Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
I Stand
I Stand (azərb. Mən dururam‎) — Çexiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Ghost in the Shell: Stand Alone Complex
Ghost in the Shell: Stand Alone Complex (攻殻機動隊 STAND ALONE COMPLEX, Kōkaku Kidōtai STAND ALONE COMPLEX, Zirehdəki Xəyalət: Təklik Kompleksi) ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı. Birinci mövsumu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. Ghost in the Shell: S.A.C. 2nd GIG (攻殻機動隊 S.A.C. 2nd GIG, Kōkaku Kidōtai S.A.C. 2nd GIG) adlı ikinci mövsum isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu. == Məzmun == Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın Niihama prefekturasının Niihama şəhərində (新浜県新浜市, Niihama-ken Niihama-shi) baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun İctimai Təhlükəsizlik Bürosunun IX Şöbəsinin (公安9課, Kōan Kyūka) ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir. == İstehsal == Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüsserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər. === Musiqi === Yoko Kanno serialın iki mövsum, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır. == Yayımlama == Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib.
Ageratina standleyi
Ageratina standleyi (lat. Ageratina standleyi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alacahöyük tunc standartları
Alacahöyük tunc standartları Alacahöyük yaşayış yeri ərazisindəki hökmdar qəbirlərindən aşkarlanmış tunc standartlar seriyasıdır. Kult məqsədi ilə istifadə edildiyi düşünülən standartların arabalara bərkidilməsi ehtimal olunur. == Kəşfi == 1935–1939-cu illərdə türk arxeoloqlar Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arık Çorum ilinin Alaca kəndi yaxınlığında yerləşən Alacahöyük yaşayış yerində arxeoloji tədqiqat işləri aparmışlar. Tədqiqatlar zamanı erkən tunc dövrünə aid 14 məzar aşkarlanmışdır ki, bunlar da "hökmdar məzarları" və ya "kral məzarları" adlandırılmışdır. Bu məzarlarda və onların ətrafında aparılmış tədqiqatlar zamanı çoxsaylı artefaktlar, o cümlədən iyirmi bürünc standart aşkarlanmışdır. == Təsvir == Arxeoloq Uinfrid Ortmann (ing.) standartları iki əsas qrupa ayırır. Qruplardan biri fərdi heyvanlardan, digəri isə disk və üzüklərdən (heyvan təsvirləri ilə və ya təsvirlərsiz) təşkil olunmuşdur. O, standartları formalarına və məzmununa görə qruplara bölmüşdür. Fərqi heyvanlar maral və ya öküzlərdir. Dörd ayaq üzərində təsvir olunmu heyvan fiqurlarının ayaqları aşağı uzanaraq birləşir və ehtimal ki, bu hissədə standartlar taxta özülə bərkidilirdi.
Amerika Milli Standartlar İnstitutu
Amerika Milli Standartlar İnstitutu (ing. American National Standards Institute, ANSI) Amerika Birləşmiş Ştatlarında standartların işlənib hazırlanması ilə məşğul olan işgüzar dairələrinin nümayəndələrindən ibarət qurum; == Tarixi == ABŞ-ni Beynəlxalq Standartlaşdırma Təşkilatında (ing. International Organizator for Standartization, ISO) təmsil edir. 19 oktyabr 1918-ci il tarixində yaradılıb. Baş idarəsi Vaşinqton şəhərində yerləşir . Demək olar ki, bütün sənaye sahələrinə aid rəsmi ANSI standartları mövcuddur və onların əksəriyyəti kompüterlərlə bağlıdır. Mikrokompüterlər sahəsində ANSI üç istiqamətə cavabdehdir: proqramlaşdırma dilləri, SCSI interfeysi və ANSI.SYS drayveri. Proqramlaşdırmada ANSI daha çox aşağıdakılardan birinə aid olur: FORTRAN, COBOL, C, yaxud başqa proqramlaşdırma dillərinin ANSI standart versiyaları. Adəti üzrə, dilin ayrıca istehsalçı versiyası ANSI standartında müəyyən olunmuş bütün özəlliklərə, eləcə də istehsalçının özünün əlavə planlaşdırdığı özəlliklərə malik olmalıdır. Bir kompüterdən başqasına asanca keçirilə bilməsi üçün proqram ANSI standartında olmayan hər hansı xüsusiyyətdən istifadə etməməlidir.
Avropa Telekommunikasiya Standartları İnstitutu
Avropa Telekommunikasiya Standartları İnstitutu (beynəlxalq qısa adı - ETSI) 32 dövlət tərəfindən formalaşdırılmış bir qurumdur. ETSI-nin gördüyü işlər Avropada informasiya şəbəkələrinin yaradılması və inkişafı problemlərini əhatə edir. Məsələn, İnstitut rəqəmli Avropa simsiz rabitə, GSM “mobil rabitə üzrə qlobal sistemini” və yerli şəbəkədə küyəbənzər siqnalların istifadəsinin standartlarını hazırlayıb. İnstitut mürəkkəb çoxnizamlı funksional profillərin və Euro-ISDN şəbəkəsinin işlənib hazırlanması üzrə vacib işlər aparır. ETSI aşağıdakı standartları hazırlayıb: rəqəmli simsiz avropa rabitəsi; ümumavropa TETRA radiomagistralı.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında == 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. == Tarixi == 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında == 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. == Tarixi == 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Azərbaycan Standartlaşdırma İnstitutu
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) - İnstitut standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir. == Haqqında == Azərbaycan Respublikasi Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1234 saylı 10 fevral 2017 –ci il tarixli Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən İnstituta standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirmək səlahiyyəti verilib. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi həmin Sərəncamla yeni yaradılan, mərkəzi icra hakimiyyəti statusuna malik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin idarəçiliyinə verilib. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və həmin Fərmanla “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib. == Standartlaşdırma üzrə Texniki Komitələr == Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən maraqlı tərəflərin iştirakı ilə bir çox elmi-tədqiqat institutlarının, dövlət və qeyri-dövlət təşkilatlarının bazasında standartlaşdırma üzrə Texniki komitələr təsis edilib: "İnformasiya-kommunikasiya texnologiyaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 05), "Turizm və əlaqədar xidmətlər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06), "Uyğunluğun qiymətləndirilməsi" üzrə Texniki Komitə (AZSTAND/TK 08), "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 09), "Tikinti materialları, məmulatları və konstruksiyaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 10), "Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar"ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20), "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 21), "Üzümçülük və şərabçılıq məhsulları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 22), "Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 23), "Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 24), "Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 25), "Tərəvəz toxum-əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması" standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26), "Toxum və əkin materialları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 27), "Naftalan nefti və ondan alınan məhsullar" üzrə Texniki Komitə (AZSTAND/TK 29), "Taxıl və taxıl məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK30), "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 31), "Torpaqşünaslıq, aqroekologiya və aqrokimya sahələri" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 32), "Qida məhsullarının keyfiyyəti və texnologiyası" standartlaşdırma üzrə Texniki Komitə AZSTAND/TK 33, "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 34), "Neft-mədən avadanlıqları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 35). == Beynəlxalq əlaqələr == Azərbaycan Standartlaşdırma İnstitutu Azərbaycan Respublikasını Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) kimi standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda təmsil edir. Azərbaycan Standartlaşdırma İnstitutu fəaliyyət göstərdiyi müddət ərzində Türkiyə, Almaniya, Serbiya, Ukrayna, İsrail, Qazaxıstan və digər ölkəllərin milli standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılmasına nail olub. == Regional bölmələr == Sumqayıt regional bölməsi, Gəncə regional bölməsi, Yevlax regional bölməsi, Şəki regional bölməsi, Lənkəran regional bölməsi, Salyan regional bölməsi.
Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları– RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib. PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri (İSBN, İSMN, İSSN, İSAN və İSRC) - kitabların, not yazılarının, dövri nəşrlərin, audivizual əsərlərin, audio və ya videoyazıların eyniləşdirməsini təmin edən unikal rəqəmli kodlar. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Beynəlxalq Standart Seriya Nömrəsi
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Beynəlxalq standartlaşdırma təşkilatı
Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır. == Tarixi haqqında == XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur.
Bucaq ölçmə standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Bucaq ölçümü standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Bucaqölçmə standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Federal Məlumat Emal Standartları
Federal Məlumat Emal Standartları (ing. Federal Information Processing Standards) - qeyri-hərbi dövlət orqanları və dövlət podratçıları tərəfindən kompüter sistemlərində istifadə üçün Amerika Birləşmiş Ştatları federal hökuməti tərəfindən hazırlanan standartlardır. Bir çox FMES Amerika Milli Standartlar İnstitutu (AMSİ), Elektrik və Elektronik Mühəndislər İnstitutu (EEMİ) və Beynəlxalq standartlaşdırma təşkilatı (BST) tərəfindən istifadə olunan standartların modifikasiyasıdır. Lakin bəzi standartlar ABŞ tərəfindən hazırlanmışdır. Bura əsasən yaşayış məntəqələri kodları, şifrləmə standartları daxildir.
Gümüş standartı
Gümüş standartı — gümüşə əsaslanan pul sistemi. == Tarixi == Gümüş standartı Bizans imperiyasının dağılmasından sonra yarandı və düz XIX əsrə qədər hakim sistem idi. XVI əsrdə Potosi yaxınlığındakı Serro Rikoda böyük gümüş yataqları tapıldıqdan sonra beynəlxalq gümüş standartı ispan pesosu ilə əlaqələndirildi. Bu gümüş ispan dollarları təxminən dörd yüz il ərzində beynəlxalq ticarətdə dünya valyutası sayılırdı. === Ləğv olunması === 1704-cü ildə, Anna Stüart kraliça elan edildikdən sonra, Britaniya Vest Hindistanı dublonlar, ispan qızıl sikkələri ilə birlikdə qızıl standartını tətbiq edən ilk bölgələrdən biri oldu. 1717-ci ildə Kral zərbxanasının rəhbəri ser İsaak Nyuton gümüş və qızıl arasında yeni bir məzənnə tətbiq etdi və bu nəticədə Böyük Britaniya faktiki olaraq qızıl standartına keçdi. Napoleon müharibələrindən sonra Böyük Britaniya qızıl soverenləri tətbiq etdi və 1821-ci ildə rəsmi olaraq qızıl standartını qəbul etdi. Eyni zamanda, Latın Amerikasındakı inqilablar Potosi və Limadakı zərbxanalarda istehsal olunan gümüş dollarların (peso) tədarükünü dayandırdı. Britaniya qızıl standartı ilk olaraq bəzi Britaniya koloniyalarına, xüsusən də Avstraliya və Cənubi Afrika müstəmləkələrinə yayıldı, amma Şimali Amerika müstəmləkələri, Britaniya Hindistanı və Cənub-Şərqi Asiyaya yayılmadı. Kanada əyaləti 1853-cü ildə, Nyufaundlend koloniyası isə 1865-ci ildə qızıl standartını qəbul etdi.
Həyat standartı
Həyat standartı — müəyyən bir coğrafi ərazidə, adətən bir ölkədə müəyyən sosial-iqtisadi sinif üçün əlçatan olan sərvətin, rahatlığın, əmlakın və ehtiyacların səviyyəsi. Həyat standartı özündə gəlir, işin keyfiyyəti və əlçatanlığı, sinfi fərqlər, yoxsulluq səviyyəsi, mənzilin keyfiyyəti və əldə edilə bilməsinin mümkünlüyü, zəruri ehtiyac mallarının alınması üçün tələb olunan iş vaxtı, ümumi daxili məhsul, inflyasiya dərəcəsi, hər il boş vaxtın miqdarı, keyfiyyətli səhiyyəyə əlverişli (və ya pulsuz) çatımlılıq, təhsilin keyfiyyəti və əlçatanlığı, həyat gözləntiləri, xəstəliyin baş vermə dərəcəsi, mal və xidmətlərin dəyəri, infrastruktur, milli iqtisadi artım, iqtisadi və siyasi sabitlik, azadlıq, ətraf mühitin keyfiyyəti, iqlim və təhlükəsizlik kimi faktorları ehtiva edir. Həyat standartı həyat keyfiyyəti anlayışı ilə yaxından əlaqədardır. == Qiymətləndirilməsi == Həyat standartı, ümumən, adambaşına düşən real (inflyasiya da nəzərə alınmaqla) gəlir və yoxsulluq səviyyəsi kimi standartlarla qiymətləndirilir. Səhiyyənin keyfiyyəti və əlçatanlığı, gəlir artımı bərabərsizliyi, təhsil standartları kimi digər meyarlar da istifadə edilir. Müəyyən mallara çatımlılıq (məsələn, hər 1000 nəfərə düşən soyuducu sayı), eləcə də həyat gözləntiləri kimi sağlamlıq meyarları da buna nümunədir. Bu, bir növ müəyyən bir dövrdə və ya yerdə yaşayan insanların öz ehtiyaclarını və (və ya) istəklərini təmin edə biləcəyi asanlıqdır. "Standart" sözünün əsas məğzi həyat keyfiyyəti ilə ziddiyyət təşkil edə bilər. Belə ki, sonuncu maddi həyat standartları ilə yanaşı, insan həyatını təşkil edən qeyri-maddi aspektləri də, məsələn, asudə vaxt, təhlükəsizlik, mədəni resurslar, sosial həyat, fiziki sağlamlıq, ətraf mühitin keyfiyyəti məsələlərini də nəzərə alır. Belə qərarlar vermək üçün rifah halının ölçülməsinin daha mürəkkəb vasitələrindən istifadə etmək lazımdır, lakin bu da olduqca siyasi xarakterlidir; odur ki, həm də mübahisəlidir.
IP standartı
IP Standartı (Ingress Protection Rating) Mexanik və ya elektrik cihazlarının suya, toza və ya xarici təsirlərə müqavimətini ölçmək üçün istifadə olunur. Bu reytinqlər Beynəlxalq Elektrotexniki Komissiya (IEC) tərəfindən dərc olunur. Bu kodların bir başqa məqsədi, satılan məhsul haqqında daha ətraflı məlumat verməkdir. Rəqəmlər və şərhlər aşağıdakı cədvəldə verilmişdir. "X" heç bir qoruyan dövlət deməkdir. Məsələn, LG K10 2017 IP58 (və ya IP 5/8) lisenziyasına malikdir. Birinci rəqəm, qatı maddələrə qarşı qorunmanın dərəcəsini göstərir və ikinci rəqəm maye kontaktdan qorunma dərəcəsini göstərir. Buna görə LG K10 2017 toza qarşı və suya batırma təsirlərinə qarşı dayanıqlıdır. === Qatı cisimlərə qarşı dayanıqlıq === === Mayelərə qarşı dayanıqlıq === IP-dən sonra gələn ikinci rəqəm mayelərə qarşı davamlılığı göstərir.
ISA (Industry Standart Architecture)
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Intel High Definition Audio(Azalia) audio standartı
Intel High Definition Audio (HD Audio və ya Azalia da adlanır) — fərdi kompüterlərin səs alt sistemi üçün bir xüsusiyyətidir. Bu onların AC'97 PC səs standartının varisi olaraq 2004-cü ildə Intel tərəfindən bazara çıxarıldı. İnkişaf əsnasında kod adı " Azalia " idi. == Əməliyyat sistemi dəstəyi == Microsoft, Windows XP SP3 və sonrakı Windows versiyaları HD Audio səs cihazları dəstəkləyən bir Universal Səs Arxitekturası (UAA) sinifi sürücüsü daxildir . Windows 2000 və Windows XP SP2 üçün UAA sürücüləri də vardır. OS X'in öz AppleHDA sürücüsü ilə tam dəstəyi vardır. OpenSolaris, FreeBSD, NetBSD'i OpenBSD əməliyyat sistemləri kimi Linux da, HD Audio kontrollarını dəstəkləyir. == Ana kompüter nəzarətçisi == AC'97 kimi, HD Audio PCI məlumat yolu üzərindəki kontrolları tərəfindən və əlaqənin digər hissəsində kodek tərəfindən istifadə memarlığını, əlaqə çərçivə formasını və proqramlaşdırma interfeysi təyin edən bir xüsusiyyətdir . Ana kompüter nəzarətçi tətbiqləri, ən azından Intel, Nvidia, AMD ilə əldə edilə bilər. Bu cür nəzarətçiləri ilə istifadə edilən Codec əvvəllər Realtek , (SIGMATEL alınan) (Analog Devices " SoundMAX hissəsi çölə aldım) Conexant , İnteqrasiya Cihaz Texnologiyası (IDT) , VIA , Wolfson Mikroelektronik və daxil olmaqla bir çox şirkət əldə edə bilər.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
International Standard Serial Number
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Juniperus standleyi
Stendli ardıcı (lat. Juniperus standleyi) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Standl.
Paul Karpenter Stendli (ing. Paul Carpenter Standley, 21 mart 1884 – 2 iyun 1963, Tequsiqalpa) — Amerika botaniki. == Elmi əsərləri == «Flora of New Mexico». Wooton, Elmer Ottis. — Lehre: Cramer, 1972, [Nachdr. d. Ausg.] Вашингтон, 1915. «Flora of Glacier National Park Montana». Стэндли, Пол К. — Lehre: Cramer, 1969, Author. repr.
Stana Katiç
Stana Katiç (serb-xorv. Stana Katić, ing. Stana Katic 26 aprel 1978, Hamilton, Ontario) — Serb-xorvat mənşəli kanadalı aktrisa, Kasl televiziya serialındakı detektiv Keyt Bekket rolu ilə tanınır. == Bioqrafiyası == Katiç Kanadanın Ontario vilayəti, Hamilton şəhərində anadan olub. Atası serb, anası xorvat əsillidir. Yuqoslaviyadan Kanadaya köçmüşlər. Milliyyəti haqqında danışan Stana deyir: "Valideynlərim Xorvatiyadan olan serblərdir. Bizi Dalmatiyalı adlandırıram". Atası Vrlicdən, anası Sindəndir. Daha sonra Katiç ailəsi ilə Aurora şəhərinə (İllinoys, ABŞ) köçür.
Aleksandra Stan
Alexandra Stan (10 iyun 1989, Konstansa) — rumın müğənni. == Həyatı == Alexandra Ioana Stan ( İyun 1989 10 il təvəllüdlü) Rumın ifaçısı , model və bəstəkardır. O, debüt tək buraxmışdır , yalnız , Rumıniya sayı on səkkiz çatmışdır olan mərhum 2009-cu ildə "Lollipop ( Param Pam Pam )" , . Onun ikinci bir azad , "Mr.Saxobeat " , az bir il daha 10,000,000 nüsxə satış və otuz Yeni Zelandiya və Birləşmiş Krallıq kimi ölkələrdə , və üst 10 ildə ilk beşliyə çatan , onun dünyada sıçrayış hit oldu Avstraliya, plus Kanada və Amerika Birləşmiş Ştatları top 30 . Avqust 2011-ci ildə onun debüt albomu azad , Saxobeats başlıqlı . Rapper Carlprit featuring, " 1,000,000 " "Geri Al" və : albom daha iki single spawned . Iyun 2012-ci 4-də o, onun debüt albomu Saxobeats yenidən azad aparıcı vahid kimi " Limonade " azad . Mahnı əsas nizamnamə İtaliya və Çin Gold Certified idi . Stan sonra 27 sentyabr 2012 " Limonade " üçün təqib kimi , və yenidən azad olan ikinci sinql kimi " Cliche ( Hush Hush )" buraxmışdır. Mahnı chart bilmədi.
George Sand
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…])—Fransız yazıçısı, bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır.
Jorj Sand
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…])—Fransız yazıçısı, bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır.
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
Yorgen Strand Larsen
Yorgen Strand Larsen (6 fevral 2000-ci ildə Norveçdə anadan olub) — Norveç Eliteserien təmsilçilərindən olan Sarpsburq klubunda hücumçu kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Sarpsburq === Larsen Sarpsburq akademiyası vasitəsilə inkişaf etmişdir. larsen öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə Valerenqa klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Yonas Lindberqi əvəz etmişdir. Həmin görüşdə Sarpsburq liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2017-ci ildə larsen Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Larsen İngiltərə, Niderland, Ukrayna milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Niderland millisinə qarşı oyunda bir qolla yadda qalmışdır. == Karyera statistikası == === Klub === 18 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Blood and Sand
Stad de Frans
Stad de Frans (fr. Stade de France) — Parisin Sen-Deni kommunasının şimal ətrafında yerləşən Fransa stadionu. 1998-ci ildə Fransada keçirilən 1998 FİFA Dünya Kubokuna xüsusi olaraq inşa edilmişdir. Hal-hazırda 81 338 tamaşaçı tutumuna malikdir. Tikinti xərcləri təxminən 285 milyon avro təşkil edib. Arena hazırda Fransa milli futbol və reqbi komandalarına ev sahibliyi edir. Konfiqurasiya atletika yarışlarına da ev sahibliyi etməyə imkan verir, 2003 Dünya Atletika Çempionatı burada keçirildi, Meeting Areva turniri hər il keçirilir. Stadion 26 iyul-11 avqust 2024-cü ildə Parisdə keçiriləcək 2024 Yay Olimpiya Oyunları çərçivəsində açılış və bağlanış mərasimlərinin, yüngül atletika yarışlarının və futbol turnirinin finalına ev sahibliyi edəcək. == Tarixi == Stadionun inşası 80-ci illərin əvvəllərindən, Fransa 1990 FİFA Dünya Kubokuna ev sahibliyi etmək iddiasında olduğu üçün tikintiyə planlaşdırılırdı, lakin səsvermədən bir il əvvəl, 31 iyul 1983-cü ildə ərizəni geri götürdü. Daha sonra Paris, 1992 Yay Olimpiya Oyunlarına ev sahibliyi etdiyini iddia etdi, burada Parisin cənub-qərbindəki Vensen meşəsi ərazisində 80 min nəfərlik yeni bir Olimpiya stadionunun tikintisi planlaşdırıldı, lakin müraciət itirildi və stadionun inşası ləğv edildi.
Yon Ola Sand
Yon Ola Sand (21 dekabr 1961, Oslo) —Avroviziya Mahnı Müsabiqəsinin direktoru. Norveçlidir.Norveçin milli televiziya kanalı Norsk Rikskrinqkastinqdə çalışır. 26 noyabr 2010-cu ildə Sand, Svante Stokseliusun istefasından sonra Avroviziya Mahnı Müsabiqəsi və Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün başçı olaraq təyin edildi.
Çeçeni̇stan Milli Kitabxanası
Çeçeni̇stan Milli Kitabxanası — 1904-cu ildə Qroznıda yaradılmış ilk Ümumaçıq kitabxanadır. 1920-ci il Sovet hakimiyyəti dövründə dövlət kitabxanasına çevrilmişdir. Çeçen-İnquş Muxtar Vilayəti yarandıqdan sonra (1934) Vilayət kitabxanası statusu alır. Metodik və səyyar fond şöbələri yaradılır. 1936-cı ildə Muxtar Respublika yaradılması ilə əlaqədar respublika kitabxanasına çevrilir. 1939-cu ildən respublika ərazisində çap olunan nəşrlərdən (2 nüsxə) məcburi nüsxələr almağa başlayır. Müharibə illərində kitabxana 35 min nüsxə ədəbiyyatı hərbi hissələr vermişdir. 1944-cü ildə Muxtar Respublika ləğv edildikdən sonra kitabxana A.P.Çexov adına Qroznı vilayət kitabxanasına çevrilir. 1990-cı illərin əvvələrində kitabxananın fondu 2,6 milyon nüsxədən çox olmuşdur.Respublikada gedən hərbi əməliyyatlar zamanı kitabxananın binası və fondu məhv edilmişdir. 2000-ci ildə kitabxana bərpa olunur və 2003-cü ildə fondu 15 min nüsxəyə çatmişdır.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Mutand
Mutant, orqanizmin X, Y, Z, Qamma və buna bənzər hiper şüalanmaya məruz qalması nəticəsində hüceyrə nüvəsindəki DNT ardıcıllığının və qıvrımlarının dəyişdirilməsi nəticəsində canlıların fizioloji və bioloji xüsusiyyətlərində göz ilə görünən dəyişikliklərin müşahidə edilməsidir.
Orand
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. == Tarixi == Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır == Coğrafiyası və iqlimi == Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 1534 nəfərdir.
Ostan
Sapand
Sapand -bir ucunda, barmağa keçirmək üçün ilgək olan, ipdən atıcı soyuq silah və ov vasitəsi. Sapand ipinin ortasındakı enliyə daş yerləşdirilərək, ipin bir ucunda olan ilgək barmağa keçirilir, o biri ucunda olan düyün isə, həmin əlin barmaqları ilə sıxılaraq, başın üzərində, üfuqi müstəvidə, ya da, əgər döyüş sıx səfli cərgədə baş verirsə, yandan şaquli müstəvidə fırladılır. Lazımı fırlanma sürəti yığılandan sonra, ipin düyünlü ucu buraxılır. Daş ətalət qanununa tabe olaraq atılır.
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Seans
Seans (film, 1988)
Siland
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. == Tarixi == Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Skande
Skande (gürc. სკანდე) və ya digər adı ilə Skanda (gürc. სკა asა) — Gürcüstanın İmereti bölgəsindəki Terjola bələdiyyəsində yerləşən kənd. Skande ölkənin qərb bölgəsində, Kvirila çay sisteminin bir hissəsi olan Çxari adlı kiçik çay vadisində yerləşir. Kənd Terjola şəhərindən təxminən 15 km şimal-qərbdə yerləşir. Əhalisi 2014-cü ilin siyahıyaalınmasına görə 434 nəfərdir. == Tarixi == === Son antik dövr === Skandedan Bizans mənbələrində də bəhs edilmişdir. Bizans imperatoru I Yustinianın Novellae əsəri və Menander Protektorun əsərləri də bu qəbildəndir. Mənbələrdə Skandenın Lazika bölgəsinin daxili hissələrində olması və bölgədə Bizans və Sasani imperiyaları arasında qarşıdurmaların olduğu qeyd edilmişdir. Yaxşı müdafiə olunan və strateji cəhətdən yaxşı qorunan Skande qalası Sarapanis qalası ilə birlikdə ölkənin şərqində olan İberiya sərhədindən gələ biləcək hücumlara qarşı ölkəni qorumuşdur.
Smend
Heckeperre Setepenre, Smend — Misirin iyirmi birinci sülaləsinin banisi olan firondur. Aşağı Misiri idarə edən XI. Ramzesin ölümündən sonra taxta çıxmışdır. "Mendesin Sahibi" mənasına gələn Nesbanebced adı ilə doğulmuş olmasına baxmayaraq, İosifus və Sext Afrikan kimi yunan yazarlar tərəfindən "Smendes" olaraq adlandırılmışdır. Mənşəyi tam olaraq bilinməməklə birlikdə, XI. Ramzesin yüksəlişi dövründə Aşağı Misirdə olduğu və Tanis bölgəsinin idarəsindən məsuliyyətli olduğu düşünülür.
Stanak
Stanak (həmçinin sabor, serb-xorv. Stanak, sabor ) — orta əsrlər Bosniyasında hökumətin ən yüksək məsləhət orqanı. Stanakda dövlətin həyatındakı ən vacib məsələlərə dair qərarlar verdilər: hökmdar seçirdilər, müharibə və sülh məsələlərinə və baştınların paylanmasına qərar verirdilər . == Tarix == Bosniya dövlət məclisinin mənasında ilk dəfə stanak termini 1354-cü ildən bəri Ban Tvrtko nizamnaməsində istifadə edildi. Bu termin Dubrovnikin yazılı mənbələrində də istifadə edilmişdir ( lat. , it. stanicho, stanach, stanagh, stanaz ). Xarici sənədlərdə buna zbor ( sborro, sborrum ) deyilirdi. Bosniya zadəganlarına və hökmdarlarına ünvanlanan sənədlərdə, Bosniya hökmdarı və ya stanak mənasını verən "bütün Bosniya" ifadəsi tez-tez istifadə olunurdu. "Bütün Bosniya Rusağı" ifadəsi ( serb-xorv.
Şotland
Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq. == Etimologiyası == Scotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir. Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir. Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir. Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir. Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur.