Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saadilər
Səədi sultanlığı və ya Səədilər (ərəb. سعديون‎ — sa‘adiyūn‎) 1509-dan 1659-a qədər Məğribdə (Mərakeş) hökmranlıq etmişdilər. 1509-1554-cü illərdə Mərakeşin cənubunu, sonra 1603-cü ilə qədər bütün Mərakeşi, daha sonra yalnız Fəs və Marakeş bölgələrini idarə etmişdilər. Saadilər əsillərinin Məhəmməd peyğəmbərdən gəldiklərinə inanırdılar. Saadilərin əcdadı Yambu şəhərindən Məhəmməd an-Nafsa az-Za-kiyidir - Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin nəvəsi. XVI əsrin əvvəllərində Dra çay vadisində Taqmadertdə yaşayırdılar. Onların ata yurdu Zaqoradan 10 km şimalda yerləşən Ksar Tiji qalası hesab olunur . Saadilərin siyasi rəqibləri onların İmam Həsənin nəslindən olmasını qəbul etmirdilər. Onların əcdadlarını Məhəmməd peyğəmbərin südanası Həlimə bint Abi Zu'ayb'a bağlayırdılar . Saadilər Məğribdə sufizmi yayırdılar.
Bodilər
Mekanlar və ya Meenlər – Efiopiyanın cənub-qərbində yaşayan etnik azlıq. 1998-ci ildə aparılmış sorğuya əsasən Efiopiyada 56.585 mekan yaşayır. Xalqın danışdığı dil Nilo-Saxara dil ailəsinin Surmi qoluna daxil olan Meen dilidir. İki əsas xalqdan ibarətdir: dağlıq bölgədə yaşayan Tişana xalqı (aqrikulturalistdirlər) və düzənlikdə yaşayan Bodi xalqı (köçəri həyat tərzi keçirirlər). == Həyat tərzi == Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər. Qarğıdalı, qəhvə və kalış kimi bitkilər becərməyə üstünlük verirlər. Köçəri həyatı heyvanlardan öyrənib. Heyvanlar fəsil dəyişkənliyi zaman yer dəyişdirdikdə qəbilə də onlarla birlikdə köçür. Bunun sayəsində onların qanı ilə qidalanırlar.
Todilər
Todilər (lat. Todidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Soqdiylar
Soqdianalılar və ya soqdlular — Soqdiana əhalisi, Zərəfşan vadisində yaşayırdılar. Müasir Buxaradan Xocəndə qədər yayılmışdılar. Miladdan öncə ikinci əsrdən Çində Tanq sülaləsinin sona çatdığı miladdan sonra X əsrə qədər İpək yolu ticarəti böyük faizlə Soğdluların əlindəydi . Bu çox geniş və vəhşi coğrafiyadakı yolçuluqların başarılmasında karvansara sisteminin çox önəmli bir rolu vardı. İpək yolu, miladın ilk minilliyində uyqarlıqların bir-biriylə tanışmasında və bir-birini zənginləşdirmədə oynadığı rolu və işləvi, ikinci minillikdə itirmişdir. VIII əsrin əvvələrində İrandan daha şərqə irəliləyən Ərəb-İslam ordularının Soqdiananı ələ keçirməsinin ardından miladdan sonra 1000-ci illərdə Təkləməkan çölünün qərbindəki şəhərlər İslam dinini qəbul etmişdi. Əski Çin qaynaqlarına görə İpək yolunun rotası öncə ikiyə, ardından Sui və Tanq sülalələri dönəmində şimal, orta və cənub olmaq üzrə üçə çıxmışdı . Soğdluların İpək yolu güzərgahındakı yüksəlişləri, miladdan sonra IV əsrdən etibarən Soqdianadan şərqə, öncə Çaç (bugünkü Daşkənd) və Səmireçeyə (bugünkü Şərqi Özbəkistan) və daha sonra Çinə doğru yayılmaları ilə başlamış, Avrasyanın önəmli bir yer alan vahələrdəki yerləşim mərkəzlərinə karvanlarla ticari mallarI daşıyan sarvanlar fenotip, dil və mədəniyyat baxımından şübhəsiz bir-birlərindən olduqca fərqliydilər. Səid ibn Əmr əl-Həraşinin Xorasan valiliyinə təyin edilməsi, öncəki vali zamanında cizyə və xərac vergilərini ödəməyən və valiyə qarşı türklərlə iş birliyi quran Soğdluları əndişəyə saldı. Soğdlular, məlikləri Gurəkin qəbul etməməsinə baxmayaraq yurrlarını tərk edərək Fərqanə hökmdarından sığınma istəyində oldular.
Şindilər
Şindilər – Gürcüstanın Dmanisi rayonunda yerləşən kənd. Şindilər kəndi Şindi dağının ətəyində yerləşir. Şindi dağı Dmanisi (Başkeçid) rayonunda yüksək dağlardan biridir. Onun hündürlüyü dəniz səviyyəsindən 2050 metr yüksəklikdədir. Şindilər kəndi isə 1350 metr yüksəklikdədir. Şindilər kəndi Suludərə və Tağlı çaylarının arasında, Dmanisi qəsəbəsindən 4 km aralıda yerləşir. Şindilər - mənsub olduğu millət Azərbaycan türkü. Başkeçid rayonunda məskunlaşmışlar. Başkeçid 1947-ci ildən Dmanisi adlanır. Başkeçid Gürcüstanın Borçalı mahalında yerləşir.
Sugar*Soldier
Sugar Soldier (シュガー*ソルジャー, Shugā Sorujā) — Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" (azərb. "Sabahın xeyir, Ulduz"‎) verilişi çərçivəsində yayımlanmışdır. 15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır. Makoto Kisaraqi (如月 麻琴, Kisaragi Makoto) Səsləndirən: İnori Minase Şun İriya (入谷 瞬, Iriya Shun) Səsləndirən: Ryota Osaka Uki Morinaqa (森永 雨季, Morinaga Uki) Nanami Shirayuki (白雪 ななみ, Shirayuki Nanami) Rika Kisaraqi (如月 莉華, Kisaragi Rika) İssey Yusa (遊佐 一誓, Yusa Issei) Vatase (渡瀬, Watase) Tsukkomi Usaqi (ツッコミうさぎ, Usagi Tsukkomi) Manqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
Sugar Soldier

Soldier of Love
Soldier of Love – ingilis R&B və soul qrupu Sadenin çıxardığı sinql. Sinqlın dünya təqdimatı 8 dekabr, 2009-cu il tarixində keçirilib. Mahnı Sadenin on illik fasilədən sonra səbirsizliklə gözlənilən və 8 fevral 2010-cu ildə təqdimatı keçirilən onuncu studio albomu Soldier of Lovedan olan ilk sinqldır. Mahnının Billboard Hot 100-də debütü 54-cü yerdə olub. Mahnı Sade Adu və qrupun digər üzvləri tərəfindən birgə yazılıb. Sinql Billboard R&B chartsda dekabrın doqquzunda 45-ci yerdə debüt edib. Bir neçə gün sonra isə Şadenin rəsmi web saytında ictimaiyyətə təqdim edilib. Mahnı həmçinin ABŞ teleserialı Lostun sonuncu, altıncı sezonunda soundtrack kimi istifadə edilib. Mahnının klipinin rejissoru Britaniya rejissoru Sophie Mullerdir. Klipdə səhrada rəqs edən və hərbi yürüş keçirən əsgərlər təsvir olunub.