Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suilanı
Suilanı (lat. Natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinə aid heyvan cinsi.
Adi suilanı
Adi suilanı (lat. Natrix natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü.
Anthemis susiana
Anthemis susiana (lat. Anthemis susiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Damalı suilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. == Həyat tərzi == Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Gürzəyəbənzər suilanı
Gürzəyəbənzər suilanı (lat. Natrix maura) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. == Qısa məlumat == Bu cür adlandırılmasının səbəbi xarici görünüş baxımından adi gürzəyə bənzəməsidir. Bel nahiyəsində olan ziqzaqvari naxış onları gürzələrə bənzədir. Ancaq zərdlər arasında naxışın rəngi və quruluşu xərqli ola bilir. Bu canlılara əsasən Qərbi və Cənubi Aralıq dənizi hövzəsində rastlanılır. Uzunluqları bəzən 1 metrə çatır. Adətən isə uzunluları 55-60 sm arasında dəyişir. Dişilər bədən ölçüləri baxımından erkəklərdən iri olur.
Kolxida suilanı
Kolxida suilanı (lat. Natrix megalocephala) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. == Qısa məlumat == Ümumi uzunluqları 110–130 sm təşkil edə bilir. Bel nahiyəsindəki pulcuqları qara, yan hissələrdə ağ, qarın nahiyəsində isə nisbətən tünd rənglərdə olur. == Yayıldığı ərazilər == Bu növə Rusiya ərazisində Krasnodar vilayətində, Azərbaycan və Gürcüstan kimi ölkələrdə rast gəlinir.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Hind siçanı
Hind siçanı (lat. Nesokia indica) — Gəmiricilər dəstəsinə aid məməli heyvan növü. Yayılma arealı Əfqanıstan, Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Tarla siçanı
Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur. Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda Danimarka və Sankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə Vladivostoka və Yuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca Xaçmaza və Quba-Qusar maili düzənliyinə qədər.
Adi çöl siçanı
Adi tarlasiçanı (lat. Microtus arvalis) ― Rodentia dəstəsindan bir məməli növü.
Ev siçanı (cins)
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Hirkan meşə siçanı
Hirkan meşə siçanı (lat. Sylvaemus hyrcanicus Vorontsov) — haqqında az məlumat olan və ya Azərbaycanda məhdud arealda yayılmış, nəsli kəsilmək üzrə olan gəmirici növüdür. == Təsviri və yayılması == Hirkan meşə siçanının bədəninin uzunluğu 92.0 – 96.6 mm, quyruğunun uzunluğu 85.0 – 94.0 mm, pəncənin uzunluğu 22.0 – 24.0 mm, qulağın hündürlüyü isə 17.3 – 18.0 mm-dir. Yuxarı diş sırasının uzunluğu 4.1 mm-dir. === Yayılması === Hirkan meşə siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. 150 – 1000 m hündürlükdəki meşəlik ərazilərdə yayılmışdır. == Sayı və azalma səbəbi == Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur. === Məhdudlaşdırıcı amillər === Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır. === Qorunması üçün qəbul edilmiş tədbirlər === Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil.
Kiçik meşə siçanı
Kiçik meşə siçanı (lat. Apodemus uralensis) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Kəsəyən dağ siçanı
Kəsəyən dağ siçancığı (lat. Calomyscus urartensis) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. == Xarici görünüşü == Ölçüləri xırda, quyruğu bədənindən uzundur (uyğun olaraq 101 və 85 mm-ə qədər). Xarici görünüşü siçanşəkilli, qulaqları uzun olub seyrək, zərif tüklərlə örtülmüşdür. Bığları uzundur. Başqa siçancıqlardan fərqli olaraq arxa ətrafları ön ətraflardan xeyli uzundur. == Yayılması == Azərbaycanda və şimal-qərbi İranda yayılmışdır. == Həyat tərzi == Yaşayış yerləri Naxçıvançayın sol sahili boyunca dağlıq çöllər 1660–1700 m hündürlüyə qədər bağlıdır. Dəyişkənliyi öyrənilməmişdir.
Meridian qum siçanı
Meridian qum siçanı (lat. Meriones meridianus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Araz boyunca (Naxçıvan MR-də) nadir rast gəlir.
Nazarov çöl siçanı
Dağıstan çöl siçanı (lat. Microtus dagestanicus) — gəmiricilər dəstəsinin (Rodentia) dağ siçanları fəsiləsinin boz siçanlar cinsindən heyvan növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Microtus dagestanicus (Dağıstan çöl siçanı) endemik hesab olunur.(Qromov, Erbaeva, 1995).
Nəzərov çöl siçanı
Nəzərov çöl siçanı (lat. Microtus nasarov) — gəmiricilər dəstəsi, Dağsiçanları fəsiləsinin boz çölsiçanları cinsindən heyvan növü. Bu canlılar əsasən Kiçik Qafqaz dağlarının şərq ətəklərində, Azərbaycan və Ermənistan ərazilərində yayılmışdır. Çöllüklərdə yayılmışdır. Demək olar ki olduqca az öyrənilmişdir. Amma Dağıstan çöl siçanıları ilə ümumi oxşarlıqları vardır. Xüsusi olaraq qorunması təşkil olnmamışdır. Bununla belə bir çox qoruqların ərazisində yayılmışlar. Tsytsulina, K. 2008.
Qafqaz meşə siçanı
Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Qafqaz qar siçanı
Qafqaz qar çöl siçanı (lat. Chionomys gud) — Rodentia dəstəsindan bir məməli növü. Bütün Qafqaz və Kiçik Asiyan üçün endemikdir. Bədənin uzunluğu 126–150 mm, quyruq uzunluğu 75–80 mm, qulağının uzunluğu 22 mm, arxa pəncənin uzunluğu 22 mm-dir. Çəkisi 5.7 qr ətrafındadır. Üst tərəfinin rəngi noxudu-bozdan qonurumtul-boza qədərdir. Quyruğu iki rəngli, kəlləsi yuvenil xarakterlidir. Bu növün yaşayış ərazisi Qafqaz və ona bitişik Kiçik Asiya (Türkiyə) ilə məhdudlaşır. Azərbaycanın şimal-şərq hissəsində rast gəlinir. O cümlədən, Quba, Qusar və Xaçmaz rayonlarında təsadüf olunur.
Qırmızıquyruq qum siçanı
Qırmızıquyruq qum siçanı (lat. Meriones libycus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Böyük Qafqazın dağətəklərində, Kür-Araz ovalığında çoxsaylıdır.
Svenson kisəli siçanı
Svenson kisəli siçanı (lat. Antechinus swainsonii) yırtıcı kisəlilər ailəsinin bir cinsidir. Avstraliyaya endemikdir. Avstraliyanın şərq və cənub-şərq sahillərində yaşıyırlar. Üç alt cinsə ayırd edilir Antechinus Svenson insulanus (Davison, 1991). Grampians aralığında Viktoriyanın qərb hissəində rast gəlinir Antechinus Svenson Thomas, 1924). Queenslandın cənub-şərq hissəsində, Nyu- South Valesin şərq hissəsində, Viktoriyanın cənub hissəsində yaşıyrılar Antechinus svenson svenson (Vaterhouse, 1840). Tasmaniya adalarının çoxunda rast gəlinir . Təbii yaşayış mühiti, adətən, yüksək rütubətə və kolların qalın olduğu ərazilər, dağlıq zonalar və skleropik meşələrdir . Bu növ cinsin demorfizmi var.
Talış meşə siçanı
Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Vinoqradov qum siçanı
Vinoqradov qum siçanı (lat. Meriones vinogradovi) , (Rodentia) dəstəsindan bir Məməli növü.Naxçıvanın bütün ərazisində və qonşu dövlətlərdə Meriones vinogradovi (Vinoqradov qum siçanı) məskunlaşır.
İctimai çöl siçanı
Microtus socialis (lat. Microtus socialis) — gəmiricilər dəstəsinin boz tarlasiçanı cinsinə aid məməli heyvan növü. Microtus syriacus Microtus astrachanensis Microtus parvus Wilson, D. E., and Reeder, D. M. (eds). Mammal Species of the World. 3rd edition. Johns Hopkins University Press. 2005. ISBN 0-801-88221-4.
İran qum siçanı
İran qum siçanı (lat. Meriones persicus), (Rodentia) dəstəsindan bir məməli növü. Kiçik Qafqazın cənub-şərqi ətəklərində və Talış dağlarında rast gəlinir.
Sufikani (Urmiya)
Sufikani (fars. صوفي كاني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (22 ailə).