Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dizful
Dezful- İranın Xuzistan ostanının şəhərlərindən və Dezful şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 420,000 nəfər və 105,000 ailədən ibarət idi. Dezful əhalisi müxtəlif etniklərin qarışığından yaranıb.Əhalisinin əksəriyyəti Dezful dilində danışırlar və şiə müsəlmandırlar.
Sintel
Sintel - 2010-cu ildə istehsal olunmuş qısametrajlı Niderland animasiyasıdır. Cizgi filmin ditribüteri Niderlandın Blender Foundation adlı təşkilatıdır. Bir gün filmin qəhrəmanı olan Skalesin qarşısına yaralı əjdaha balası çıxır,o bu əjdaha balasının götürüb bəsləyir və yarasını sağaldır.Beləliklə bu bədheybət balasına öyrəşən Skales onun adını "Sintel" qoyur. Bir gün çarşıda oynayan Sintel və Skarles quşların səmada ötdüyünü görüb dama çıxırlar,bu zaman daha böyük bədheybət Sinteli caynağına alıb aparır.Əlacsız qalan Skarles onun dalınca getməyə məcbur olur,uzun müddət yol qət edən qarlı aşırımlar keçən Skarlas bir şamanın komasına gəlir və ona başına gələn hadisə barədə məlumat verir.Şaman onun Sinteli tapacağına yol göstərəcəyinə söz verir və ona böyük qılınc verərək yolu tərif edir.Nəhayət təhrif edilən əjdaha mağarasına gələn Skarles əjdahanın qidalandığını görür və ondan bir az aralıda yuvada balaca əjdahanın yatdığını görür və onun Sintel olacağını təxmin edib ona yaxınlaşır,lakin balaca bədheybət çığıraraq qaçır və bunu görən böyük əjdaha Skarlesə hücum edir.Əlindəki qılıncla əjdahanı ölümcül yaralayan qəhrəman qız kənara çəkilir yerə yıxılan əjdaha ona Sintelin gözləri ilə baxır bu baxışlar Skarlesə tanış gəlir və əjdahanın qanadına baxanda onun qanadında yara olduğunu görür və bu yara Sinteli tapandada onun qanadında var idi,bu yaranı Skarles özü sağaltmışdı.Artıq hər şey gec idi Skarlesin öldürdüyü körpəlikdən öz balası kimi sevdiyi,hər qayğısını çəkdiyi Sintel idi. Rəsmi sayt Arxivləşdirilib 2011-02-25 at the Wayback Machine Sintel — Internet Movie Database saytında.
Sinql
Sinql (ingiliscə: single – ayrıca) – musiqiçilərin çıxarmağa planlaşdırdığı albomlarından seçdikləri bir və ya bir neçə parçadan ibarət olan musiqi albomudur. A və B üzlərindən ibarət olaraq 2 hissədən ibarətdir. A üzündə orijinal mahnılar, B üzündə isə bu mahnıların remiksləri yazılmışdır. "Sinql" termini ilk dəfə 1950-ci illərdən meydana gəlmişdir. Hal-hazırda sinqllar CD və DVDdə çıxarılır. Əksər hallarda sinql albomdan ayrıca buraxılan mahnı olsa da, o, çox vaxt alboma da daxil edilir. Tarixən, əsas musiqi vinil yazılar vasitəsilə satın alındıqda, sinqllar iki tərəfli buraxıldı, yəni A tərəfi və B tərəfi var idi, iki mahnı hər tərəfdə bir görünürdü[2]. ^ Marcus 2005 (1), p. 145 ^ "Pop single still hits right note". Sydney Morning Herald.
Dizful dili
Dezful dili- Hind-Avropa dil ailəsinin İran dil qrupunun Şimal-qərbi İran dillərinə aiddir ki ki Xuzistan ostanında xüsusilə Dezfulda danışılır.
Sinhal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Sinqal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Çen Sinhua
Çen Xinhua (30 yanvar 1960) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. Çen Xinhua Birləşmiş Krallıqı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Sirkul adası
Sirkul adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Adanın sahəsi 30 km²-dir. Adanın səthi düzdür. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 38 metr yüksəklikdədir. Adanın şimaldan cənuba uzunluğu 9,4 km, eni 7,7 km-dir. İqlimi qütbdür. Orta temperatur −13 °C-dir. Ən isti ay iyulun orta temperaturu 6 °C, ən soyuq ay isə fevraldır, orta temperatur −25°C-dir. Adadakı burunlardan biri Arktika tədqiqatçısı Eduard Tollun şərəfinə adlandırılmışdır.
Mamırkimilər sinfi
Bryophytes (lat. Bryophytes) — yaşıl bitkilər yarımaləminə aid bitki şöbəüstü. Mamırkimilər şöbəsinə hazırda yaşamaqda olan, həqiqi kökü olmayan, lakin yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar, bəsit quruluşlarında isə torpaq üzərinə səpilmiş tallomlar (qatları) olan bitkilər aiddir. Onlarda cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpır. Cinsi nəsil olan birinci nəsl ikinciyə üstünlük gəlir və ona nisbətən daha qüvvətli olur. Mamırkimilər hərəkət edən spermatozoidlər vasitəsilə mayalanır. Mamırkimilər şöbəsini qametofit nəslin morfoloji əlamətlərinə, rizoidlərin xarakterik quruluşuna, qutucuqların açılma xüsusiyyətlərinə, yayılma areallarına görə müasir sistematiklər 3 sinifə ayırır.
Məməlilər sinfi
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Pauropodlar sinfi
Pauropodlar (Pauropoda) sinfinin nümayəndələri çox kiçik canlılar olub (0.5 – 2.0 mm) bədəni 10 buğumdan ibarətdir. Birinci buğum ayaqsızdır. Digər buğumayaqlılardan fərqli olaraq bu sinfə aid olan növlərin gözləri, ürəyi və traxeyası yoxdur. Onlar dəri tənəffüsünə malikdir. Pauropodlar torpaqda, parçalanmış bitki qalıqları arasında yaşayıb onlarla qidalanır. Onlara çürümüş ağaçlarda da rast gəlmək olur. Bəzi növlər sinantrop olub bağlarda və istixanalarda məskən salır. Müxtəlifcinsli canlıdır. Dişi fərdmayalandıqdan sonra yumurta qoyur. Sürfələr puplaşır.
Sinfi mübarizə
Sinfi mübarizə anlayışı ilk dəfə Karl Marks və Fridrix Engels birlikdə yaratdığı Kommunist Manifesti adlı əsərində "İndiyə qədərki bütün cəmiyyətin tarixi, sinif savaşları tarixidr" demişdir. Marksa görə kapitalizmdə istehsal edici mövqedə olan ancaq bu mövqeyə qarşı istehsal vasitələrinin burjuaziyanın özəl mülkiyyətində olmasından ötrü istismar edilən işçi sinfinin bu istismardan qurtulması üçün burjuaziyanın iqtidarına son verməsi və istehsal vasitələrinin dövlət nəzarətinə keçilməsidir. Sinfi mübarizə, Marksist sinif teoriyasında və tarix anlayışında siniflər arası münasibətlərin müstəqil halı olaraq təsbit edilir. Marksist tarix anlayışına görə sinfi mübarizələr yalnız müəyyən bir andakı cəmiyyətin siniflər arasındakı mübarizəsi deyildir, əksinə o tarixin motorudur, yəni tarixi inkişafın və ilərləmənin dayağı ifadəsini siniflər arasındakı mübarizə tapır. Marksizmdə əsas olaraq."Tarix sinfi mübarizə tarixidir" fikri götürülür. Hər qabaqcıl sinif, müəyyən bir mərhələdə mürtəceləşir və mənfəətlərini mövcud olanın qorunmasında tapır. Marksist teoriyada Bu qaçınılmaz olaraq belədir. Marks bunun misalını burjuaziyanı, feodalizmi tövsiyə edərkən inqilabçı öz böyüklüyünü qurduqdan sonra mürtəce olaraq ortaya çıxar. Ancaq sınfi mübarizə bitməmişdir və onu məhv edəcək sinif burjuaziya ilə birlikdə doğulmuşdur. Yəni proletariat Sinfi mübarizənin qaynağı sosial iqtisadi şərtlər deyilən maddi cəmiyyət quruluşudur, yəni müəyyən bir andakı istehsal münasibətləri ilə mürtəce istehsalçılar arasındakı münasibət və ziddiyətlərin toplamı.
Sinur (Xoy)
Sinur (fars. سينور‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sinus (triqonometriya)
Koordinat başlanğıcından verilmiş bucaq istiqamətində buraxılmış şüanın, mərkəzi koordinat başlanğıcında yerləşmiş vahid çevrəni kəsdiyi nöqtənin kordinatına həmin bucağın Sinusu deyilir.
Ssifoidlər sinfi
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Bad (sinql)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Dangerous (sinql)
Dangerous — Maykl Ceksonun albomu.
Sürünənlər sinfi
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Thriller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Triller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Sinus taxikardiyası
Sinus taxikardiyası — sinoatrial düyündən yaranan elektrik impulslarının sürətinin artması ilə xarakterizə olunan yüksəlmiş sinus ritmi. Yetkinlərdə sinus taxikardiyası dəqiqədə 100-dən çox ürək dərəcəsi kimi müəyyən edilir. İnsanın istirahət zamanı ürək dərəcəsi dəqiqədə 60–90 döyüntüdür. Ürək qanla tam dolmur və qan axınının pozulması baş verir. Normal ürək döyüntüsü yaş və fiziki hazırlıq səviyyəsindən asılıdır: körpələrdə daha yüksək ürək döyüntüsü (dəqiqədə 110–150 vuruş), yaşlı insanlar isə daha aşağı olur. Sinus taxikardiyası, bədənin daha yüksək enerji və oksigen ehtiyaclarını ödəmək üçün ürək döyüntüsünün artdığı yükə normal cavabdır, lakin sinus taxikardiyası da sağlamlıq problemini göstərə bilər. Beləliklə, sinus taxikardiyası həm fizioloji həm də patoloji ola bilər. Taxikardiya çox vaxt simptomsuz keçir. Bu, əsas xəstəlik vəziyyətinin nəticəsidir və xəstəliyin şiddətinin göstəricisi ola bilər. Ürək dərəcəsi çox yüksək olarsa, mədəciklərin qanla doldurulma müddətinin nəzərəçarpacaq dərəcədə azalması səbəbindən ürək döyüntüsü azala bilər.
Pilonidal sinus
Pilonidal xəstəlik — adətən ombanın yanları arasında və tez-tez yuxarı ucunda bir kist şəklində meydana gələn bir dəri infeksiyası növüdür. Pilonidal sinus və ya dermoid sist, türk ədəbiyyatında qıl dönməsi büzdüm nahiyəsində dəriyə açılmış bir və ya bir neçə ədəd dəlik, dəlik(lər) ətrafı bölgədə qızartı, iltihab, şiş və ya abses tipində təzahür edən xəstəlikdir.
Sinfi əməkdaşlıq
Sinfi əməkdaşlıq cəmiyyətin sosial siniflər iyerarxiyasına bölünməsinin sivilizasiyanın müsbət və fundamental tərəfi olduğuna inamına əsaslanan sosial təşkilatlanma prinsipidir. Sinfi əməkdaşlıq faşizmin sosial arxitekturasının əsas sütunlarından biri hesab olunur. Benito Mussolininin sözləri ilə ifadə edilərsə, faşizm "insanlar arasında düzəldilməsi mümkün olmayan, səmərəli və faydalı bərabərsizliyi təsdiqləyir". Bu müddəa nəzərə alındıqdan sonra, faşistlər belə nəticəyə gəlmişdirlər ki, sosial iyerarxiyanı mühafizə etmək bütün siniflərin maraq dairəsindədir və buna görə də bütün siniflər onun müdafiəsində əməkdaşlıq etməlidirlər. Yəni ki, həm aşağı, həm də yuxarı siniflər öz rollarını qəbul etməli və öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Faşizm düşüncəsində sinfi əməkdaşlıq prinsipi ifrat millətçiliklə birləşdirilmişdir. Millətin sabitliyi və rifahı siniflər arasındakı mövcud olan əməkdaşlığın son məqsədi kimi görülmüşdür. Kommunistlər sinfi əməkdaşlığın ideoloji və əsas əleyhdarları olub, sinfi mübarizəni müdafiə edirlər və ümumiyyətlə bir sinifsiz cəmiyyət yaratmağın tərəfdarıdırlar. Sinfi mübarizə doktrinası aşağı sosial sinifləri sosial bərabərliyə nail olmaq üçün hakim sinif və mövcud ictimai strukturu devirməyə təşviq etdiyi halda, sinfi əməkdaşlıq təlimi aşağı sosial sinifləri sosial bərabərsizliyi təbii vəziyyətin bir hissəsi kimi qəbul etməyə və ictimai strukturu mühafizə edib saxlamağa sövq edir. Onlar həmçinin də belə fikirləşirlər ki, cəmiyyətdəki sinfi düşmənçiliyə qarşı dövlət tərəfindən təkbaşına mübarizə aparılır və bu mübarizə nəticəsində kommunizmə aparan konflikt tamamilə həll olunacaqdır.
Sinus (dəqiqləşdirmə)
Sinus bu mənaları ifadə edə bilər:
Sinus (riyaziyyat)
Koordinat başlanğıcından verilmiş bucaq istiqamətində buraxılmış şüanın, mərkəzi koordinat başlanğıcında yerləşmiş vahid çevrəni kəsdiyi nöqtənin kordinatına həmin bucağın Sinusu deyilir.
Sünbül
Sünbül (çiçək) — çiçək qrupu Sünbül (ulduz) — Qız bürcünün a ulduzu. Sünbülçiçək - sünbülçiçəkkimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Sınmu
Sınmu - Koreyalıların milli rəqsləridir. Koreyanın ən çətin və qəşəng rəqsi hesab olunur. Necə yarandığı haqqında məlumat yoxdur. Sınmunu rəqs edən rəqqaslar canqsam geyinirlər. Həmçinin rəqqasların böyük şlyapası olmalıdır. Canqsamın çox uzun ətəyi var. Ən vacib olan isə rəqsdə barabanın səsidir. Rəqs 8 mərhələdən ibarətdir. Rəqsin sakitliyi və axan hərəkətlərin bir-birini əvəz etməsi onun ən gözəl Koreya rəqsi olmasına səbəb olmuşdur. Rəqqasın uzun və ağ qolları hərəkətləri, ağ papağının sükunəti, nəfəs kisici bir fasiləsi və sonradan isə bir ruhun hərəkətə keçirici hərəkatı Sınmunun unikal edir.
Şinus
Şinus (lat. Schinus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi.
Qızılyarpaq sünbül
Təbii halda Çində və yaponiyada bitir. Hündürlüyü 5-8 m-ə qədərdir. Onların gövdəsinin hündürlüyü 15 m-ə qədər, diametrləri isə 6,5 sm-ə qədərdir. Gövdələri açıq-yaşıl rəngdədir, işıq düşən tərəfləri qızılı-sarı rəngdə görünür. Gövdə qınları töküldükdən sonra cavan gövdələrdə parlaq mum örtüyü olur. Yarpaqları sarı-yaşıl, xırdadır. Yazda vegetativ yolla, qələmlərlə və kolların bölünməsi ilə çoxaldılır. Yayda tez böyüyür, ona görə bambukun gövdələrini qışa yaxın torpağa əymək və üstünü örtmək lazımdır. Bitki əkildikdən sonra çox nəmişlik tələb edir. Məhsuldar torpaqlarda yaxşı bitir.
Sünbül (dəqiqləşdirmə)
Sünbül (çiçək) — çiçək qrupu Sünbül (ulduz) — Qız bürcünün a ulduzu. Sünbülçiçək - sünbülçiçəkkimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Sünbül (ulduz)
Sünbül — Qız bürcünün α ulduzudur. Sünbül ulduzunun vizual ulduz ölçüsü m=1,2, mütləq ulduz ölçüsü M=-2,2, spekrti B 1 V {\displaystyle B_{1}V} , parallaksı 0,021-dir. İşıqlığı 1000 Günəş işlığı, kütləsi 11 Günəş kütləsi, radiusu isə 2,5 Günəş radiusu tərtibindədir. Yerdən 300 i.i. uzaqlıqdadır.
Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Şinbun Akahata
Şinbun Akahata (yaponca: しんぶん赤旗, Hepbörn: Shinbun Akahata, "Qırmızı bayraq qəzeti") — Yaponiyada gündəlik qəzet, Yaponiya Kommunist Partiyasının mərkəzi orqanı. 1928-ci ilin fevralından nəşr olunur. İkinci Dünya müharibəsinədək "Sekki" adı ilə gizli çıxırdı. 20 oktyabr 1945-ci ildən Tokioda yenidən çıxmağa başlamışdır. 5 dekabr 1945-ci ildən "Akahata" adlanmışdır. Dəfələrlə təqibə məruz qalmışdır. 1950–1952-ci illərdə ABŞ səlahiyyətlilərinin əmri ilə bağlanmışdır. 1959-cu ildən istirahət günü nömrəsi də buxarılır.
Püstəyarpaq şinus
Püstəyarpaq şinus (lat. Schinus terebinthifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. Vətəni Cənubi-Şərqi Braziliya, Şimali Argentina və Paraqvaydır. ABŞ-in cənub ştatlarında, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Çində, Cənubi Afrikada, Sakit okean və Karib dənizinin adalarında yayılmışdır. Hündürlüyü 7–10 m olan, şaquli budaqlı kiçik ağacdır. Qısa, güclü budaqlı gövdəsi vardır. Yarpaqları uzunsov lansetvari, lələkvari, uzunluğu 10-22 sm-dir, 3-15 xırda yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları oval formalı, uzunluğu 3-6 sm, eni 2-3,5 sm, kənarları dişlidir. Xırda, ağ, çiçəkləri süpürgələrə yığılmışdır. Yumru giləmeyvəlidir, diametri 4–5 mm-dir, 1 toxumludur, qırmızı rənglidir.
Sallaq şinus
Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. Peru, Cənubi Braziliya, Uruqvay, Argentina və Çilidə təbii halda yayılmışdır. 1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır. Şaxtaya və quraqlığa davamlıdır. Abşeronda, Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında becərilir.