Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lumbar
Tibb elmində L2 adı ilə qeyd edilmiş olan və ayrıca olaraq “İkinci Bel” olaraq da tanınan bədənin bir parçası. Epidural anesteziyada “uyuşan” (ağrı hissi ortadan qalxan) bölgələr T10 (onuncu döş qəfəsi (Thoracal) fəqərəsi) - bu L2 (ikinci bel (Lumbar) fəqərəsi) arasında qalmış olan dermatom bölgələrdir.
Aleksandr Klumberg
Aleksandr Klumberg — Estoniyalı yüngül atlet. Aleksandr Klumberg 1924-cü ildə Paris şəhərində baş tutan VI Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. == Həyatı == Aleksandr Klumberg 17 aprel 1899-cu ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. == Karyerası == Aleksandr Klumberg birinci dəfə Yay Olimpiya Oyunlarına 1920-ci ildə qatıldı. 1920-ci ildə Yay Olimpiya Oyunlarında nizə atma yarışlarında Aleksandr Klumberg 5-ci, beş növçülük yarışlarında isə 8-ci yeri tutdu. Aleksandr Klumberg növbəti dəfə Yay Olimpiya Oyunlarına 1924-cü ildə qatıldı. O 1924-cü ildə Fransanın Paris şəhərində baş tutan VI Yay Olimpiya Oyunlarının onnövçülük yarışlarında yalnızca Amerika Birləşmiş Ştatlarının idmançılarından geri qalaraq 1924 Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı. Aleksandr Klumberg Daxili İşlər Xalq Komisarlığı tərəfindən 1944-cü ildə həbs edildi. 1956-cı ildə isə azadlığa buraxıldı. Aleksandr Klumberg 10 fevral 1958-ci ildə 58 yaşında Tallin şəhərində dünyasına dəyişdi.
Eugenia plumbea
Eugenia plumbea (lat. Eugenia plumbea) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Leucopternis plumbea
Cryptoleucopteryx plumbea (lat. Cryptoleucopteryx plumbea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin cryptoleucopteryx cinsinə aid heyvan növü.
Maykl Blumberq
Maykl Rubenz Blumberq (ing. Michael Rubens Bloomberg;14 fevral 1942[…], Boston) — Amerikalı iş adamı, siyasətçi, xeyriyyəçi və yazıçıdır. "Bloomberg L.P"-nin müəyyən hissəsinin sahibi və həmtəsisçisidir. 2002-ci ildən 2013-cü ilə qədər Nyu-York şəhərinin meri olub və 2020-ci ildə Demokratik prezidentliyə namizəd idi. Blumberq Massaçusets ştatının Medford şəhərində anadan olub,Cons Hopkins Universiteti və Harvard Biznes Məktəbini bitirib. Karyerasına 1981-ci ildə öz şirkətini qurmadan əvvəl "Salomon Brothers"-ın qiymətli kağızlar brokerliyində işləməyə başlamışdır. Bu şirkət, "Bloomberg L.P." , "Bloomberg Terminal" ilə tanınan maliyyə məlumatları, proqram təminatı və media firmasıdır. Blumberq iyirmi ilini SEO və baş direktor olaraq keçirdi. 2019-cu ildə Forbes təxmini 55,5 milyard dollar xalis dəyəri ilə onu dünyanın 9-cu ən varlı adamı olaraq sıraladı. The Giving Pledge yaradılandan sonra, Blumberq bu xeyriyyə şirkətinə 8.2 milyon dollar vəsait ianə verdi.
Cryptoleucopteryx plumbea
Cryptoleucopteryx plumbea (lat. Cryptoleucopteryx plumbea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin cryptoleucopteryx cinsinə aid heyvan növü.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Sauber F1
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Sauber Motorsport
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Sumbar çayı
Sumbar çayı - Türkmənistanın cənubunda və İranın şimalında sürətlə axan çay, Ətrak çayının qolu. 1954-cü ilin yanvarında sonunda fərd öldürülənə qədər yaxın çevrələr Türkmənistanda Xəzər pələnginin yaşadığı ərazi idi. Sumbar 245 km (152 mil) uzunluğundadır. İranın Kopet dağlarından başlayır və Türkmənistana doğru axır. Sumbar Ətrak çayına daxil olana qədər uzun bir müddət ərzində ondan Marabeh adlanan bir sıra təpələrlə ayrılır.
Summer Kisses
Summer Kisses (azərb. Yay öpüşləri‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Quercus suber
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
My Number One
"My Number One" — 2005 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.
Number Ones (albom)
Number Ones — Maykl Ceksonun albomu.
Charles Sumner Tainter
Çarlz Samner Teynter (25 aprel 1854, Vatertaun[d], Massaçusets – 20 aprel 1940[…], San-Dieqo, Kaliforniya) — Amerikalı elmi alət istehsalçısı, mühəndis və ixtiraçı. Aleksandr Qreyam Bell, Chichester Bell, Alexander'in qayınatası Gardiner Hubbard ilə əməkdaşlıqları, Tomas Edisonun fonoqrafında əhəmiyyətli təkmilləşdirmələr nəticəsində Qrammofon -nun ilkin versiyası olan diktofonu yaratması ilə tanınır. Karyerasının irəliləyən dövrlərində Qərbi Virciniyadakı Beynəlxalq Qrafofon Şirkəti ilə olan əlaqələri və həmçinin öz tədqiqat və inkişaf laboratoriyasını idarə etməsi Tainter -a "Danışan Maşının Atası" (yəni fonoqrafın atası) titulunu qazandırdı.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Şelimber döyüşü
Şelimber döyüşü — 18 oktyabr 1599-cu ildə Mixay Cəsurun (rum. Mihai Viteazul) başçılıq etdiyi valaxiya ordusu və Andraş Batorinin başçılıq etdiyi transilvaniya-macar ordusu arasında Şelimber kəndi tərəfdə (Sibiu yaxınlığında) baş verən döyüş. 1950-ci sonlarında valaxiya hökümdarı Mixay Cəsur osmanlılar döyüşmək üçün Transilvaniyaya yollandı. Eyni zamanda qonşu hökümdarlar transilvaniyalı Andraş Batori və moldaviyalı Ieremia Movilya Polşa dövləti ilə dostluq edirdilər. 1598-ci ildə Mixay osmanlılarla sülh müqaviləsi imzaladı, ancaq hər iki tərəf anlayırdı ki, münaqişə hələ bitirilməmişdir. Transilvaniya knyazlığı Osmanlılarla dostluq münasibətlərini saxlayan Polşa dövlətinin təsiri altına düşəndə, Valaxiyanin ətrafında düşmənlərin mövqeyiləri daha da gücləndi. Yalnız Habsburqlar Mixay ilə birləşməyə hazır idilər. 9 iyun 1598-ci ildə Praqada bağlanan müqavilənin nəticəsində Valaxiya Müqəddəs Roma İmperiyasının vassal dövlətinə çevrildi, əvəzində imperator Mixayın 5 000-lik muzdla tutulan döyüşçünün xərclərini qarşılamaq öhdəsini götürdü. Mixay ittifaqı bərkitməyə qərar verdi və imperator Rudolfun razılığı ilə Transilvaniyaya hücuma başladı.
Şlümberje qardaşları
Konrad Şlümberje (2.10.1878, Gebviller – 9.5.1936, Stokholm) və Marsel Şlümberje (21.6.1884, Şlümberje – 9.5.1953, Vall Riç monastırı, Sent-Uan-lePen) — ixtiraları ilə geofizika və neft sənayesində böyük uğur gətirmiş mühəndislər. Onların kəşfiyyat və quyu geofizikası sənayesində etdikləri kəşflər Şlümberje və ümumiyyətlə dünya geofizikası sənayesinin başlanğıcı sayılır. Konrad və Marsel Fransanın Elzas əyalətində zəngin fransız protestant ailəsində dünyaya göz açmışdılar. Ataları Pol Şlümberje varlı toxucu ailəsindən idi. Anaları Marqarita Vit isə siyası fəal idi. Qardaşar anadan olan ildə, Elzas Almaniyanın tərkibində idi. Valideynlər qardaşları Parijə oxumağa göndərmək qərarına gəlirlər. Konrad fizik, Marsel isə mühəndis təhsili alırlar. Konrad ilk illərdə Rodej və Tuluzada mədən mühəndisi kimi çalışır. 1912-ci ildə artıq Paris dağ-mədən institutunn professoru adını almış Konrad metal filəz yataqlarının süxurların elektrik keçiriciliyi əsasında axtarış və kəşfiyyatı ideyası ilə çıxış edir.
International Securities Identification Number
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
International Standard Serial Number
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Lui Lümyer
Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[…], Bezanson – 6 iyun 1948[…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. == Həyatı == Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi.
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Ləmbər (Meşkinşəhr)
Ləmbər (fars. لمبر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 562 nəfər yaşayır (161 ailə).
Ogüst Lümyer
Ogüst Lümyer (fr. Auguste Louis Marie Nicholas Lumière, 19 oktyabr 1862[…], Bezanson – 10 aprel 1954[…]) — Kinematoqrafiyanın banisidir. Lui Lümyerin doğma qardaşıdır. Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olmuşdur. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoapparat ixtira etdi. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Ogüst Lümyer 1954-cü ildə 10 aprel tarixində vəfat etmişdir.
Səpələnmiş ölümlər arasında
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Faruq Sümer
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Faruq Sümər
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Kiş (Şumer)
Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi.
Orxan Sümer
Orxan Sümer (2 mart 1963, Adana) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Orxan Sümer 2 mart 1963-cü ildə Adana ilində anadan olub. Ticarətlə məşğul olub, yanacaqdoldurma məntəqəsi rəhbəri olub və inşaat sahəsində çalışıb. Adana Ticarət Palatası, Adana Atlı Spor Klubu, Adana Dəmirspor Klubu, Adana Çuxurova Klubunda üzv olaraq təmsil olunub. Siyasətə 1987-ci ildə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Yüreğir ilçə sədri, CHP Adana il İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. 2001-2004-cü və 2011-2014-cü illərdə CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü olub. Evli və 2 uşaq atasıdır.
Number Ones (Maykl Cekson albomu)
Number Ones — Maykl Ceksonun albomu.
The Number of the Beast (albom)
The Number of the Beast ingilis ağır metal qrupu Iron Maiden -in üçüncü studiya albomudur. 22 mart 1982-ci ildə Böyük Britaniyada EMI Records və ABŞ-də Harvest və Capitol Records tərəfindən yayımlanmışdır. Albom vokalist Bruce Dickinson ilə ilk, zərb qurğusunda ifa edən Clive Burr ilə isə sonuncu albom idi.İngiltərədə siyahılara 1 nömrədən daxil olan ilk ağır metal albomu olmuşdur.İngilis musiqi jurnalı "Kerrang!" tərəfindən hazırlanan "Ölmədən əvvəl dinləməli olduğunuz 100 albom" siyahısında The Number of the Beast 36.yeri tutmuşdur.Q jurnalının isə "Bütün vaxtların ən sərt 50 albomu" siyahısına daxil olmağı bacarmışdır. The Number of the Beast tənqidi və kommersiya uğuru ilə qarşılandı və qrupun Böyük Britaniya Albomları Qrafikində birinci yerə çıxan və ABŞ Billboard 200 -də ilk 40-a çatan ilk albomu oldu. Albomda mövcud olan" Run to the Hills " və " The Number of the Beast " sinqlları qrupun İngiltərədə ilk 10-luğa daxil olan ilk parçaları idi. Albom, qapağında və daxilindəki mahnıların başlıqlarında dini istinadlar olması səbəbi ilə əsasən ABŞ-də olmaqla bir çox yerdə tənqidə məruz qaldı.