Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sifon (dəqiqləşdirmə)
Sifon (termin) Sifonoforlar -ərbəst üzən dəniz heyvanları dəstəsi. Sifon (hidrotextika) - avtomatik suötürücü. Sifon (məişət) - içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab.
Sifon (hidrotextika)
Sifon — əsasən SES su anbarlarından (bəndlərdə), kanal və basqı hovuzlarından izafi suyu kənar etmək üçün tətbiq olunan boruşəkilli avtomatik suötürücü. Giriş hissəsi çox vaxt geniş olur və yuxarı byefin su səviyyəsindən aşağıda yerləşdirilir ki, içərisinə hava, zibil və ya buz girməsin.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) — yun.siphon-kiçik boru, nasos – geomorfologiyada, yeraltı karst çaylarının kanalının şaquli səthdə dirsəkvari əyilməsi.
Sifonoforlar
Sifonoforlar (lat. Siphonophorae) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinə aid heyvan dəstəsi. Olçüləri 1 sm-dən 3 m-dək olur. Bədəni rəngsiz və şəffafdır. Bəziləri əlvandır. Sifonoforlar polimorf koloniyalar əmələ gətirir. Koloniyanın fərdləri xüsusi gövdə üzərində yerləşir. Gövdənin təpə hissəsində çox zaman üzmə qovuğu və ya pnevmatofor olur. Onun içərisi qazla (əsasən, azot qazı) dolu olub koloniyanı suda şaquli istiqamətdə saxlamağa kömək edir. Bəzi sifonoforlarda (lat.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Pifon
Pifon və ya Piton ( q.yun. Πύθων) — qədim yunan mifologiyasında Apollon tərəfindən işğal edilməmişdən əvvəl Delfi orakulunun girişini qoruyan, Qayanın oğlu (varianta görə, Hera) hesab edilən ilan. Başqa bir versiyaya görə, Pifon özü Apollondan əvvəl peyğəmbərliklər vermişdir. Pifiya onun şərəfinə adlandırılmışdır.
Klod Simon
Klod Ejen Anri Simon (fr. Claude Simon; 10 oktyabr 1913[…], Antananarivu – 6 iyul 2005[…], Paris) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985). == Həyatı == Fransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı.
Sibon nebulata
Sibon nebulata — suilanıkimilər fəsiləsindən olan ilan növü. Ümumi uzunluğu 80 sm. Başı genişdir, böyürlərdən bir az sıxılmış və gövdəsindən yaxşı ayırılıb. Gözləri böyükdür. Gövdəsi incədir və hamar pulla örtülüb. Çənəsi molyuskları qovuqdan çıxardılmasına uyğunlaşıb. Əlvan boyanmaya sahibdir: əsas qəhvəyi fonda çoxlu açıq rəngli ləkə və ya zolaq olur. Leysan meşələrini sevir. Ağaclarda, səhləb və hava bitkilərdə rast gəlinir. Gecələr aktiv həyat yaşayır.
Simon Açıqgözyan
Simon Açıqgözyan (erm. Սիմոն Աչիկգյոզյան; 6 fevral 1939, Qalas – 30 aprel 1991, Qarabulaq, Dağlıq Qarabağ Respublikası) – Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməniəsilli hərbi komandir. Azərbaycanda terrorçu, Ermənistanda milli qəhrəman hesab olunur. Xidmətlərinə görə Ermənistanda Qəhrəman medalı ilə təltif olunmuşdur. Açıqgözyan 1939-cu ilin 6 fevral tarixində Rumıniyanın Qalati şəhərində anadan olmuşdur. Valideynləri Hovannes və Siranuş əslən Osmanlı imperiyasından idi. 1946-cı ildə Açikgyozyan ailəsi Ermənistan Sovet Sosialist Respublikasına mühaciət edir. Simon 1960-cı ildə İrəvan Dövlət Universitetində mühəndis-geoloq ixtisası üzrə məzun olur. 1961–1990-cı illər ərzində Ermənistan Milli Elmlər Akademiyasının Geologiya institutunda işləmişdir. Ermənistanın mineral ehtiyatlı ilə bağlı bir necə əsərin müəllifidir.
Simon Baxmann
Simon Bolivar
Simón José Antonio de la Santísima Trinidad Bolívar y Palacios Ponte-Andrade y Blanco (isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios Ponte y Blanco; 24 iyul 1783[…], Karakas, Venesual general-kapitanlığı[d], İspaniya imperiyası – 17 dekabr 1830[…], Kinta-de-San-Pedro-Alexandrino[d], Maqdalena departmenti[d], Böyük Kolumbiya Respublikası) – daha çox Simon Bolivar kimi tanınır. Həmçinin El Libertador və ya Liberator olaraq adlandırılır. O, Venesuelanın, Boliviyanın, Kolumbiyanın, Ekvadorun, Perunun və Panamanın İspaniya imperiyasından ayrılmasına səbəb olan hərəkatın hərbi və siyasi lideri olmuşdur. Bolivar varlı, aristokrat ailəsi olan Kriollo ailəsində anadan olmuşdur. Bütün yuxarı təbəqə ailələrinin övladları kimi 16 yaşında təhsil almaq üçün xaricə göndərilmişdir. İlk öncə İspaniyaya gəlmiş və sonra buradan Fransaya keçmişdir. Avropada olarkən Maariflənmə dövrünün ideyalarından təsirlənmiş və bu ideyalar onda Cənubi Amerikadakı İspaniya hakimiyyətinə son qoymaq istəyinin yaranmasına səbəb olmuşdur. İspaniyanın Yarımada müharibəsi ilə məşğul olmasına görə, Bolivar 1808-ci ildə azadlıq uğrunda mübarizəyə başladı. 1819-cu ilin 7 avqustunda baş vermiş Boyaka döyüşündə əldə edilən qələbə ilə Yeni Qranadanın müstəqilliyinə doğru daha bir addım atıldı.
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Simon Hoytvill
Simon Hoytvill (1093, Palermo – 28 sentyabr 1105) — Norman əsilli Siciliya qrafı. Taxta çıxanda hələ 8 yaşı olan Simon anasının qəyyumluğu ilə hakimiyyətdə idi. Yenə cavan yaşında 1105-ci ildə vəfat etmişdi. Yerinə kiçik qardaşı Rocer keçdi.
Simon Kozhin
Simon Kozhin (rus. Кожин, Семён Леонидович) — Rus rəssamı.
Simon Kyer
Simon Torup Kyer (26 mart 1989[…]) — Danimarkalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunun və Danimarka millisinin müdafiəçisi. O, 2007-ci ildə 19 yaşadək futbolçular arasında Danimarkada ilin istedadlı futbolçusu seçilib. Həmçinin 2009-cu ildə Danimarkada ilin istedadlı futbolçusu seçilir. Kyer 2010 və 2018-ci illərdə FIFA Dünya Kubokunda və 2012 və 2020 — ci illərdə UEFA Avropa Çempionatında iştirak da daxil olmaqla, Danimarka yığmasında 110-dan çox oyun keçirib.
Simon Leviev
Simon Leviev (ivr. ‏סיימון לבייב‏‎; doğum adı: Şimon Hayut, 27 sentyabr 1990, Ramat-Elçanan[d], Təl-Əviv dairəsi) — oğurluq, saxta sənəd istifadəsi və fırıldaqçılıqda ittiham olunan israilli fırıldaqçıdır. The Times of Israel-ə görə Leviev 2017–2019-cu illər aralığında ponzi sistemi ilə Avropanın müxtəlif yerlərindən olan qurbanlarından təxminən 10 milyon ABŞ dolları alaraq aldatmışdır. Hayut 2011-ci ildə çek oğurluğuna görə saxtakarlıq və oğurluq səbəbi ilə ittiham olundu. Çekləri dayəlik etdiyi ailədən və usta olaraq getdiyi şəxsin evindən oğurlamışdır. Hayut heç bir məhkəməyə getmədən, Mordeçai Nizim Tapiro adlı saxta şəxsiyyət vəsiqəsi ilə İsraildən İordaniyaya qaçdı. Daha sonra isə Avropaya getdi. 2015-ci ildə bir qadına qarşı etdiyi fırıldaqçılığa görə Finlandiyada 3 il məhbus həyatı yaşadı. Həbs olunduqda 1978-ci ildə anadan olan İsrail vətəndaşı olduğunu dedi. Üstündə iki saxta İsrail pasportu, üç saxta İsrail sürücülük vəsiqəsi, iki saxta İsrail uçuş icazə sənədi və beş ədəd saxta American Express kartı var idi.
Simon Minyole
Simon Minyole (nid. Simon Luc Hildebert Mignolet; 6 mart 1988[…], Sent-Trüden, Flamand regionu[d]) — Belçikalı qapıçı. Brügge klubunda oynayır. Karyerasına Sent-Trüyden klubunda başlamış, daha sonra Sanderlend və Liverpulda forma geyinmişdir.
Simon Pegg
Simon Qerada
Simon Qerada (20 mart 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Qerada Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Simon Ramirez
Simon Alonso Ramirez Kuevas (isp. Simón Alonso Ramírez Cuevas; 3 noyabr 1998, Konsepsion, Çili) — Premyer Liqa təmsilçilərindən olan Benfika FK klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur. Ramirez peşəkar karyerasına Uaçipato klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 5 mart 2016-cı ildə Çili Premyer Liqasında San Markos de Arika klubuna qarşı oyunda etmişdir. Ramirez 2017-ci ildə Lissabon təmsilçisi olan Benfika FK klubu ilə müqavilə imzalamışdır. Transferin dəyəri isə 700 min avro olmuşdur. 2015-ci ildə Ramirez Çilinin gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Ramirez Ekvador, Boliviya və Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin il Ramirez Çilinin ev sahibliyi etdiyi gənclərin Dünya Çempionatında iştirak etmişdir. Ramirez ABŞ və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Simon Riekhoff
Simon Sequan
Simon Sequan həmçinin Nikol Mine kimi tanınan (3 oktyabr 1925, Thivars[d], Fransa[…] – 21 fevral 2023, Kurvil-sur-Er[d], Fransa) — Fransız atıcılar və dəstəkçilər partizan qrupunun tərkibində Fransa Müqavimət Hərəkatının sabiq döyüşçüsü. Müharibə başlamazdan öncə o, üç qardaşı və atası ilə birgə fermada işləyirdi. Onun atası Birinci Dünya Müharibəsinin iştirakçısı idi və Tivar şəhərinin əsas məsləhətçisi idi. Partizan dəstəsinə qoşulduqdan sonra o, Nikol Mine adı ilə fəaliyyət göstərmişdir. Başlanğıcda Simon silah istifadə etmədən sadə tapşırıqları yerinə yetirdi. Onun müqavimət xarakterli ilk hərəkətlərindən birincisi Alman ordusuna məxsus velosipedi oğurlamaq idi ki, sonradan o, bununla məktubların daşınmasına yardım edirdi. Sonralar o, Alman əsgərlərinin yaxalanması, vaqonların relsdən çıxarılması və körpülərin partladılması kimi çox təhlükəli vəzifələri icra etmişdir. O, 1944-cü ilin 23 avqustunda Şartr şəhərinin və 2 gün sonra Parisin azad edilməsində iştirak etmişdir. Nəticədə o, leytenant rütbəsinə layiq görülmüş və Hərbi xaç medalı ilə təltif olunmuşdur. Müharibədən sonra Sequan pediatr tibb bacısı kimi işləməyə başladı.
Simon Simonyan
Simonyan Simon (q.erm. Սիմոն Սիմոնեան; 11 (24) mart 1914, Qaziantep, Hələb vilayəti – 11 mart 1986, Beyrut) — yazıçı, publisist, müəllim. 11 mart 1914–cü ildə Osmanlı İmperiyasında anadan olmuşdur. Cavan yaşlarında Livanda yerləşən "Kilikiya erməni katalikosluğu"nun arxivlərinə rəhbərlik etmiş, həmçinin Livandakı erməni məktəblərində dərs demişdir. Erməni dilinə və tarixinə dair bir neçə dərsliyin müəllifidir. 1958-ci ildə "Sprük" jurnalının əsasını qoyur və uzun müddət onun redaktoru olur. Sonralar "Sevan" nəşriyyatına rəhbərlik etmişdir. Simonyan erməni diasporası içərisində məşhur adam idi. "Hay dat" (Erməni məhkəməsi) termininin müəllifi məhz Simon Simonyandır. Simonyanın ənənəvi erməni partiyaları ilə münasibətləri gərgin idi, çünki o fərqli siyasi xəttin tərəfdarı idi.
Simon Stevin
Simon Stevin (ing. Simon Stevin; 1548[…], Brügge – fevral 1620 və ya ən tezi 20 fevral 1620 və ən geci 18 aprel 1620, Haaqa) — Holland riyaziyyatçısı və mühəndisidir; onluq kəsrləri (Avropada) tənliyin mənfi köklərini istifadəyə daxil etmişdir.
Simon Virsaladze
Simon Baqratoviç Virsaladze (13 yanvar 1908, Tiflis – 7 fevral 1989, Tbilisi) — Sovet, gürcü və rus teatr sənətçisi. SSRİ xalq artisti (1976). Lenin mükafatı (1970), iki Stalin mükafatı (1949, 1951) və SSRİ Dövlət mükafatı (1977) laureatı. Simon Virsaladze 31 dekabr 1908-ci ildə Tiflisdə anadan olub. İlk təhsilini Tbilisi şəhərində almışdır. Sonradan Simon Virsaladze Moisey Toidzenin rəhbərliyində Tbilisi Dövlət Rəssamlıq Akademiyasında (1923–1926) D. N. Kardovski, İ. M. Rabinoviç və N. A. Şifrinden, İ. M. Rabinoviçin ona rəssamlığa böyük inamı aşıladığı Leninqraddakı Proletar Gözəl Sənətlər İnstitutunda (indiki Repin Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu) (1930–1931) təhsil almışdır. Burada dekorasiya sənətinin sirrlərinə yiyələnmişdir. Simon Virsaladze 1927-ci ildən Tiflis Fəhlə Teatrında işləyir. 1931–1936, 1941–1945-ci illərdə Z. Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş teatr-dekorçusu olaraq çalışır. 1941–1945-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrında çalışır.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.