Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məcidli
Məcidli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Məcidli məhəlləsi Şəxslər Elnur Məcidli — Fransada yaşayan azərbaycanlı jurnalist, ictimai fəal və siyasətçi. Füzuli Məcidli – Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist. Ziya Məcidli — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu.
Təknəli
Təknəli (Qızıl Qoç) — Qızıl Qoç (Qukasyan) rayonunda kənd.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Elnur Məcidli
Elnur Məcidli (24 may 1984, Bakı) — Fransada yaşayan azərbaycanlı jurnalist, ictimai fəal və siyasətçi. == Həyatı == Elnur Məcidli 1984-cü il mayın 24-də Bakı şəhərində, ziyalı ailəsində (anası müəllimə, atası jurnalist) anadan olmuşdur. Orta təhsilə Bakıda, Binəqədi rayonunda yerləşən 244 saylı məktəbdə başlamış, daha sonra Nəsimi rayonunda yerləşən 14 saylı məktəbdə və Sumqayıt Özəl Türk Litseyində davam etdirmiş və orta təhsilini bu litseydə başa vurmuşdur. Strasburq Universitetinin Hüquq Fakültəsində bakalavr və magistr təhsilini almışdır. === Ailəsi === Ailəlidir, iki övladı var. Şair Çərkəz Məcidin qardaşı oğludur. == Fəaliyyəti == Orta məktəb dövründə ilk dəfə müxtəlif uşaq jurnallarında şeir və yazıları işıq üzü görüb. Peşəkar jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri kimi başlayıb. Lider televiziyasının, Assa-İrada və Trend informasiya agentliklərinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləyib. "Azərbaycan", "Ayna", "Xalq", "AzerNews" və s.
Füzuli Məcidli
Füzuli Zülfü oğlu Məcidli – Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist. 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür. 2016-2021-ci illərdə qərargahı Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı (TWESCO) prezidentinin müşaviri olub. 2021-ci ilin oktyabr ayında Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti təyin edilib. 2012-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya ölkələri üzrə bürosuna rəhbərlik edib. 2019-2021-ci illərdə Azərbaycan Televiziyasının Mərkəzi Asiya bürosunun rəhbəri vəzifəsini icra edib. == Həyatı == Füzuli Məcidli 1982-ci il sentyabrın 15-də anadan olub. 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2001-2002-ci illərdə Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsləri (ABA CEELİ) layihəsi çərçivəsində insan hüquqları üzrə bir illik kursu uğurla başa vurmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Universitetinin magistraturasında Beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir.
Kəkilli antiloplar
Dukerlər (lat. Cephalophinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Kəkilli arıquş
Kəkilli arıquşu
Kəkilli arıquşu (lat. Lophophanes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Kəkilli ilanyeyən
Kəkilli ilanyeyən (lat. Spilornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli pinqvin
Qayalıq pinqvini (kəkilli pinqvin) (lat. Eudyptes chrysocome) — pinqvinlər fəsiləsinə aid növ. == Xüsusiyyətləri == Pinqvinlər 55–62 sm uzunluğa, 2–3 kq təşkil edir. Əsasən Subantarktik qurşaqda, Tasmaniya və Odlu Torpaq ərazilərində yayılmışlar. Onları hətta Cənubi Amerika sahillərində belə görmək mümkündür. Bu pinqvinlərin ayaqları qısadır. Onlar bədənin arxasında yerləşir. Tükləri 2,9 sm uzunluğa malikdir. Başında parlaq-sarı rəngdə lələklər olur. Qanadları güçlü, ensiz olur və pərə bənzəyir.
Kəkilli pinqvinlər
Kəkilli pinqvinlər (lat. Eudyptes) — cinsə ümumilikdə altı növ daxildir. Onların ümumi xüsusiyyəti kəkillərinin olmasıdır. Ümumi ölçüləri 50–70 sm olur. Kəkilli pinqvin (Eudyptes chrysocome) — (bəzən atlantik və hind-sakit okean yarımnövləri) Şimal kəkilli pinqvini (Eudyptes moseleyi) Kökdimdik pinqvin (Eudyptes pachyrhynchus) və ya Viktoriya pinqvini Sners kəkilli pinqvin (Eudyptes robustus) Şleqeli pinqvini (Eudyptes schlegeli) Böyük kəkilli pinqvin (Eudyptes sclateri) Makaronlar pinqvini (Eudyptes chrysolophus) Bəzən bu cinsə Çatem pinqvini (Eudyptes sp.) daxil edilir. Bu növün nümayəndələrinin XIX əsrin sonlarında nəsli kəsilmişdir.
Kəkilli qaraördək
Kəkilli qaraördək (lat. Aythya fuligula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Kəkilli qırğı
Kəkilli qırğı (lat. Accipiter trivirgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Kəkilli seriem
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Kəkilli tinamu
Kəkilli tinamu (lat. Eudromia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Kəkilli torağay
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Kəkilli torağaylar
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Kəkilli uzunqanad
Kəkilli uzunqanad (lat. Hemiprocne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kəkilli uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli uzunqanadlar
Kəkilli uzunqanadlar (lat. Hemiprocnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli ördək
Kəkilli ördək (lat. Lophonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Leyla Vəkilli
Leyla Vəkilli (tam adı; Leyla Həsanalısultan qızı Vəkilli; 1932, Paris – 26 noyabr 2017, Bodrum, Muğla ili) — Fransada yaşayan azərbaycan əsilli jurnalist, Fransada türk film festivallarının qurucusu. == Həyatı == Leyla Vəkilli 21 fevral 1932-ci il tarixdə Parisdə doğulub. 26 noyabr 2017-ci il tarixdə Türkiyədə Bodrum, Muğla, Türkbükü bölgəsində dünyasını dəyişmişdir. Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib. Türkiyəyə mühacirət edərkən Mariya xanım onunla getməkdən imtina edib. Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub.
Minaxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. 1989-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim olaraq fəaliyyətə başlamış, 1995-ci ildə Pedaqoji Universitetdə dosent olaraq fəaliyyətini davam etdirdi. Bu tarixlərdən başlayaraq Minəxanım Təkləli ümumtürk mədəni mirasının araşdırılıb tədqiq edilməsi, ortaq tariximizin təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; Türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya sivilizasiyasındakı mövqeyini aşkarlamaq istiqamətində araşdırmalara girişir. Rus yazıçılarının əsərləri üzrə türk elementləri ilə bağlı tədqiqatların nəticəsi olaraq 2004-cü ildə uğurla “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Türk dilçiliyində türk və rus dilləri arasındakı əlaqələr ilk dəfə bir sistem halında monoqrafik araşdırmaya cəlb olunmuşdu. Belə ki, Türk xalqları mədəniyyətinin dünya sivilizasiyasında yerinin təsbiti istiqamətində bu mədəni izlərinin araşdırılması: bu mənada Türk xalqları mədəni irsinin tədqiqi, Rus ədəbi –bədii və şifahi dilindəki Türk mənşəli sözlərin üzə çıxarılması və s. məsələlərin həlli Türkoloji aləmdə yeni hadisə idi. Çünki bu vaxta kimi bu problem bir çox hallarda birtərəfli öyrənilmiş, yəni Şərqi Slav dillərindəki türk dili elementlərinə etnoqrafik və mədəni-tarixi fakt kimi baxmaq yerinə, təkcə linqvistik fakt kimi götürülərək sadəcə alınmalar səviyyəsində baxılmış, çox vaxt da problem semasioloji aspektdən uzaq tutulmuş, türk sözlərinin bu dildə semantik evolyusiyasının gedişatını izləmək, canlandırmaq, nəticələrini öz geniş miqyasında təqdim etmək diqqətdən kənarda qalmışdı. Dissertasiyanın nəticələri göstərdi ki, bu problem yalnız kompleks şəkildə: etnik, dil və mədəni əlaqələr fonunda tam öyrənilə bilər. Müəllif bu üzdən mövzuya filoloq, etimoloq və tarixçi mövqeyindən yanaşmışdır.
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Telişli
Telişli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Telişli kəndi Məmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Telişli kənd Soveti yaradılmışdır. Kənd əhalisinin sayı 856 nəfərdir ki, onun da 403 nəfəri kişi, 453 nəfəri isə qadındır.
Təkanlı
Təkanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təkanlı-i Süfla (Həştrud) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Təkanlı (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Təkanlı (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Tekila
Tekila — tünd alkoqollu içki, vətəni Meksikadır. Azteklər tekilanı müqəddəs içki hesab etmişlər və dini mərasimlərdə tekiladan istifadə etmişlər.