Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toxmaq
Toxmaq (xalça) — ucu kəsik, dişli alət. Toxmaq barmağı — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Toxmaq (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Qaranlıqdan çıxmaq
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir. Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir. Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır.
Toxmaq (Altınova)
Toxmaq — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. Kəndin adı 1890-cı ildə xarici mənbədə Qavaq İskələsi kimi qeyd olunur. Kənd Yalova vilayətindən 24 kilometr, Altınova rayonundan isə 4 kilometr aralıda yerləşir.
Xamaq Monqol
Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (monq. Хамаг Монголын ханлиг, Хамаг Монгол улс; 1080-1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-ci ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır. Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi. Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Dənizə Çıxmaq Qorxuludur (1973)
== Məzmun == Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov === Rollarda === Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı === Filmi səsləndirənlər === Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Dənizə çıxmaq qorxuludur (film, 1973)

Tiamat
Tamat- dünya okeanı-xaos. Şumer-babil mifologiyasına görə duzlu sularından hər şey o cümlədən tanrılar yaranmışdır. Şumer-akkad mifologiyasına - "Enuma eliş"ə görə Tiamat öz sularını Absu ilə qovuşduraraq dünyaya başlanğıc vermişdir. O, əsasən dörd ayaqlı və qamadları olan bir əzayib (div) kimi təsvir edilmişdir. Onun törətmiş olduğu tanrılar ona qarşı mübarizəyə qalxirlar. Marduk onu öldürərək cəsədini ikiyə parçalayaraq onlardan yeri və göyü yaradır. Bəzi mənbələr onu dəniz ilanı və ya əjdaha rəsmləri ilə təsvir edir.
Tiamat (qrup)
Tiamat — 1989-cu ildə yaradılmış İsveç metal musiqi qrupu. Əvvəlcə qrupun adı "Treblinka" adı olmuşdur,və black metal üslubun da çıxış edirdilər.Qrupun yarandığı ildən bəri geniş və fərqli üslublar da ifa etmişdir.Black metal,Doom/Death metal və Gothic rock/metal üslubların da çıxış etmişdir.Daha sonra 1989-ci ildə "Sumerian Cry" albomundan sonra qrupun adı dəyişdirlərək Tiamat adlandırıldı.Mercyful Fate, Candlemass, Pink Floyd və King Crimson kimi qrupların üslubundan örnək alan Tiamat özləri üçün yeni üslub kəşf etdilər.1994-cü qrup Wildhoney adlı albomlarını çıxartdı, və qarışıq vokal, yavaş gitara riffləri və eləcə də extreme metal lentlərindən və sintezatoru səslərindən istifadə edərək fərqli tərz də albom çıxardan Timata böyük uğura nail oldu.1995-ci ildə qrup Dynamo və Wacken Open Air festivalların da çıxış edərək məşhurlaşmağa başladı.
Tixaya çayı
Tixaya çayı — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don çayənın sağ qolunu təşkil edir. Çayın uzunluğu 76 kilometrdir. Hövzəsinin dahəsi isə 1370 km² bərabərdir. Böyük ehtimalla çayın axını ilə əlaqədar adlandırılmışdır. Çayın adından bəhrələnən yaxın yaşayış məntəqələri Tixaya Juvarka və Nijnetixovski xutoru. Çay öz başlanğıcını Don cərgəsindən, Aon avyomagistralının yaxınlığından, Naqibın xutorunun şimalından götürür. Çayın başlandığığı ərazidə hündürlük 215 metr təşkil edir. İlk əvvəl şərqə doğru istiqamətlənir. Verxnedonsk xutorunun aşağı hissəsində şərq-cənub-şərqə istiqamətlənir.
Tiamat (musiqi qrupu)