Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Strokes
The Strokes — 1998-ci ildə ABŞ-də yaradılmış rok qrupu.
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Stromae
Pol Van Aver (fr. Paul Van Haver; 12 mart 1985), daha çox Stromae (tələffüzü: Stromay) adı ilə tanınan, Ruanda əsilli belçikalı repçi. O, "Stromae" səhnə təxəllüsünü "maestro" sözündən təhrif edib. 2000-ci ildə o, Opamaestro təxəllüsü ilə rep dünyasında öz fəaliyyətini başlıyır, amma bu təxəllüs başqa birisinə oxşadığı üçün onu dəyişmək qərarına gəlir və Stromae-ni seçir. 18 yaşında JEDİ (Didye Jan-Lonqan) adlı repçi ilə qrup yaradır, və onlar "Faut que t’arrête le Rap" adında mahnı və klip hazırlayırlar. Buna baxmayaraq JEDİ qrupu tərk edir, və beləcə Stromae-nin solo karyerası başlıyır. Təhsil haqqını ödəmək üçün o, işləməyə başlıyır, amma qazandığı pullar yenə də onu qanə etmir, və o, Milli kinematoqrafiya və radioelektronika institutunun (İNRACİ) kino fakültəsinə qəbul olunur, qazanmış pullarla "Juste un cerveau, un flow, un fond et un mic…" adlı ilk albomunu yazdırır. 2008-ci ildə Pol Melissa M. iə "Avec tout mon amour" albomu üçün "Cette fois interprété" mahnısını yazır, həmçinin Keri Ceymsin "À L’Ombre Du Show Business" albomu üçün daha dörd kompozisiya və Anggunla birlikdə "Si je t’emmène" sinqlını yazır. 2009-cu ildə Stromae öz birinci hitini "Alors on danse" mahnısını təqdim edir. Mahnı başqa ölkələrdə də sürətlə məşhurlaşır.
Stryker
IAV Stryker, ABŞ ordusunda istifadə olunan General Dynamics Land Systems tərəfindən istehsal olunan Kanada istehsalı olan 8 təkərli LAW III-dən hazırlanmış ilk 8x8 konstruksiyalı zirehli döyüş vasitəsidir. Stryker, ABŞ ordusunun 1980-ci ildə istifadə etməyə başladığı M2/M3 Bradleydən sonra istifadə etdiyi ilk yeni zirehli döyüş maşınıdır. ABŞ hərbçiləri tərəfindən 2002-ci ildən bəri həm personal daşıyıcısı, həm də tank məhv edən ACV rolunda istifadə olunur. Əməliyyat mənzili 500 km, maksimum sürəti 100 km/s təşkil edir. M1126 Zirehli personal daşıyan M1127 Zirehli maşın M1128 Mobil silah sistemi.105 mm M68A1 topa malikdir M1129 120 mm haubitsa M1130 Komanda maşını M1131 Dəstək maşını M1132 Mühəndis maşını M1133 yaralıları daşımaq üçün maşın olub silah sistemləri yoxdur M1134 Anti-tank maşını.
Bram Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Brem Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Lens Stroll
Lens Stroll (ing. Lance Stroll; d. 29 oktyabr 1998-ci il) — Kanadalı yarış sürücüsü, Formula-1 pilotu.
Mark Stronq
Mark Stronq (ing. Mark Strong, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur. == Həyatı == Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur. Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir. Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur. İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır. Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi. Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır. "Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir.
Robert Stroud
Robert Franklin Stroud (28 yanvar 1890 - 21 noyabr 1963) — "Alkatraz quşçusu" ləqəbiylə tanınan və eyni filmdə haqqında danışılan ABŞ-lı məhkum. Stroud, Seattle, Elizabeth Jane (qardaşı McCartney 1860-1938) və Benjamin Franklin Stroudun ən böyük uşağıdır. Anasının əvvəlki evliliyindən iki qızı var idi. Atası sui-istifadə edən bir alkoqollu idi və buna görə Stroud 13 yaşında evdən qaçmışdı.
Soroki qalası
Soroki qalası (rum. Cetatea Soroca) — Moldovanın Soroki şəhərində yerləşən tarixi qala. Soroki qalası 1499-cu ildə Moldova şahzadəsi III Stefan tərəfindən tikdirilmişdir. Dnestr çayı (rum. Nistru) üzərindəki çay keçidini müdafiə edən orijinal taxta qala Dnestr üzərindəki 4 qaladan (məsələn, Akkerman və Xotin), Danube çayı üzərindəki 2 qaladan və orta Moldovanın şimal sərhədində yerləşən 3 qaladan ibarət istehkam zəncirinin ən əhəmiyyətli həlqəsi təşkil edirdi. 1543–1546-cı illərdə Pyotr Rareş qalanı daşdan yenidən tikdirmişdir və qalaya bərabər məsafələrdə yerləşən 5 bürc əlavə etmişdir. Böyük Türk müharibəsində III Sobeski qalanı osmanlılara qarşı uğurla müdafiə etmişdir. Qala I Pyotrun 1711-ci ildəki Prut yürüşündə böyük hərbi əhəmiyyətə malik idi. Rusiya-Osmanlı müharibəsi dövründə (1735–1739) istehkam ruslar tərəfindən talan edilmişdir. Soroki qalası Soroki şəhərinin görməli yerlərindən biri hesab olunur.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
Stokle sarayı
Stoclet Sarayı (Fransızca: Palais Stoclet), Belçikanın Sint-Pieters-Woluwe bələdiyəsinin Tervurenlaan küçəsində bir villadır. Villanın çertiyoju Avstraliyalı memar Josef Hoffmann tərəfindən 1911-də çəkilmişdir.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Play Store
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Rolling Stone
Rolling Stone — əsası 1967-ci il Noyabrın 9-da California ştatının San Fransisko əyalətində Yan Venner – hansı ki, indi də jurnalın baş redaktorudur – və musiqi tənqidçisi Ralf Qlison tərəfindən qoyulmuşdur. Jurnal əsasən 2 həftədə bir dəfə nəşr olunurdu və siyasət, mədəniyyət, musiqi və s. sahələrdə məqalələrdən təşkil olunurdu. 90-cı illərdən başlayaraq Rolling Stone gənc oxucuların marağını nəzərə alaraq daha çox gənclərə aid televiziya şouları, film aktyorları və dövrün populyar musiqi və musiqiçiləri barədə məqalələr yazmağa başladı. Son illərdə jurnal yenidən əvvəlki formatına qayıdıb.
Smoke test
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Stoks qanunu
Stoks qanunu-özlü mayelərdə cismin hərəkəti zamanı meydana çıxan müqavimətinə aiddir. Bu müqavimət qüvvəsi (F) mayenin axma sürəti (v), özülülük əmsalı ( η {\displaystyle \eta } ) və cismin xətti ölçüləri (r) ilə mütənasibdir. F = 6 π η r v {\displaystyle F=6\pi \eta rv} Özülülük əmsalı maddəyə görə dəyişir.
Stone Island
Stone İsland — İtalyan şirkəti, yüksək-səviyyəli geyim istehsalçısı. 1982-ci ildə Stone İsland geyim markası C.P.Company adını daşıyan şirkətin məhsulu kimi yaranıb. Onun işi nəticəsində Stone İsland markası altında həm materialın keyfiyyətinə, emal texnologiyalarına, həm də ekstremal dizayna görə nadir əşyaların sırasına peyda olmağa başladı. Stone İsland məhsullarının istehsalı zamanı istifadə edilən texnoloji prosedurların kökləri tez-tez qeyri-standart geyim istehsal etməyə imkan verən müxtəlif sənaye sahələrinə gedir. Yuxarıda sadalanan texnoloji gedişlərin tətbiqi nəticəsində şirkət Avropada populyarlıq qazanmağa başlayıb. Stone Island geyimləri tekstil brendlərinin A (lüks) seqmentinə daxildir. Stone İsland paltarının əsas və ən vacib detallarından biri, kompas şəklində bir şirkət emblemi ilə bir yamaq tikmədir. Adətən o sol qolda iki düymə (bəzi modellərdə — çiyində) bərkidilir. 1980-ci illərin ortalarında, əsasən, bu dizayner tapıntısı sayəsində Stone Island markası altında olan geyim eyni İngilis futbol azarkeşləri arasında populyarlaşdı. Stone İsland geyimlərinin vəziyyətində bu yamaq elementi, hətta paltardan belə vacib detala çevrildi.
App Store
App Store — proqramlar mağazasıdır, iTunes Store onlayn-supermarketinin bölməsi, iPhone mobil telefonları, iPod Touch pleyerləri və iPad planşetləri üçün müxtəlif əlavələri özündə saxlayan mağazadır. Proqramların bir hissəsi ödənişli, bir hissəsi də pulsuzdur. == Mağaza haqqında == App Store - iPhone və iPod Touch üçün 900 mindən çox proqram təklif edir, iPad üçün təxminən 375 min (12 iyun 2013), ümumi yükləmələrin sayı 50 milyardı örtmüşdür. İstifadəçi bazası 575 milyon userdən ibarətdir. Proqramlar kateqoriyalardan təşkil olunub.
Apricot Stone
Apricot Stone (Azərbaycanca: Qaysı çəyirdəyi) — Ermənistanın 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edilən mahnı. Mahnını Eva Rivas ifa etdi.
Apple Store
Apple Store — "Apple Inc."a məxsus və onun tərəfindən idarə olunan pərakəndə mağazalar şəbəkəsi. Mağazalarda müxtəlif "Apple" məhsulları, o cümlədən "Mac" fərdi kompüterləri, "iPhone" smartfonları, "iPad" planşet kompüterləri, "Apple Watch" ağıllı saatları, "Apple TV" rəqəmsal media pleyerləri, proqram təminatı, "Apple" markalı və seçilmiş üçüncü tərəf aksesuarlar satılır. İlk "Apple" mağazaları 2001-ci ilin may ayında o vaxtkı baş icraçı direktor Stiv Cobs tərəfindən açılmışdır. İllərlə cəhd edilən mağaza daxilində mağaza konsepsiyası uğursuz olmuşdu və bu zaman iki mağaza açılmışdı. Şirkətin məhsullarının təkmilləşdirilmiş pərakəndə təqdimatına ehtiyac olduğunu görən Cobs 1997-ci ildə istehlakçılarla yaxşı əlaqələr əldə etmək məqsədilə pərakəndə satış proqramını yeniləmək üçün səy göstərməyə başlamışdı. O, 2000-ci ildə Ron Consonu işə götürmüşdü. Cobs 1997-ci ildə "Apple"ın onlayn mağazasını yenidən işə salmış və 2001-ci ildə ilk iki fiziki mağazanı açmışdır. Mətbuat əvvəlcə "Apple"ın iflasa uğrayacağı ilə bağlı fərziyyələr irəli sürmüşdü, lakin bu mağazalar çox uğurlu olmuş, yaxınlıqdakı rəqib mağazaların satış nömrələrini keçərək üç il ərzində illik satışı 1 milyard ABŞ dollarına çatmışdır. "Apple Store" bunu bacaran ən sürətli pərakəndə satıcı olmuşdur. "Apple" 15 iyun 2023-cü ildə Birləşmiş Krallıqda, Londonun Bettersi rayonunda ən son mağazasını açmışdır.
Klod Levi-Stross
Claude Lévi-Strauss (28 noyabr 1908[…], Brüssel – 30 oktyabr 2009[…], Parisin 16-cı dairəsi[d]) — Beçikada yaşayan fransız ailəsində anadan olmuş etnoloq və antropoloqdur. Levi-Strauss strukturalizm və struktural antropologiya nəzəriyyələrini inkişaf etdirən əsas alimlərdən sayılır. == Həyatı == Claude Lévi-Strauss 28 noyabr 1908-ci ildə Belçikanın Brüssel şəhərində, yəhudi əsilli fransız ailəsində anadan olub. Atası Raymond Lévi-Strauss portret sənəti ilə məşğul olan rəssam idi. Claude-un uşaqlığı Parisin elit təbəqəsi arasında keçmişdir. Sorbonna Universitetində hüquq təhsili alsa da, 1931-ci ildə ixtisasını dəyişərək fəlsəfə üzrə təhsil almaq qərarı verir. 1935-ci ildə Levi-Strauss Fransa mədəniyyət missiyasının tərkibində Braziliyaya yollanır və San-Paulu Universitetində çalışır. O, burada sonrada həyat yoldaşı olan Dina ilə tanış olur və 1939-cu ilə cütlük Braziliyada yaşayır. Bu illər ərzində o, Amazondaı qəbilələri araşdırır. Sonradan o, kannibalizm haqqında araşdırmalarının vegeterian həyat tərzini seçməsinə səbəb olduğunu yazırdı.
Stoker (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Struve Geodeziya Qövsü
Struve Geodeziya Qövsü — 2820 metr boyunca, 26 trianqular nöqtədən ibarət olan şəbəkə. Bu geodeziya qövsünün yaradılmasında əsas məqsəd Yerin xüsusiyyətlərini, forma və ölçülərini müəyyən etməkdir. O, Norveçin Hammerfest şəhərindən başlayaraq Qara dənizə qədər uzanır və ümumilikdə 10 ölkədən keçir. Qövs onun yaradıcısı əslən alman olan rusiyalı astronom Fridrix Vilhelm Struvenin şərəfinə adlandırılıb. 29 dekabr 2006-cı ildə Belarus Respublikasının Milli Bankı gümüş 20 rubl və mis-nikel qarışıqlı 1 rublluq xatirə sikkələri buraxılıb. 15 iyun 2009-cu ildə Moldova Milli Bankı 50 ley nominalında gümüş xatirə sikkəsi buraxıb. 11 may 2015-ci ildə Litva Bankı 20 avro dəyərində xatirə əsginası buraxmışdır.
Sirkə
Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye. Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir. Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.
Ştrbske-Pleso
Ştrbske-Pleso (slovak. Štrbské pleso) — Slovakiyada moren mənşəli göl. Göl Slovakiyanın Yüksək Tatra dağlarında yerləşir. Gölün uzunluğu 640 metr, eni isə 600 metrdir. Göl sahilinin uzunluğu 2,245 km-dir. Ümumi sahəsi — 19,67 hektardır. Ştrbske-Pleso gölünün orta dərinliyi 6,61 metr, ən dərin yeri isə 20,3 metrdir. Göl suyunun həcmi — təxminən1,3 milyon m³-dir. Ştrbske-Pleso gölü böyüklüyünə görə ölkənin ikinci gölüdür. Göl dəniz səviyyəsindən 1345 metr yüksəklikdə yerləşib.
Sirkə anhidridi
Sirkə anhidridi (CH3CO)2O – rəngsiz sərt iyə malik mayedir. Benzolda, dietil efirində və başqa üzvü həlledicilərdə həll olur. Sənayedə sirkə anhidridi asetaldehidin katalitik oksidləşməsi nəticəsində kobalt və mis asetatlarının iştiraki ilə alınır. Sirkə turşusundan su ayıran maddələrin vasitəsi ilə: 2CH3COOH→(CH3CO)2+H2O Natrium asetatın xloranhidridlə dəyişmə reaksiyası nəticəsində: 2CH3COONa+ClCOCH3→(CH3CO)2O+NaCl Spirtlərlə mürəkkəb efirlər əmələ gətirir: (CH3CO)2O+2HOC2H5→2CH3COOC2H5+H2O Aminlərlə reaksiya zamanı amidlər alınır: (CH3CO2O+2C2H5NH2→CH3CONHC2H5+CH3COOH· C2H5NH2 Sirkə anhidridini su ilə qızdırdığda sirkə turşusu alınır: (CH3CO)2O+H2O→2CH3COOH Sirkə anhidridi ətirli maddələrin, dərman preparatlarının, süni liflərin və foto və kinoplyonkaların istehsalında istifadə olunur. Большая Советская Энциклопедия Химическая энциклопедия.М:Большая Российская энциклопедия,1992. Т. 5.
Sirkə içənlər
Sirkə içənlər ((三酸圖, üç sərxoş; 嘗醋翁, sirkə içən üç yaşlı kişi; 嘗醋圖, 尝醋图)) — Çində yaranmış dini mövzulu rəsm əsərləri. Sirkə içənlər adlı rəsmlər əsasən Konfutsiçilik, Buddizm və Daosizm kimi dinlərin ədəbiyyatlarında təsvir olunmuşdur. Hopfe, Lewis M; revised by Woodward, Mark R. "Religions of the World". Pearson Prentice Hall. 2007. p 176. ISBN 0-13-224045-9 Ji, Sang. Religions and Religious Life in China. China Intercontinental Press, 2004. Smith, Huston.
Sirkə kasası
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Sirkə turşusu
Asetat turşusu və ya sirkə turşusu (CH3COOH, sistematik adı: etan turşusu) — doymuş birəsaslı karbon turşusudur. Sirkə haqqında məlumatlar insanlara çox qədimdən məlumdur. Ümumiyyətlə, sirkə şərabın fermentasiya məhsuludur. Sirkə turşusu haqqında ilk məlumatlar e.ə. III əsrdə yaranmışdır. İlk dəfə Sirkə turşusunun metallara təsirini yunan alimi Teofrast izah etmişdir. Sirkə turşusunu ilk dəfə distillə üsulu ilə ərəb alimi Cabir ibn Həyyan sintez etmişdir. 1847-ci ildə isə Alman alimi Adolf Kolbe Sirkə turşusunu qeyri-üzvi birləşmələrdən almışdır. XIX əsrin sonu XX əsrin əvvəlində Sirkə turşusunun əsas istehsalçısı Almaniya ölkəsi idi. Sirkə turşusu üzvi turşudur.