Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müdir xoşbəxt sonluq istəyir
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Patron xoşbəxt sonluq istəyir (film, 2014)
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Sancaq
Sancaq — inzibati vahid kimi işlədilmişdir. Türk dillərində əvvəlcə quberniya, sonra bayraq kəlmələrinin sinonimi olub. Canişin yerinə, sancaqbəyi işlətilmişdir. Rayon müəyyən radiusda olan ərazini əhatə etdiyi kimi, görünür, sancaq da sancıldığı yerdə müəyyən ərazini bildirmək anlamı ilə bağlı olub. Kağız vərəqlərini bir-birinə bəndləmək üçün dəmirdən düzəldilmiş ucu iti dəftərxana gərəyi. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan olan müxtəlif ölçülü və formalı qadın bəzəyinə də sancaq deyilir.
Sonchus
Sonchus (lat. Sonchus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Səlcuq
Səlcuq bəy Dukak oğlu Qınıq (türk. Selçuk Bey, türkm. Seljuk Beg Dukak, 960-1009) — Səlcuqlu sülaləsinin banisi, oğuz bəyi. == Həyatı == Türkmənləri dünyaya tanıtdıran ən böyük şəxsiyyət Səlcuq bəy və onun övlad və nəvələri olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan Səlcuq bəy peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxanlı Türk dövləti ilə savaşmış, Qəznəvi Türklərini - Qəznəviləri məğlub etdikdən sonra tarixdə məşhur Səlcuqlu dövlətini qurmuşdur. Səlcuqlu dövləti Səlcuq bəydən sonra da övlad və nəvələri tərəfindən zaman-zaman genişlənmiş, Türküstanın böyük bir qismi ilə yanaşı, Farsistan, Xorasan, Azərbaycan, Gürcüstan, İraq, Anadolu və bütün Ön Asiyanı öz hakimiyyətləri altına alaraq müəzzəm bir İmperatorluq qurmuşlar. XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq Bəyin oğulları Arslan, Yusif, Musa, nəvələri Toğrul, Çağrı, nəticələri Alp Arslan, Məlik şah və başqaları bir neçə dövlət qurmuş, bu dövlətlərdən bəziləri[hansı?] Böyük Səlcuqlu İmperatorluğuna tam bağlı olmuş, bəziləri isə müstəqil dövlətlər olmuşlar. Tarixdə Səlcuq Bəyin nəvələri olan Toğrul və Çağrı Bəylərin türkmən topluluğuna səlcuqlular, oğlu Yusif Yınalın topluluğuna isə Yınallılar deyilmişdir. Böyük Səlcuqlu Türk sultanı Toğrul bəy Abbasi Xəlifəsi Əl-Qaim bi-Əmrullahın dəvəti ilə Türkmən-Oğuz boylarından ibarət müəzzəm bir ordu ilə Bağdada daxil olmuşdu. Tarixçilər[kimlər?] göstərirlər ki, Türk və Oğuzlardan təşkil olunan 120 minlik Səlcuqlu ordusunun Bağdada girməsi Xilafət mərkəzində bir həyəcan dənizini andırırdı.
Tozcuq
== Tozcuq hüceyrəsi == Tozcuq hüceyrəsi bitkinin çiçəyindəki erkəkciyin tozluğunda yerləşir və orada yaranır. Tozcuq tam inkişaf etdikdə erkəkcik tozluğu yırtılır və tozcuq hüceyrələri dişicik ağızcığına düşür. Bu proses Tozlanma prosesi adlanır. Tozcuq - birhüceyrəli, bəzən çox¬hüceyrəli, tozcuq dənələri adlanan əmələgəlmələr: toxumlu bitkilərin (toxumlu ayıdöşəyilər, çılpaq və örtülütoxumlu bitkilər) tozluğunda inkişaf edir və çoxalma prosesində iştirak edir. Tozcuq dənəsi daxili qat – intin və xarici qat – ekzindən ibarət sporoderm - örtük içərisində yerləşən protoplastdan ibarətdir. Qazıntı halında yalnız ekzinə rast gəlinir. Tozcuq dənəsinin səthində məsamələr, şırımlar və skulptur əmləgəlmələr müşahidə edilir. Tozcuq forması, məsamə və şırımların sayı, skulpturun səciyyəsi hər bitki növü üçün fərqləndirici əlamətlər olub bitkilərin təyinində istifadə edilir. Fossil tozcuqların tədqiqinin onun yerləşdiyi çöküntülərin (xüsusilə kontinental) nisbi yaşını təyin etmək, bitkilərin filogeniyası, floranın tarixi və b. məsələlərin həllində böyük əhəmiyyəti vardır.
Concu
Concu (Hanqıl:전주) Cənubi Koreyanın ən böyük 16 Şəhərindən biri olub, Şimali Colla vilayətinin mərkəzidir. Bura həm şəhər həm də kənd kimi tanınır. Concu adının hərfi mənası "Mükəmməl bölgə" ( Hanca: 全 (전;con)- mükəmməl, 州 (주;cu)- bölgə) deməkdir. Bura Koreyanın milli yeməklərinə, tarixi binalarına, idman fəaliyyətlərinə, yaradıcı festivallarına görə əsas turizm məzkəzi hesab olunur. 2012-ci il may ayında, UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"-nin bir hissəsi olaraq Concu qastronomiya sahəsində "Yaradıcı Şəhər" olaraq seçilib. Bu şərəflə şəhərin min illərdir nəsildən nəsilə ötürülən ənənəvi ev yeməkləri, fəal ictimai və özəl qida araşdırmaları, istedadlı aşpazları yetişdirmək sistemi və fərqli yemək festivallarına ev sahibliyi etməsi qiymətləndirilir. == Tarixi == Bekçe krallığı cənub-qərbi Koreyada,indiki Concunun yerləşdiyi ərazidə yerləşmişdir. İnanılır ki, Concu şəhəri b.e.ə 57-ci ildə bazar şəhəri kimi qurulub. Concu (Bekçe ilə birlikdə) Şila krallığı və Çinin Tan sülaləsi tərəfindən 660-cı ildə fəth edildi. Qısa müddətə Şila krallığının bir parçası oldu və 685-ci ildə Concu, 9 chu (krallığın əyalət mərkəzi)-dan biri oldu.
Soluq
Soluq (Həştrud)
Sucuq
Sucuq - içərisinə fındıq, qoz, şabalıd və s.
Elçin Səlcuq
Elçin Quliyev və ya Elçin Səlcuq (10 noyabr 1964, Yengicə, İliç rayonu – 17 dekabr 2009, Bakı) — Azərbaycan jurnalisti. == Həyatı == Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər serrozundan vəfat etmişdir. == Fəaliyyəti == 1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997-1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998-2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. == Əsərləri == Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır.
Muncuq Xan
Muncuq (Munçuk, Mundzuk və ya Moncak, yun. Μουνδίουχος, mac. Bendegúz; bilinmir, bilinmir – ən geci 435) — hunların bəylərindən. Haylandur boyundan, Balamirli sülaləsindəndir. Bilgə və İdil xanların atası, Rua xanın qardaşı, Uldız xanın oğlu idi.
Sancaq (Soyuqbulaq)
Sancaq (fars. سنجاق‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Sancud (Sayınqala)
Sancud (fars. ‎سانجود‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (100 ailə).
Sancuh (Sərdəşt)
Sancuh (fars. ‎سنجوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (90 ailə).
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. == Haqqında == Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Make an infinite loop in several languages, on programming-idioms.org.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. == Mənası == Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Səlcuq (dəqiqləşdirmə)
Səlcuq — türk mənşəli sülalə
Səlcuq (İzmir)
Səlcuq (türk. Selçuk) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 56 km-dir. İlçənin şimalında Menderes və Torbalı, şimal-şərqində Tirə ilçələri, şərqində və cənubunda Aydın ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 317 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 36,824 nəfərdir.
Səlcuq Bayraqdar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer rayonu) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni. == Həyatı == Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı.Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.Xüsusi pilot lisenziyasına sahibdir. === Ailəsi === 2016-cı ildə Sümeyyə Ərdoğanla evlənmişdir.
Səlcuq Universiteti
Səlcuq Universiteti — 1975-ci ildə Konyada fəaliyyətə başlayan dövlət universiteti. == Tarixi == === 1955-1962-ci illərdə === Konyada universitetin açılması 1955-ci ildə gündəmə gəlmişdir. Bu tarixdə Türkiyə Böyük Millət Məclisində universitetlə bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsini deputatların yarıdan çoxu imzalasa da, Milli Təhsil Komissiyasından keçməyib. === 1962-1977-ci illərdə === 1962-ci ildə Konya, Türkiyə Respublikası Təhsil Nazirliyinə bağlı Səlcuq Təhsil İnstitutu və Ali İslam İnstitutu ilə universitetə ​​sahib olmaq yolunda ilk böyük addımı atdı. Daha sonra bu addımı gücləndirmək və inkişaf etdirmək məqsədi ilə 1968-ci ildə Konyada universitetin yaradılması və davam etdirmə dərnəyi yaradıldı. Nəhayət, bugünkü Mühəndislik və Memarlıq fakültəsinin özəyini təşkil edən Mühəndislik və Memarlıq Kollecci yaradıldı. Binası, sinif otağı, işçi heyəti və büdcəsi olmasa da, 1970-1971-ci tədris ilində Uşaqların Müdafiəsi Agentliyinə (Gəzi Liseyi) aid binada xidmətə başlayan bu kollec, 5 iyul 1971-ci il tarixli və 1418 saylı qanunun 9-cu maddəsinə əsasən Konya Dövlət Memarlıq və Mühəndislik Akademiyası adını aldı. === 1982-hal-hazırda === 1982-ci il Səlcuq Universiteti üçün sıçrayış ili oldu. 20 iyul 1982-ci il tarixində 41 saylı Qanun Fərmanı ilə universitetin nüvəsini təşkil edən Fənn və Ədəbiyyat fakültələri birləşdirilərək Fənn-Ədəbiyyat fakültəsi qurulmasına, Səlcuq Ali Müəllimlər Məktəbinin Təhsil fakültəsinə çevrilməsinə, Konya Dövlət Mühəndislik-Memarlıq Akademiyasının Mühəndislik-Memarlıq fakültəsinə çevrilməsinə, Konya Ali İslam İnstitutunun İlahiyyat fakültəsi çevrilməsinə, Hüquq, Tibb, Kənd Təsərrüfatı və Baytarlıq fakültəsinə çevrilməsinə, Səhiyyə, Elm və Sosial Elmlər İnstitutların qurulmasına, Xarici Dillər Məktəbi ləğv edilərək Konya Peşə Məktəbinə çevrilməsinə, Niğdədə Niğdə Peşə Məktəbinin yaradılmasına, Qız İncəsənət Ali Müəllim Məktəbinin Qızlar üçün İncəsənət Təhsili Kollecinə, Niğde Təhsil İnstitutunun Ali Təhsil Məktəbinə çevrilməsinə qərar verildi.
Səlcuq Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Səncəq döyüşü
Sancaq döyüşü - 1467-ci ildə Van vilayətinin Çapaqcur qəzasının ərazisində ağqoyunlularla qaraqoyunlular arasında baş vermişdir. == Arxaplan == Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu. XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək, öz hakimiyyətinə tabe etdi. == Döyüşə hazırlıq == Cahanşahın şərqdəki işğalları zamanı Uzun Həsənin qərbdə əldə etdiyi qazancları geri almaq üçün 1467-ci il mayın 16-da Təbrizdən ayrılaraq Van gölü yaxınlığındakı Sökmənabada gəlməsi ilə başladı. Görünən səbəb dədə-baba yurdlarına səfər olsa da, əslində bu yürüş Ağqoyunlulara öz yerini göstərmək məqsədi daşıyırdı. Müharibənin qaçınılmaz olduğunu dərk edən Həsən bəy bir tərəfdən döyüş hazırlıqları ilə yanaşı digər tərəfdən diplomatik fəaliyyətlərini də davam etdirirdi. O öz elçisini Cahanşahın yanına göndərsə də nəticə ala bilməmişdi.
Səlcuq Xatun
Səlcuq Xatun (1407, Amasya vilayəti – 25 oktyabr 1485, Bursa) — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı. Bibi Sultan olaraq anılır. == Həyatı == Səlcuq Xatun 1407-ci ildə Amasyada dünyaya gəldi. Atası Sultan Çələbi Mehmed, anası isə onun kənizlərindən Qumru Xatundur. 1424-cü ildə Candaroğlu İsfəndiyar bəyin oğlu İbrahim bəylə evləndirildi. Ərinin vəfatından sonra 1444-cü ildə Mahmud bəylə evləndi. Bu evlilikdən 2 oğlu və 4 qızı dünyaya gəlsə də, övladlarının adı bilinmir. Ancaq bir il sonra ərinin vəfat etməsinin ardından Bursaya qayıtdı və qalan ömrünü burada keçirdi. II Bəyazid və Cem Sultan arasında başlayan taxt mübarizəsində Böyük bibi ünvanıyla sülh danışıqları apardı.
Səlcuq Yula
Selcuk Yula (8 noyabr 1959, Ankara – 6 avqust 2013, İstanbul) — Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu. == Həyatı == Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuşdur. Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb. 1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb. "Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981–1982, 16 qol), (1982–1983, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb. O, 1979–1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu. Daha sonra 1986–1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib. Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib. 14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.
Sözcü
Sözcü — Türkiyə qəzeti. Qəzet 27 iyun 2007-ci ildə İstanbulda qurulmuşdur. Metin Yılmaz ilk baş redaktoru olmuşdur. Ümumiyyətlə hökuməti tənqid edən yazılarıyla tanınan qəzet, Türkiyədə xüsusilə Atatürkçü kəslər tərəfindən oxunmaqdadır. 7 noyabr 2016 tarixində, Türkiyə daxilində Azadlıq, Sabah və Posta qəzetlərindən sonra ən çox tiraja sahib olan qəzetdir.2007-ci ilin iyun ayında, daha əvvəl Doğan Yayın Holding tərəfindən yayımlanan Gözcü qəzetinin bağlanılmasından sonra (2007-ci ilin aprel ayı) ad haqqlarının alınması ilə çapa başlandı. == Tarixi == 2007-ci ildə yayımına başlayan Sözcü, ilk günlərində 60 min ədəd qəzet satdı. Qəzet, 2008-ci ilin sentyabr ayında ortalama 150.000 tiraj keçdi və 2010-cu ilin dekabr ayında ortalama 210.000 tiraja çatdı. 2011-ci ildə Sözcü, ən çox oxunan ilk 10 qəzetin reytinq siyahısında 5-ci sırada durdu. 2012-ci isə 303.358 tiraj edən Sabah qəzetini, 328.030 tirajla keçmiş və Türkiyənin ən yüksək tiraja sahib 4 qəzetindən biri olmuşdur. 2014-ci ildə isə 402.870 tiraj ilə Zaman qəzetini keçəndən sonra Türkiyənin ən çox tiraja sahib olan 2-ci qəzeti olmuşdur.
Qonçaq xan
Qonçaq xan (XII əsr – 1203) — Qıpçaq xanı (1170–1203). == Həyatı == Qonçaq xan Ətrak xanın oğludur. Volınski qara klobuklar, Qaliç və Trovsk alayları ilə birlikdə Kiyev üzərinə yeriyir. Şəhər döyüşsüz təslim olur. Qleb Yuriyeviç qaçaraq digər qıpçaq tayfalarına pənah aparır və bir aydan sonra Qonçaqla qayıdıb Mistislavı Kiyevdən qovur. Başı bəlalı knyaz 1170-ci ildə vəfat edir. Onun oğlu Roman Novqorodu tərk edir, yerini isə Andrey Boqolyubski ilə olan sazişə əsasən Rürik Rastislaviç tutur. Belə hesab etmək olar ki, ənənəvi qayda bərpa olunur; Rusun əsas şəhərləri Böyük çöl ilə əvvəlki mehriban münasibətlərin tərəfdarı olan knyazların əlindədir. Lakin Kiyev boyarları və kilsə bir daha öz gücünü göstərir. 1171-ci ildə Qleb Yuriyeviçi zəhərləyirlər.