POEMA

[ yun. ]
1. Mənzum hekayə janrı. Nizaminin poemaları. S.Vurğunun “Bəsti” poeması.
– “Qız qalası” poemasını Cəfər Cabbarlı 1923-cü və 1924-cü illərdə çap etdirmişdi. M.Arif.

2. Sərbəst formalı, adətən lirik və ya instrumental mahiyyətli bəzi musiqi əsərlərinin adı. Cahangir Cahangirovun “Arazın o tayında” simfonik poeması.

Sinonimlər (yaxın mənalı sözlər)

  • POEMA POEMA (ədəb.) “Xosrov və Şirin” poeması yüz illər ərzində bir sıra xalqların ədəbiyyatına təsir etmişdir

Etimologiya

  • POEMA Bu söz latınca poetika (bədii sənətkarlıq), poeziya (bədii yaradıcılıq) kəlmə­ləri ilə qohumdur, hərfi mənası “bədii yaradıcılığın məhsulu” deməkdir
PODVÁL
POETİK

Digər lüğətlərdə