Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gavurqala kilsəsi
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır. == Tarixi == Bazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır. Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir. G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” == Memarlıq xüsusiyyətləri == Bir nefli zal tipli xristian məbədi onun Narınqalasının qərb hissəsində aşkar olunmuşdur. Düzbucaqlı, uzunsov quruluşlu, şərq-qərb istiqamətli bu tikili şərqdə yarımdairəvi apsida ilə tamamlanır. İbadət otağının uzunluğu 11,95 m, eni 5,25 m-dir. Mehrab apsidası məbədin döşəməsindən 0,45-0,60 m yuxarıda yerləşir. Onun eni ibadət otağının eninə bərabərdir. Döşəmədən apsidaya daşdan inşa edilmiş 2 pillə ilə qalxmaq mümkündür. Аrxeoloji qazıntılar nəticəsində bu pillələrdən ancaq birinin qorunub saxlanıldığı müəyyənləşdıirilmişdir.
Göytəpə kilsəsi
Göytəpə kilsəsi — Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi. == Haqqında == Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi 1878-ci ildə tikilmişdir. Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan cənub bölgəsində bu kilsənin inşa edilməsi qərara alınıb. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Məhz elə buna görə kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır. Kilsə Turizm və Mədəniyyət Nazirliyinin sərəncamındadır. Yerli əhəmiyyətli abidə kimi 4177 saylı inventarla rəsmi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində hazırda Göytəpə şəhər kitabxanası yerləşdirilib.
Gədəbəy kilsəsi
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. == Tarixi == Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.
Harva kilsəsi
Harva kilsəsi — Ağdərə rayonunun Dovşanlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Abidə böyük qaya içində yonulmuş və hörgü ilə tamamlanmış iki zallı kilsədən ibarətdir. == Memarlıq xüsusiyyətləri == Dovşanlı kəndinin cənub hissəsində, böyük qayalığın altında yerləşən Harva kilsəsi bir-biri ilə əlaqəli mağaradan ibarətdir. Uğurlu inşaat işi sayəsində qarşı tərəfdən onlar bir-birindən ayrı iki sovməə kimi görünürlər. Daxildən isə onlar bir-birinə bitişik yarımqaya zal təsiri bağışlayrlar. Kilsə qarşısında qoyulmuş böyük hamar daş üzərində 1249-cu ilə aid yeddi sətirlik kitabə vardır. Kilsə monumental divar rəsmlərinə malikdir. Kilsənin apsidasında biri dairəvi digəri isə düzbucaqlı plana malik iki kilsə binası təsvir olunmuşdur.
Həvarilər kilsəsi
Həvarilər Kilsəsi — Türkiyəinin Qars ilinin Ani şəhər xarabalığında yerləşən qədim erməni kilsəsi. == Tarixi == Pahlavuni sülaləsi dövründə inşa etdirilmiş bu abidənin elə həmin dövrdə Ani patriarxları tərəfindən mərkəz kimi istifadə edildiyi güman edilir. Abidənin divarlarında nə zaman inşa olunması haqqında bir qeyd yoxdur. Kilsə divarlarındakı ən qədim yazı 1031-ci il tarixinə aiddir və Abuğamir Pahlavuninin kilsəyə torpaq bağışlamasından bəhs edir. Akademik N. Y. Marr Həvarilər kilsəsi və ona bitişik olan bidələr ərazisində arxeoloji qazıntıları 1909-cu ildə tamlamışdır və 1912-ci ildə kilsənin ən zəif hissələri və cənub narteks müəyyən qədər bərpa edilmişdir. Həvarilər kilsəsi ərazisində XX əsrin əvvəllərində aparılan qazıntılar zamanı əldə edilən nəticələrdən dövrümüzə bir şey çatmamışdır. Belə ki, baxımsızlıq üzündən bütün tapıntılar itirilmiş və ya məhv olmuşdur. Kilsənin zəmin planı memarlıqda "inscribed quatrefoil with corner chambers" olaraq bilinən tərzdə inşa edilmişdir. Başqa sözlə, düzbucaqlı planın içinə oturdulmuş dörd apisli iç quruluşun künclərdə əmələ gətirdiyi boşluqlar dörd şapellə doldurulub. Bu erməni abidələrində VII əsrdən sonra meydana gələn bir layihələşdirmə növüdür, lakin bu binada istifadə edilmiş naxışlar binanı XI əsrin ilk otuz ilinə aid etməyə imkan verir.
Kantur kilsəsi
== Haqqında == Nasirəddin Şahın Fransa səyahətlərindən sonra; İranda yol tikintisinə baxılmaqla, paytaxtı Avropaya bağlamaq üçün İran şəhərləri arasında magistral yollar çəkildi. Tehrandan Qəzvinə gedən avtomobil yolu Ağa Bağır İsfahani (Qəzvinin növbəti hakimi) tərəfindən tikilmişdir ; Ancaq Çar Rusiyası tərəfindən Qacar ​​hökumətinə bir müqavilə qoyulması ilə Qəzvinə gedən Ənzəli yolu, Anatoliy Nikolayeviç Bestelma adlı bir adamın idarə etdiyi Sığorta və Nəqliyyat Şirkəti adlı bir Rusiya yol inşaat şirkətinə; verilmişdir. İrandakı rəsmi fəaliyyətinin başlanğıcında, Rusiya Sığorta və Nəqliyyat Şirkəti, Qəzvinin indiki Talığani, Buəli, Müdərris və Xəyyam küçələrinin kəsişdiyi yerdə bir təsis kompleksi inşa etdi. Rus dilində "Kantur" adlanan tikili, ofis və idarəetmə deməkdir. Bu tikililərdən biri, rus işçilərinin dini inancları sayəsində kompleksin güneyində dini ibadət üçün tikilmiş, indi turistlərin yaxından görə biləcəyi bir sərgiyə çevrilmiş kiçik bir kilsədir. İndilikdə Qəzvində rusların yaşamamasından asılı olaraq, kilsə ibadət yeri deyil; qolbaq, üzük, boyun bağı, əl işi olan qab-qacaq və heykəlciklər və başqa bəzək əşyaları sərgilənərək satılır. == Memarlığı == Ölçülər baxımından dördbucaqlı planı olan və biri namaz salonunun mərkəzində, başqası qurbangahın üstündə daha kiçik iki böyük günbəzə sahib olan kiçik bir kilsədir. İstifadə olunan materiallar kərpic və harçdır, kərpiclər böyük sənətkarlıqla döşənmişdir və nəticədə çox gözəl bir tikili əldə edilmişdir. Kantur Kilsəsinin iki yanının divarlarında rus xaçları oyulmuş giriş qapısı var. Girişin yuxarı hissəsində balaca günbəzə aparan üç mərtəbəli zəng qülləsi var.
Katex kilsəsi
Katex kilsəsi - Katexçay şəlaləsindən bir neçə kilometr üzü dağlara doğru getdikdə Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsr alban kilsəsi. Kilsəyə getmək olduqca çətindir. Bir neçə kilometr mövcud dağ yolu ilə getdikdən sonra çətin dağ cığırlarından (heyvanların açdığı - ora insan nadir hallarda gedə bilər) keçmək, üç dəfə gur dağ çaylarından adlamaq lazımdır. Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun içinə düşüb. Divarlarının hörgüsü zamanı travertindən istifadə olunub.
Katolik Kilsəsi
Katolik Kilsəsi — rəhbərliyində Roma Papası duran dünyanın ən böyük xristian kilsəsi. Dünya katolik kilsəsi bir latın mərasimi kilsəsindən və iyirmi iki şərqi katolik kilsədən ibarətdir. Bunların hamısı Roma yepiskopu təkcə və ya Yepiskop kollegiyası ilə öz vəkaləti kimi sayır. Katolik Kilsəsinin İsa Məsih tərəfindən qurulduğuna inanılır (Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Matta 16.18)-Müqəddəs Kitab Kilsə keşişlərini həvarilərin varisləri kimi və Roma papasını müqəddəs Pyotrun varisi kimi görür. 1054-cü ildə İstanbul Patriarxı və Roma Papasının nümayəndələri arasında ayrılma baş verdi və bundan sonra birinci kilsə Pravoslav kilsə, yaxud Şərqi pravoslav kilsə, ikinci isə Katolik kilsəsi adlandırır.
Kilsədağ kilsəsi
Kilsədağ kilsəsi — Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban kilsəsinin qalıqlarıdır. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir. Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir. Kilsədağ məbədi onu Qafqaz Albaniyasının və ümumilikdə Cənubi Qafqazın digər dairəvi məbədlərindən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Kilsənin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən iki dairəvi tikili birləşir. == Tarixi == Kilisədağda Mitra (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi, mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı. Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.
Kipr Kilsəsi
Kipr Kilsəsi (yun. Ἐκκλησίας τῆς Κύπρου, türk. Kıbrıs Kilisesi) — Kiprdə yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Nikosiya şəhərindədir. II Xrizostom kilsənin indiki baş yepiskopdur.
Kiş kilsəsi
Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. == Tarixi == "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır. Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var. "Alban ölkəsinin tarixi"ndə göstərilir ki, "Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur.
Kopimizm Kilsəsi
Kopimizm Kilsəsi (isv. Kopimistsamfundet; ing. copy me - azərb. kopyala məni‎) — informasiyanın pulsuz paylaşımı inancı. == Tarixi == Kopimizm Kilsəsinin ruhani lideri və qurucusu fəlsəfə sahəsində təhsil alan İsak Gersondur. 2011-ci ilin yanvar yına olan məlumata görə Kilsənin 3000 üzvü var. == Əsas inancı == Kopimizm Kilsəsinin əsas inancı informasiyanın pulsuz paylaşımıdır. Kopimistlər bütün informasiya paylaşımlarının "müqəddəs" olduğuna və paylaşdıqca onların dəyərinin bir neçə dəfə çoxaldığına inanırlar. == Müqəddəs simvolu == Kopimistlər klaviatura üzərindəki "CTRL+C" və "CTRL+V" düymələrini öz dinlərinin müqəddəs simvolu elan etmişdir. == Rəsmi qəbulu == Bir ildən çox davam edən çalışmaların nəticəsində 2011-ci ilin dekabr ayında Kopimizm Kilsəsinin rəsmi olaraq yeni din kimi fəaliyyətinə ilk dəfə İsveç hökuməti tərəfindən icazə verilmiş və rəsmi olaraq tanınmışdır.
Kürmük kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib.
Kürmüx kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib.
Lüteran kilsəsi
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Ləkit kilsəsi
Ləkit məbədi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur. == Tarixi == İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.
Ləzgilər Kilsəsi
Kilsəli (digər tarixi adı Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Kilsəli kəndi dağətəyi ərazidədir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın Cardinsk rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. == Coğrafiyası == Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir.
Mamrux kilsəsi
Mamrux məbədi — Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi. Bəzi tədqiqatçıların fikrincə, kilsə Ay və Günəş tanrıları məbədi əsasında inşa edilmişdir. Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanmışdır. Lakin, digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxır. Məbədin planlaşdırma strukturu onu, üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu, onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz etmişdir, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınmışdır. == Tarixi == Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir.
Maruni Kilsəsi
Maruni Kilsəsi (ərəb. الكنيسة المارونيّة‎; lat. Ecclesia Maronitarum), və ya rəsmi adı ilə Əntakiyə Süryani Maruni Kilsəsi (ərəb. الكنيسة الأنطاكية السريانية المارونية‎; süry. ܥܕܬܐ ܣܘܪܝܝܬܐ ܡܪܘܢܝܬܐ ܕܐܢܛܝܘܟܝܐ) qədim xristian kilsəsidir, patriarxlıq statusuna sahib olan altı Şərqi Katolik kilsəsindən biridir. Tarixi kilsə icmalarının əksəriyyəti Suriyada və Kiprdə olduğu kimi Livanda da yerləşir. Marunilərin Livandan davamlı mühacirəti son illərdə Argentina, Braziliya, Amerika Birləşmiş Ştatları, Meksika, Avstraliya və digər əyalətlər və ölkələrin diasporalarında icmaların yaranmasına səbəb oldu. == Tarix == Livan Marunilərinin tarixi IV əsrin sonlarında, bir qrup şagirdin Müqəddəs Marun ətrafında toplandığı vaxtdan başlayır. Daha sonra Hələbdən Əntakiyəyə qədər bir yolda bir monastır inşa etdilər. V–VI əsrlərdə Mübarək Kirskinin Teodoretinin teoloji məktəbini qurduğu monastır, Xalkidon Kilsə Məclisinin xristologiya təlimini dəstəkləyərək Monofizitlərə və Miafizitlərə qətiyyətlə qarşı çıxdı.
Mazımçay kilsəsi
Mazımçay kilsəsi və ya Mazımgəray kilsəsi - Balakən rayonunun Mazımçay kəndi yaxınlığında yerləşən, zal-tağ formalı alban kilsəsidir. 4.7x4.7 metr ölçüyə malik olan kilsə əhəngdaşından inşa edilmişdir. Kilsə şərq fasadından baxdıqda beşbucaqlı formaya, daxildən isə nalformalı apsidya malikdir. G. Məmmədova qeyd edir ki, “...kilsənin bu cür memarlıq həlli Kiş kilsəsinin planını xatırladır, yeganə fərq, Kiş kilsəsinin apsidasının yarımdairəvi formaya malik olmasıdır.” Mazımgəray kilsəsini fərqləndirən əsas xüsusiyyət şərq divarı istisna olmaqla, hər divarında bir giriş qapısının (ümumilikdə üç qapı) yerləşməsidir. Planlaşdırma həlli, apsidanın nalformalı olması, inşaatda istifadə edilmiş yaxşı yonulmuş əhəng daşı tikilinin erkən orta əsrlərə aid olmasından xəbər verir. Gürcüstan tədqiqatçısı İ. Adamia “Sainqilo” adlı əsərində bu kilsə haqqında məlumat verərkən abidəni “Dzeli Çxoveli” adlandırır ki, bu da gürcü dilindən hərfi tərcümədə “kilsə sütun” anlamını ifadə edir.
Metexi kilsəsi
Metexi kilsəsi – Tbilisi şəhərində yerləşən və Tanrı anasının vəfatına ithaf edilmiş Gürcü pravoslav kilsəsidir. Kilsə, Metexi rayonu ərazisində, Kür çayı sahilindəki sıldırım qayanın üstündə yerləşir. Metexi kilsəsi Tbilisi şəhərinin əsas vizit kartlarından biri hesab olunur. Ehtimal edilir ki, bu ərazidə ilk kilsə çoxsaylı tikintilər aparması ilə məşhur olan çar Vaxtanq Qorasalının (V əsr) hakimiyyəti dövründə inşa edilmiş, kilsə yaxınlığında isə çarın sarayı olmuşdur. Müqəddəs Şuşanik (təxm 432-ci ildə vəfat edib) bu kilsədə dəfn edilmişdir. Onun külü, yepiskop Kirionun göstərişi ilə VII əsrdə Kolagir kəndindən Metexi kilsəsinə köçürülmüşdür. Yazılı mənbələrdə kilsə haqqında ilk məlumat XII əsrdə verilir. Həmin dövrdə kilsə ərazisinin qala divarları ilə möhkəmləndirildiyi, yaxınlıqda isə çar sarayının olması bildirilir. Çariça Böyük Tamaranın (1195) bu kilsədə ibadət etməsi haqqında da məlumat vardır. 1235-ci ildə monqolların Qafqaza yürüşü zamanı məbəd dağıdılır, lakin, 1278-1289-cu illərdə II Demetrenin hakimiyyəti dövründə kilsə yenidən bərpa edilmiş və həmin görünüşü ilə də dövrümüzə çatmışdır.
Milan kilsəsi
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Məsdərə kilsəsi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Oğuzlu kilsəsi
Oğuzlu kilsəsi — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığından 19 km Şimalda, Oğuzlu kəndi ərazisində qədim kilsə. Kilsənin orijinal ermənicə adı bilnmədiyindən yerləşdiyi kəndin adı ilə adlandırılmışdır. Həmçinin kilsənin nə zaman inşa edilməsi də məlum deyil. Kilsə divarındakı naməlum tarixli kitabə isə abidənin Hassan Gntuni adlı bir nəfər tərəfindən inşa etdirilməsi haqqında məlumat verir. Bu şəxs Kral Smbatın (890-914) dövründə Qarsın hakimi olmuşdur. Yazıda Kral Smbatın adının çəkilmədiyinə görə kitabənin X əsrin başında Qarsda baş vermiş üsyan nəticəsində şəhərin bir müddət Kral Smbatın hakimiyyəti altından çıxdığı dövrdə yazıldığı düşünülür. Dövrümüzə çatmayan başqa bir kitabədə isə kilsənin "şahzadələr şahzadəsi" Aşot Pahlavid tərəfindən bərpa etdirildiyi qeyd edilirmiş. Daha sonrakı bir tarixdə isə kilsənin Cənub-Qərb küncü çökdüyü düşünülür. Çünki, kilsə divarlarının bu hissəsi sonrakı tarixdə daha kiçik daşlarla yenidən inşa edilmişdir. Daş işçiliyinin bənzərliyindən eyni dövrdə bayır divarlarının yüksəldildiyi, girişlərə divar çəkildiyi, yada girişlərin ölçüsünün kiçildildiyi düşünülə bilər.
Pravoslav kilsəsi
Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir. 1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.
Klişe
Klişe (fr. Cliché) — uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya element. Mətbuatda termin, sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir üçün istifadə olunur.
Gənc qadının kişisi
== Məzmun == Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. == Film haqqında == Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Kilsəli
Kilsəli (digər tarixi adı Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Kilsəli kəndi dağətəyi ərazidədir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın Cardinsk rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. == Coğrafiyası == Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir.
Evin kişisi (film, 1978)
== Məzmun == Mövzusu müasir kənd həyatından götürülmüş bu filmdə gənclərin məhəbbətindən, məhəbbətə xəyanətdən, insan mənəviyyatının təmizliyindən bəhs olunur. == Film haqqında == Film yazıçı İsi Məlikzadənin povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu operator Kənan Məmmədovun bədii kinoda ilk işidir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Rejissor: Əşrəf Mamayev Montaj: Tamara Nərimanbəyova Geyim rəssamı: A. Əliyev Qrim rəssamı: Firuzə İsmayılova Rejissor assistentləri: Adil İsmayılov, Ş. Əliyeva Operator assistentləri: T. Əlizadə, A. Dadaşov İşıq ustası: Məhəmməd Hacıyev Redaktor: Çingiz Qaryağdı Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Nəriman Axundov === Rollarda === Elza Beaşimova — Əntiqə Fərhad İsrafilov — Rövşən Ömür Nağıyev — Pənah Barat Şəkinskaya — Rövşənin anası Sadıq Hüseynov S. Rəsulova Məlik Dadaşov Əliağa Ağayev Sofa Bəsirzadə Əliabbas Qədirov — Mansur M. Sadıxov Zemfira Sadıqova — Ana Hacı İsmayılov — balıqçı B. Əliyev M. Kərimov A. Quliyev Ötkəm İsgəndərov == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414.
Gənc Qadının Kişisi (1988)
Gənc qadının kişisi (film, 1988)
== Məzmun == Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. == Film haqqında == Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.