Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Surnaköhül (Miyanə)
Surnaköhül (fars. سورناكهل‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (18 ailə).
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Surra
Surra (Sabirabad) — Sabirabad rayonunda kənd. Surra (Şabran) — Şabran rayonunda kənd. Aşağı Surra — Neftçala rayonunda kənd. Bala Surra — Neftçala rayonunda kənd.
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
SRNA
SRNA və ya Serb Respublikasının Jurnalistika Agentliyi (serb. Новинска агенција Републике Српске) — Serb Respublikasında jurnalistika agentliyi. Köhnə adı "Serb Jurnalistika Agentliyi" idi. 1992-ci ildə Şərqi Sarayevo şəhərində Bosniya serblərinin ilk mediası olaraq quruldu. Respublika hökumətinin qərarına əsasən 27 mart 2008-ci ildə "Serb Respublikasının Jurnalistika Agentliyi" adlandırıldı. SRNA şeir, nəsr və jurnalistikada növündə bir çox kitab nəşr etmişdir. Serb Respublikası, Serbiya və bölgənin digər ölkələrinin bütün kitab sərgilərində iştirak edir. Çox saylı mükafatlar içərisində, "Иницијал" beynəxalq kitab yarmarkasında doktor Miodraq Laziçin "Hərbi cərrahın gündəliyi" (serb. Дневник ратног хирурга) kitabına görə verilən İlk Mükafat agentlik üçün xüsusi əhəmiyyət kəsb edir. Müharibə illərində o, Niş şəhərindən olan könüllü idi, Sarayevonun serb hissəsində (indiki Şərqi Sarayevo) yerləşən xəstəxanada əsgərlərin və mülki şəxslərin həyatını xilas edən cərrah idi.
Urna
Urna - kremasiya olunmuş meyitin külü saxlanılan hermetik xüsusi qab. Urnalar vazaların bir növü hesab olunur. Üzərində qapağı olan, yuvarlaq gövdəli və bəzi hallarda ayaqlı postamentə malik olan urnalardan insan küllərinin saxlanılmasında geniş istifadə edilməkdədir. Termin daha çox dəfn mərasimlərində istifadə olunan qablar kimi çıxış etsə də, başqa kontekslərdə də istifadəsinə rast gəlinməkdədir. Urnalardan bəzək əşyası kimi də istifadə halları mövcuddur.
Abdulrazak Qurna
Abdulrazak Qurna (ing. Abdulrazak Gurnah, suah. Abdulrazak Gurnah; 20 dekabr 1948[…], Zənzibar (şəhər), Zənzibar, Tanzaniya) - ingilis dilində yazan Tanzaniyalı yazıçı . İngiltərədə yaşayır. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı ( 2021 ). Booker və Whitbread Mükafatları tərəfindən qısa siyahıya alınan "Paradise" ("Cənnət") (1994), "Desertion" ("Fərari" ) (2005) və Los Angeles Times Book Prize Kitab Mükafatı üçün qısa siyahıya alınmış "By the sea" ("Dəniz kənarında"" (2001) romanlarının müəllifidir. == Tərcümeyi-hal == 1948-ci ildə Zanzibar adasında ərəb əsilli müsəlman ailəsində anadan olub. 1968-ci ildə Zanzibarda anti-ərəb fikirləri səbəbindən İngiltərəyə köçərək təhsilini orada davam etdirdi. 1980-1982 -ci illərdə Nigeriyadakı Bayero Universitetində mühazirə oxudu. 1982 -ci ildə İngiltərədəki Kent Universitetində doktorluq dərəcəsi aldı.
Ağ durna
Aşağı Surra
Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. Aşağı Surra bəylər, zadələr ismi ilə tanınır. "Surranın Quru Bəyləri" ifadəsidə məhz bura təkamül edir. Redaktor: Ağali Sadıqov == Coğrafiyası və iqlimi == Kənd Salyan-Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir.
Bala Surra
Bala Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim "kiçik Sura kəndi" deməkdir. Yaşayış məntəqəsini XIX əsrin 80-ci illərində Kurun sağ sahilindəki Ərəb Bəbirxanlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Kurun sahilində, Şirvan düzündə yerləşir.
Qaraboyun durna
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Sarna (Salmas)
Sarna və ya Sarnaq (fars. سرنق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 914 nəfər (223 ailə) yaşayır. Etnik baxımdan əhalisi Azərbaycan türklərindən ibarətdir.
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Suran (Komican)
Suran (fars. سوران‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 111 ailədə 209 nəfəri kişilər və 207 nəfəri qadınlar olmaqla cəmi 416 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Suran (dəqiqləşdirmə)
Suran
Suran (Ərdəbil)
Suran (fars. سوران‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (11 ailə).
Suran nahiyəsi
Suran nahiyəsi (ərəb. ناحية صوران‎) — Suriyada, Hələb mühafəzəsinin Əzaz məntəqəsində inzibati–ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Suran şəhəridir. 2004–cü il siyahıyaalınmasına əsasən Suran nahiyəsinin əhalisi 4.874 ailədə 15.336 nəfəri kişilər və 14.696 nəfəri qadınlar olmaqla cəmi 30.032 nəfərdir. 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Suran şəhəri və 17 kənd yerləşir.
Surma-Meqxna
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Surra (Sabirabad)
Surra — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tədqiqatçıların fikrinə görə kəndin adı XIII əsirdə Qərbi Türkistandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Lakin Azərbaycan ərazisində bir sıra Sorsor və ya Sursur kəndlərinin adları olması bu faktı təkzib edir. Kəndin tarixi qədim dövrə təsadüf edir. Kəndin ərazisində tarixi e.ə. VI-I əsrlərə aid olan Surra yaşayış yeri mövcud olmuşdur. Surra yaşayış yerinin qalıqları 3 ha sahədə tapılmışdır. XX əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən buldozerlər ərazidəki tarixi tapıntıların böyük qismini məhv etmişdir.
Surra (Şabran)
Surra — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Hazırda kənd statusuna malik deyil. Şabran şəhərinin Surra küçəsi kimi qeyd edilir. Kənd Şabran rayon mərkəzi yaxınlığında yerləşir. Dəvəçiçay Surranın mərkəzindən keçir. Bu çay əhalinin içməli su və kənd təsərrüfatında işlədilən suya olan tələbatını ödəyir. Kəndin əhalisi 500 nəfərə yaxındır. Kənd əhalisi əsasən bağçılıq, bostançılıq və ticarətlə məşğul olur.
Surra bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Surya qətliamı
Surya qətliamı — 16 sentyabr 1969-cu ildə İraqda, Dəhuk mühafəzəsi Zaxo qəzasında baş vermiş qətliam. Hadisədə 38 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır. İraq ordusunun bir dəstəsi Surya kəndində axtarış apararkən dəstənin zirehli maşınlarından birində partlayıcı qurğu partlamışdır.
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.