Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neytron döyüş sursatı
Neytron döyüş sursatı — güclü neytron şüalanması ilə təsir göstərən nüvə silahı növü. Neytron döyüş sursatında partlayış xarakterli bölünmə və sintez nüvə reaksiyalarından istifadə olunur. Hazırlanmasında əsas ilkin maddə kimi deyteriumla tritiumun qarışığı işlədilir. Partlayış enerjisi bütün canlılara, o cümlədən daldalanacaqda və sair yerlərdə gizlənmiş adamlara təsir göstərir. Neytron döyüş sursatının dağıdıcı və yandırıcı təsiri nüvə bombalarına nisbətən zəif, orqanizmi şüalandırma qabiliyyəti isə çox yüksəkdir. Neytron döyüş sursatı növlərindən biri hədəfdən 30–130 m yüksəkdə partladılarkən 200–400 m radiusdakı obyektlər zərbə dalğası və işıq şüalanmasından məhv olur, [[1000]-1200 m radiusdakı adamlar bir anda, 1500 m radiusdakılar isə iki gün ərzində tələf olur. 1981-ci ildən ABŞ-da neytron döyüş sursatının kütləvi istehsalı başlanmışdır. Neytron döyüş sursatının növlərindən biri Lens raketi və 203,2 mm-lik mərmilər həm neytron, həm də nüvə partladıcısı ilə təchiz olunur.
Qursalı
Qursalı — Ermənistan Pəmbək mahalının Hamamlı rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pəmbək çayının yaxınlığında, Kəmərli dağının ətəyində yerləşir. Hamamlı rayonu yaradılana kimi (1937-ci ilə kimi) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin adının Qursalı formasında işlənməsi toponim kəngər türk tayfasından olan xurs etnonimi ilə Alı şəxs adı əsasında əmələ gəlmişdir. "Xurs (qurs) tayfasından olan Alıya məxsus kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 nəfər, 1904 - cü ildə 824 nəfər, 1914 - cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri — azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir.
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Tandem sursat
Tandem sursat və ya ikili partlayıcı qısaca partlayıcı və ya döyüş raketi sistemlərində istifadə olunan və ardıcıl partlayışı təmin edən bir cihazdır. Bu mexanizm vasitəsilə zirehli döyüş maşınlarında istifadə olunan qəfəs zirehləri və ya reaktiv zirehləri zərərsizləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə cihaz reaktiv zirehləri yüngül bir partlayışla zərərsizləşdirir. Bu şəkildə zirehdəki partlayıcılar partladılır. Təsirə məruz qalan ərazi reaktiv zirehdən təmizləndikdən sonra başlıqdakı əsas partlayıcılar işə düşür və texnikanın əsas zirehi ilə təmas edərək onu məhv etməyə çalışır. PG-7VR model döyüş başlığından istifadə edən RPG-7 və onun daha da inkişaf etdirilmiş versiyası olan RPG-29 buna misaldır. Soyuq müharibə illərində Amerika istehsalı olan bir çox silahda bu texnikadan istifadə edilmişdir. O dövrdə istehsal olunan Sovet tanklarının əksəriyyəti reaktiv zirehlərdən istifadə edirdi. Məsələn, bu sistem Amerikan istehsalı olan BGM-71 TOW və AGM-114 Hellfire döyüş raketlərində istifadə olunur.
Sursat qatarı
Sursat qatarı — XIX və XX əsr müharibələrində orduların elementi. Onlar hər bir diviziyanın artilleriya və piyada döyüş sursatlarının sursat doldurma məntəqəsindən döyüş sahəsinə daşınmasına cavabdeh idilər. Qatar burada hərfi mənada qatar ola bilərdi, lakin əksər hallarda deyildi və "karvan" mənasında işlədilirdi. Dövrdən asılı olaraq, onun daşınması atlı vaqon və ya motorlu nəqliyyat vasitələri olmuş, və rolları yerinə yetirmək üçün lazımi işçi heyəti və avadanlıqlar təyin edilmişdir. Onların ənənəvi qabiliyyəti müasir döyüşlərdə böyük ölçüdə əvəz edilmişdir. Birləşmiş Ştatlar Hərbi Qüvvələrində hər bir döyüş diviziyasının öz sahə artilleriya briqadasına təyin edilmiş sursat qatarı olmalı idi.
Qurşaqlı
Qurşaqlı (Xoy) —
Qurşaqlı (Urmiya)
Qurşaqlı (fars. قورشالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (59 ailə).
Qurşaqlı (Xoy)
Qurşaqlı (fars. قورشاق لو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (18 ailə).
Qurşaqlı (Əhər)
Qurşaqlı (fars. قورشاقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (11 ailə).
Sürxanlı (Ərdəbil)
Sürxanlı (fars. سرخانلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (53 ailə).
Spratli arxipelaqı
Spratli (vyet. Quần Đảo Trường Sa — Çıonqşa, çin. 南沙群島, taqal Kapuluan ng Kalayaan) — Cənubi Çin dənizinun cənub-qərbində yerləşən arxipelaq. Adalarda daimi yaşayış olmasa belə 4 aeroport fəaliyyət göstərir. Hazırda adalar balıçılıq təsərrüfatı rayonu rolunu oynayır. Arxipelaq ərazisimə altı ölkə iddia edir: Vyetnam, Çin, Tayvan, Malayziya, Filippin və Bruney. Adaların ümumi sahəsinin az olmasına baxmayaraq regionda mövcudluq baxımından əhəmiyyətlidir. Burada böyük miqdarda qaz və neft yataqlarının olması ehtimal edilir. ABŞ Ebergetika Nazirliyinin məlumatına görə adalar ərazisində 5,4 mld barel neft, 55,1 trilion kubmetr qaz vardır. Arxipelaqa daxil 45 adaya Vyetnan, Çin, Malayziya, Filippin və Tayvan öz ordusunu yerləşdirmişdir.
Sürətli likvidlik
Sürətli (tez) likvidlik nisbəti (ing. Quick ratio, Acid test, QR) — yüksək likvidli cari aktivlərin qısamüddətli öhdəliklərə (uzunmüddətli öhdəliklər) nisbətinə bərabər olan maliyyə əmsalı. Məlumat mənbəyi cari likvidliklə eyni şəkildə şirkətin balans hesabatıdır, lakin ehtiyatlar aktivlər kimi nəzərə alınmır, çünki satılmağa məcbur edilərsə, itkilər bütün dövriyyə kapitalı arasında ən böyük olacaqdır. Müəssisənin qısamüddətli öhdəliklərini ən likvid aktivlərlə ödəmək qabiliyyətini göstərir. К бл = Cari aktivlər − Ehtiyatlar Cari məsuliyyət {\displaystyle {\mbox{К}}_{\mbox{бл}}={{\mbox{Cari aktivlər}}-{\mbox{Ehtiyatlar}} \over {\mbox{Cari məsuliyyət}}}} və ya К бл = Qısamüddətli debitor borcları + Qısamüddətli maliyyə investisiyaları + Qısamüddətli öhdəliklər Təxirə salınmış gəlir − Gələcək xərclər üçün ehtiyatlar − Gələcək xərclər üçün ehtiyatlar {\displaystyle {\mbox{К}}_{\mbox{бл}}={{\mbox{Qısamüddətli debitor borcları}}+{\mbox{Qısamüddətli maliyyə investisiyaları}}+{\mbox{Qısamüddətli öhdəliklər}} \over {\mbox{Təxirə salınmış gəlir}}-{\mbox{Gələcək xərclər üçün ehtiyatlar}}-{\mbox{Gələcək xərclər üçün ehtiyatlar}}}} Бригхэм Ю., Эрхардт М. Анализ финансовой отчётности // Финансовый менеджмент (10-е изд). СПб.: Питер. Пер. с англ. под. ред.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.
Anar Şuşalı
Anar Şuşalı (kino sənətçisi) (Həsənov Anar Bəybala oğlu) — Azərbaycan kinorejissoru.
Xuraman Şuşalı
Hüseynova Xuraman Qələndər qızı (2 fevral 1983, Şuşa, DQMV) — Azərbaycanlı müğənni Hüseynova Xuraman Qələndər qızı 1983-cü ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini 1988–92-ci illərdə Şuşa şəhəri 4 saylı orta məktəbdə alıb. Həmin ildə Şuşa şəhər Niyazi adına musiqi məkəbinə (Solo ifaçılıq sinfinə) daxil olub. 1992-ci ildə Şuşa şəhərinin işğal olunması ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Təhsilini 1993–1999-cu illərdə Respublika İncəsənət Gimnaziyasında davam etdirib. Gimnaziyada təhsil aldığı illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının solisti olub. Həmin illərdə Dövlət Televiziyası və İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə səhnələşdirilmiş Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında "Telli" (rej. Tofiq Tağızadə), Nizami Gəncəvinin "Xeyir və Şər" operasında Şahzadə (bəstəkar Oqtay Rəcəbov), S. Vurğunun "Fərhad və Şirin" (poeması əsasında) tamaşasında "Şirin" (rej. Məmmədkamal Kazımov), Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında "Minnət xanım", S. Rüstəmin "Qaçaq Nəbi" poemasında "Həcər" və s. tamaşalarda müxtəlif obrazlar yaratmışdır.
Prototiplərin sürətli hazırlanması
Prototiplərin sürətli hazırlanması (ingiliscə Rapid Prototyping) maketlərin, sınaq nümunələrinin və ya işlək modellərin konstruksiya verilənlərinin bazasında sürətli hazırlanma texnologiyasıdır. Bu prototiplər hazırlama prosesinin sonrakı mərhələsində dəqiqləşdirilir və beləliklə seriya istehsalım üçün yararlı hala gətirilirlər. 1987-ci ildə ilk dəfə olarag kompyüterden bir başa üçölçülü modellərin hazırlanması mümkün olmuşdur. Modellər istənilən həndəsi formaya malik ola bilirlər. Daxili boşlugları, arxa səthlərı və yuvaları problemsiz hazırlamag mümkün olmuşdur. İlk vaxtlarda bu üsulla hazırlanan modellərə sərf olunan vaxt adi üsulla, yəni mexaniki e`mal vasitəsi ilə hazırlananlardan bir neçə saat az idi. Bu modellər süni materialdan hazırlandığı üçün yalnız əyani nümayiş üçün və ya da dizayn modeli kimi istifadə edilirdi. Onların "funksional prototip" kimi istifadə edilməsi mexaniki və ya termiki yükləmə baxımından mümkün deyildi. Modellərin yeni üsulla hazırlanması qabaqlar tətbiq olunan xüsusu alətlərdən, formalardan və avadanlıqlardan imtina etməyə şərait yaratmışdır. Bu yeni üsulu ilk dəfə həyata keçirmək üçün hissənin üc ölçülü həndəsi forması haqqinda informasiyanı daşıyan bir kompüter proqramı və bu qrafiki informasiyanı qat şəklində addım və addım fotopolimerləşdirmə vasitəsilə qətrandan əyani cismə çevirən qurğu tətbiq edilmişdir.
Sürətli Furye çevirməsi
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Sürətli nizamlama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Sürətli sıralama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Ufa sürətli tramvayı
Ufa sürətli tramvayı — Başqırdısta Respublikasının Uda şəhərində planlaşdırılan sürətli tramvay xətti. Surətli tramvay xətti Ufa metropoliteninin əvəzinə olaraq istifadəyə vriləcəkdir. Hazırdas layihənin ekspertizası aparılır.. Bu layihənin hazırlanmasına zərurət sərnişin daşımada yaranan sıxlıq olmuşdur. Sürətli tramvay metropolitenə əvəz olaraq planlaşdırılır. Belə ki metropolitenə nisbətdə daha az vəsait sərf olunması və sürətin metro ilə eyni olması buna rəvac olmuşdur. Bu layihə həmdə şəhərin hər iki hissəsində yerləşən tramvay xətlərini birləşdirməyə imkan verməlidir. Sürətli tramvay iki xətdən ibarət olmalıdır. Şəhərin əsas magistralına paralel — Oktyabr prospekti — prospetin şərq və qərb küçələri ilə hərəkət edəcəkdir. Xətt Ufa tramvayının digər hissələri ilə birləşdiriləcəkdir.
Yüksək sürətli frezləmə
Yüksək sürətli frezləmə (ingiliscə High Speed Milling (HSC)) metalların emalında CNC idarə olunan dəzgahlarda yerinə yetirilən kəsmə üsulu olub alətin yüksək dövrlər sayında və bir neçə dəfə böyüdülmüş verişlərdə aparılması ilə səciyyələnir. Burada yonqar qatı adi kəsmə üsullarında olduğundan dəfələrlə kiçikdir. Son illərdə maşınqayırma texnologiyasında High Speed Cutting (HSC) kimi tanınan bu emal növü kağız üzərində mövcud olan nəzəriyyədən praktikada geniş tətbiq olunan bir texnologiyaya çevrilmişdir. Hələ keçən əsrin əvvəlində, 1929-ci ildə alman alimi Salomon tərəfindən Berlin Texniki Universitetində ixtira edilmiş bu texnologiya uzun müddət bir nəzəriyyə kimi qalmışdır. Laboratoriya şəraitində aparılmış sınaqlar nəticəsində Salomon o dövrdə Teylorun kəsmə sürəti ilə alətin davamlılığı arasında mövcud olan asılılığını təkzib edən başqa bir nəticəyə gəlmişdir. Teylor nəzəriyyəsinə görə mexaniki emal zamanı kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur və qüvvə də artır. Bunun nəticəsində alətin davamlılığı aşağı düşür. Salomonun sınaqları isə başqa bir nəticə vermişdir, yəni kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur yalnız bir müddət artır, və sürətin sonrakı artımı onun azalmasına səbəb olur. Bununla Teylor nəzəriyyəsinin yalnız kiçik bir intervalda düzgün olduğu göstərildi. Salomon öz sınaqlarını müxtəlif metallar üzərində aparmışdır: polad-440 m/dəq, brünc-1600 m/dəq, mis-2850 m/dəq və alüminium-16500 m/dəq.
Çində sürətli qatar
Çində sürətli dəmiryolu (High-speed rail) — sərnişin daşınması üçün istifadə olunan və 250–350 km/saat sürət üçün qurulan dəmiryolu xəttləridir. 2017-ci ildə ölkənin 29 regionundan 33 regionuna genişləndirilmiş və xəttlərin uzunluğu 25 000 km-ə çatdırılmışdır. Bu bütün dünyadakı sürətli dəmiryolu xəttlərinin üçdə ikisini təşkil edir. Bu dünyanın ən uzun sürətli dəmiryolu xəttidir və həmçinin dünyada ən çox istifadə olunan xəttdir. Belə ki, bu xəttlə 2017-ci ildə 1,713 milyard gediş baş tutmuş, ümumi gediş sayı 7 milyarda çatmışdır. Sürətli dəmiryolu xətti Çin Dəmiryolu Korporasiyası tərəfindən idarə olunur. Çin sürətli dəmiryolu xətti 2007-ci ilin aprel ayında istifadəyə verilmiş və dəmiryollarının 250 km/saat gedə bilməsi üçün reyslər düzəldişmişdir. Pekin-Tianjin xətti Avqust 2008-ci ildə açılmış və 350 km/saat sürətlə hərəkətə imkan verən ilk sərnişin dəmiryolu xətti olmuşdur. Son 15 ildə dəmiryolu Çin hökümətinin qoyduğu investiyalar sayəsində sürətlə inkişaf etmişdir. Dəmiryolu naziri Liu Zhijunun 2011-ci ildə korrupsiyaya görə istefaya göndərilməsi, dəmiryollarının maddi dayanıqlığı, təhlükəsizliyi, qiyməti və ətraf mühitə təsiri qayğılarına səbəb olmuşdur.
Sürətli vaxt hadisəsi
Quick Time Events (QTE) — kompüter oyunlarının elementidir. Adətən QTE-lər dinamik səhnələrdir ki, bu zaman oyunçu nəzarətçi ilə bəzi hərəkətləri tez yerinə yetirməlidir (məsələn, müəyyən düymələri cəld basmaq və ya joysticki müxtəlif istiqamətlərdə çevirmək). Demək olar ki, bütün hallarda QTE-nin tamamlanmaması baş verənlərə mənfi təsir göstərir (məsələn, "Ölü məkanda" oyunçunun müxtəlif QTE-ləri tamamlamağa vaxtı yox idisə, hər bir uğursuzluq ölümlə nəticələnirdi, uğursuzluq QTE əsas personajların ölümünə səbəb oldu). QTE baxımından qabaqcıl oyunu Dragon's Lair adlandırmaq olar. QTE sisteminin üstünlükləri arasında bu səhnələr zamanı adrenalin partlaması da var. Həmçinin, qorxu atmosferi (dəhşət içində) düzgün yaradılarsa, qəfil QTE oyunçunu çox qorxudacaq. QTE-dən istifadə edən ilk oyunlardan biri Time Gal (1985) olmuşdur. QTE sistemi Danger Girl, Shenmue, Dragon's Lair, Fahrenheit (Indigo Prophecy) macəra oyunları sayəsində məşhurlaşdı və daha sonra God of War, Tomb Raider, Resident Evil, Collapse, Grand Theft Auto: San kimi oyunlarda geniş formada yayıldı. Andreas (mini oyun), Saints Row 2 (mini oyun), Saints Row IV, Dead Space, Heavy Rain, Metro 2033, ObsCure 2, Clive Barker's Jericho, Unleashed Sonic, Star Wars: The Force Unleashed, The Witcher 2: Assassins of Kings, Battlefield 3, Max Payne 3, Spider-Man 3, Jurassic Park: The Game, Far Cry 3, Need For Speed: The Run, Məni xatırla, Aramızdaki canavar, Sifariş: 1886, Səhərə qədər, Detroit: İnsan ol, Beyond: İki Ruh, Atom Ürəyi və s. QTE-lər hadisələrin təsviri və inkişafı ilə qüsursuz və hiss olunmaz şəkildə birləşə bilər ki, bu da sizə fasiləsiz səhnələrdən idarəetmələrə keçməyə və oyun məlumatlarını yükləmək üçün tələb olunan fasilələri tamamilə aradan qaldırmağa imkan verir.
Anar Şuşalı (Hüseynli)
Anar Şuşalı (Hüseynli Anar Vaqif oğlu 12 iyul 1978, Şuşa, DQMV) — opera-kamera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2008). == Həyatı == Anar Şuşalı (Hüseynli) 12 iyul 1978-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1984-cü ildə Şuşa şəhər 1 saylı orta məktəbə, 1989-cu ildə isə Şuşa musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. 1992-ci ilin may ayında Şuşa şəhərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 1994-cü ildə Bakı şəhərindəki 36 saylı musiqi məktəbinin tar sinfini, 1995-ci ildə isə Bakı şəhərindəki 13 saylı Şuşa orta məktəbini bitirmişdir. Həmin ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasını solo oxuma ixtisası üzrə bakalavr dərəcəsini, 2001-ci ildə vokal ixtisası üzrə magistr dərəcəsini, 2003-cü ildə isə həmin ixtisas üzrə aspirantura dərəcəsini bitirmişdir. Bu müddət ərzində bir çox incəsənət xadimlərinin yubiley konsertlərində, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş konsertlərdə və müxtəlif dövlət tədbirlərində dəfələrlə çıxışlar etmişdir. Bir sıra xarici ölkədə — Yaponiya, Fransa, Norveç, İtaliya, Almaniya, Özbəkistan, Türkiyə, Rusiya, İran, Ukrayna, Koreya, Çin, Pakistan, Misir, Türkmənistan, Tacikistan, Qırğızıstan və Küveytdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir. 2008-ci ilin sentyabr ayında vokal sahəsində yaradıcılığını və xidmətlərini yüksək qiymətləndirən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Anar Şuşalı (Həsənov)
Anar Şuşalı (tam adı: Həsənov Anar Bəybala oğlu; 1982, Stepanakert) — prodüser, redaktor. == Həyatı == Anar Şuşalı 1982-ci ildə Xankəndi şəhərində anadan olub. 1989-cu ildə Şuşa şəhər 4 N-li orta məktəbə gedib. 1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra məcburi olaraq Mingəçevir şəhərinə, ordan isə Bakı şəhərinə köçüb. Orta məktəbini Bakıda fəaliyyət göstərən Ağdam rayon 42 saylı məktəbdə davam etdirib. 2000-ci ildə məktəbi bitirib. Elə həmin il Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Qiyabi təhsil aldığı üçün 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra təhsilini davam etdirib. 2005-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirib.
Anar Şuşalı (müğənni)
Anar Şuşalı (Hüseynli Anar Vaqif oğlu 12 iyul 1978, Şuşa, DQMV) — opera-kamera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2008). == Həyatı == Anar Şuşalı (Hüseynli) 12 iyul 1978-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1984-cü ildə Şuşa şəhər 1 saylı orta məktəbə, 1989-cu ildə isə Şuşa musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. 1992-ci ilin may ayında Şuşa şəhərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 1994-cü ildə Bakı şəhərindəki 36 saylı musiqi məktəbinin tar sinfini, 1995-ci ildə isə Bakı şəhərindəki 13 saylı Şuşa orta məktəbini bitirmişdir. Həmin ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasını solo oxuma ixtisası üzrə bakalavr dərəcəsini, 2001-ci ildə vokal ixtisası üzrə magistr dərəcəsini, 2003-cü ildə isə həmin ixtisas üzrə aspirantura dərəcəsini bitirmişdir. Bu müddət ərzində bir çox incəsənət xadimlərinin yubiley konsertlərində, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş konsertlərdə və müxtəlif dövlət tədbirlərində dəfələrlə çıxışlar etmişdir. Bir sıra xarici ölkədə — Yaponiya, Fransa, Norveç, İtaliya, Almaniya, Özbəkistan, Türkiyə, Rusiya, İran, Ukrayna, Koreya, Çin, Pakistan, Misir, Türkmənistan, Tacikistan, Qırğızıstan və Küveytdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir. 2008-ci ilin sentyabr ayında vokal sahəsində yaradıcılığını və xidmətlərini yüksək qiymətləndirən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.