İSLANMIŞ

f.sif. İslaq hala gəlmiş.
Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara: – Allah kəssin belə yaylağı. A.Şaiq.
Şehli çəmənlərdə qaçdığım anlar; Yadıma islanmış tellərim gəlir. M.Dilbazi.
İsgəndər kişi tərdən islanmış dəsmalını dizinə sərmişdi. İ.Hüseynov.

// İs. mənasında.
məc. İslanmışın sudan nə qorxusu?! (Məsəl).

◊ İslanmış cücə kimi – bütün su içində olan, üst-başı başdan-başa islanmış adam haqqında.
…Arıq adam islanmış cücə kimi büzüşüb danışdığına peşman oldu. M.Hüseyn.

İSLANMAQ
İSLATMA

Digər lüğətlərdə