle H} - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir. == İsbatı == Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi; qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları; Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti. Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin. 1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir. Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır.
Habbl sabiti
Habbl sabiti - sürət artmasının məsafə artımına nisbətini ifadə edir. Onun astronomik mənası, sürət ilə məsafənin mütənasibliyinin bütün qalaktikalar üçün eyni olmasıdır. == Qiyməti == Hazırda Habbl sabiti 1 000 000 işıq ili üçün 23 k m / ( s a n ⋅ m i l y o n i . i ) {\displaystyle 23km/(san\cdot milyoni.i)} İşıq ili - işıq sürətinin bir ildə qət etdiyi yoldur: 1 i . i = 9 , 46 ⋅ 10 12 k m {\displaystyle 1i.i=9,46\cdot 10^{12}km} == İstifadə olunduğu yerlər == Habbl sabiti aşağıdakı hesablamalarda istifadə olunur. Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir. === Habbl qanunu === Habbl qanununa əsasən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşma sürətinin təyini üçün Habbl sabiti istifadə edilir. === Kainatın yaşının hesablanması === Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir.
Habbl teleskopu
Habbl teleskopu — amerikan astronomu Edvin Habblın şərəfinə adlandırılmış kosmik orbital teleskop. NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Yerin orbitinə 24 aprel 1990-cı ildə "Diskaveri" şattlı ilə çıxarılmışdır. Kütləsi 11 tondur. Əsas alətləri: infraqırmızı kamera, optik kamera, optik spektrometr, ultrabənovşəyi spektroqraf, üç naviqasiya sensoru.
Habbo (dəqiqləşdirmə)
Habbo — hotel oyunu mövzulu sosial şəbəkə. Habbo həmçinin aşağıdakı mənalara gələ bilər: Habbo (Mərakeş) — yaşayış məntəqəsi. Habbo Gerhad Lollinq — alman arxeoloq.
Habbo Hotel
Habbo, yaxud Habbo Hotel — kütləvi çoxoyunçulu onlayn oyun konsepsiyası ilə fəaliyyət göstərən sosial virtual icma. == Saytlar == Hal-hazırda 9 dünya dili üçün nəzərdə tutulmuş Habbo saytları ("hotelləri") fəaliyyət göstərir. Əvvəllər saytlar ölkələrə görə bölünsə də, sonralar eyni dili danışan ölkələr üçün nəzərdə tutulan hotellər birləşdirilmiş və sayt bölgüsü dillərə görə aparılmışdır. Bu günə qədər bir neçə hotel, əsasən, aşağı göstəricilərindən ötürü bağlanmışdır.
Shelby-American Inc
Shelby America; 1962-ci ildə Carroll Shelbynin əfsanəvi 289 Cobra modelini buraxmasıyla ortaya çıxan markadır. 1964-cü ildə Carroll Shelbynin standart bir Ford Mustangı yüksək performanslı bir maşın halına gətirmək istəyi, müasir dövrün Amerikan kult “Hot Road” maşınlarından biri hesab olan Shelby Mustang GT 350-in yaradılmasına səbəb olmuşdur. GT 350, 1965, 1966 və 1967-ci illərdəki Amerika SCAA yarışlarında birinci yeri qazanmışdır. Bu gün Ford və Shelby şirkətləri müştərək işləyirlər. Ən məşhur məhsulları olan Mustang GT, Amerikanın ən populyar idman avtomobillərindən biridir. Ford və Shelby tərəfdaşlığı, Fordun əfsanəvi modeli “GT”-nin dirilməsində böyük rol oynamışdır. Shelbinin istehsal etmiş olduğu ən sonuncu avtomobil Ford Shelby Cobra olmuşdur.
The Slim Shady LP
ABŞ reperi Eminemin 2-ci studiya albomudur. Amma satışlara görə 1-ci albomu sayılır. Albom çox uğurlu alınmışdır. İlk həftəsində 283,000 nüsxə satılıb. Dünyada indiyə qədər 9 milyon nüsxə satılıb. "Just Don't Give a Fuck" mahnısı albomun ilk yeraltı sinqlıdır. İlk rəsmi sinql isə "My Name Is" oldu. 2003-cü ildə Rolling Stone jurnalı Tarixin ən yaxşı 500 albomu siyahısında 273-cü sırada yer aldı. Qeyd:Senzuralanmış versiyada "Bitch", "Cum on Everybody", "Just Don't Give a Fuck" və "Still Don't Give a Fuck" mahnılarının adları "Zoe", "Come on Everybody", "Just Don't Give" və "Still Don't Give" olaraq dəyişdirilmişdir.