Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simfonik metal
Simfonik metal (ing. Symphonic metal) — metal və simfonik orkestr musiqi janrlarını birləşdirən musiqi üslubu. Bu janra aid musiqilərdə əsasən qadın vokalı, xor, simfonik musiqi alətləri və ya onların sintezatorda imitasiyası istifadə olunur. Bəzən bu janra aid musiqilərin yazılışı zamanı canlı simfonik orkestrlərin köməyindən də istifadə olunur. Bu janr 1990-cı illərin ortalarında Avropada yaranmağa başlamışdır. Bu janrın yaradıcıları The Gathering və Theatre of Tragedy kimi qotik-metal qrupları sayılır. Məhz onlar ilk dəfə olaraq, öz musiqilərində simfonik xordan və qadın vokalından istifadı etmişlər. Bu janr həmçinin bir neçə subjanra da bölünür.
Simfonik muğam
Simfonik muğam — Azərbaycan musiqisinin bir janrı. 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. Janrın əsası Üzeyir Hacıbəyovun ilk muğam operalarında qoyulmuşdur. Bu operalarda muğam ilk dəfə olaraq Avropa opera janrı ilə birləşdirilmişdi. "Leyli və Məcnun" operasında Heyratı (Nofəlin partiyası) və Arazbarı zərbi muğamlarından istifadə buna misaldır. Ü. Hacıbəyovun "Aşıqsayağı" kamera-instrumental əsəri də muğam-improvizasiya üslubunda yazılmışdır. Ü. Hacıbəyovun, Müslüm Maqomayevin öz əsərlərində simfonizmi fəal surətdə Azərbaycan musiqisinə gətirmələri, həmçinin simfonik janrda yazan yeni bəstəkar nəslinin (Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov və b.) yetişməsi simfonik muğamın yaranmasına rəvac verdi. İlk simfonik muğamlar 1948-ci ildə Fikrət Əmirov tərəfindən yazılmış "Şur" və "Kürd ovşarı" idi. F. Əmirov bu əsərlərində muğamlardan geniş istifadə etmiş, onlara öz müəllif konsepsiyasını verərək yeni emosional məzmuna nail olmuşdur. O, əsl muğamın kompozisiya strukturunu saxlamış, bəzi hallarda xalq mahnılarından da istifadə etmişdir.
Simfonik şeir
Simfonik poema - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Simfonik poema
Simfonik poema - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Karvan (simfonik lövhə)
Karvan — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. 1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.
Şur (simfonik muğam)
Şur — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. "Şur" simfonik muğamı aid olduğu janrda yazılmış ilk əsərdir. "Şur" və "Kürd Ovşarı" simfonik muğamları dulogiya xüsusiyyətinə malikdir. "Şur" simfonik muğamı Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms hissələrindən ibarətdir. F. Əmirovun "Şur" simfonik muğamı ilk dəfə Niyazinin idarəsilə 1948-ci ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir. F. Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazmışdır. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir. Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi.
Azərbaycan Dövlət Simfonik Orkestri
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri — SSRİ-də yaranmış ilk orkestrlardan biri. == Haqqında == Dövlət Simfonik Orkestri 1920-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılmışdır. Yeni yaradıldığı vaxtlarda dahi bəstəkar Bethovenin 150 illiyinə həsr olunmuş yubiley konsertlərində böyük proqramla çıxış etmişdir. Həmin konsertlərdə Bethovenin 1-ci, 3-cü və 9-cu simfoniyaları, fortepiano və orkestr üçün 5-ci konserti, "Leonora 3" uvertürası səsləndi. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə M. Çernyaxovski, U. Qoldşteyn, A. Stolerman və başqa dirijorlar işləmişlər. 1922–23-cü il mövsümünün konsert proqramlarında Çaykovskinin Altıncı simfoniyası, "Françeska da Rimini" uvertürası, skripka və fortepiano üçün konsertləri, violonçel və orkestr üçün "Rokoko mövzusuna variasiyalar", "Italyan kapriççiosu", Rimski-Korsakovun "Şəhrizadə" simfonik süitası, Borodinin "Bahadır" simfoniyası, Şubertın "Tamamlanmamış simfoniya"sı, Bethovenin 7-ci simfoniyası və s. orkestr tərəfindən ifa olunmuşdur. Orkestrin formalaşmasında R. Baton (Fransa), O. Klemperer (Almaniya), F. Ştidri (Avstriya), N. Qolovanov (Rusiya) yaxından iştirak etmişlər. 1945–1948-ci illərdə orkestrin baş dirijoru vəsifəsində təcrübəli musiqiçi, tanınmış dirijor, professor Leo Ginzburq çalışmışdır. Niyazi 1946-cı ildə Leninqradda dirijorların Ümumittifaq baxışında iştirak edərək Dmitri Şostakoviçin başçılıq etdiyi münsiflər heyətinin qərarı ilə müsabiqənin laureatı adını qazanır.
Kürd Ovşarı (Simfonik muğam)
Kürd Ovşarı — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. == Tarixi == === Yazılma tarixi === Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazıb. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir. Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir: Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim." S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır." Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır." === İfa tarixi === "Kürd-Ovşarı" simfonik muğamı ilk dəfə 1948-ci ildə Niyazinin idarəsi ilə Azərbaycan Dövlət Filarmoniyasında ifa edilib. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Dövlət mükafatına layiq görülüb. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir.
Sent-Luis Simfonik Orkestri
Sent-Luis Simfonik Orkestri — Missuri, Sent-Luis şəhərində yerləşən Amerika simfonik orkestri. 1880-ci ildə Cosef Otten tərəfindən Sent Luis Xor Cəmiyyəti olaraq qurulan Sent Luis Simfonik Orkestri (SLSO), ABŞ-də yalnız Nyu-York Filarmoniyasının rəhbərlik etdiyi ikinci ən qədim peşəkar simfonik orkestrdir. Əsas konsert məkanı Sent Luis mərkəzində "Powell Hall"-da yerləşir.
Simfonik orkestr üçün konsert
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Çeçenistan Respublikasının Dövlət Simfonik Orkestri
Çeçenistan Respublikasının Dövlət Simfonik Orkestri — Çeçenistan Respublikasının klassik musiqi ifa edən peşəkar musiqi kollektivi. Orkestrin əsası 1939-cu ildə musiqi məktəbinin müəllimi D.Besler tərəfindən qoyulmuşdur. İlk kollektivin üzvləri SSRİ-nin müxtəlif konservatoriyalarından - Moskvadan, Leninqraddan, Bakıdan və başqa şəhərlərdən gəlmiş gənc musiqiçilər idi. Böyük Vətən müharibəsi və çeçenlərin və inquşların deportasiyası orkestrin işini yarımçıq qoydu. 1950-ci illərdə orkestr Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Dövlət Filarmoniyasının tərkibində fəaliyyətini bərpa etdi. 1965-ci ildə orkestrin rəhbəri və baş dirijoru Ukrayna SSR xalq artisti Yaroslav Voşçak oldu. 1966-cı ildə orkestrin solisti Voşçakın həyat yoldaşı, Ukrayna SSR xalq artisti Qalina Polivanova (soprano) idi. Odessa Konservatoriyasını bitirdikdən sonra Odessa Opera və Balet Teatrında solist kimi çalışıb. 1956-cı ildə vokalçıların və balet artistlərinin Ümumittifaq müsabiqəsinin laureatı, 1957-ci ildə isə Moskvada keçirilən Ümumdünya Gənclər və Tələbələr Festivalının laureatı olmuşdu. 1970-ci illərdə Leonid Qriqoryev baş dirijor, sonra isə Leonid Balabanov oldu.
Arazın o tayında (vokal-simfonik poema)
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır. Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir. Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır.
Böyük simfonik orkestr üçün konsert (Soltan Hacıbəyov)
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Böyük simfonik orkestr üçün uvertüra (Soltan Hacıbəyov)
Böyük simfonik orkestr üçün uvertüra və ya "Bayram" uvertürası — bəstəkar Soltan Hacıbəyov tərəfindən 1956-cı ildə simfonik orkestr üçün yazılmış uvertüra əsəri. Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir. Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir. Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır. İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun – vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır. Bəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə lirik mahnıvariliyin qarşılaşdırılmasından ibarətdir.
Simfoniya
Simfoniya [yun. symphonia – ahəngdar] - Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri.
Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Birinci simfoniya
Birinci simfoniya (Qara Qarayev)
Doqquzuncu simfoniya
Doqquzuncu simfoniya (Motsart)
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Simvolik Proqramlaşdırma
Simvolik Proqramlaşdırma (symbolic programming,символическое программирование,sembolik programlama) - proqramın düsturlarla və proqram komponentləri ilə verilənlər kimi manipulyasiya edə bildiyi proqramlaşdırma növü. Simvolik proqramlaşdırma vasitəsilə daha kiçik məntiqi və funksional vahidlər birləşdirilərək mürəkkəb proseslər işlənib hazırlana bilər. Bu səbəbdən proqramlar özlərini dəyişə və “öyrənə” bilər ki, bu da onların istifadəsini süni intellekt (ARTIFICIAL INTELLIGENCE), ekspert sistemləri (EXPERT SYSTEMS), təbii dilin emalı (NATURAL LANGUAGE PROCESSING) və kompüter oyunları (COMPUTER GAMES) kimi sahələrdə daha əlverişli edir. LISP və Prolog simvolik proqramlaşdırma dilləridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Simvolik antropologiya
Antropologiyada simvolik nəzəriyyə XX əsrin I yarısında fəlsəfədə formalaşan simvolik formalar nəzəriyyəsi ilə bağlı olmuşdur. Yunan dilində simvol — işarə, tanıdıcı xüsusiyyət, fərqləndirici əlamət və s. deməkdir. Simvolik düşüncə tərzi belə bir nöqteyi-nəzərdən çıxış edir ki, real aləmin, gerçəkliyin ayrı-ayrı elementləri və xüsusiyyətləri öz-özlüyündə dərk olunmazdır. İnsan və onun şüuru bu və ya digər gerçəkliyi, xarici aləmin əlamətlərini və s. xüsusi özünəməxsus xüsusiyyətləri ilə kodlaşdıraraq dərk edir. Əslində bu fərziyyəni müdafiə edən tədqiqatçılar insanın insanaqədərki mərhələdən insanolma mərhələsinə keçidini məhz xarici aləmin simvolik kodlaşdırması ilə, gerçəkliyi ikiləşdirməsi ilə əlaqələndirirlər. İbtidai insanların reallığı xüsusi magik ayinlər vasitəsilə xüsusi formada simvollaşdırması, işarələndirməsi məhz belə bir başlanğıc nöqtəsi kimi qəbul edilir. Əslində fəlsəfədə simvolik formalar nəzəriyyəsi alman filosofu Ernest Kassirer tərəfindən irəli sürülmüşdür. "Simvolik formaların fəlsəfəsi" əsərində o göstərirdi ki, əşyalar, real aləmin gerçəklikləri öz-özlüyündə dərk edilmək üçün kifayət etmirlər.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir. Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim.
Prunus simonii
Prunus simonii (lat. Prunus simonii) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
İvan Simoniç
Qraf İvan Osipoviç Simoniç (rus. Иван Осипович Симонич; 5 iyun 1792 və ya 5 sentyabr 1792, Şibenik – 15 yanvar 1851, Varşava) — rus hərbçisi və diplomatı. Dalmasiyanın Şönbrunn müqaviləsi (1809) çərçivəsində Fransaya birləşdirilməsindən sonra Napoleon qüvvələrinə qoşuldu və 1812-ci ildə Korsika batalyonunun kapitanı olaraq Rusiyaya qarşı kampaniyada iştirak etdi. Krasnoye döyüşündə əsir altına alındı və Kazan şəhərinə yaşamağa göndərildi. 1814-cü ildə imzalanan Paris sülh müqaviləsi vətəninə qayıtmağı mümkün etdi, lakin bu zaman Dalmasia Avstriyanın bir hissəsi oldu və Simoniç Avstriya sarayına xidmət etmək istəmədiyindən, Rusiyaya qoşunlarında xidmət etmək üçün müraciət etdi. 1816-cı ildən Kremençuq piyada alayının kapitanı oldu, 1818-ci ildə mayor rütbəsinə qaldırıldı və Qafqazdakı cəbhə alaylarından birinə təyinat aldı. 1822-ci ildən gürcü qrenader alayının batalyonunun komandiri, 1825-ci ildən bu alayın komandiri, yəni podpolkovnik rütbəsində çalışırdı. 1822-ci ildə acarlara qarşı kampaniyada iştirak etmişdir, Rus-İran müharibəsi zamanı 1826-cı ildə baş tutan Yelizavetpol döyüşündə iştirak etdi və buna görə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi. Burada sol ayağından ağır yaralanmışdır. Öz alayı ilə birgə 1827-ci il İran yürüşü və 1828–1829-cu illər rus-türk müharibəsində iştirak etmişdir.
Çarlz Simoni
Çarlz Simoni-(d. 10 Sentyabr 1948, Budapeşt, Macarıstan) Macar əsili amerikan milyarder. Kosmosa gedən 2-ci macar. Çarlz Simoni Microsoftun proqram təminatı qrupunun rəhbəri olaraq Microsoft Office proqramlarının yaradılmasında böyük pay sahibi olmuşdur. Hal-hazırda "İntentional Software" şirkətinin sahibidir. 2007-ci ilin aprel ayında Soyuz TMA-10 kosmik gəmisi ilə kosmosa gedən ikinci macar olmuşdur. 2009-cu ilin mart ayında Soyuz TMA-14 gəmisi ilə 2-ci dəfə kosmosa səyahət etmişdir. Çarlz Simoninin atası Karoli Simoni Budapeşt Texniki Universitetində eletrik mühəndisliyi üzrə professor idi. Orta məktəbdə laboratoriyada Sovet Ural II kompüteri üzərində təcrübə keçməsi onda kompüter elmlərinə qarşı maraq yaradır. Laboratoriyanın müəllimlərindən proqramlaşdırmanı öyrəndikdən sonra məktəbi tərk edərək hazırladığı proqramı dövlət idarəsinə satır.