Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spinner
Spinner (ing. Fidget spinner) — fırlanan əyləncəli oyuncaq. İstehsalat materiallarından asılı olmayaraq, spinners fırlanma zamanı titrəyir. Spinnerin çəkisi fırlanma həcminə təsir göstərir.
Panner xəstəliyi
Panner xəstəliyi – bazu sümük başı qabarcığının osteonekrozu.
Spanair
Spanayr və ya Spanair — İspaniya, Malyorkada bir hava yolu şirkətidir. SAS Group-una aiddir. Aprel 2003-cü ildən etibarən Spanayr bir Star Alliance hava yolu ittifaqı üzvüdür. 28 Yanvar 2012 də iflas etmişdir, bütün uçuşlarını dayandırmışdır. Ən son qəzası: 20 Avqust 2008-ci ildə JK 5022 səfər sıralı Madrid-Kanariya adaları uçuşunu reallaşdıracaq MD-82 tipli təyyarə qalxış zamanı sol mühərrikinin alov alması nəticəsində yerə düşdü. Bu qəzada 154 sərnişin ölmüşdür.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Sander
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Skaner
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompyuterə daxil edilməsi üçün qurğu. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir. Skanerin iki növü var: standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır; portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır. Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur.
Panzer IX/Panzer X
Panzerkampfwagen IX və Panzerkampfwagen X, Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Panzerkampfwagen Zirehli sinfində müasir tanklar hazırlamağı hədəfləyən lakin yalnız nəzəri olaraq qalan, bir layihədir. 1946-1947-ci illərdə istismara verilməsi planlaşdırılan texnikalar müharibəyə çatdırıla bilinmədi. Texnikalar yalnız proyekt kimi qalmışdır. İki layihə ilə də əlaqədar olan heç bir layihə tapılmamışdır. PzKpfw X Maus tankından daha geniş, lakin daha balaca idi. Tankın əsas silahı kimi 88mm-lik və ya 128 mm-lik top nəzərdə tutulmuşdur. Hər iki dizaynda da çox böyük dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər bu gün belə istifadə olunur.
Bad Spenser
Bad Spenser (it. Carlo Vicente Pedersoli); 31 oktyabr 1929[…], Neapol, İtaliya krallığı – 27 iyun 2016[…], Roma) — İtaliya aktyoru, ssenaristi, prodüseri və musiqiçisi. == Həyatı == Bad Spenser 31 oktyabr 1929-cu ildə İtaliyanın Neapol şəhərində fabrikant ailəsində anadan olmuşdu. 1935-ci ildə birinci sinfə getmişdi. 1937-ci ildə üzgüçülüyə başlamışdı. 1940-cı ildə ailəsi ilə birlikdə Roma şəhərinə köçmüşdü. Bu şəhərdə gimnaziyaya yazılmış və üzgüçülük bölməsinə qeyd olunmuşdu. Bad Spenser 17 iyun 2016-cı ildə vəfat edib.
Con Branner
Con Branner(John Kilian Houston Brunner; 24 sentyabr 1934[…] – 25 avqust 1995[…], Qlazqo) — İngilis fantast-yazıçısı. == Həyatı == Con Branner 1934-cü ildə İngiltərənin Oksfordşir şəhərində anadan olmuşdu. Con Branner 1995-ci ildə Qlazqo şəhərində vəfat edib.
Diana Spenser
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem sarayı[d], Sandrinqem[d], Norfolk qraflığı, Şərqi İngiltərə[d], İngiltərə, Birləşmiş Krallıq – 31 avqust 1997[…], XIII arondisman, XIII arondisman, Fransa[…]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Herbert Spenser
Herbert Spenser (ing. Herbert Spencer; 27 aprel 1820[…] və ya 28 aprel 1820, Derbi[…] – 8 dekabr 1903[…], Brayton, Şərqi Susseks qraflığı[d][…]) – ingilis filosofu və sosioloqu. İngiltərədə sosiologiyanın əsasını qoyanlardan biridir. Pozitivizmin təşəkkülündə əvəzsiz rolu olmuşdur. == Həyatı == Məşhur ingilis filosof və sosioloqu Herbert Spenser, 1820-ci ildə Derbidə (Derbişir qraflığı) doğulmuşdur. Atası Corc Anqlikan məzhəbi ilə əlaqəli bir məktəbdə müəllim idi. Atası da daxil olmaqla bir çox ailə üzvü müəllim olan Spenser qırx yaşına qədər heç bir təhsil almamışdır. Kembircdə təhsil almaq təklifindən imtina etmişdir. Təəccüblü bir qürürla "Nə uşaqlığımda, nə də gəncliyimdə heç bir dənə də İngilis dili dərsi almamışam, indiyə kimi qrammatika mövzusunda heç bir biliyim yoxdur" demişdir. Sistemli təhsil almamasına, oxumağı çox sevməməsinə baxmayaraq bir çox elm sahəsində minlərlə fikir ortaya qoymuş, və təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi olmuşdur.
Ksander Skinner
Oktavia Spenser
Oktavia Spenser — ABŞ-lı aktrisa və yazıçı.1970-ci ilin may ayında anadan olmuşdur.
Skinner qutusu
Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat. Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir. Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur. Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var. Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər.
Spenser Treysi
Spenser Treysi (ing. Spencer Tracy, 5 aprel 1900 - 10 iyun 1967) - Amerika aktyoru.
Spenser Tunik
Spenser Tunik (ing. Spencer Tunick; d. 1 yanvar 1967) — yəhudi əsilli ABŞ fotoqrafı.
Spenser körfəzi
Spenser körfəzi (ing. Spencer Gulf) – Avstraliya qitəsi sahillərində, Cənubi Avstraliya ştatında, Böyük Avstraliya körfəzindən yuxarıda yerləşən körfəz. Körfəzin ən uzun hissəsi 320 km, ən enli hissəsi isə 129 km-dir. Körfəzin qərb sahilində Eyr yarımadası, şərq hissəsində isə onu Müqəddəs Vinsent körfəzindən ayıran York yarımadası yerləşir. Körfəzi Böyük Avstralia körfəzindən ayıran şərti sərhəd Matteu Flinders tərəfindən Eyr yarımadasındakı Keyp ucqarından York yarımadasındakı Keyp Spenserə qədər uzanan xətt müəyyən edilmişdir. Körfəzin sahillərində yerləşən ən böyük şəhərlər Port Linkoln, Uaylla, Port Payri və Port Avqustdur. Körfəz Matteu Flinders tərəfindən 20 mart 1802-ci ildə Uels şahzadəsi Diananın əcdadı Corc Con Spenserin (İkinci Örl Spenser) şərəfinə adlandırılmışdır.
Brayn Okanner
Brayan Okonner (29 avqust 1973 və ya 17 iyul 1978, ABŞ) — Forsaj franşizasında Pol Volkerin canlandırdığı uydurma personaj. Brayan Okonner seriyanın ilk filmi olan Forsaj filmində göründü. Filmdə baş rolları Dominik Toretto və Brayan Okonner canlandırıb. Dövlət agenti olan Brayn sevdiyi qadın Mia Torettonun qardaşı ilə iş içərisinə girib və agentlikdən qovulub. Roman Pirs ilə uşaqlıq dostudur. Brayan Okonner müasir kinonun ən məşhur personajlarından biridir və Pol Volkerə Hollivud ulduzu olmağa imkan verən roldur. O, 2002 və 2014-cü illərdə MTV Film Mükafatlarını Vin Dizellə birlikdə "ən yaxşı ekran işçi qrupu" nominasiyasında qazandı və Pol Volker bu personajla güclü şəkildə eyniləşdi. Brayan Okonnerin obrazı, Forsaj franşizasının uzunömürlülüyünün əsas səbəblərindən biri hesab olunurdu. Pol Volker 30 noyabr 2013-cü ildə avtomobil qəzasında öldükdən sonra personaj təqaüdə çıxdı.
Katarina Sparer
Katarina Sparer (d. 22 fevral 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Katarina Sparer İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Miki Samner
Briqitt Mişel Samner (ing. Brigitte Michael Sumner; 19 yanvar 1984, London) — İngilis aktrisa. Sumner Londondakı Portland Xəstəxanasında, musiqiçi Stingin (Gordon Matthew Thomas Sumner) və aktrisa Trudie Stylerin böyük qızı olaraq anadan olub. Sumner musiqiçi Eliot Sumnerin böyük bacısı və musiqiçi Joe Sumnerin kiçik ögey bacısıdır. Sumner aktyorluq karyerasına 2006-cı ildə bir qısa filmdə rol almaqla başlamışdır. 2011-ci ildə dörd bölümlü Showtime serialı The Borgias-da Francesca rolunu oynadı. Sumner, 2012-ci il filmi Frances Ha-da Greta Gerwig ilə birlikdə rol aldığı Sophie Levee rolu ilə böyük maraq topladı. Sumner, 2013-cü ildə CBGB -də Patti Smith rolunu oynadı. Bundan başqa Off Broadway xarici çıxışını, 2013-cü il Aprel ayında Atlantic Theatre Company-nin The Lying Lesson-da Carol Kane ilə birlikdə etdi. Sumner, AMC (TV kanalı) seriyası Low Winter Sun-da Katia olaraq yer aldı.
Optik skaner
Optik skaner (optical scanner) – kağızda və ya başqa daşıyıcıda olanları xüsusi proqram təminatının (məsələn, qrafikanın oxunması və ya simvolların optik tanınması) köməyilə oxuyaraq, açıq və tünd (və ya rəngli) nöqtələr yığınını rəqəmli siqnala çevirən daxiletmə qurğusu. Quruluş özəlliklərinə görə skanerlərin bir neçə növünü fərqləndirirlər: planşet skanerlər (FLATBED SCANNER), səhifə skanerləri (PAGE SCANNER), slayd skanerləri (SLIDE SCANNER), əl skanerləri (HANDHELD SCANNER). Ən çox yayılmış növü planşet skanerlərdir ki, orada darayıcı qurğu tərpənməz sənəd boyunca hərəkət edir. Skanerlər adi faksimil operatorlarda olduğu kimi, baxdıqları kağızı tərpənməz baxış mexanizmi üzəri ilə hərəkət etdirə də bilər. Bəzi xüsusi skanerlər videosiqnalı proqram təminatı vasitəsilə emal olunmaq üçün rəqəmli siqnala çevirən standart videokamera ilə də işləyir. Əl skanerləri də çox tanınır; belə adlanmalarına səbəb istifadəçinin onları əllə tutaraq sənədin üzəriylə hərəkət etdirməsidir. Əl skanerləri ucuz olsalar da, onların baxış zonasının eni məhdud olur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Skaner nədir?
Panzer I
Panzerkampfwagen (qısaldılmış: Pz. Kpfw. I) və ya Panzer I — 1930-cu illərdə alman yüngül tankı. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra ilk alman seriyalı tankı olan Pz. Kpfw. I 1930–1934-cü illərdə Krupp və Daimler-Benz şirkətləri tərəfindən hazırlanmışdır. 1934-cü ildən 1937-ci ilədək ümumilikdə bu tip 1574 tank istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Pz. Kpfw. I yeni yaradılmış alman zirehli qüvvələrin əsasını təşkil etmiş və 1937-ci ilə qədər daha qabaqcıl tankların kütləvi istehsalı başlandıqda da bu rolda qalmışdır.
Panzer II
Panzerkampfwagen II (Zirehli döyüş tankı), alman istehsalı, II Dünya Müharibəsində istifadə olunan yüngül tank. 1934-cü ildə hazırlanmışdır. 1943-cü ilə qədər müxtəlif modifikasiyalarda istehsal edilmişdir. II Dünya Müharibəsinin əvvəllərində bu cür tanklar Vermaxt-ın tank donanmasının yüzdə 38-ni təşkil edirdi. 1934-cü ildə Panzer III və Panzer IV orta tanklarının dizaynında və istehsalında gecikmələr özünü göstərməyə başladı. Panzer I-nin zirehləri məğlub edəcək bir silahı yox idi və bu səbəbdən düşmən tanklarına qarşı uğur qazanma şansı yox idi. Dayanacaqlı bir tankın dizaynı Krupp, MAN, Henschel və Daimler-Benz-dən istənildi. Panzer II-də dizayn işləri 27 yanvar 1934-cü ildə başlad. İlk eksperimental model 1935-ci ilin fevralında hazır oldu. Son dizayn Panzer I-yə əsaslanırdı, lakin daha böyük və 20 mm-lik bir tank əleyhinə silahı quraşdıran bir qüllə ilə.
Panzer III
Panzerkampfwagen III, ümumiyyətlə Panzer III olaraq bilinir, 1930-cu illərdə Almaniya tərəfindən inkişaf etdirilən orta tank idi və II Dünya Müharibəsində geniş istifadə edilmişdir. Rəsmi Alman ordu təyinatı - Sd.Kfz141 idi. Digər zirehli döyüş maşınlarına qarşı döyüşmək, piyadalara dəstək və oxşar Panzer IV-lə yanaşı xidmət etmək üçün nəzərdə tutulmuşdu. Bununla birlikdə, Almanlar qorxunc T-34 ilə qarşılaşdıqları üçün daha güclü tank əleyhinə silahlara ehtiyac duyulurdu və Panzer IV daha böyük bir taret halqası ilə daha çox inkişaf potensialına sahib olduğundan, uzun lüləli 7,5 sm KwK 40 silahını quraşdırmaq üçün yenidən dizayn edilmişdi . Panzer III, 1942-ci ildən etibarən Panzer III-ün son versiyasında piyada dəstəyi üçün daha uyğun olan 7,5 sm KwK 37 L / 24'ü quraşdırdığından Panzer IV ilə təsirli bir şəkildə rol dəyişdirdi. Panzer III-in istehsalı 1943-cü ildə dayandırıldı. Buna baxmayaraq, Panzer III-ün bacarıqlı şassisi müharibənin sonuna qədər Sturmgeschütz III hücum silahı üçün gövdələr təmin etdi. Daimler-Benz, Krupp, MAN və Rheinmetall şirkətləri prototipləri istehsal etdilər. Bunların sınağı 1936 və 1937-ci illərdə baş verdi və nəticədə istehsal üçün Daimler-Benz dizaynı seçildi. Panzer III-in ilk modeli Ausführung A. (Ausf.
Panzer IV
Panzerkampfwagen IV, kimi tanınan tank, Nasist Almaniyası tərəfindən 1930-cu ilin sonlarında düzəldilməyə başlandı. İkinci dünya müharibəsində ən çox istifadə olunan tanklardan biridir. Əvvəllər Piyadaya dəstək məqsədilə istehsal olunan tank, sonralar Panzer III tankının şərq cəbhəsində T-34 tanklarına qarşı heç bir şansı olmamasından Panzer IV tankına daha böyük toplar taxılaraq, Şərq cəbhəsində tanklara qarşı istifadə olundu. Amma bu müvəqqəti olduğundan Almanlar Panther tankını istehsal etməyə başladılar. Panzer IV tankını 1936-cı ildə tanınmış alman general Heinz-Guderian dizayn etmişdir. Piyadalara dəstək məqsədilə dizayn olunan tank, digər tanklara qarşı çox effektiv idi. 1941-də qarşısına ilk dəfə çıxan T-34 tankına qarşı effektivliyi azaldı. MAN, Krupp və Rheinmetall-Borsig şirkətləri öz konstruksiyalarını iləri sürdü. Ancaq istehsalın daha effektiv olması üçün Krupp dizaynı seçildi. Nəticədə, Krupp şirkətinə istehsal üçün tapşırıq verildi.
Feliks Ştayner
Feliks Ştayner (Tam adı: Feliks Martin Julius Steiner, (23 may 1896, Nesterov – 12 may 1966 və ya 17 may 1966, Münxen), Birinci Dünya Müharibəsi dövründə piyada zabiti olmuşdur. İkinci Dünya Müharibəsində isə Vaffen-SS generalı olmuşdur. 1914-cü ilin martında Quru Qoşunlarına daxil olaraq 41-ci Piyada Ordusu olan "von Boyen" piyada alayına (4-cü Şərqi Prussiya Piyada alayı) namizəd zabit olaraq verilmişdir. I Dünya Müharibəsinin gedişi dövründə – 1914-cü ilin noyabrında ağır yaralanmış, sonra 1915-ci ilin yanvarında leytenant, 1918-ci ilin oktyabrında isə baş leytenant rütbələrinə layiq görülmüşdür. Müharibə dövründə birinci və ikinci dərəcəli Dəmir Xaç medallarını əldə etmişdir. Müharibə başa çatdıqdan sonra o, 1919-cu ildə Şərqi Prussiyadakı Freykorpların sırasına daxil olmuş və 1921-ci ildə Reyxsverə işə götürülmüşdür. 1933-cü ildə mayor rütbəsinə layiq görülmüşdür, lakin Adolf Hitler hakimiyyətə gəldikdən sonra, 1933-cü ildə mayor rütbəsində ikən ordudan ayrılaraq Nasist Partiyasının üzvü olmuş və burada SA-ya qoşularaq bu orqanın təlim və tədris işlərindən məsul olmuşdur. 1935-ci ildə isə SS-ə göndərilmiş və 1 iyul 1936-cı ildə "Deutschland" alayının komandiri təyin edilmişdir. 1936-cı ilin oktyabrında Bad Tölzdəki SS Zabitlər Məktəbinin (SS-Junkerschule) taktika müəllimi olmuşdur. İkinci Dünya müharibəsi dövründə tabeliyində olan alayları ilə Polşa yürüşündə və Fransa yürüşündə iştirak etmişdir.
Şpanberq boğazı
Altıncı Kuril boğazı — Sakit okeanda yerləşən boğaz Şikotan adasını Oskolki adaları və Polonski adasını ayırır. Kuril adalarının Kiçik Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus dənizçisi Martın Petroviç Şpanberqin şərəfinə adlandırılmışdır.