TIXAMAQ

f.
1. Güclə sığışdırmaq, yerləşdirmək; soxmaq, dürtmək.
Serdyuk… əsgini [Təvəkkülün] ağzına tıxadı… Ə.Əbülhəsən.

// Dəliyi, deşiyi, bir şeyin aralarını əsgi və s. şeylə tutmaq, qapamaq.
[Niyaz] bir gün səhərdən-axşama kimi tövlə qapısının bütün işıq gələn yerlərinə köhnə və cır-cındır tıxadı. Ə.Vəliyev.

2. Yolunu kəsmək, qapamaq.
[Şamilin] nəfəsini ağır bir şey tıxamış, gözləri dumanlanmışdı. A.Şaiq.

◊ Qulağına pambıq tıxamaq – bax qulaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TIXAMAQ tıxamaq bax soxmaq
  • TIXAMAQ dürtmək — soxmaq — təpmək
  • TIXAMAQ doluşmaq — yığışmaq — sıxışmaq

Etimologiya

  • TIXAMAQ Tıxmaq feilinin intensivlik bildirən variantıdır (-a şəkilçisi intensivlik mənası yaradır). (Bəşir Əhmədov
TIXAMA
TIXANMA

Digər lüğətlərdə

доро́дный желчеви́к ка́ртер ква́шеный многочле́нный перека́шивание прослу́шание са́ночки вылу́живаться й тёша декларация custom-made laterad lava-lava puerperae rehearse tautog theatric колокольня отчество приятный раздеваться тамошний храбрый