Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suzana Lazoviç
Suzana Lazoviç (28 yanvar 1992, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Suzanna Bianco
Suzanna Bianco (15 mart 1973; San-Xose, ABŞ) — Birləşmiş Ştatları təmsil edən bədii üzgüçü. == Karyerası == Suzanna Bianco Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Suzanna Bianco Olimpiadanın qalibi olub.
Suzanna Klark
Suzanna Klark (1 noyabr 1959, Nottinqem, Nottinqemşir[d]) — Britaniyalı roman yazıçı. Suzanna Klark 2005-ci ildə yazdığı "Conatan Starnc və Mister Norrel" romanına görə qazandığı Ən yaxşı roman üzrə Hüqo mükafatı ilə və jurnallar üçün yazdığı hekayələri ilə tanınır. Suzanna Klark "Conatan Stranc və Mister Norrel" romanını 1993-cü ildə yazmağa başlamışdır. 2003-cü ildə "Bloomsbury" tərəfindən müəlliflik hüquqları alınmış və 2004-cü ildə kitab "çox satılanlar" siyahısına düşmüşdü. Suzanna Klark iki il sonra hekayələrini "The Ladies of Grace Adieu and Other Stories" adlı kitabı ilə yayınlandı yayımlandı.
Suzanna Tamaro
Suzanna Tamaro — italyan yazıçısı. İtaliyanın Triest şəhərində 1957-ci ilin 12 dekabrında anadan olub. Uşaqlığında bir çox çətinliklərlə üzləşib. Suzanna 1972-ci ildə zəlzələyə şahid olur, 1979-cu ildə ölümcül xəstəliyə tutulur. Yazıçılığa 1981-ci ildə başlamışdır. Suzanna Tamaro ilk əsərləri o qədər də maraq görməmişdir. Onu tanıdan ilk əsər “Tək bir səs üçün” kitabı olmuşdur. Daha sonra yazdığı "Ürəyinin götürdüyü yerə get" romanı aylarla İtaliyada ən çox satılan kitablardan biri olmuşdur. Romanları əsasən məktub və ya gündəlik şəklindədir. Hadisələri bir nəfərin ağzından danışır.
Suzanna Təmim
Suzanna Təmim(ərəb. سوزان تميم‎‎, 23 sentyabr 1977 — 28 iyul 2008) — Livan müğənnisi. == Həyatı == Suzanna Təmim 23 sentyabr 1977-ci ildə Livanın Beyrut şəhərində anadan olmuşdu. Suzanna Təmim 28 iyul 2008-ci ildə öldürülüb.
Zuzana Çaputova
Zuzana Çaputova (slovak. Zuzana Čaputová; 21 iyun 1973, Bratislava, Çexoslovakiya) — Slovakiya vəkili, sosial fəalı, liberal siyasətçisi, Slovakiyanın beşinci Prezidenti. O, Slovakiya tarixindəki ilk qadın prezidentdir. Səlahiyyətlərinin icrasına 15 iyun 2019-cu ildə başlayacaq. == Prezidentliyi == 16 mart 2019-cu ildə Slovakiyada keçirilən prezident seçkilərinin ilk turunda hüquqşünas Zuzana Çaputova 40,6 % səs toplayaraq qalib gəlmişdir. Əsas rəqibi olan Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç isə 18,6 faiz səslə ikinci olub. Slovakiyada 30 mart 2019-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda Zuzana Çaputova qalib gəlmişdir. O, seçkilərə qatılmış 95 % seçicinin 58%-nin səsini toplayıb. Rəqibi olan Maroş Şefçoviç isə 42% səslə məğlub olub. Çaputova ölkə prezidenti kimi vəzifəsinin icrasına hazırkı prezident Andrej Kiskanın səlahiyyət müddəti bitdikdən sonra 15 iyun 2019-cu ildə başlayacaq.
Suzanna Georgi
Susanne Georgi (27 iyul 1976) — Danimarkalı müğənni. == Həyatı == Susanne Georgi 27 iyul 1976-cı ildə Danimarkada anadan olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsində == 2007-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində Danimarkanın verdiyi xalları açıqlamışdır. 2009-cu ildə Moskvada keçirilmiş Avroviziyada isə Andorranı təmsil etdi. Lakin finala keçə bilmədi.
Suzan Basso
Suzan Marqaret Basso (15 may 1954, Skenektadi[d], Nyu-York ştatı – 5 fevral 2014, Hantsvill[d], Texas) — 1998-ci ilin avqustunda həyat siğortası pulu üçün öldürülən əqli qüsurlu Lui “Buddi” Mussonun işğəncə və qətlində mühakimə olunan 6 müttəhimdən biri olan amerikalı qadın. O, 1999-cu ilin oktyabrında ölüm hökmünə məhkum edildi. Basso 5 fevral 2014-cü ildə ölümcül inyeksiya ilə edam edildi. Edamından əvvəl Basso dövlətin ölüm sırasında olan qadın məhkumlarının hamısının həbs olunduğu yer olan Texas ştatının Qeytsvill şəhərindəki Mountain View şöbəsində saxlanıldı. Cinayət baş verən zaman Basso Texas ştatının Hasinto şəhərindəki Hyuston şəhərətrafı qəsəbəsində yaşayırdı. == Qurban == Buddi Musso əvvəllər evli idi və 1980-ci ildə xərçəngdən ölən həyat yoldaşı ilə bir oğlu var idi. 1997-ci ildə Musso Nyu-York şəhəri yaxınlığındakı Nyu-Cersi ştatında, Kliffsayd Parkda bir evdə yaşayırdı və “Shop-Rite” mağazasında çalışırdı. Musso 58 yaşında olarkən 43 yaşlı Suzan Basso ilə evinin yaxınlığındakı bir kilsənin bazarında tanış oldu. Onlar uzaq məsafəli münasibətə başladılar və o, Basso ilə Texas ştatına köçməyi planlaşdırdı. O, 14 iyun 1998-ci ildə Hyuston bölgəsinə köçdü.
Suzan Kahramaner
Suzan Kahramaner (21 may 1913 - 22 fevral 2006) - Türkiyənin ilk qadın riyaziyyatçılarından biridir. İstanbul Universitetinin məzunu olduqdan sonra doktoranturaya daxil olmuş və prof.Kerim Erimdanışman onun elmi rəhbəri olmuşdur. Avropanın bir çox universitetlərində müxtəlif tədqiqatlar aparmış və 1968-ci ildə professor adına layiq görülmüşdür. 2006-cı ildə vəfat etmişdir. == Tərcümeyi-halı == Suzan Kahramaner Müzeyyen xanım və cərrah Rıfkı Osman Bəyin qızıdır. O 1913-cü ildə İstanbulun Üsküdar bölgəsində anadan olmuşdur. Orta məktəbi 19119-1924-cü illərdə Moda Nümunəsi İnas məktəbinə gedir. Bundan sonra o Notr-Dama Siona sənədlərini göndərir və 1934-cü ildə Fransada bakalavr dərəcəsi alır. Sonradan İstanbul Universitetinə daxil olur. Burada fizika və riyaziyyat üzrə təhsil alır.
Suzan Kollins
Suzan Kollins (ing. Suzanne Collins; d.10 avqust 1962, ABŞ, Konnektikut ş., Hartford) — Amerikalı televiziya senaristi və roman yazıçısıdır. "The New York Times" ın ən çox satılan "Yeraltı Salnamələr və Aclıq Oyunları" trilogiyasının müəllifi kimi tanınır. Onun ən tanınan əsəri "Aclıq Oyunları"dır. Bu kitab "Aclıq Oyunları" (2008), "Atəşi tutmaq" (2009) və "Rişxənd quşu" (2010) seriyalarından ibarətdir. == Həyatı == Suzan Kollins 10 avqust 1962-ci ildə Konnektikut ştatının Hartford şəhərində, 1932-ci il təvəllüdlü Ceyn Bredi Kollins və 1931-ci il təvəllüdlü leytenan Maykl Con Kolllinsin ailəsində anadan olmuşdu. Atası Vyetnam müharibəsində Hərbi Hava Qüvvələrində xidmət etmiş, bir sıra mükafatlara layiq görülmüş zabit olmuşdur.. Bir əssgərin qızı olduğu üçün ailəsi ilə birlikdə daim bir yerdən başqa yerə köçmək məcburiyyətində qaldı. Uşaqlığını Amerikanın şərqində keçirən Suzan Alabama universitetinin "Təsviri Sənət" fakültəsini oxuyaraq burada teatr sənəti üzrə mütəxəssisə çevrildi. Daha sonra 1985-ci ildə İndiana Universiteti teatr və ünsiyyət ixtisasları üzrə oxuyaraq məzun oldu.
Suzanna Bombardye cinayəti
Suzanna A. Bombardye (ing. Suzanne A. "Suzie" Bombardier; 14 mart 1966–22 iyun 1980) — 22 iyun 1980-ci ildə qaçırılan, təcavüzə uğrayan və bıçaqlanan qız. Onun cəsədi 27 iyun San-Fransiskonun 60 mil şərqində, Antiok körpüsünün yaxınlığında, Antiokun şərqindəki San-Hoakin çayında üzən bir balıqçı tərəfindən tapıldı. 11 dekabr 2017-ci il əsaslı DNT analizindən sonra məhkum edilmiş seksual cinayətkar 63 yaşlı Mitçell Linn Bekom əsas şübhəli olaraq həbs edildi. O, ölümcül silahdan istifadə etməklə qətl, təcavüz, adam oğurluğunda ittiham edilmişdir. Bu, Antiokda üstü açılmayan ən qədim cinayət idi. Suzannanın cinayəti zamanı Bekom onun ailəsini tanıyırdı. Suzanna təcavüzə uğradı, sinəsindən bıçaqlandı və onun ürəyi deşildi. O, bacısının uşağına baxarkən Antiokda bacısının yaşadığı qəsəbədən oğurlandı. Suzannanın bacısı Stefani Mallen onu axtararkən saat 4-də evə çatdı.
Suzada toy mərasimi
Suzada toy mərasimi — e.ə. 324-cü ildə Əhəmənilər imperiyasının Suza şəhərində Makedoniyalı İsgəndərin təşəbbüsü ilə təşkil olunan ellin əyanlarının yerli zadəgan qızları ilə, həmçinin makedoniyalı əsgərlərin yerli qızlar ilə kütləvi izdivac mərasimi. Cəmi 80 (bəzi məlumatlara görə 90) izdivac bağlandı. Makedoniyalı İsgəndərin özü 2 xanımla ailə qurub - III Daranın qızı Statira ilə və III Artakserksın qızı Parisatida ilə. Qeyd etmək lazımdır ki, bir az öncə İsgəndər Baktriya hökmdarının qızı Roksana ilə izdivac bağlamışdı. Çoxevliliklə İsgəndər özünü fars hökmdarlarına bənzətmək istəyirdi. Ümumilikdə isə, makedoniyalı hökmdar bu mərasimlə iki mədəniyyət arasında möhkəm əlaqə yaratmaq niyyətində idi. Bu mərasimdə tarixi Azərbaycan dövləti Atropatena üçün mühüm bir hadisə baş verib. Atropatena dövlətinin banisi hesab olunan Atropat öz qızını Makedoniyalı İsgəndərin yaxın silahdaşı Perdikkaya ərə verib. Bu nikah diplomatiyası müqabilində Atropat yaxın gələcəkdə öz ölkəsinin müstəqilliyini təmin edib.
Suzanna Blochun portreti
Suzanna Bloçun portreti, ispan rəssamı Pablo Pikassonun 1904-cü ildə Parisdə Mavi Dövrünün sonuna doğru çəkdiyi kətan üzərində yağlı boya tablosudur. Tablonun əsas mövzusu Suzanne Bloç Vaqner şərhləri ilə tanınan bir müğənni və skripkaçı Henri Blochun bacısı idi. Bu rəsm San Paulo İncəsənət Muzeyində saxlanılır. == Fon == 20-ci əsrin əvvəllərində Pikassonun tez-tez ziyarət etdiyi Paris korifeyi Suzan Bloç Vaqneriyalı müğənni və skripkaçı Henri Bloçun bacısı idi. O, 1904-cü ildə fransız şairi Maks Yakob vasitəsi ilə ispan rəssamı ilə tanış oldu və o Parisdə, Ravingan küçəsi 13 ünvanındakı Bateau-Lavoir studiyasında, yazın sonu və yazın əvvəli arasında Pikassonun portreti üçün əyləşirdi. Pikassonun imzası olan, yağlı boya ilə çəkilmiş rəsmdən əvvəl gouache ilə möhkəmləndirilmi. qələm və mürəkkəb eskiz ; o indi İsveçrənin Ascona şəhərindəki Neubury Coray kolleksiyasında qorunur.. == Təsvir == Yağlarla çəkilmiş portret, Unicamp- ın sənət tarixi professoru Luiz Markes tərəfindən "tamamilə aid olduğu mavi dövr" ün nümunəsi kimi təsvir edilmişdir. . Bu mavi dövrün son mühüm əsəri adlandırılırdı. Baxmayaraq ki, Palau i Fabre " bir dövrdən digərinə keçid mərhələsini bu günə qədər müəyyənləşdirmək və müəyyən etmək çətindir- bu, hər halda, ani bir yerdəyişmə deyildir, lakin mülayim nüanslı, ara-sıra olsa da, irəliləyiş."Bənzər şəkildə Denys Çevalyer yazırdı: "Mavi dövrü çox dəqiq təyin etmək üçün hər hansı cəhd yalnız səhvlərə səbəb ola bilər"Tamamilə qaranlıq, həzin aura ilə hopdurumuş rəsmmavidən mavi-yaşıla qədər dəyişən monoxromatik çalarlarda, daha isti tonların sporadik iştirakı ilə təqdim edilir.
Süzanna Mübarək
Süzanna Mübarək (28 fevral 1941, Əl-Minya) — Misirin birinci xanımı. == Həyatı == Syuzan Mübarək 28 fevral 1941-ci ildə anadan olub. Onun ailəsi qarışıq sayılır. Atası misirli, anası iləs xristian dininə tapınan valliya xalqının nümayəndəsidir. Syuzan Qahirədəki "müqəddəs Klara" məktəbində oxuyub. Daha sonra 1977-ci ildə Qahirədə yerləşən Amerika Unversitetinin siyasi elmlər üzrə baklavr pilləsini bitirib. 1982-ci ildə "Misir şəhərlərinin sosial formalaşması" mövzusunda dissertasiya müdafiə edərək magistr olub. 1977-ci ildə onun tərəfindən "Integrated Care Society" adlı xeyriyyə çəmiyyəti yaradılıb. Syuzan Mübarək bu günə qədər Fonda rəhbərlik edir. 1978-ci ildə Mübarəklə rəsmi nikah bağlayan Syuzan prezident xanımı olduğu dövrdə də xeyriyyəçi kimi tanınıb.
Süzanna Valadon
Süzanna Valadon və ya Süzan Valadon (fr. Suzanne Valadon, doğ. adı Mari-Klemantin Valad (Marie-Clémentine Valade); 23 sentyabr 1865, Bessin-sür-Qartamp, departament Yuxarı Vyenna — 7 aprel 1938, Paris) — fransız rəssam; Fransa Rəssamlar Birliyinə qəbul olan ilk qadın (1894). Həmçinin sənətçi, model və Moris Utrillonun anası kimi tanınır. == Bioqrafiya == Uşaq yaşlarından rəsm çəkməyə başlamışdır. On beş yaşında sirk akrobatına olmuş, lakin bir il sonra zədələnmə səbəbiylə sirk karyerasını bitirməyə məcbur oldu. Pyer Sesil Püvi de Şavann, Renuar, Tuluz-Lotrek, Deqa kimi tanınmış rəssamların yanında işləmişdir. Əsasən güllər və landşaftları, gözəl kompozisiyaları və enerjili rəngli rəsmlər çəkirdi. Həm də çılpaq şəkillərlədə tanınır. 1890-cı illərin əvvəllərində ilk sərgilərdə əsasən əlinin portretləri, o cümlədən Erik Satinin portreti, 1893-cü ildə bir romanı var idi (yalnız Satinin həyatında gizlətmədiyi).
Şezana Ənvər
Şezana Ənvər (21 avqust 1989) — Keniyalı oxatan. Şezana Ənvər Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmçinin həmin Olimpiya Oyunlarında Keniyanın bayrağını apardı. == Karyerası == Şezana Ənvər birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Ki Bo-Bae ilə üz-üzə gəldi. Həmin görüşdə Şezana Ənvər rəqibinə 1:7 hesabı ilə uduzdu.
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Buzanay
Buzanay və ya Bozanay — Qazaxıstanın Atırau vilayəti İsatay rayonu ərazisində yerləşən qumlu massiv. Səhra massivi 15—17 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Burada qumlu barxanlar qərbdən şərqə doğru 60–70 km məsafədə uzanır. Çökək ərazilərdə duzlu göllər vardır. Massivdə dikyarpaq, cuzqun, cil və s. bitkilərə rast gəlinir. Massiv otlaq sahəsi kimi istifadə edilir. Narın qumlar səhrasının bir hissəsini təşkil edir.
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Suqala
Suqala — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 12 iyul, 1949-cu ilədək rəsmən Mahmudlu adlanırdı, həmin tarixdən etibarən adı dəyişdirilərək rəsmi olaraq Kariani adlanır.
Susano
Susano Yaponiya mifologiyasında dəniz və tufan tanrısıdır.O,həmçinin yeraltı dunya olan Yominin də tanrısı hesab edilir. == Mif == Yapon miflərində Susano günəş tanrısı Ametirasunun və Tsukuyominin qardaşıdır.Onların hər üçü İzanaqidən onun Yominin çirkabını təmizlənərkən yaranmışdı.Ametriasu sol gözündən,Tsukuyomi sağ gözündən,Susano isə burnundan yaranışdı. Qədim mənbələrə görə Susano və Ametirasu arasında ədavət vardı.Bu ədavətin nəticəsdində Susano cənnətdən qovularaq qoca cütlüyə rast gəldiyi İzumoya gılib çıxır.Qocalar ona 8 başlı ilan Yamatanın onların 8 qızını yediyini deyirlər.Bundan sonra Susano Yamatanı öldürür. Susano ilanın quyruğundan olan qılınc Kusanaqi-i barışıq üçün Ametirasuya təqdim edir.Əfsanələrə görə Ametriasu Yasakani güzgüsu,Maqatama mücəvhəri ilə birlikdə Kusanaqini də öz sülaləsinə vəsiyyət edir.
Suçava
Suçava (judets)
Uzanma
Uzanma – (rus. простирание, ing. strike) layın /tə­bəqənin, damarın, qatın, qırılma müstəvisinin və s./ üzərində üfqi xəttin meridiana nisbətən istiqa­məti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.
Ageratina solana
Ageratina solana (lat. Ageratina solana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aloe suzannae
Aloe suzannae (lat. Aloe suzannae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Anthemis susiana
Anthemis susiana (lat. Anthemis susiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir.Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi. Xan bu hadisəni ölkədəki bütün falçılara və müdriklərə dəvət edərək qızının gələcəyini söylədi.
Buzxana məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi == Qaraağac məhəlləsi == Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. == Qoçaltı məhəlləsi == Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. == Şahab məhəlləsi == Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Düzağa
Düzağa — Azərbaycan Respublikası Xocavənd rayonunun Şimal hissəsində, Xocavənd və Xocalı rayonlarının sərhədi boyunca uzanan dağ silsiləsi. Ön hündürlüyü zirvəsi 1397 m.-dir. Oronimin Qarabağın qədim Dizaq mahalının adından olduğu ehtimal edilir.
Şubanı
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.