Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sulamiş noyon
Sulamiş noyon Adak noyon oğlu (?-1299)—Besut ulusundan elxanlı sərkərdəsi. Sulamiş noyon tanınmış sərkərdə idi. Ünlü bir ailədən çıxmışdı. Atası Adak noyon, babası Baycu noyon Elxanilər dövlətinin adlı-sanlı sərkərdələri idilər. O da bir çox döyüşlərdə özünü tanıtmışdı. Elxanlı taxtında əyləşən Qazan xan, qarşılarında heç cür bacarıqlı olmadıqları Məmlüklərə qarşı cavab vermək üçün 1298-ci ildə Diyarbəkri işğal etdi. Bu sırada Məmlüklər, türkmənlərlə bərabər Maraşı ələ keçirdiler. Daha sonra Hələbdəki Məmlük əsgərləri Sisi vurdu. Buna görə Qazan xan onlara qarşı Suriyaya yönəldi və öncəki Rum valisi Sulamiş ibn Əfak (Üvək) bin Baycu ət-Tatariya bu səfərə qatılmasını əmr etdi. Ancaq Sulamiş bu əmrə tabe olmadı və Qazan xana qarşı üsyan bayrağı açdı (1298).
Sulançıx
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Uzanmış arnebiya
Uzanmış arnebiya (lat. Arnebia decumbens) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin arnebiya cinsinə aid bitki növü.
Uzanmış qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Uzanmış çılpaq
Uzanmış çılpaq (fr. Nu Couché) — italyan rəssamı Amadeo Modilyaninin 1917–1918-ci illərdə çəkdiyi rəsm əsəri. Dünyanın ən çox sərgilənən rəsm əsərlərindən biri sayılır. Bu rəsm əsəri hazırda dünyanın ən bahalı rəsm əsərlərinin siyahısında doqquzuncu yeri tutur. 9 noyabr 2015-ci ildə "Uzanmış çılpaq" əsəri Nyu-Yorkdakı "Kristis" hərracında 170,405,000 ABŞ dollarına satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.
Ehtiyatda saxlanmış söz
Ehtiyatda saxlanmış söz (ing. Reserved word,rus. зарезервированное слово) – proqramlaşdırma dillərinin əksəriyyərində: özəl anlamı, konkret funksiyası olan söz; açar söz (KEYWORD) də deyilir. Ehtiyatda saxlanmış sözlərdən prosedurları, funksiyaları, dəyişənləri, yaxud istifadəçinin ad verdiyi başqa obyektləri adlandırmaq üçün identifikator kimi istifadə etmək olmaz. Ancaq elə dillər var ki, (məsələn, Fortran) onlarda açar sözlər ehtiyatda saxlanmış sözlər deyil. Komanda sətri interfeysinə malik əməliyyat sistemlərində qurğuların məntiqi adları (məsələn, LPT1, COM1), eləcə də bəzi komandaların adları ehtiyatda saxlanılır. == Həmçinin bax == İdentifikator Açar söz == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Relslər üzərinə uzanmış adam
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
Relslər üzərinə uzanmış adam (roman)

Budanmış söyüd ağacları mənzərəsi (rəsm əsəri)
Budanmış Söyüd Ağaclarının Mənzərəsi — 1884-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
UNESCO-nun siyahısına salınmış Rusiyada yerləşən obyektlər
2019-cu ilə YUNESKO Ümumdünya İrsi siyahısında təsvirdə "Rusiya Federasiyası" nişanlı 29 maddə mövcuddur, bu ümumi sayın 2,6% -ni təşkil edir (2019-cu il üçün 1121). Mədəniyyət meyarlarına görə siyahıya 18 obyekt daxil edilmişdir, onlardan 7-si insan dahisinin şah əsəri (i meyar i), 11 obyekt təbii meyarlara görə, onlardan 4-ü müstəsna gözəllik və estetik əhəmiyyətə malik təbiət hadisələri kimi qəbul edilmişdir (meyar vii). 2017-ci ildə Rusiya Ümumdünya İrs Saytlarının ümumi sayına görə dünyada 9-cu, təbii ərazilərin sayına görə (Çin, ABŞ və Avstraliyadan sonra) 4-cü yerdədir. Ümumdünya İrs Siyahısına daxil edilən qədim Hersones Tavriçes şəhəri və təsviri yerində "Ukrayna" işarəsi olan Krımın nəzarətində olan Rusiya ərazisindədir. Rusiya hakimiyyəti bunu Rusiya Federasiyası ərazisində Ümumdünya İrs Saytı hesab edir; Rusiya Federasiyasının UNESCO-dakı daimi nümayəndəsi E. Mitrofanova onu Rusiya obyektlərinin sayına aid etdi. Bundan əlavə, 2017-ci il tarixində Rusiyada 18 obyekt (üç təkrar namizəd sayılmamış) Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Rusiyanın hüquqi varisi olan Sovet Sosialist Respublikaları İttifaqı 12 oktyabr 1988-ci ildə Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını ratifikasiya etdi. Rusiya ərazisində yerləşən ilk obyektlər 1990-cı ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 14-cü iclasında siyahıya alındı. Bu cədvəldə obyektlər YUNESKO-nun Dünya İrsi Siyahısına əlavə olunduğu qaydada yerləşdirilmişdir. Rəng, Rusiyanın nəzarətində olan Krım yarımadasının ərazisində yerləşən, lakin Dünya İrs Siyahısında "Ukrayna"nı qeyd edir.
Sülemiş
Sülemiş ya da tam adıyla Məlikül-Adil Sultan Bədrəddin Sülemiş (d. 1272 - ö. 1291, Konstantinopolis) Misir və Suriyada 1279-cu ildə 7 yaşında ikən 100 gün hökm sürmüş altıncı Türk əsilli Bəhri xanədanından Məmluk sultanıdır. Bir Qıpçaq Türkü olan Məmlük sultanı I Baybarsın oğullarından biridir. Böyük qardaşı olan Bərkə xanın taxtdan endirilmesinden sonra 7 yaşında Kalavunun təklifinə görə sultan elan edildi. 27 noyabr 1279-cu ildə Kalavun 100 Məmlüklu əmirin qatıldığı bir toplantıya başçılıq etdi. Burada Sultanlıq vəzifəsini ancaq bir yetişkin, həddi-buluğa çatmış bir kişinin rdə biləcəyini iddia etdi. Bu toplantı sonucunda Sülemişin taxtdan imtina etməsi və yərinə Kalavunun Məmlük sultanı olması qəbul edildi. Beləcə 100 gün sürən sultanlığından sonra Sülemiş taxtdan endirildi. Sülemiş öncə qardaşı Berkə xanin sürgündə olduğu qədim Xaçlı qalası "Kərək"ə göndərildi.
Üzən-yarı suya salınmış qazma qurğusu-"Şelf" (film, 1982)
Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Üzən-yarı suya salınmış qazma qurğusu — "Şelf" (film, 1982)

Sulamif Messerer
Sulamif Mixaylovna Messerer (Meşoyrer) (rus. Сулами́фь Миха́йловна Мессере́р (Мешойрер); 27 avqust 1908, Moskva – 3 iyun 2004, London) — Sovet balerinası və balet müəllimi, üzgüçü. Asap Messerer və Rahila Messerer-Plisetskayanın bacısı, Mixail Messererin anası, Maya Plisetskayanın xalası və övladlığa götürən ökey anası. RSFSR xalq artisti (1962). Sulamif Plisetskaya 27 avqust 1908-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866–1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870–1929) ailəsində anadan olub. Milliyyətcə valideynləri yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. Sulamifin atası Mendel 8 xarici dil bilirdi. O, Xarkovda diş həkimi diplomu alıb və 1904-cü ildə həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığı yeri tərk edərək Moskvaya gedə bilib.
Bədrədddin Sülemiş
Sülemiş ya da tam adıyla Məlikül-Adil Sultan Bədrəddin Sülemiş (d. 1272 - ö. 1291, Konstantinopolis) Misir və Suriyada 1279-cu ildə 7 yaşında ikən 100 gün hökm sürmüş altıncı Türk əsilli Bəhri xanədanından Məmluk sultanıdır. == Həyatı == Bir Qıpçaq Türkü olan Məmlük sultanı I Baybarsın oğullarından biridir. Böyük qardaşı olan Bərkə xanın taxtdan endirilmesinden sonra 7 yaşında Kalavunun təklifinə görə sultan elan edildi. 27 noyabr 1279-cu ildə Kalavun 100 Məmlüklu əmirin qatıldığı bir toplantıya başçılıq etdi. Burada Sultanlıq vəzifəsini ancaq bir yetişkin, həddi-buluğa çatmış bir kişinin rdə biləcəyini iddia etdi. Bu toplantı sonucunda Sülemişin taxtdan imtina etməsi və yərinə Kalavunun Məmlük sultanı olması qəbul edildi. Beləcə 100 gün sürən sultanlığından sonra Sülemiş taxtdan endirildi. Sülemiş öncə qardaşı Berkə xanin sürgündə olduğu qədim Xaçlı qalası "Kərək"ə göndərildi.
Accipiter virgatus sulaensis
Kiçik bildirçinçalan (lat. Accipiter virgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi (ən geci 632 – ən tezi 693 və ən geci 695, Kufə, ərəb. أبو عبد الرحمن عبد الله بن حبيب السلمي‎) — hədis ravisi, Quran hafizi. Tam adı Əbu Əbdürrəhman Abdullah ibn Həbib ibn Rəbiə əs-Sulami əl-Kufidir. Məhəmməd (s.a.v) peyğəmbərin sağlığında doğulub. Atası Həbib ibn Rəbiə əl-Sulami Məhəmməd peyğəmbərin səhabəsi olmuşdur. Əbu Əbdürrəhman əl-Sulaminin ya hicri 73 (692/693), ya da hicri 74 (693/694) ildə Kufədə vəfat etdiyi güman edilir. Əbu Əbdürrəhman əs-Sulami Quran hafizi olaraq Osman ibn Əffan, Əli ibn Əbu Talib, Zeyd ibn Sabit, Abdullah ibn Məsud və Ubeyy ibn Kəbdən Quran oxumağı öyrənmişdir. Onun tələbələri arasında: Asimə ibn Əbu ən-Nəcudə, Yəhya ibn Vətəba, Ata ibn əl-Saibə, Abdullah ibn İsa ibn Əbdürrəhman ibn Əbu Leyla, Məhəmməd ibn Əbu Əyyub, Əmir əş-Şəbi və İsmayıl ibn Əbu Xalid var idi. Osman ibn Əffanın səltənətindən ölümünə qədər Kufə Böyük Məscidində Quran tilavəti dərsləri keçdiyi bilinir. Əbu Əbdürrəhman əs-Sulami heç vaxt Quran oxumaq üçün ödənc almamışdır.