şumaltı
şumercə
OBASTAN VİKİ
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Kiş (Şumer)
Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi.
Şumer dili
Şumer dili (𒅴𒂠 eme-ĝir), beynəlxalq qəbul olunmuş adı Sümer dili — e.ə. IV–III minilliklərdə Mesopotamiyanın cənubunda danışılmış və insan tarixində ilk dəfə sistemli yazıya alındığı hesab olunan dil. E.ə. XX əsrdə akkad dilləri tərəfindən sıxışdırılıb çıxarılsa da Əhəməni İmperiyasının Babilistan işğalınadək dini, elmi və yaradıcılıq dili kimi mövcud olmuşdur. Sümer dilinin təsnifatlaşdırılması böyük elmi dartışmalara səbəb olub. Buna baxmayaraq, Sümer dili, tərəddüd edilməyən bir sıra fundamental xüsusiyyətlərinə görə Ural-Altay dil ailəsinə bənzəyir: 1. qrammatik cinsi yoxdur. 2. sözlər, kök və ona birləşən şəkilçilərin köməyilə yaradılır. 3.
Şumer mifologiyası
Şumer mifologiyası — Şumer xalqının tarixi kökləri, ilkin dünyagörüşü, ibtidai məişət tərzi, qədim adət-ənənələri, mənəvi həyatının başlanğıcını tərənnüm edir. Qədim sivilizasiya. eyni zamanda, Şumer-akkad mədəniyyətini də əhatə edir. Bu mədəniyyət b.е.ə. IV minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən Mesopotamiya (yunanca, "iki çayarası" deməkdir) adlanan ərazidə yaranmışdır. Bu ərazidə b.е.ə. III minillikdə şimal hissədə akkadlar, cənubda isə şumerlər öz dövlətlərini yaratmağa başlamışlar. Lakin bir müddətdən sonra bu səltənət əmmarilər tərəfindən dağıdılaraq, onun yerində yeni dövlət yara-dıldı və Babilistan bu dövlətin paytaxtı elan edildi. Beləliklə, şumerləri, akkadları, əmmariləri, elariləri və bu ərazidə yaşayan digər xalqları birləşdirən qədim Babilistan səltənəti yarandı. Hammurapinin hökmranlığı dövründə (е.ə.
Şumerlər
Şumerlilər və ya şumerlər (özünüadlandırma: şum. sag-gig-ga — «qarabaşlılar») — Cənubi Mesopotamiyanın (indiki İraq ərazisi) qədim əhalisi. Şumer dilində danışırdılar və Şumer dövlətini yaratmışdılar. Sivilizasiyanın yaranması, yazının yaranması, qədim Mesopotamiyanın ilk şəhər və dövlətləri ənənəvi olaraq onlarla əlaqələndirilir. Şumerlərin mənşəyi və dilinin qohumluğu müəyyən edilməmişdir. Hal-hazırda şumer dili heç bir məlum dil ailəsinə aid deyil. Şumerlərin Cənubi Mesopotamiyada olması, yazının icad edildiyi eramızdan əvvəl 4-3-cü minilliklərin başlanğıcından etibarlı şəkildə qeyd olunur. Bununla belə, onların daha əvvəl həmin ərazilərdə, o cümlədən Ubeyd icmaları arasında mövcudluğu ilə bağlı fərziyyələr var. Eyni zamanda, linqvistik məlumatlar göstərir ki, tarixin başlanğıcında şumerlilər müəyyən bir erkən əhali ilə təmasda idilər, onlardan mədəni terminləri, toponimləri, iqtisadi nailiyyətləri və bəzi dini inancları götürmüşdülər. Mesopotamiyada samimənşəli akkad dilinin dialektlərinin yayılması ilə şumer dili tədricən istifadədən çıxmışdır.
Şumercə
Şumer dili (𒅴𒂠 eme-ĝir), beynəlxalq qəbul olunmuş adı Sümer dili — e.ə. IV–III minilliklərdə Mesopotamiyanın cənubunda danışılmış və insan tarixində ilk dəfə sistemli yazıya alındığı hesab olunan dil. E.ə. XX əsrdə akkad dilləri tərəfindən sıxışdırılıb çıxarılsa da Əhəməni İmperiyasının Babilistan işğalınadək dini, elmi və yaradıcılıq dili kimi mövcud olmuşdur. Sümer dilinin təsnifatlaşdırılması böyük elmi dartışmalara səbəb olub. Buna baxmayaraq, Sümer dili, tərəddüd edilməyən bir sıra fundamental xüsusiyyətlərinə görə Ural-Altay dil ailəsinə bənzəyir: 1. qrammatik cinsi yoxdur. 2. sözlər, kök və ona birləşən şəkilçilərin köməyilə yaradılır. 3.
Şumerlilər
Şumerlilər və ya şumerlər (özünüadlandırma: şum. sag-gig-ga — «qarabaşlılar») — Cənubi Mesopotamiyanın (indiki İraq ərazisi) qədim əhalisi. Şumer dilində danışırdılar və Şumer dövlətini yaratmışdılar. Sivilizasiyanın yaranması, yazının yaranması, qədim Mesopotamiyanın ilk şəhər və dövlətləri ənənəvi olaraq onlarla əlaqələndirilir. Şumerlərin mənşəyi və dilinin qohumluğu müəyyən edilməmişdir. Hal-hazırda şumer dili heç bir məlum dil ailəsinə aid deyil. Şumerlərin Cənubi Mesopotamiyada olması, yazının icad edildiyi eramızdan əvvəl 4-3-cü minilliklərin başlanğıcından etibarlı şəkildə qeyd olunur. Bununla belə, onların daha əvvəl həmin ərazilərdə, o cümlədən Ubeyd icmaları arasında mövcudluğu ilə bağlı fərziyyələr var. Eyni zamanda, linqvistik məlumatlar göstərir ki, tarixin başlanğıcında şumerlilər müəyyən bir erkən əhali ilə təmasda idilər, onlardan mədəni terminləri, toponimləri, iqtisadi nailiyyətləri və bəzi dini inancları götürmüşdülər. Mesopotamiyada samimənşəli akkad dilinin dialektlərinin yayılması ilə şumer dili tədricən istifadədən çıxmışdır.

Digər lüğətlərdə