Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sivənd dili
Sivənd dili —Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki fars ostanında xüsusilə Sivənddə danışılır.
Kristallik sipər
Kristallik sipər (rus. кристаллический щит, ing. shield) — platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. "Sipər" termini E. Zyüss (1885), "Kristallik sipər" isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Silend
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Silene
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Simens
Siemens AG — Simens səhmdar cəmiyyəti dünya Simens-Konsernlərini birləşdirən, 190 ölkədə təmsil olunan alman konqlomeratı. 1847-ci ildə Verner fon Simens tərəfindən, Berlində yaradılmışdır. Hal-hazırda şirkətin 480.000 nəfərdən artıq işçisi və 87,325 Mlrd. avro ticarət balansı vardır. Şirkətin mərkəzi Almaniyanın Berlin şəhərində yerləşir. "Bloomberg.com".
Siena
Siena — İtaliyanın Toskana regionunda şəhər.
Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) 16 yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır.
Pənc Çeşmə körpüsü
Pənc Çeşmə köprüsü — Şərqi Azərbaycan ostanının Bünab şəhərində Sufiçay üzərində yerləşən Səfəvilər dövrünə aid tarixi abidə. Yerli əhali tərəfindən Beşgözlü körpü də adlandırılan Pənc Çeşmə köprüsü Şərqi Azərbaycan ostanının Bünab şəhərinin şərqində dairəvi yolun 1 kilometr məsafəsində Sufiçay üzərində yerləşir. Bu hissədə çayın eni 60 metrdən artıqdır. Körpünün tikilmə tarixi barədə dəqiq məlumat olmasa da, tarixçilər güman edir ki, körpü Səfəvi dövrü abidəsidir. Buna baxmayaraq bəzi tarixçilər körpünün Sasanilər dövründə inşa edilib, Səfəvilər dövründə isə yenidən bərpa edildiyi fikrini irəli sürürlər. Abidənin kim tərəfindən inşa edildiyi barədə məlumat yoxdur. Körpü 5 paralel tağ üzərində inşa edilmişdir. Bu tağlar daşqınlar zamanı körpünü aşmaqdan və dağılmaqdan qoruyur. Ortada yerləşən tağ digərlərinə nisbətən daha böyükdür. Körpünün uzunluğu 50 metr eni isə 4,8 metrdir.
Doktor Strenc
Doktor Strenc (ing. Doctor Strange) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Yaradıcıları Sten Li və Stiv Ditkodur. İlk dəfə 1963-cü ilin iyulundan çapdan çıxan "Qəribə hekayələr" komiksinin 110-cu sayında peyda olmuşdur. Keçmiş neyrocərrah olan Strenc Ali sehrbazdır və Yerin mistik təhlükələrdən qorunmasında vacib rol oynayır. İki mistik əşyadan istifadə edir: Levitasiya plaşı və Aqamotonun gözü. Nyu-York şəhərində yerləşən Sanctum Sanctorum binasından iqamətgahı kimi istifadə edir. Ən yaxın köməkçisi Vonqdur. 2008-ci ildə Doktor Strenc "Wizard" jurnalının "Bütün dövrlərin ən böyük 200 komiks personajı" siyahısında 83-cü yerdə, 2012-ci ildə isə IGN-in "Top 50 Qisasçı" siyahısında 33-cü yerdə göstərilmişdir. Personaj IGN-in "Top 100 komiks personajı" siyahısında 34-cü yerdə qərarlaşmışdır.
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Silene compacta
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
Silene hypanica
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
Silene italica
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene multifida
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene saponaria
Dərman sabunotu (lat. Saponaria officinalis) — qərənfilkimilər fəsiləsinin sabunotu cinsinə aid bitki növü. Bootia saponaria Neck. Bootia vulgaris Neck. Lychnis officinalis (L.) Scop. Silene saponaria Fr. ex Willk.
Silene viscosa
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silent Circle
Silent Circle — Almaniyanın Avro disko janrında ifa qrupudur. "Silent Circle" musiqi qrupu 1979-cu ildə Martin Tihsen, Aksel Braytunq və Yurqen Berens tərəfindən yaradılmışdı. Lakin qısa müddətdən sonra qrup dağılır. 1985-ci ildə köhnə triolar yenidən birləşir və "Hide Away — Man Is Coming!" mahnısını ifa edirlər. Həmin ildə "Touch in the night" mahnını ifa edərək Almaniya hit-paradının 15-ci mövqesində yer tuturlar. 1993-cü ildə "Best Of Silent" adlı kompilyasiyada əvvəlki ifa etdkləri mahnılarının remiks formasını çıxarırlar. 1994-cü ildə "Back" albomunda yeni mahnılar buraxılır. 2010-cu ildə isə qrupun son albomu olan "25 Years – The Anniversary Album" adlı albomu çıxır. 1986 "No.1" 1993 "Best Of Vol.
Silent Hill
Silent Hill (yap. サイレントヒル) — Keiichiro Toyama tərəfindən hazırlanan və "Konami" tərəfindən yayımlanan survival horror janrında olan oyun seriyası. İlk epizodu 31 yanvar 1999-cu ildə satışa buraxılmışdır. 2006-cı ildə oyun kinoekranizasiyası çəkilmişdir. Əsasən PlayStation platforması üçün buraxılan oyunun personal kompüter üçün emulyasiyasını da tapmaq mümkündür.
Silent Storm
Silent Storm (azərb. Səssiz Fırtına‎) — Norveçin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Simens körpüləri
Simens körpüləri — Azərbaycan Respublikasının Gədəbəy rayonunda 1879-cu ildə Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülər. Bu körpülərin sayı 7-dir. Onlardan bəziləri günümüzədək gəlib çatmış, bəziləri isə dağılmışdır. Salamat qalan körpülərdə isə, qismən dağılma müşahidə edilir. Bu körpülərdən ən məşhur olanını yerli sakinlər "Qanlı körpü" adlandırıblar ki, onun da faciəli tarixçəsi var. Belə ki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib. Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu viaduk nadir memarlıq nümunəsi hesab olunur. Abidə zaman-zaman həm insan, həm də təbiətin təsiri altında dağıntılara məruz qalır.
Sipehr Heydəri
Sipehr Heydəri (fars. سپهر حیدری‎, 19 iyun 1980, İsfahan, İran) — İran futbolçusu, Zob Ahan futbol klubunun müdafiəçisi.
Silene baccifera
Giləmeyvəli qoyunqulağı (lat. Silene baccifera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü.
Şiqeno Yasutsuqu
Şiqeno Yasutsuqu (重野安繹, 24 noyabr 1827, Sakamoto[d] – 6 dekabr 1910) – Yaponiya tarixçisi və Çin klassikləri üzrə alim. Seysay təxəllüsündən istifadə etmişdir. Şiqeno Yasutsuqu 1827-ci ildə Satsuma hanında doğulmuşdur. Edo şəhərində yerləşən və Tokuqava şoqunluğunun akademiyası olan Şoheykoda təhsil almışdır. Daha sonra Satsumada yerləşən Zoşikan məktəbində müəllimlik etməyə başlamışdır. 1863-cü ildə Kaqoşimanın Britaniya hərbi gəmiləri tərəfindən bombalanması hadisəsindən sonra sülh danışıqları üçün göndərilmiş nümayəndəliyin üzvü olmuşdur. 1868-ci ildə baş vermiş Meyci islahatından sonra Təhsil Nazirliyinə daxil olmuş, Tarixşünaslıq Ofisində tarixi qeydlərin toplanması və tərtibatı ilə məşğul olmuşdur. Ofis 1888-ci ildə Tokio Universitetinə daxil ediləndə o, universitetin tarix şöbəsini qurmuş və professoru təyin olunmuşdur. Yaponiya Tarix Cəmiyyətinə başçılıq etmiş, Perlər palatasına daxil olaraq siyasətlə də məşğul olmuşdur. Şiqeno Yaponiyada müasir tarix tədqiqatı metodunun qurucusudur.
Şizənd (Xürrəmdəşt)
Şizənd (az.-əbcəd. شیزَند‎, fars. شیزند‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 866 nəfər yaşayır (305 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Baltik sipəri və ya Baltik qalxanı
Frederik Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. == Həyatı == Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) 16 yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır. Təhsil illərində o, bir çox fortapiona əsərlərini hazırlayır.
Lipen buzlağı
Lipen buzlağı (bolq. ледник Липен, ‘Lednik Lipen’ \'led-nik 'li-pen\) — 5 km uzunluğu, 3.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Lipen şəhərinin adını daşıyır. == Yerləşməsi == Lipen buzlağı 64°29′15″ c. e. 63°16′30″ q. u. koordinatlarında yerləşmişdir. İliada buzlağından şərqdə, Resus buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Pənc Tan-i Şəhid (Sulduz)
Pənc Tan-i Şəhid (fars. پنج تن شهيد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (42 ailə).