Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stadium Arcadium
Stadium Arcadium — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 9 may 2006 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
Tottenham Hotspur Stadium
Tottenham Hotspur Stadium — İngiltərə Premyer Liqası klubu Tottenhem Hotspur-un Londonun şimalında yerləşən ev stadionu. O, klubun əvvəlki stadionu olan Vayt Hart Leyni əvəz edir. 62,850 tamaşaçı tutumu ilə İngiltərənin 3-cü ən böyük futbol stadionu və Londonun ən böyük klub meydançasıdır. Stadionun çoxməqsədli olması nəzərdə tutulub və NFL-nin Böyük Britaniyadakı ev stadionudur. Bu, NFL London Oyunları, konsertlər və digər tədbirlər üçün altında sintetik qazon sahəsini çıxara bilən dünyanın ilk bölünən və geri çəkilə bilən futbol meydançasıdır. Stadionun tikintisinə Tottenhem üçün 20 illik regenerasiya planının katalizatoru olmaq üçün nəzərdə tutulan Northumberland İnkişaf Layihəsinin mərkəzi hissəsi kimi başlanmışdır. Layihə hazırda sökülən Vayt Hart Leyn ərazisini və ona bitişik əraziləri əhatə edir. O, 2007-ci ildə hazırlanıb və 2008-ci ildə elan edilib, lakin bir neçə dəfə yenidən işlənib və mübahisələr və gecikmələr səbəbilə tikintiyə 2015-ci ilə qədər başlanmayıb. Stadion 3 aprel 2019-cu ildə Premyer Liqanın ilk oyunu öncəsi mərasimlə açılıb. "Tottenham Hotspur Stadium" adının müvəqqəti olması nəzərdə tutulurdu, burada məqsəd ad hüquqlarını sponsora satmaq idi, lakin hələ də adı dəyişdirilməyib.
Itanium
Itanium – Intel və Hewlett-Packard şirkətlərinin birgə işləyib hazırladığı mikroprosessor. İlk dəfə 2001-ci ilin mayın 29-da təqdim olunub. 2002-ci ilin iyulunda Itanium 2 çıxdıqdan sonra istehsalı dayandırılıb. 2007-ci ilin noyabrında Intel şirkəti Itanium 2 prosessorları seriyasının adını dəyişərək yenidən Itanium qoydu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı 2017, "Bakı" nəşriyyatı, 996 s.
Skandium
Skandium (Sc, "Skandinaviya" sözündən alınmışdır) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 21-ci element. Civə buxarlı lampaların içinə qatıldığında, günəş işığına bənzər çox effektiv bir işıq qaynağı meydana gətirər. Bu səbəblə bu element, güclü işıqlandırmalarda istifadə edilir. Radioaktiv izotopu olan Sc-46, zavodlarda xam neft və bənzəri maddələr üçün iz sürücü olaraq istifadə edilir. Sızma təsbit edicidir və kosmos sənayesində istifadə edilməsinin yanında, toxum yaşıllaşdırıcı kimyəvi maddələrin tərkibində də yer alır.
Stadion
Stadion və ya futbol meydançası - kompleks idman yarışlarının keçirilməsini təmin edən inşaat qurğusu. Stadionun tərkibinə əsas meydança və tamaşaçılar üçün tribunalar, qaçış yolları, yüngül atletika sahələri, idman oyunları və gimnastika yarışları keçirmək üçün xüsusi meydança və salonlar, yardımçı qurğular daxildir. İlk stadionlar Qədim Yunanıstanın Olimpiya, Afina və s. şəhərlərində tikilmişdir. Rio-de-Janeyrodakı Marakana stadionu dünyada ən böyük stadiondur. Örtülü stadionlar da tikilir. 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətində olan Bakı şəhərində 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə başlanılıb. Tikintini Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkəti aparacaq. Olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. 1 milyard dollara başa gələcək layihə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilir.
Stakizm
Stakizm — 1999-cu ildə Billi Çayldiş və Çarlz Tompson tərəfindən əsası qoulmuş konseptual sənət əleyhinə olaraq məcazi rəssamlığı təşviq etmək məqsədi daşıyan beynəlxalq bir sənət hərəkatıdır. İlk əvvəl 13 ingilis sənətkar tərəfindən yaradılan qrup 2017-ci ilin mart ayında 52 ölkəyə və 236 qrupa qədər genişlənmişdir.
Stibium
Stibium və ya sürmə (Sb) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 51-ci element. Bu elementin coxlu adları var. Onun rusca adı "sürmə" sözü türk mənşəlidir. Sürmə sözü türk dillərindən götürülüb və “qrim, sürtmə” mənasını verir. Stibium (III) ­sulfidin qara, parıltılı tozu Sb2S3 kosmetik vasitələrdə istifadə olunub. “Sürmələnmək” sözü buradan aydın olur, başqa sözlə qaşları güclü rəngləmək. Stibium kövrək, çətinəriyən metal parıltılı, gümüşü-ağ maddədir. Elektrik cərəyanını keçirir. Qızdırdıqda havada yanır, bu zaman Sb2O3 əmələ gəlir. 2 S b 2 S 3 + 9 O 2 → t o C 6 S O 2 ↑ + 2 S b 2 O 3 {\displaystyle {\mathsf {2Sb_{2}S_{3}\ +\ 9O_{2}\ {\xrightarrow {t^{o}C}}\ 6SO_{2}\uparrow +\ 2Sb_{2}O_{3}\ }}} S b 2 O 3 + 3 C → t o C 2 S b + 3 C O ↑ {\displaystyle {\mathsf {Sb_{2}O_{3}\ +\ 3C\ {\xrightarrow {t^{o}C}}\ 2Sb\ +\ 3CO\uparrow }}} Stibiumu ən qeyri-metallik metal hesab etmək olar.
Radium
Radium (Ra) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element.Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ Dmitri Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910 -cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır: Ra+2H2O=Ra(OH)2+H2.
Sadizm
Sadizm (bu psixi halı ilk dəfə təsvir edən fransız yazıçı Markiz de Sadın şərəfinə adlandırılıb) — geniş mənada — zorakılığa meyil etmə, alçaldılma və digər əzablardan həzz alma. "Sadizm" kəlməsini ilk dəfə Rixard Kraft-Ebinq özünün 1886-cı ildə işıq üzü görən "Psychopathia sexualis" monoqrafiyasında işlətmişdir. Psixoloji sadizm (mənəvi sadizm və yaxud, psi-sadizm) — sadizimin elə bir formasıdır ki, bu hal digər şəxsə fiziki deyil, psixoloji, mənəvi-əxlaqi (məsələn, təhqir, alçaltma, təhdid etmə və s. formalarda) əzab və iztirab vermə ilə müşayiət olunur.
Sapium
Sapium (lat. Sapium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Sapiopsis Müll.Arg. Seborium Raf.
Emirates (stadion)
Emirates şimali Londondakı Hollovay-da Aşhburton Grove-a tikilmiş futbol stadionudur. Stadionun ev sahibi Arsenal komandasıdır. Açılışı İyul 2006-ci ildə olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının Ashburton Grove olması planlaşdırılırdı ancaq Oktyabr 2002-ci ildə stadionun adının haqqlarını Emirates Airlines satın alanadan sonra stadion Emirates adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəldi.
Nef Stadion
Ali Sami Yen İdman Kompleksi yada sponsorluq adı ilə Rams Park — Rams Park İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Rams Park, Yüzüncü İl Atatürk Stadionu və Beşiktaş Park stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena adı ilə 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Rams Park cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı.
Panatinaikos (stadion)
Panatinaikos stadionu— 1896-ci ildə ilk müasir Olimpiya Oyunlarının keçirildiyi Afinada yüngül atletika və bir çox başqa yarışlar üçün istifadə olunan çoxməqsədli stadiondur. Qədim Yunan stadionun qalıqlarından yenidən bərpa olunmuş Panatinaikos dünyada yeganə böyük stadiondur ki, tikilməsində bütünlüklə ağ mərmərdən istifadə olunmuşdur və bu stadion dünyanın ən qədim stadionlarından biridir. Qədim dövrlərdə stadionun yerləşdiyi ərazi İlahə Afinanın şərəfinə Panatinaikos Oyunlarının atletika növünü keçirmək üçün istifadə olunurdu. Həmin vaxtlarda stadionda taxta oturacaqlar var idi. E.ə 329-cu ildə stadion arxont Lycurgus tərəfindən mərmərlə yenidən tikilib, bundan 140 il sonra İrodun Atticus tərəfindən stadion yenidən qurulmuş və genişləndirilmişdir. Nəticədə, stadionda oturacaqların sayı 50000-ə çatmışdır. Olimpiya Oyunlarının yenidən dirçəlməsi üçün Evangelis Zappasın vasaiti hesabına qədim tikilinin qalıqları qazılıb çıxarılaraq təmir olunub. Zappas 1870-1875-ci illərdə baş tutmuş olimpiadalara sponsurluq etmişdir. 1895-ci ildə stadion xeyriyyəçi Corc Averoffun maliyyə yardımı ilə 1896-cı il Olimpiya Oyunlarına görə ikinci dəfə təmir olunub. Giriş qapısında indinin özündə də orda qalan mərmər sütünlar memarlar Anastasios Metaksas və Ernst Zillerin konstruksiyaların əsasında hazırlanmışdır.
Statius Müller
Мюллер, Filipp Lüdviq Statius Müller (alm. Philipp Ludwig Statius Müller‎, 25 aprel 1725 – 5 yanvar 1776, Erlangen, Mərkəzi Frankoniya) — Alman teoloqu və zooloqu. De Zeedemeester der kerkelyken. Fongerlo, Amsterdam 1750. De traanen eenes volks, over het verlies van een eminent Opper-Hoofd. Leeuwarden 1751. Die rechtmäßige Freude über die Wohlthaten Gottes das Jenaische Universitäts-Jubilär betr. Jena 1758. Dissertationis de justo probabilitatis valore et usu sectio teria. Erlangen 1758.
Bulbophyllum badium
Bulbophyllum membranifolium (lat. Bulbophyllum membranifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum membranifolium növü Malayziyadan Filippinnə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum badium Ridl. Bulbophyllum costatum Ames Bulbophyllum crista-galli Kraenzl. Bulbophyllum cryptophoranthoides Kraenzl. Bulbophyllum dagamense Ames Bulbophyllum insigne Ridl. Bulbophyllum maculosum Ames Bulbophyllum sanguineomaculatum Ridl. Bulbophyllum scandens Kraenzl. Phyllorchis maculosa (Ames) Kuntze Phyllorchis membranifolia (Hook.
Eupatorium badium
Ageratina badia (lat. Ageratina badia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium badium Klatt ex Klatt Eupatorium chlorophyllum Klatt Eupatorium chlorophyllum Klatt ex T.Durand & Pitt.
Radium-xlorid
Radium-xlorid — Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ D. İ. Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910-cu ildə civə katodundan istifadə etməklə Radium-xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10–4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogen ayırır: Ra+2H2O=Ra(OH)2+H2.
Radium FK
Radium Futbol Klubu — Radium kimi də tanınan, 1 may 1919-cı ildə təsis edilən və San-Paulu ştatının Mokoka şəhərini təmsil edən Braziliya futbol klubudur. Klub 1 may 1919-cu ildə təsis edilmişdir. Klub yerli futbol klubları olan Operario Futbol Klubu və Mokokense Futbol Klublarının birləşməsindən sonra yaranmışdır. Radium klubu Paulista Liqası Seriya A2-nin və 1950-ci ildə Paulista de İnteriyor Liqasının qalibi olmuşdur. Paulista Liqası Seriya A2: Çempion (1): 1950 Paulista de İnteriyor Liqası: Çempion (1): 1950 Radium Futbol Klubu öz ev oyunlarını digər adı Estadio San-Sebastyan olan Estadio Olimpiko de San-Sebastyan stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 5000 nəfərə bərabərdir.
Radium qızları
Radium qızları (ing. Radium Girls) — 1917-1926-cı illərdə Nyu-Cersi ştatının Orinc şəhərindəki United States Radium Corporation şirkətində işləyən və radiasiya ziyanı alan qadınların, radiolümenesensiya ilə əllərin və kadranların rənglənməsi ilə məşğul olan qadınların adı. Təmsilçilərinin radiumun zərərsiz olduğunu söyləyən şirkət rəhbərliyi tərəfindən aldanan işçilər, formalarını bərpa etmək üçün əylənmək və dırnaqları və dişlərini işıqlı bir maddə ilə rəngləmək üçün fırçaların uclarını radium boyası ilə yalayaraq ölümcül bir dozada radiasiya aldılar. Radiasiyadan təsirlənmiş beş qadın peşə xəstəliyi olan fərdi işçilərin işəgötürənini məhkəməyə vermək hüququ üçün bir nümunə qoyaraq şirkəti məhkəməyə verdilər. 1917-1926-cı illər arasında, əvvəlcə Radium Luminous Material Corporation adlandırılan United States Radium Corporation, karnotit filizlərindən radium çıxarıb emal edərək «Undark» markası altında satılan parlaq bir boya meydana gətirdi (hərf. "Diffuz qaranlıq"). Hərbi sənayenin podratçısı olaraq şirkət, hərbçilər üçün radium əsaslı radiolüminesans saatların tədarükçüsü olmuşdur. İllinoysdakı fabrikində yüzdən çox işçi çalışırdı, əksəriyyəti qadınlar, kadranları boyayırdılar və radium əsaslı boya ilə əllərini seyr edirdilər və şirkət rəhbərliyi tərəfindən materialın təhlükəsiz olduğunu aldatdılar. US Radium Corporation-da radiumla əlaqəli müxtəlif vəzifələri yerinə yetirmək üçün işçi heyəti daxilində ümumilikdə 70 qadın var idi, baxmayaraq ki şirkətin sahibləri və orada çalışan alimlər radiumun insanlara təsirlərini bilirdilər və təmasdan ehtiyatla çəkinirdilər. onunla.
Camp Nou (stadion)
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Mərkəzi Stadion (Yekaterinburq)
Yekateriburqun Mərkəzi Stadionu və yaxud Yekaterinburq Arena – Rusiyanın şəhəri Yekaterinburqda yerləşən stadiondur. Ural öz ev oyunlarını burada keçirir. Tamaşaçı tutumu 35696 nəfərdir, lakin mundial keçirildikdən sonra azaldılaraq 23000 ediləcək. Stadion 2018 FİFA Dünya Kubokuna ev sahibliyi edən 12 stadiondan biridir. Bundan əlavə, həmin 12 stadionun içində ən şərqdə yerləşən stadiondur. Həmçinin, Rusiyanın Asiya hissəsində mundialın oyunlarının keçirildiyi tək stadion idi. Stadion 1957-ci ildə tikildi. Daha əvvəl də şəhərin bu ərazisində müxtəlif idman obyektləri var idi: 1900-cu ildən - Velodrom, 1928-ci ildən Regional Stadion, 1936-cı ildən "Şərqin metallurqu" stadionu buna bariz nümunədir. Stadionda minlərlə idman və əyləncə tədbirləri təşkil edildi. Açılışından bir il sonra, stadion sürətli konki idmanı üzrə dünyada ən önəmli arenalardan birinə çevrildi.
Rays-Ekkls (stadion)
Rays-Ekkls stadionu — Solt-Leyk-Siti şəhərinin Yuta Universitetində yerləşir . Rays- Ekkls , 2002 Qış Olimpiadalarının əsas stadionu idi. Stadion 2002-ci Qış Paralimpiya Oyunlarına və 2005-ci ildən 2008-ci ilədək MLS Real Solt Leyk komandasına ev sahibliyi etdi. Solt-Leyk-Siti , 1995-ci ilin iyun ayında Qış Olimpiya Oyunlarına layiq görüldükdə, Solt-Leyk-Sitidəki ən böyük açıq stadionun Rays Stadionunun əsas stadion olaraq xidmət etməməsi aydın oldu. 1996-cı ildə idman direktoru Kris Hill, Rays Stadionunun Olimpiya standartlarına uyğun olacağı yeni bir quruluşa çevrilməsi planlarını açıqladı. İlkin olaraq müəssisəni tamamilə əsaslandırmaq üçün üç il vaxt keçirməsi gözlənilirdi. 1997-ci ildə Yuta şagirdi və Yutanın ən böyük bankı olan ing. First Security Corporation (indi ing. Wells Fargo hissəsi) sədri Spenser Ekkls, George S. və Dolores Dore Ekkls Fondu layihəyə 10 milyon dollar bağışlayacağını açıqladı. Bu hədiyyə sayəsində universitet Ekkls ailəsindən 1972-ci ildə Rays Stadionuna orijinal yeniləmə layihəsini maliyyələşdirən Robert L. Rays ilə birlikdə George Ekkls adını stadiona əlavə etmək üçün icazə aldı}} .
Rays- Ekkls(stadion)
Rays-Ekkls stadionu — Solt-Leyk-Siti şəhərinin Yuta Universitetində yerləşir . Rays- Ekkls , 2002 Qış Olimpiadalarının əsas stadionu idi. Stadion 2002-ci Qış Paralimpiya Oyunlarına və 2005-ci ildən 2008-ci ilədək MLS Real Solt Leyk komandasına ev sahibliyi etdi. Solt-Leyk-Siti , 1995-ci ilin iyun ayında Qış Olimpiya Oyunlarına layiq görüldükdə, Solt-Leyk-Sitidəki ən böyük açıq stadionun Rays Stadionunun əsas stadion olaraq xidmət etməməsi aydın oldu. 1996-cı ildə idman direktoru Kris Hill, Rays Stadionunun Olimpiya standartlarına uyğun olacağı yeni bir quruluşa çevrilməsi planlarını açıqladı. İlkin olaraq müəssisəni tamamilə əsaslandırmaq üçün üç il vaxt keçirməsi gözlənilirdi. 1997-ci ildə Yuta şagirdi və Yutanın ən böyük bankı olan ing. First Security Corporation (indi ing. Wells Fargo hissəsi) sədri Spenser Ekkls, George S. və Dolores Dore Ekkls Fondu layihəyə 10 milyon dollar bağışlayacağını açıqladı. Bu hədiyyə sayəsində universitet Ekkls ailəsindən 1972-ci ildə Rays Stadionuna orijinal yeniləmə layihəsini maliyyələşdirən Robert L. Rays ilə birlikdə George Ekkls adını stadiona əlavə etmək üçün icazə aldı}} .
Rays - Ekkls (stadion)
Rays-Ekkls stadionu — Solt-Leyk-Siti şəhərinin Yuta Universitetində yerləşir . Rays- Ekkls , 2002 Qış Olimpiadalarının əsas stadionu idi. Stadion 2002-ci Qış Paralimpiya Oyunlarına və 2005-ci ildən 2008-ci ilədək MLS Real Solt Leyk komandasına ev sahibliyi etdi. Solt-Leyk-Siti , 1995-ci ilin iyun ayında Qış Olimpiya Oyunlarına layiq görüldükdə, Solt-Leyk-Sitidəki ən böyük açıq stadionun Rays Stadionunun əsas stadion olaraq xidmət etməməsi aydın oldu. 1996-cı ildə idman direktoru Kris Hill, Rays Stadionunun Olimpiya standartlarına uyğun olacağı yeni bir quruluşa çevrilməsi planlarını açıqladı. İlkin olaraq müəssisəni tamamilə əsaslandırmaq üçün üç il vaxt keçirməsi gözlənilirdi. 1997-ci ildə Yuta şagirdi və Yutanın ən böyük bankı olan ing. First Security Corporation (indi ing. Wells Fargo hissəsi) sədri Spenser Ekkls, George S. və Dolores Dore Ekkls Fondu layihəyə 10 milyon dollar bağışlayacağını açıqladı. Bu hədiyyə sayəsində universitet Ekkls ailəsindən 1972-ci ildə Rays Stadionuna orijinal yeniləmə layihəsini maliyyələşdirən Robert L. Rays ilə birlikdə George Ekkls adını stadiona əlavə etmək üçün icazə aldı}} .
SKA SKVO (stadion)
«SKA SKVO» stadionu — Rostov-na-Donu şəhərində yerləşən stadion. Stadion 1971-ci ildə inşa edilmişdir. Bu zaman onun oturacaq sayı 27300 nəfər üçün planlaşdırılmışdır. Stadionda SKVO FK öz ev oyunlarını keçirir. Stadionun tikintisinə 1960-cı illərdə general-polkovnik Altuninin rəhbərliyi altında başlanılmışdır. Bu kompleksə ümumi oturacaq sayı 33 min olan stadion, yüngül atletika qurğuları olan ərazi, su-idman kompleksi və idman meydançaları. Əsas arena və ümumilikdə kompleks 1971-ci ildə tsn istismara verilir. Kompleksin tam layihələnməsini «Voenproekt» gerçəklənmişdir. 2007-ci ilin fevralında stadion yenidən bərpa edilir. Şərq və qərb tribunaları yenidən təmir olunmuşdur (aşağı oturacaqlar, VIP-loja).